Mama
987 elementdən 321-340 arası göstərilir.
Sual № 321
Doğuşun 1-ci dövründə arxası üstə uzanmağa üstünlük verən qadına mama hansı tərəfə çevrilməyi təklif etməlidir?
Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat). Əmr № 124-03.12.2007. səh 20
Ana sol tərəfi üstə uzanarkən aşağı boş venaya olan təzyiq aradan götürülür , bu da aşağı boş venanın sıxılmasının qarşısını alır. “Aşağı boş vena” nın sıxılmasının profilaktikası üçün mama doğuşun 1-ci dövründə arxası üstə uzanmağa üstünlük verən qadına sol tərəfə çevrilməyi təklif etməlidir .
Sual № 322
Aşağıdakılardan hansı aşağı boş venanın sıxılmasının (sindrom) əlamətlərinə aid deyil?
Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti (metodik təlimat). Əmr № 124-03.12.2007. səh 20
Aşağı boş venanın sıxılması (sindrom) zamanı ürəkbulanma, qusma əlamətləri olmur.
Sual № 323
Partnyorlu doğuşların üstünlüyü nədən ibarətdir?
Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat). Əmr № 124-03.12.2007. səh 26
Aparılmış belə doğuşların nəticəsi göstərir ki, partnyorlu doğuşlar uğurla həyata keçirilir.
Sual № 324
Yenidoğulmuşun erkən əmizdirilməsinin ana üçün üstün cəhətləri hansılardır?
1. Uşaqlığın fizioloji yığılması baş verir
2. Heç bir əhəmiyyəti yoxdur
3. Qanda oksitosinin miqdarı artır
4. Estrogenlərin miqdarıdəyişmir
5. Progesteronun miqdarı azalır
Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat). Əmr № 124 -03.12.2007.səh 27
Yenidoğulmuşun erkən əmizdirilməsi uşaqlığın fizioloji yığılmasına və endogen oksitosinin ifrazına təkan verir
Sual № 325
Cift xaric olduqdan sonra uşaqlığın yığılması üçün nə etmək lazımdır?
Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat). Əmr № 124 -03.12.2007.səh 27
Uşaqlığın yığılması üçün uşaqlığın yuxarı hissəsindən yüngül massaj edilməlidir.
Sual № 326
Bunlardan hansı daha rasional hesab edilir?
Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat).Əmr № 124-03.12.2007. səh 50
Qidalanma uşağın tələbatından asılı olduğu üçün sərbəst əmizdirilməyə üstünlük verilir
Sual № 327
Yenidogulmuşun döşlə ilk qidalanmasını nə vaxt başlamaq olar ?
Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat). Əmr № 124-03.12.2007. səh 40
Uşaq qidalanmağa hazırlığın ilkin əlamətlərini biruzə verdikdə (spontan tənəffüs, əmmə hərəkəti,döşü axtarma),onda döşlə ilk qidalanmanı başlamaq olar. Bu doğuşdan təxminən 30-60 dəqiqə sonra olur.
Sual № 328
Bunlardan hansı döşlə əmizdirmə zamanı ortaya çıxan problemlərə aid edilə bilməz?
Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat). Əmr № 124-03.12.2007. səh 51
Yeni doğulmuşun ana südü ilə qidalandırılması onun döş vəzisinin formasından asılı olmur.
Sual № 329
Doğum evlərində kimlər işləyə bilməz?
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985
İşə qəbul edilərkən, tibbi müayinə zamanı ağciyərlərində vərəm ocaqları aşkar edilmiş şəxslər doğum evlərində işləyə bilməzlər.
Sual № 330
Ciftin vaxtından qabaq ayrılması üçün nə xarakterik sayılır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 234; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 238
Doğuş zamanı qadında doğum sancılarının olması, doğuşun başlanması, yəni uşaqlıq boynunun açılması baş verir. Daxili müayinədə su kisəsinin həm sancılar vaxtı və onların arasındakı fasilələrdə gərilməsi ciftin vaxtından qabaq ayrılması üçün xarakterik əlamət sayılır .
Sual № 331
Normal aybaşı dövründə nə baş verir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 29
Aybaşı zamanı bütün orqanizmdə dəyişiklik gedir, mayalanmamış yumurta hüceyrə məhv olur. Döş vəzisi böyüyür, gərginləşir, ağrılı olur. Qadının yumurtalığında və uşaqlığında tsiklik dəyişiklik gedir.
Sual № 332
Aybaşı dövrünün tənzimlənməsində hansı daxili sekresiya vəzisi əsas rol oynayır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 3; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 29
Aybaşı tsikli əsasən hipotalamus – hipofizar sistemlə tənzimlənir. Əsasən hipofiz vəzisinin hormonları (FSH, LH, LTH) yumurtalıq tsiklinin fazalarının uyğun hormonlarını tənzimləyir.
Sual № 333
Follikul yetişdikdən sonra nə baş verir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 29
Yumurtalıqda follikul FSH təsiri nəticəsində yetişir, sonra partlayır. Yəni ovulyasiya fazası olur ki, bu vaxt yumurta hüceyrə xaric olur və mayalanma ehtimalı çoxalır.
Sual № 334
Normal doğuş neçənci həftədə baş verir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 89; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 107
Uşaqlıqda döl tam yetişdikdən sonra xarici mühitdə yaşamaq üçün doğulur. Bu 38-ci həftədən 40-41-ci həftəyə kimi baş verir.
Sual № 335
Uşaqlıq boynunun açılmasına nə kömək edir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh127
Doğuşun baş verməsi -uşaqlıq boynunun açılmasına doğum sancıları və su kisəsi kömək edir.
Sual № 336
Boru hamiləliyinin pozulması zamanı qadının şikayəti?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 186; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 229
Qarının sol və ya sağ tərəfində ,qasıq nahiyəsində ,hamiləliyin 4-5 həftəsində qəfıl “xəncər batma” xarakterli ağrının olması və daxili qanaxmadan asılı olaraq baş gicəllənmə və bayılma halları olur.
Sual № 337
Uşaqlıq qanaxması zamanı mamanın əsas işi nədən ibarətdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 308; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 220
Mama əsasən alətlərin sterilizasiyasına və onların düzülməsinə diqqət etməlidir. Bu zaman aseptika və antiseptikaya ciddi riayət edilməlidir.
Sual № 338
Abortdan sonra hansı ağırlaşmanın yaranma ehtimalı yüksəkdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 261; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 220
Abort zamanı aseptika və antiseptikaya ciddi riayət etmədikdə uşaqlığa qalxan infeksiyanın düşməsi uşaqlığın selikli qişasının iltihabına səbəb ola bilər.
Sual № 339
Uşaqlıq yolunun sallanması zamanı qadın əsasən nədən şikayətlənir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 24
Ağır doğuşlarda, uşaqlıq yolunun və uşaqlığın tam, natamam sallanmalarında sidiyin saxlanmaması, tez-tez sidik ifrazı baş verir.
Sual № 340
Mama qəbul otağında hamilə qadında........... olduqda təcili həkimi çağırmalıdır.Nöqtələrin yerinə uyğun gələn cavabı seçin.
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 139; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 195
\Hamiləliyin ikinci yarısının toksikozunun ən ağır forması : eklampsiyada qadının və dölün həyatı üçün təhlükə yarandığı üçün mama təcili həkimi çağırmalıdır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?