Mama
987 elementdən 401-420 arası göstərilir.
Sual № 401
Hamiləlik zamanı dölün hipoksiyasına nə səbəb ola bilməz?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 50.
Hamiləlik zamanı dölün hipoksiyasının baş verməsinin qarşısını almaq mümkündür.Bütün doğuşlar mütləq stasionarda aparılmalıdır.
Sual № 402
Doğuş vaxtı dölün hipoksiyasına nə səbəb ola bilər?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 50
Dölün düzgün olmayan vəziyyıtində döğuş aparılarsa əvvəlcədən dölun hipoksiyasına qarşı profilaktik tədbirlər görulməli və keysəriyyə kəsiyi əməliyyatı aparılmalıdır.
Sual № 403
Doğuş vaxtı yenidoğulmuşunasfiksiyasınasəbəb olan hal hansıdır?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 50
Asfiksiya-yenidoğulmuşda doğuşdan dərhal sonra tənəffus aktının olmamasıdır . Sadalananların hamısı yenidoğulmuşun asfiksiyasına səbb ola bilər
Sual № 404
Həkim olmayan halda mama asfiksiyada doğulmuş uşağı canlandirmaq üçün nəyi bilməlidir?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 58
Asfiksiya-yenidoğulmuşda doğuşdan dərhal sonra tənəffus aktının olmamasıdır .Mama asfiksiyada doğulmuş uşağı canlandırmaq üçün cəld göstərməli, yenidoğulmuşa ilk yardım göstərməyi bacarmalıdır.
Sual № 405
Ana südü ilə qidalanmanın üstün cəhətləri hansıdır?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 59
Ana südü uşağın sağlam böyüməsini və inkişafını təmin edən əvəzsiz qidadır, uşağın və ananın sağlamlığına güclü bioloji və emosional təsir göstərir.
Sual № 406
Ana südü ilə qidalanmanın üstün cəhətlərinə daxil deyil?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 58
Döş sümüyünə barmaqlarla hər 3 təzyiqdən sonra körpəyə süni nəfəs verilir . Süni nəfəs verəndə və ürəyin qapalı massajını aparanda 2 nəfərin olması işi asanlaşdırır.Nəfəs barmaqlarla döş sümüyünə təzyiq qurtarandan sonra verilməlidir.Əgər körpə həyata qayıdarsa ,onun ürəyi və ağciyərləri 5-10 dəqiqə müddətində fəaliyyətə başlayacaq.
Sual № 407
Döşlə əmizdirmənin ananın sağlamlığı üçün əhəmiyyəti nədən ibarətdir?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 60
Ananın sağlamlığına döşlə əmizdirmənin xeyri və üstünlükləri çoxdur.Bütün səhiyyə işçiləri,o cumlədən mamalar bu haqda həmişə hamilə və doğan qadınlarla söhbətlər aparırlar , çünki , texniki cəhətdən ana südü ilə qidalandırma çox asandır. Sadalananların hamısı döşlə əmizdirmənin ananın sağlamlığı üçün əhəmiyyətli olduğunu göstərir.
Sual № 408
Mama anaya süd vəzisinə qulluq etmək üçün nəyi məsləhət görür?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 64
Süd verən analar döşlərinə qulluq etməyi bacarmalıdır. Doşlər əmizdirmədən əvvəl yuyulmamalıdır , çünki, ananın iyi itdiyi üşün uşaq ananın döşünü seçməyə çətinlik çəkir.
Sual № 409
Döşlə əmizdirmə zamanı aşağıdakılardan hansı müşahidə edilmir?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər səh 64
Tibb işçiləri ,o , cumlədən mamalar anaları erkən çətinliklərdən qorumasalar gələcəkdə süd durğunluğu mastitin (süd vəzisinin iltihabı) əmələ gəlməsinə və döş giləsinin çatlamasına səbəb ola bilər, əmizdirmə zamanı südün həcminin artması ödemə səbəb olmur.
Sual № 410
Döş giləsininçatlamasınınsəbəbi aşağıdakılardan hansıdır?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər.səh 65
Döş giləsinin çatlamasının səbəbi uşağın döşə düzgün qoyulmaması, ağız boşluğunda olan süd yarasının ananın döşünün giləsinə keçməsi, körpənin dilinin yüyəninin qısa olması və döşü düzgün sora bilməməsidir.
Sual № 411
Aşağıda göstərilənlərdən hansı oksitosinin üstün xüsusiyyətinə daxil deyil?
Ədəbiyyat: Zahılıq dövrünün qanaxmasəı üzrə klinik protokol.Bakı-2009
Oksitosinin digər uterotonik dərman maddələrindən üstün xüsusiyyəti onun yeridildikdən 2-3 dəqiqə sonra təsir göstərməsi,minimal əks təsirə malik olması,uşaqlığın tonusunun yüksəlməsi,bütün qadınlara təyin edilməsidir.
Sual № 412
Yarımçıq doğuşlar zamanı hansı dərmanın təyini effektsizdir?
Ədəbiyyat: Vaxtından əvvəl doğuşlar üzrə klinik protokol.Bakı-2008
Dölyanı maye vaxtından qabaq axan yarımçıq doğuşlar zamanı maqnezium-sulfat təyin etmək olmaz,effektsizdir və uşaq olümünü yüksəldir.
Sual № 413
Yarımçıq doğuşlar zamanı yenidoğulmuşlara təyin edilən antibiotiklərin təsirinə nə aid deyil?
Ədəbiyyat: Vaxtından əvvəl doğuşlar üzrə klinik protokol.Bakı-2008
Yarımçıq doğuşlar zamanı yenidoğulmuşlara təyin edilən antibiotiklər latent fazanı uzadır, neonatal və anada olan infeksiyanın ,o cümlədən mərkəzi sinir sisteminin patologiyasının tezliyini azaldır
Sual № 414
Doğuşdan sonra qadınların rutin manitorinq nə deməkdir?
Ədəbiyyat: Zahılıq dövrünün qanaxmaları üzrə klinik protokol.Bakı-2009
Rutin manitorinq - uşaqlığın tonusuna nəzarət etməkdir .Yəni doğuşdan sonra ilk saat ərzində hər 15 dəq. bir, 2-ci saat ərzində 30 dəq.bir, ilk sutkada hər 4 saatdan bir uşaqlığın tonusuna nəzarət etmək lazımdır.
Sual № 415
Dölyanı mayenin vaxtından qabaq axması və yarımçıq doğuşa nə aid deyil?
Ədəbiyyat: Vaxtından əvvəl doğuşlar üzrə klinik protokol.Bakı-2008
Amnion epitelinin normal ifrazatı zamanı hamiləliyin sonuna yaxın dölyanı mayenin miqdarı1,2-1,5 l olur və hamiləliyin normal inkişafına kömək edir,əks halda bir çox səbəblərdən dölyanı maye vaxtından qabaq axa bilər.
Sual № 416
Hamiləlik zamanı ekstragenital xəstəliklərə nə daxil deyil?
1. Təkrari və ya fəsadlaşmış abortlar
2. Ürək qan-damar sisteminin xəstəlikləri
3. Sidik-cinsiyyət sisteminin xəstəlikləri
4. Vaxtından qabaq doğuşlar
5. Qaraciyər və öd kisəsinin xəstəlikləri
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 150-166
Təkrari və ya fəsadlaşmış abortlar , vaxtından qabaq doğuşlar mamalıq anamnezinə daxildir.
Sual № 417
Ağır preeklampsiyası olan hamilə qadını qəbul şöbəsində kim müayinə etməlidir?
Ədəbiyyat: Hamiləlik zamanı hipertenziv vəziyyətlər üzrə klinik protokol.Bakı-2009 səh 13
Ağir preeklampsiyası olan hamilə qadını qəbul şöbəsində növbətçi mama-ginekoloq müayinə etməlidir.Onun hansı şöbəyə qəbul olunması və müalicəsi məsələsi isə məsul mama-ginekoloq və reanimatoloq tərəfindən birgə həll edilir
Sual № 418
Ağır olmayan preeklampsiyalı hamilə qadina mama tərəfindən nə tələb olunur?
Ədəbiyyat: Hamiləlik zamanı hipertenziv vəziyyətlər üzrə klinik protokol.Bakı-2009 səh 13
Ağır olmayan preeklampsiya-müaliçə tələb etmir, yalnız davamlı nəzarət aparılmalı və stasionara göndərilməlidir.
Sual № 419
Qəbul şöbəsində preeklampsiyalı hamilə qadınlarda təcili hansı müayinə aparılmalıdır?
Ədəbiyyat: Hamiləlik zamanı hipertenziv vəziyyətlər üzrə klinik protokol.Bakı-2009 səh 14
Qəbul şöbəsində preeklampsiyalı hamilə qadınlarda arterial təzyiqin ölçülməsi təcili aparılmalıdır.Digər müayinələr hamilənin vəziyyəti sabitləşdikdən sonra aparıla bilər .
Sual № 420
Preeklampsiyalı hamilə qadınların vəziyyəti sabitləşdikdən sonra arterial təzyiq nə vaxt ölçülməlidir?
Ədəbiyyat: Hamiləlik zamanı hipertenziv vəziyyətlər üzrə klinik protokol.Bakı-2009 səh 14
Preeklampsiyalı hamilə qadınlarin vəziyyəti sabitləşdikdən sonra arterial təzyiq hər 30 dəqiqədən bir ölçülür .Stasionar şəraitində qadının vəziyyəti sabitdirsə və patoloji simptomlar qeyd olunmursa , A/T hər 4 saatdan bir ölçülməlidir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?