Mama
987 elementdən 381-400 arası göstərilir.
Sual № 381
Hipotonik qanaxmada nədən istifadə edilmir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 239-332; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 276
Erkən zahılıq dövründə hipotonik qanaxma uşaqlığın əzələ tonusunun zəif olması səbəbindən baş verir. Ləngimiş ciftin xaric edilməsi son dövründə aparılır.
Sual № 382
Aşağıdakı halların hansında xarici qanaxma olmur?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 280; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 210
Əgər xarici qanaxma 2 saata kimi yoxdursa, bu halda ciftin həqiqi bitişməsindən söhbət gedir və cərrahi müdaxilə edilməsi məsələsi həll edilməlidir.
Sual № 383
Mayalanmış döl yumurtası uşaqlıq boşluğuna neçə günə düşə bilər?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 41; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 52
Mayalanma borunun ampulyar hissəsində gedir. Ancaq mayalanmış döl yumurtası özü hərəkət etmək qabiliyyətinə malik deyil, borunun hərəkəti və kipriklərin köməyi ilə yavaş-yavaş uşaqlığa döğru itələnir.
Sual № 384
Uşaqlıq seroz qişa (periton) ilə necə örtülür?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 20
Periton uşaqlığın cismini və uşaqlıq boynunun bir hissəsini örtür.
Sual № 385
Follikullar harada inkişaf edir və partlayır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 29
Cinsi yetişkənlik dövründə follikullar yumurtalığın qabıq qatında çox olur, getdikcə azalır, ayda biri yetişir və partlayır.
Sual № 386
Yumurtalıqlar enli bağın hansı hissəsində yerləşir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 22
Yumurtalıqlar ön tərəfi ilə enli bağın arxa vərəqinə bitişik olur. Qalan hissəsi isə sərbəst kiçik çanaq boşluğuna baxır və enli bağın özünün xüsusi bağı - qıfabənzər bağın köməyi ilə asılı vəziyyətdə qalır.
Sual № 387
Aybaşı dövründə yumurtalıqda hansı faza olur?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 29
Yumurtalıq tsiklinin III fazasında partlamış follikulun yerində sarı cisim əmələ gəlir və progesteron hormonu ifraz edir.
Sual № 388
Doğus zamani su kisəsinin vaxtından qabaq süni açılması na vaxt məsləhətdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 139; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 193
Doğuş zamanı preeklampsiyanın yüngül dərəcəsində su kisəsi süni açılır ki ,uşaqlıq daxili təzyiq aşağı düşsün.
Sual № 389
Mama döl doğulduqdan sonra yenidoğulmuşu dərhal hara qoymalıdır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 29
Normal yenidoğulmuş doğulan kimi ananın qarnının üstünə qoyulmalıdır.Bu zaman dəri təması ilə körpə ilə ana arasında əlaqə yaranır.
Sual № 390
Aralıqda tikiş olduqda ana yenidoğulmuşu hansı vəziyyətdə əmizdirməlidir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120-242; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва 1985 səh 29
Aralığa qoyulmuş tikişlərin vaxtından əvvəl açılmasının qarşısını almaq məqsədilə ana uşağı böyrü üstə əmizdirməlidir.
Sual № 391
Hamiləlik dövründə dəmir (Fe) defisitli anemiyanin əmələ gəlməsinə nə səbəb ola bilər?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər.səh 15
Anemiya-qırmızı qan hüceyrələrinin keyfiyyət və kəmiyyətinin çatmamazlığı nəticəsində qanın oksigen daşıyıcı qabiliyyətinin azalmasıdır. Hamiləlik dövründə orqanizmdə baş verən dəyişikliklər , hamilələrdə qanazlığının əmələ gəlmə təhlükəsini sadalananların hamısı artırır.
Sual № 392
Fe defisitli anemiyanın hamilənin orqanizminə mənfitəsiri necə ola bilər?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi.Bakı 1999 Sərhədsiz həkimlər.səh 15
Anemiya-qırmızı qan hüceyrələrinin keyfiyyət və kəmiyyətinin çatışmazlığı nəticəsində,qanın oksigen daşıyıcı qabiliyyətinin azalmasıdır. Hamiləlik dövründə baş verən dəyişikliklər hamilələrdə Fe defisitli qanazlığının əmələ gəlmə təhlükəsini artırır Fe defisitli anemiyanın hamilənin orqanizminə mənfi təsiri ana və döl tərəfdən ağırlaşmalara gətirib çıxarır.
Sual № 393
Hamiləlik zamanı anemiyanın qarşısını almaq üçün qadınlara mamanın məsləhəti nə ola bilər?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi.Bakı 1999 Sərhədsiz həkimlər.səh 17
Hamiləlik zamanı qanazlığının qarşısının alınmasına, orqanizmdən dəmirin normadan artıq itkisinin qarşısının alınması yolu ilə nail olmaq mümkündür.(sadalananlardan hamısı).
Sual № 394
Keyfiyyətsiz qidalanma anayanecə təsir göstərə bilər?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi.Bakı 1999 Sərhədsiz həkimlər.səh 19
Mama hamilə qadınlara onların qidalanması ilə bağlı məsləhətlər verməzdən qabaq bəzi halları aydınlaşdırmalıdır (çəkısini, pəhrizini və s.) Keyfiyyətsiz qidalanma hamiləlik və doğuş vaxtı ana və döl üçün ağırlaşmalar verə bilər.
Sual № 395
Qadın məsləhətxanasında mamahansı xəstəliyi olan hamilə qadınları risk qrupuna daxil edir ?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi.Bakı 1999 Sərhədsiz həkimlər.səh 27
Ana və yenidoğulmuşların xəstələnmə və ölüm hallarını azaltmaq ,hamiləlik zamanı mövcud olan risk faktorlarının hamısını vaxtında aşkara çıxartmaq üçün mama hamilələri müntəzəm müayınə olunmaqları məqsədi ilə həkimə gəlməyi başa salmalıdır,çünki , yüksək riskli hamiləliklərdə ana və yenidoğulmuşun təhlükəyə məruz qalmaması üçün lazımi tədbirlər qadın məsləhətxanasında aparılmalıdır.
Sual № 396
Təmiz sarğı gəlişində doğuşun birinci dövrundə nə ola bilər?
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 240
Təmiz sarğı gəlişində doğuşun birinci dövrundə doğum zəifliyinə abortlar və cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri, mioma,piylənmə ,dölyanı mayenn vaxtından qabaq axması səbəb ola bilər.Bu sonradan ikinci dövrun də zəifliyinə səbəb olur
Sual № 397
Uşaqlığın həddən artıq ləngböyüməsinin səbəbi aşağıdakılardan hansı ola bilər?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi.Bakı 1999 Sərhədsiz həkimlər.səh 27
Xarici müayinə üsulundan istifadə edərək uşaqlığın əllənməsi bətn daxilindəki dölün diri yaxud ölu ölması haqqında məlumat əldə etmıyə imkan verir. Sadalananların hamısı buna səbəb ola bilər.
Sual № 398
Mama hamilə qadının müayinəsi zamanı hansı əlamət mövcud olarsa onu xəstəxanaya göndərməlidir?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi.Bakı 1999 Sərhədsiz həkimlər.səh 36
Mama hamilə qadınla söhbət edərkən hazırkı vəziyyətini qiymətləndirməli qarnında daimi ağrılar olduqda, qanaxma olduqda,A/T-i yüksək olduqda,anemiya əlamətləri olarsa onu mütləq xəstəxanaya göndərməlidir.
Sual № 399
Doğuşdan sonra uşaqlığın yığılma qabiliyyətinə təsir göstərən səbəbə nə aid deyil?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi.Bakı 1999 Sərhədsiz həkimlər səh 38
Uşaqlığın yığılma qabiliyyətinin pozulması nəticəsində,ciftin ayrıldığı yerdən baş verən qanaxma atonik qanaxma adlanır.Uşaqlıq üzərində köhnə çapıq olduqda hamilə qadın doğuşa buraxılmır ,mütləq əməliyyat olunur.
Sual № 400
Doğuşdan sonrakıqanaxmalar qadında hansı fəsadlar verə bilər?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi.Bakı 1999 Sərhədsiz həkimlər səh səh 47.
Sadalananların hamısında doğuşdan sonrakı ilkin ( hipotonik və atonik ) qanaxmalar qadının həyatına təhlukə törətdiyi üçün mama mutləq həkim çağırmalıdır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?