987 elementdən 341-360 arası göstərilir.

Sual № 341

Aralığın üçüncü dərəcəli cırılmasında nə baş verir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 242
Aralığın üçüncü dərəcəli cırılmasında düz bağirsağın xarici sfinktoru zədələnir

Sual № 342

Qadının hamiləliyinin öz arzusı iləsüni pozulması hansı müddətdəmümkündür?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 308
Hamiləliyin ilk aylarında süni pozulması qadının arzusu ilə 12 həftəyə qədər aparıla bilər.

Sual № 343

Xəstəxanadaxili infeksiyanın törədicisi hansıdır ?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 291
Doğum evlərində infeksiyanın yayılmasının qarşısını almaq üçün aseptika və antiseptikaya ciddi riayət olunur. Hər həftə, hər ay, genişləndirilmiş təmizlik işi aparılır. Xəstə zahıları sağlam qadınlardan ayırıb bokslarda yerləşdirirlər. Xəstəxana daxili infeksiyanın törədicisi bağırsaq çöpləridir.

Sual № 344

Sterilizasiyadan əvvəl tibbi alətlərin işlənməsinin son mərhələsi hansıdır?

  Ədəbiyyat: “Ana və uşaq sağlamlığı siyasəti” (metodik təlimat). Əmr № 124-03.12.2007. səh 83 cədvəl 2
Axar su altında yuyulur

Sual № 345

Doğuşdan sonra aşağı ətrafların varikoz genişlənməsində nə etmək olmaz ?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 236
Hamilə qadınlarda aşağı ətrafların və cinsiyyət üzvlərinin varikoz genişlənmələrində doğuşdan sonra həmin ayağa yuxarı vəziyyət verilir və inyeksiya etmək olmaz.

Sual № 346

Doğuşdan sonrakı zahılıq dövrünün septiki xəstəliklərinə aşağıdakılardan nə aid deyil?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 261; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 291
Septiki xəstəliklərdə xəstənin vəziyyətindən asılı olaraq çəki azalır, xəstə arıqlayır. Ancaq nəbz tezləşir, hərarət yüksəlir.

Sual № 347

Qasıq sümüklərinin aralanmasında mamanın taktikasına nə aid deyil?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 290
Çətin doğuşlarda bəzən qasıq sümüklərinin aralanması qeyd oluna bilər. Ona görə də doğuşun gedişini əvvəlcədən qiymətləndirmək lazımdır. Belə qadınlarda ördək yerişi qeyd olunur.Zahını tez gəzdirmək olmaz. Bütün müdaxilələr çarpayıda aparılır.

Sual № 348

Vaxtı ötmüş hamiləlikdə qadını əməliyyata hazırlayarkən nə etmək olmaz?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 228.
Vaxtı ötmüş hamiləlikdə ana və döl üçün təhlükə olarsa, diri döl vermək məqsədi ilə cərrahi əməliyyat aparılır.

Sual № 349

Aralığın cırılma ehtimalı hansı halda mümkün deyil?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100-242; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 281
Doğuş zamanı aralığın vəziyyətindən asılı olaraq irəliləyən başın vaxtından qabaq açılması çox zaman onun cırılmasına səbəb olur. Ona görə də hündür aralıqda perineotomiya əməliyyatı aparılır. Aralıq alçaq olarsa buna ehtiyac olmur.

Sual № 350

Doğuşdan sonra uşaqlıq əzələsinin tonusunun itməsi ilə baş verən qanaxmada nə etmək olmaz?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 332; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 279
Ciftin əllə ayrılması yalnız son dövrün qanaxmalarında baş verir. Onun hissəvi yalançı bitişməsində aseptika və antiseptika qaydalarına riayət edilərək cift əllə ayrılır.Hipotonik qanaxmalarda uşaqlığın yığılmasinı təmin etmək lazımdır.

Sual № 351

Doğuşu idarə edərkən mamanın əsas vəzifəsi nədən ibarətdir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 132
Dölün başı doğularkən mama ona güc verməməyi məsləhət görür. Məqsəd başın vaxtından qabaq açılmasının qarşısını almaq və kiçik çəp ölçü ilə doğulmasını təmin etməkdir.

Sual № 352

Müayinə otağında nə olmamalıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 322; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 320
Mamalıq masaları doğuşun gedişindən asılı olaraq doğuş otaqlarında istifadə edilir.

Sual № 353

Hamilə qadının xarici müayinə üsuluna hansı aid deyil?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 73-79; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 83
Doğmağa gələn qadınlarda xarici müayinə apararkən onun boyu bizim üçün önəm daşımır. Ancaq Leopoldun xarici müayinə üsulları tətbiq olunur.

Sual № 354

Hansı hamilə və ya doğan qadını xərəkdə aparmaq məsləhət görülmür?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 107.
Hamiləliyi normal keçən və doğmağa gələn qadınlar özləri sərbəst olaraq doğum otağına gəlir.

Sual № 355

Hamiləliyin patologiyası şöbəsində hansı qadınları yerləşdirmək olmaz?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 308; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 107
3 aylığına qədər hamiləliyi pozulmuş qadınlar ginekologiya şöbəsinə yerləşdirilir. Qanaxmanı dayandırmaq məqsədilə uşaqlıq boşluğu qaşınır.

Sual № 356

Prosedur otağında nə etmək olmaz?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 123
Prosedur otağında heç vaxt sanitar təmizləmə işi aparılmır.Lazım gələrsə qəbul otağında aparılır.

Sual № 357

Aşağıdakılardan hansı doğum şöbəsində istifadə edilmir?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 123
Anestioloji və reanimasion şöbədə xəstənin vəziyyətinin ağırlıq dərəcəsindən asılı olaraq venaseksiya, körpücükaltı venanın punksiyası, peridural anesteziya üçün steril dəstlər ayrıca saxlanılır.

Sual № 358

Doğuş zalında yenidoğulmuşda nə xüsusi işlənmə tələb etmir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 157
Hal-hazırda göbək ciyəsi skopka ilə bağlandıqdan sonra onun xüsusi işlənməsi tələb olunmur, onun quruması və sağalması üçün açıq qalmalıdır.

Sual № 359

Doğuş zalına kimlər daxil olmamalıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 127
Doğuş zalında doğan qadınlara fərdi yanaşılır və burada olan tibbi personal iştirak edir. Aseptika və antiseptikaya ciddi riayət olunduğu üçün kənar tibbi personalının iştirakı qadağandır.

Sual № 360

Hansı halda doğuş vaxtından qabaq qurtara bilər?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 115; И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 225
Uşaqlıqda yerləşən döllərin sayından asılı olaraq, hamiləlik çox vaxt vaxtından qabaq yarımçıq doğuşla nəticələnir. Çünki hamiləliyin müddəti artdıqca döllərin bətn daxilində hərəkəti və inkişafı ləngiyə bilər.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×