Mama
987 elementdən 361-380 arası göstərilir.
Sual № 361
Cinsiyyət üzvlərinin inkişaf qüsurlarına nə aid deyil?
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 217
Normada uşaqlıq kiçik çanağın mərkəzində önə əyilmiş- bükülmüş vəziyyətdə yerləşir. Uşaqlığın düzgün olmayan vəziyyəti inkişaf qüsurlarına aid deyil.
Sual № 362
Mama çanaq gəlişlərində xarici müayinədə nəyi təyin edir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 217; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 174
Çanaq gəlişlərində xarici müayinənin 3-cü momentində yumşaq, iri hissə təyin edilir.
Sual № 363
Asfiksiyada doğulmuş uşağa nə etmək olmaz?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 354; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 165
Asfiksiyada doğulan yenidoğulmuşlara ağırlıq dərəcəsindən asılı olaraq ilk yardım göstərilir. Ancaq onları ananın döşünə qoymağa müəyyən vaxtdan sonra icazə verilir. Belə uşaqlar xüsusi qulluq tələb edir.
Sual № 364
Aşağıdakılardan hansı yarımçıq doğulmuş uşaqlara aid deyil?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 177-350; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 167
Yeni doğulmuş yarımçıq uşaqlar istiyə və soyuğa həssas olduqları üçün bədən temperaturu ona uyğun dəyişir. Onlarda immunitet aşağı olur. Xəstələnməyə meylli olurlar.
Sual № 365
Zahılıq palatasında doğan qadınlarda nəyə fikir verilmir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 149
Doğan qadınlar zahılar palatasında hər gün yoxlanılmalıdır ,həkimdən əvvəl bu işi mamalar görür və həkimə məlumat verir. Qarının divarında olan çapıqlar a fikir verilmir.
Sual № 366
Qadın məsləhətxanasında II məşğələ zamanı hamilənin doğuşa hazırlanmasına nə aid deyil?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 109; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 146
Sonrakı məşğələdə hamilələrdə psixoprofilaktik tədbirlər aparılır və qadına doğuş haqqında xüsusi məlumatlar verilir.
Sual № 367
Döl doğulduqdan sonra göbək ciyəsi nə vaxt kəsilməlidir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 134
Döl doğulduqdan sonra, ciyədə pulsasiya itir , mama onu kəsir və ciftin ayrılması üçün 3-cü dövrü aktiv idarə edir.
Sual № 368
Kicik hamiləliyi pozmaq üçün hansı müayinəni etmək vacib deyil?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 308; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 220
Hamiləlik zamanı qanın və sidiyin analizi ilə yanaşı bir çox analizlər də yoxlanılır. Ancaq bu çox kiçik bir müddət olduğu üçün qalıq azotun təyini aparılmır.
Sual № 369
Mamaharada maskadan istifadə etməlidir?
1. Zahılar otağında
2. Əməliyyat otağında
3. Doğuş otağında
4. İntensiv terapiya palatasında
5. Qəbul otağında
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985səh 123
Mamanın əməliyyat və intensiv terapiya palatasında maska taxması vacibdir.
Sual № 370
Hamilə qadınlarda hansı hallarda şəkərli diabetdən şübhələnmək olar?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 162; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 123
Endokrin pozğunluğu, şəkərli diabet olan hamilə qadınlar çox vaxt iri döl doğa bilərlər.
Sual № 371
Hamiləlik qusması zamanı hansı preparatdan istifadə olunur?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 135; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 189
Hamiləlik zamanı qusmanı aradan götürmək üçün serukaldan istifadə edilir.
Sual № 372
Doğuş zamanı susuz dövr çox çəkərsə antibakterial müalicə nə vaxt təyin edilməlidir?
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 123
Doğuş zamanı susuz dövr çox çəkərsə antibakterial müalicə 12 saatdan gec olmadan təyin edilir.
Sual № 373
Patoloji cift gəlişləri ən çox hansı qadınlarda ola bilər?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 232; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 232
Abortlardan sonra uşaqlığın selikli qişasında destruktiv dəyişikliklər ola bilər. Bu zaman hamiləlik üçün qorxulu ağırlaşma ciftin aşağı seqment nahiyəsinin yerləşməsi ola bilər.
Sual № 374
Mərkəzi cift gəlişində daxili müayinə harada aparılmalıdır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 232; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 232
Mərkəzi cift gəlişində daxili müayinə güclü qanaxmaya səbəb ola bilər və qadının həyatı üçün təhlükə yaranar. Ona görə də cərrahi əməliyyat tələb olunur.
Sual № 375
Ciftin uşaqlıq divarına həqiqi bitişməsi olarsa mamanın taktikası nədən ibarətdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 237; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 273
Ciftin həqiqi bitişməsinə az rast gəlinir. Bu zaman ciftin lifləri uşaqlığın dərin qatlarına daxil olduğu üçün ayrıla bilmir. Buna görədə qadının həyatını xilas etmək məqsədilə mama mütləq həkimə müraciət etməli və əməliyyat icra edilməlidir.
Sual № 376
Hipotonik qanaxma doğuşun hansı dövrünə təsadüf edir?
Ədəbiyyat: 239H.F.Bağırova. Mamalıq.Bakı-2007; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва 1985 səh 276
Doğuşdan sonra ilk saatlarda uşaqlıq əzələsinin tonusunun zəifləməsi nəticəsində o, zəif yığılır və hipotonik qanaxma baş verir.
Sual № 377
Sadə yastı raxitik çanaqlarda oxabənzər tikiş çanaq girəcəyinin hansı ölçüsündə olur?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 209; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 262
Belə çanaqlarda bütün düz ölçülər qısaldığı üçün başın daxildə dönməsi baş vermir, o bəzən çanaq dibinə kimi enir, ancaq oxabənzər tikiş çanağın köndələn ölçüsündə durur. Bu isə başın aşağı köndələn vəziyyəti adlanır.
Sual № 378
Dölyanı mayenin azlığı olduqda döldə hansı patologiya ola bilər?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76,280; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 207
Dölyani mayenin patoloji hallarında döldə bir çox eybəcərliklərə rast gəlinir.
Sual № 379
Hansı hallarda hamiləliyi başa çatdırmaq mümkün deyil?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 150-154; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 213
Ürək-damar xəstəlikləri hamiləlik, doğuş və zahılıq dövrünün çox ağır keçməsinə səbəb ola bilər. Həyati göstərişlə hamiləliyin pozulması təklif olunur. Doğuş zamanı isə kollaps baş verə bilər. Qadının ölümünə səbəb ola bilər.
Sual № 380
Hansı hamilə qadınlara dölyani mayenı yoxlamaq məsləhətdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 280-294; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 92
Döldə genetik xəstəliyə, ağır forma hemolitik xəstəliyə və başqa hala şübhə olarsa, döl qişasının punksiyası və alınan dölyani mayenin müayinəsi aparılır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?