987 elementdən 21-40 arası göstərilir.

Sual № 21

Kiçik çanaq girəcəyi müstəvisinin sağ çəp ölçüsü neçə sm - dir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 28; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 27
Sağ oma -qalça bitişməsindən sol qalça-qasıq qabarlığına qədər olan məsafədir.12 sm

Sual № 22

Ənsə gəlişi I mövqe ön görkəm hansıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 81; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
Daxili müayinə yolu ilə təyin edilir. Burada oxabəzər tikişin vəziyyəti və kiçik əmgəyin harada olması əsas rol oynayır. Oxabənzər tikiş sağ çəp ölçüdədir, kiçik əmgək solda öndə əllənir.

Sual № 23

Daxili müayinə zamanı ənsə gəlişi, II mövqe, arxa görkəm hansıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 81; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
Daxili müayinədə oxabənzər tikiş sağ çəp ölçüdə, kiçik əmgək sağda arxada olarsa, II mövqe sayılır.

Sual № 24

Daxili müayinə zamanı ənsə gəlişi, II mövqe, ön görkəm hansıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 81; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
Daxili müayinədə oxabənzər tikiş sol çəp ölçüdə, kiçik əmgək sağda öndədir.

Sual № 25

Daxili müayinə zamanı çanaq gəlişi, I mövqe, arxa görkəm hansıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 217; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
Daxili müayinədə dölün burmalararası ölçüsü ana çanağın sağ çəp ölçüsündə, oma solda arxadadır.

Sual № 26

Əgər oxabənzər tikiş düz ölçüdədir, dölün kürəyi önə yönəlmişdirsə, hansı cavab buna uyğun gəlir ?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 81; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
Döl boylama vəziyyətdə dölün kürəyi önə yönəlmişsə daxili müayinədə baş gəlişi, ön görkəmdə kiçik əmgək çanağın ön hissəsində əllənir.

Sual № 27

Oxabənzər tikiş düz ölçüdədir, dölün kürəyi arxaya yönəlmişdirsə, hansı cavab uyğun gəlir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 81; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
Döl boylama vəziyyətdə dölün kürəyi arxaya yönəlmişsə daxili müayinədə baş gəlişi, arxa görkəmdə kiçik əmgək arxada əllənir.

Sual № 28

Döl başının düz ölçüsü neçə sm-ə bərabərdir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 61; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 86
Burun kökündən ənsə qabarına qədər olan məsafədir. Döl başının düz ölçüsü 12 sm-dir

Sual № 29

Döl başının böyük əmgəyinin ön tini ilə ənsəaltı çuxur arasında olan ölçü necə adlanır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 60; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 86
Böyük əmgəyin ön tini ilə ənsəaltı çuxur arasında olan məsafədir. Kiçik çəp ölçü 9,5 sm-dir.

Sual № 30

Döl başının böyük çəp ölçüsü neçə sm-dir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 60; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 86
Böyük çəp ölçü ənsə qabarlarından çənə ucuna qədər olan məsafədir. Böyük çəp ölçü- 13 sm

Sual № 31

Döl başının alının tüklü hissəsinin sərhəddi ilə ənsəaltı çuxur arasında olan ölçü necə adlanır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 60; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 86
Dölün alnının tüklü hissəsinin sərhəddi ilə ənsəaltı çuxur arasında olan məsafədir. Orta çəp ölçü 10 sm-dir.

Sual № 32

Döl başının biparietal (köndələn) ölçüsü neçə sm-ə bərabərdir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 60; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 86
Təpə qabarlarının ən uzaq nöqtələri arasında olan məsafədir. Başın ən böyük köndələn ölçüsü 9,5 sm-dir

Sual № 33

Döl başında çənəaltı və ənsə qabarı arasında olan məsafə necə adlanır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 60; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 86
Ənsə qabarlarından çənə ucuna qədər olan məsafədir. Böyük çəp ölçü 13 sm-dir.

Sual № 34

Döl başının böyük köndələn ölçüsü hansı nöqtələr arasında olan məsafədir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 60; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 86
Dölün başının böyük köndələn ölçüsü təpə qabarları arasında olan məsafədir.

Sual № 35

Döl başının şaquli ölçüsü hansı nöqtələr arasında olan məsafədir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 60; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 86
Döl başının şaquli ölçüsü dilaltı sümük ilə təpənin ən hündür nöqtəsi(zirvəsi) arasında olan məsafədir.

Sual № 36

Dölün çiyinlərinin köndələn ölçüsü necə sm-ə bərabərdir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 60; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 86
Dölün ciyinlərinin köndələn ölçüsü 12 sm-ə bərabərdir. Dairəsi 35 sm-dir.

Sual № 37

Ənsə gəlişi ön görkəmdə doğuş mexanizminin birinci momenti hansıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 96; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
Dölün doğuş zamanı etmiş olduğu hərəkətlərin cəmi doğuş mexanizmi adlanır. Mexanizmin I anı başın bükülü vəziyyətdə irəliləməsidir.

Sual № 38

Ənsə gəlişi ön görkəmdə doğuş mexanizminin III momenti hansıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 96; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
Dölün doğuş zamanı etmiş olduğu hərəkətlərin cəmi doğuş mexanizmi adlanır. Doğuş zamanı dayaq nöqtəsi əmələ gəldikdən sonra baş açılır.

Sual № 39

Bartolin vəzilər hansı sekresiya vəzilərinə aiddir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
Bartolin vəzlər böyük cinsiyyət dodaqlarının dərinliyində yerləşir, axarı isə uşaqlıq yolu dəhlizinə açılır.

Sual № 40

Qadında uretranın uzunluğu neçə sm-dir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
Uretra qadınlarda qısa olur. 3 – 4 sm
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×