987 elementdən 301-320 arası göstərilir.

Sual № 301

Yetişmiş dölün başının düz ölçüsü neçə sm - dir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 59; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 252
Gəlişlərdən asılı olaraq başın ölçüsü təyin edilir. Belə ki, başın I dərəcəli açılmasında, ön baş gəlişində baş çanağı özünün düz ölçüsü ilə (12 sm) yarıb çıxır. Ona görə də doğum şişi böyük əmgək üzərinə düşür.

Sual № 302

Ön təpə gəlişində baş hansı ölçü ilə xaric olur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 228; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 67, 251
Ön təpə gəlişində baş 12 sm ilə -düz ölçü ilə xaric olur.Düz ölçü ənsə qabarından burun kökünə qədər olan məsafədir.

Sual № 303

Süd vəzisinin böyüməsində hansı hormon rol oynayır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 61; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 75
Prolaktin- süd vəzisinin böyüməsini stimullaşdırır və laktasiyanı tənzimləyir.Artıq miqdarda olduqda follikulun böyüməsi və yetişməsini ləngidir.

Sual № 304

Doğuş vaxtı ciftin bitişməsinə şübhə olduqda mamanın taktikasi?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 237-280; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 127
Mama doğuşun III dövründə xarici qanaxma olmadığı üçün həkimə müraciət edir.

Sual № 305

Zahılıq dövrünün gedişində mama nəyə xüsüsi diqqət verməlidir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 152, 300
Mama hər əmizdirmədən sonra artıq südün qalmaması üçün anaya məsləhətlər verir.

Sual № 306

Uşaqlıq borusunun tamlıgı pozulduqda axan qan haraya toplanır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 186; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 229
Borunun tamlığı uşaqlıqdan kənar hamiləlikdə pozulur və daxili qanaxma baş verir.

Sual № 307

Yumurta hüceyrə harada böyüyüb inkişaf edir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 32
Hamiləliyin baş verməsi üçün yetişmiş follikul inkişaf edib, partlamalı, yumurta hüceyrə xaric olmalıdır.

Sual № 308

Ciftin hissəvi bitişməsinə şübhə olduqda mama hansı əməliyyatı yerinə yetirməyi bacarmalıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 232; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 275
Həkimlərin sayının azlıq təşkil etdiyi doğum evlərində mama, ciftin hissəvi bitişməsində xarici qanaxma olduğu üçün, uşaqlıq boşluğuna əli daxil edib cifti ayırmağı bacarmalıdır.

Sual № 309

Feldşer-mama məntəqəsində (FMM) işləyən mama hansı hallarda uşaqlığın cırılma təhlükəsindən şübhələnə bilər?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 343; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 324
Təkrari hamilələrdə uşaqlıq üzərində köhnə çapıq toxuma olarsa doğuşa 2 həftə qalmış doğuş keysəriyyə kəsiyi ilə başa çatdırılmalıdır.

Sual № 310

Aralığın birinci dərəcəli cırığı zamanı tikiş hara qoyulmalıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 242; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 285
I dərəcəli cırıqlarda yalnız dərinin tamlığı pozulur.

Sual № 311

Kişi sonsuzluğunun təyin edilməsi üçün ən vacib müayinə metodu hansıdır?

  Ədəbiyyat: В.А.Загребина,А.М.Торçинов «Гинекология» 1991 səh 144
Kişi sonsuzluğunun ən vacib səbəbi keyfiyyətsiz spermadır (spermatozoidlərin sayının, hərəkətliliyinin və spermanın miqdarının az olması)

Sual № 312

Çanaq peritonunun iltihabı necə adlanır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 261; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 295
Pelvioperitonit kiçik çanaq toxumasının iltihabıdır.

Sual № 313

Uşaqlıq ətrafı toxumanın iltihabına nə deyilir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 261; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 294
Parametrit uşaqlıq ətrafı toxumanın iltihabıdır. Mikrob toxumaya uşaqlıq boynuun və uşaqlıq yolunun cırılan hissəsindən daxil olur ,çox vaxt birtərəfli olur.

Sual № 314

Alətlərdəki mikroorqanizmlərin tam məhv edilməsi nə zaman mümkündür?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 294
Yalnız sterilizasiya zamanı avtoklavda yüksək temperatur və buxar təzyiqi altında bütün mikroorqanizmlər məhv olur.

Sual № 315

Stetoskopu dezinfeksiya etmək üçün hansı antiseptikdən istifadə olunur?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 294
Stetoskopu dezinfeksiya etmək üçün xloramindən istifadə olunur.

Sual № 316

Aşağıdakılardan hansınının daxilə qəbulu bütün hamilələrə məsləhət görülür?

  Ədəbiyyat: Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 70; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 97
Dölün inkişafı üçün qadınlar düzgün qidalanmalıdır. Bütün hamilələrə 12 həftəyə kimi fol turşusu məsləhət görülür .

Sual № 317

İstifadə olunan iynə ilə müdaxilə zamanı mamanın əli zədələnərsə ilk növbədə nə etməlidir?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985
İlk növbədə qanla çirklənmiş əlcəkləri çıxarmaq lazımdır. Yoluxucu xəstəliklərin profilaktikası üçün əsas şərtdir.

Sual № 318

Bunlardan hansı mamanın hüququna aid edilmir?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985
Normada bütün hamilə qadınların doğuşu doğum evlərində aparılmalıdır.

Sual № 319

Partoqramma nədir?

  Ədəbiyyat: “ Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat) Əmr № 124-03.12.2007. səh. 21-22
Partoqramma uşaqlıq boynunun açılması,ananın ,dölün vəziyyətini və doğuşun gedişini əks etdirən qrafik yazıdır.

Sual № 320

Mama doğuşun birinci dövrünü idarə edərkən doğan qadına hansı vəziyyətdə sancı çəkməyi məsləhət görməlidir?

  Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat). Əmr № 124-03.12.2007. səh 19-20
124 № -li əmrə əsasən qadın onun üçün rahat olan vəziyyəti seçməli, qadına azad hərəkət hüququ verilməlidir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×