Mama
987 elementdən 421-440 arası göstərilir.
Sual № 421
Hamiləlik hipertenziyasının profilaktikasına nə aiddir?
1. Risk faktorlarının təsirinə məruz qalan qadınların erkən diaqnostikası
2. Hipertenziyası olan hamilələrin adekvat müalicəsi
3. Sutkada 1 qram kalsium qəbulu
4. Kiçik dozada aspirin istifadəsi
5. Hamısı vacibdir
Ədəbiyyat: Hamiləlik zamanı hipertenziv vəziyyətlər üzrə klinik protokol.Bakı-2009 səh 14
Qadın məsləhətxanasında qeydiyatda olan yüksək risk qrupuna aid olan və ya risk faktorlarının təsirinə məruz qalan qadınlarda hamiləlik hipertenziyasının profilaktikasında yuxarıda sadalananların hamısı vacibdir.
Sual № 422
Ana ilə uşaq arasında bilavasitə bədən təması (dəri-dəriyə) nəyə kömək etmir?
Ədəbiyyat: Sağlam yenidoğulmuşa qulluq üzrə klinik protokol.Bakı-2008 səh 15-16
Ana ilə uşaq arasında bilavasitə bədən təması (dəri-dəriyə) uşaqlığın tez yığılmasına kömək etmir ,çünki bu uşağı ilk dəfə döşə qoymanın məqsədlərindən biri kimi nəzərdə tutulur.
Sual № 423
Hamiləlik zamanı ana ilə əlaqəli risk faktorlarına nə aid deyil?
Ədəbiyyat: Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası üzrə klinik protokol.Bakı-2009 səh 8-10
Hamiləlik zamanı ana ilə əlaqəli risk faktorlarına ağciyərlərin ventilyasiya pozğunluğu aid deyil,çünki ,bu ağır preeklampsiyanın və eklampsiyanın mümkun olan fəsadı sayılır.
Sual № 424
Ağır preeklampsiyanın və eklampsiyanın müalicəsində hansı dərmanın seçimi məsləhət görülür ?
Ədəbiyyat: Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası üzrə klinik protokol.Bakı-2009 səh 16
Maqnezium- sulfat ağır preeklampsiya və eklampsiyanın müaliçəsində seçim dərman vasitəsidir,o,antikonvulsant olmasa da , olduqca güclü beyin vazodilatatorudur və beyin damarlarının sıxılmasının qarşısını tamamilə alır.
Sual № 425
Hamiləliyin fizioloji gedişi zamanı qadın tibb müəssisəsinə neçə dəfə gəlməlidir?
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə üzrə klinik protokol.Bakı 2009
Hamiləliyin fizioloji gedişi zamanı qadının tibb müəssisəsinə 7 gəlişi (12 həftəyə qədər,18-20 -ci , 26-28 ci , 30-32 ci, 34-36 cı, 38-ci və 40 -cı həftələrdə ) tövsiyə olunur
Sual № 426
Erkən hamiləlik zamanı baş verən qanaxmalara aşağıdakılardan hansı aid deyil?
Ədəbiyyat: Hamiləlik zamanı qanaxmalar üzrə klinik protokol.Bakı-2009.səh 15
Cift gəlişləri-ciftin anormal yerləşməsi və bitişməsi,uşaqlığın daxili dəliyindən bir qədər hündürdə və ya gələcək hissədən öndə yerləşməsidir.
Sual № 427
Gecikmiş hamiləlik qanaxmalarına aşağıdakılardan hansı aid deyil?
Ədəbiyyat: Hamiləlik zamanı qanaxmalar üzrə klinik protokol.Bakı-2009.səh 15
Uşaqlıqdankənar (ektopik) hamiləlik zamanı baş verən qanaxma (daxili) hamiləliyin erkən müddətinə aiddir.
Sual № 428
Qeyri-medikamentoz ağrısızlaşdırmaya nə aid deyil?
Ədəbiyyat: Epidural anesteziya əməliyyat zamanı istifadə edilir.
Sual № 429
Ciftin 2/3 hissəsinin qopması zamanı hansı hal müşahidə olunmur?
Ədəbiyyat: Hamiləlik zamanı qanaxmalar üzrə klinik protokol.Bakı-2009.səh 15
XBT-10 Ciftin 2/3 hissəsinin qopması zamanı arterial təzyigin kəskin yüksəlməsi mümkün deyil.
Sual № 430
Hamilə hansı halda tibb müəssisəsinə təxirə salınmadan müraciət etməlidir?
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2009.
Hamilə bütün hallarda -uşaqlıq yolundan qanaxma (qanlı ifrazat),yüksək hərarət və ya üşütmə,dölün hərəkət aktivliyinin kəskin dəyişməsi,qıcolma tutmaları zamanı tibb müəssisəsinə təxirə salınmadan müraciət etməlidir
Sual № 431
Hamilə hansı halda tibb müəssisəsinə təxirə salınmadan müraciət etməlidir?
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2009.
Hamilə bütün hallarda -uşaqlıq yolundan qanaxma (qanlı ifrazat),yüksək hərarət və ya üşütmə,dölün hərəkət aktivliyinin kəskin dəyişməsi,qıcolma tutmaları zamanı tibb müəssisəsinə təxirə salınmadan müraciət etməlidir
Sual № 432
Hamiləliyin neçənci həftəsinə qədər qarnın palpasiyasını aparmağa və dölün vəziyyətini təyin etməyə ehtiyac yoxdur?
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə üzrə klinik protokol.Bakı-2009.
Hamiləliyin 36-cı həftəsinə qədər qarnın palpasiyasını aparmağa və dölün vəziyyətini təyin etməyə ehtiyac yoxdur.
Sual № 433
Hamiləliyin neçənci həftəsindən başlayaraq uşaqlıq dibinin hündürlüyü (sm-lə) hamiləliyin müddətinə uyğun gəlir?
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə üzrə klinik protokol.Bakı-2009.
Hamiləliyin 24-cü həftəsindən başlayaraq uşaqlıq dibinin hündürlüyü (sm-lə) hamiləliyin müddətinə uyğun gəlir
Sual № 434
Hamilə qadının arterial təzyiqini (A/T) hansı vəziyyətdə ölçmək lazımdır?
1. Oturaq vəziyyətdə
2. Arxası üstə uzanmış
3. Kürəyi ilə yastığa söykənmiş və bir qədər sola meyilli uzanmış
4. Kürəyi ilə yastığa söykənmiş və bir qədər sağa meyilli uzanmış
5. Ayaq üstündə
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2009.
Hamilə qadının arterial təzyiqinin dəqiq ölçülməsi üçün ona oturaq vəziyyət, yaxud kürəyi ilə yastığa söykənmiş və bir qədər sola meyilli uzanmış vəziyyət təklif etmək lazımdır.
Sual № 435
Hansı qadınlarda doğuşdan sonrakı qanaxmanın profilaktikasını aparmaq vacibdir?
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2009.
Qadın məsləhətxanasına növbəti gəlişlərin hər birində risk qrupuna daxil olmayan hamilə qadınların ümumi fiziki və psixoloji durumu qiymətləndirilir. Bütün qadınlarda isə doğuşun 3-cü dövrü aktiv aparılmaqla qanaxmanın profilaktikası aparılır.
Sual № 436
Qadın məsləhətxanasına II-ci gəliş zamanı - hamiləliyin18-20 ci həftəsindəhansı müayinə aparılmır?
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2009.
Uşaqlıq yolu yaxmasının mikroskopik müayinəsi hamiləliyin 12- ci həftəsinə kimi qadın məsləhətxanasna ilk qeydiyyata götürülən zaman digər müayinələrlə birgə təyin edilir.
Sual № 437
Rezus- mənfi olan hamilə qadınlara antirezus immunoqlobulin neçənci həftədə təyin edilir?
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2009
Qadın məsləhətxanasına III gəlişdə- hamiləliyin 26-28 -ci həftəsində antirezus immunoqlobulin rezus- mənfi immunizasiya olmamış hamilə qadına yeridilir .
Sual № 438
Aşağıdakılardan hansı ekstra genital xəstəlik sayılır?
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2009
Hipertenziya ekstragenital xəstəlik sayılır
Sual № 439
Hamiləliyin 40 - cı həftəsində yol verilə biləcək çəki artımı neçə kq olmalıdır (BCİ - bədən çəki indeksinə görə)?
Ədəbiyyat: Respublika Ailə Planlanması Mərkəzi F.Əliyeva.Hamiləliyin təqvimi.Bakı-2004
Hamiləliyin 40-cı həftəsində yol verilə biləcək çəki artımı (BCİ-nə görə)13,6 kq olmalıdır.Ancaq yeni protokola əsasən hamiləlik dövründə çəki artımına ciddi diqqət verilmir.
Sual № 440
Cift öz hormonal funksiyasını neçənci həftədən azaltmağa başlayır?
Ədəbiyyat: Respublika Ailə Planlanmasi Mərkəzi F.Əliyeva.Hamiləliyin təqvimi.Bakı-2004
Cift öz hormonal funksiyasını 36-cı həftədən azaltmağa başlayır.Bu zaman dölün qida komponentləri və tənəffüsündə həyati vacib funksiyalarında çatışmamazlıq yaranır.Ciftin ''qocalması ''ilə əlaqədar və dölün sıxlaşmış həyat şəraiti ilə əlaqədar stress vəziyyəti yaranır.Buna cavab uşaqlığın yığılması baş verir,o müəyyən ritm alır və müntəzəm doğuş fəaliyyəti inkişaf edir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?