Mama
987 elementdən 441-460 arası göstərilir.
Sual № 441
Döldə hamiləliyin 11-ci həftəsindən doğulana qədər ekzogen infeksiyaların təsiri nəticəsində meydana çıxan funksional dəyişikliklərə nə daxil deyil?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh280.
Beçəxor-döl yumurtasının xəstəliyi olmaqla xorion xovlarının açıq rəngli maye ilə dolu qovuqcuğa çevrilməsidir.
Sual № 442
Hidrosefaliya nə deməkdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh280.
Hidrosefaliya - beyin mədəciklərində mayenin həddən artıq toplanması deməkdir. Bu zaman dölün beyin-onurğa beyni mayesinin həcmi 2-3 litrə çata bilər, nəticədə dölün başı həddindən artıq böyüyür, kəllə sümükləri nazikləşir, tikişlər aralanır, əmgəklər böyüyür, beyin mayenin təzyiqi nəticəsində atrofiyaya uğrayır.
Sual № 443
Sümük sistemində təsadüf olunan anadangəlmə inkişaf qüsurlarına nə daxil deyil?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh282
Kriptorxizm-yumurtanın xayalığa düşməməsidir. Bu halda yumurta qarın boşluğunda və ya qasıq kanalında olur.
Sual № 444
21. 09. 10 - cu ildə QM - na 30 yaşlı qadın aybaşının olmaması, ümumi zəiflik, 37, 6 temperatura, sarılıq, sağ qabırğaaltı nahiyədə ağrı və sidiyin tünd rəngdə olması şikayəti ilə müraciət edir. Axırıncı aybaşısı 10. 06. 10 - cu ildə olub. Düzgün bədən qurluşlu, A/T - 120/70, nəbz - 70 vurğu, dəri və görünən selikli qişaları sarımtıl, qarnı yumşaq , sağ qabırğaaltı nahiyyədə ağrılı, qaraciyəri qabırğa qövsündən 4 - sm aşağıda əllənir, nəcisi rəngsizdir, 3 - cü hamiləlikdir, D - 1, A - 1. Dax. müayinədə uşaqlıq 11 - 12 həftəyə uyğun,yumşaqdır. Qadın hansı xəstəliklə risk qrupuna daxil edilir?
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»
Belə hamiləlik ana və döl üçün təhlukə yaradır.Mütləq hospitalizə olunmalıdır.
Sual № 445
Doğum evinə 33 yaşlı hamilə qadın sancılarla daxil olur. Ümumi vəziyyəti kafidir, A/T- 120/80 , nəbz-74 v/dəq. Hamiləliyin 1-ci yarısının toksikozu,2-ci yarısında aşağı ətraflarda azacıq ödem olub. Qarnı oval formada, döl boylama vəziyyətdə, baş gəlişidir, dölyanı maye axmayıb, canağın ölçüləri 26-30-33-20. Dölün təxmini çəkisi-3400 qr. Daxili müayində uşaqlıq boynu tam açıqdır, su kisəsi süni açılır, 1,5 litr təmiz dölyanı maye axır, döl doğulduqdan sonra isə 2 litr arxa sular xaric olur. Qanaxma başlayır, vena daxilinə 5%- li qlükoza ilə metilerqometrin yeridilir. Cift xaric olmayıb. Doğuş zamanı qanaxmanın səbəbi nə ola bilər?
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»
Dax. müayinədə-uşaqlıq boynu tam açıqdırsa , su kisəsi süni açıiır və 1,5 litr təmiz dölyanı maye əvvəl ,döl doğulduqdan sonra da 2 litr arxa sular xaric olursa vena daxilinə 5% li qlyükoza ilə metilerqometrin yeridilir , çünki çift xaric olmadığı üçün qanaxmanın dayanmamasına səbəb ciftin hissəvi ayrılması ola bilər . Bu zaman ciftin uşaqlıq boşluğundan əllə xaric edilməsi və qanaxmanın dayandırılması üçün mamanın həkimin yardımına ehtiyacı olur.
Sual № 446
Doğum evinə 24 yaşlı hamilə qadın doğum sancıları və dölyanı mayenin axması şikayəti ilə daxil olub. Dölun ilk tərpənməsini iyunun ortasında hiss edib, qarnı oval formadadır, döl boylama vəziyyətdədir, gələcək hissə iri, yumşaq, sağrıdır. Dölun ürək döyünməsi pis eşidilir. A/T 120/80 , nəbz 100 v, t-37,6OC-dır. Çanağın ölçüləri 25-28-30-20. Solovyev ind.-14 sm-dir. Daxili müayinədə uşaqlıq boynu 2 sm açıqdır, su kisəsi yoxdur, çirkli, mekonium qarışıq dölyanı maye axır, daxili dəlik nahiyəsində yumşaq hissə əllənir. Mamanın taktikası nədən ibarətdir?
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»
Doğan qadının temperaturasının 37,6 olması və doğuş zamanı endometritin başlanması bir cox ağırlaşmaya (sancı və guc zəifliyinə, dölun hipoksiyasına və onun infeksiyasına, hipotonik qanaxmaya, zahılıq dövrunun septiki xəstəliklərinə) səbəb ola bilər Ona görə də butun bunlar, nəzərə alaraq ana və döl üçün təhlukəni aradan qaldırmaq məqsədi ilə Keysəriyyə əməliyyatı aparılır.
Sual № 447
Doğum evinə 35 yaşlı təkrari hamilə qadın ardıcıl doğum sancıları ilə daxil olur. Aşağı ətraflarında azacıq şişkinlik var. A/T 110/70, nəbz - 68 vurgu/1 dəq. Qarnı oval formadadır, döl boylama vəziyyətdədir, baş çanaq girəcəyinə söykənib, dölün təxmini çəkisi 4000 - 4200 qr. Ürək döyünməsi yaxşı eşidilir. Vasten əlaməti zəif müsbətdir. Çanağın ölçüləri normaldır. Daxili müayinə - uşaqlıq boynu qısalıb, 1 sm açıqlıq var, su kisəsi yoxdur, gələcək hissə çox yuxarıdadır. Mamanın taktikası nədən ibarət olmalıdır?
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»
Daxili müayinə-uşaqlıq boynu qısalıb,1sm açıqlıq var,su kisəsi yoxdur,gələcək hissə çox yuxarıdadır ,Vasten əlaməti zəif müsbətdir,döl iri və dölyanı mayedə axmışsa ,anaya diri uşaq vermək üçün mama söhbətin klinik dar çanaqdan getdiyini başa düşür ( yəni başla çanaq arasında uyğunsuzluq və doğuş təbii doğum yolu ilə mumkun deyil) əməliyyatın vacib oimasını anaya başa salır və həkim çağırır.Əməliyyat qərarını isə mama deyil həkim verir.
Sual № 448
Doğum evinə 28 yaşlı hamilə qadın qanaxma ilə daxil olur. Çanaq girəcəyi üzərində gələcək hissə təyin edilmir, baş soldadır. Dölun ürək döyünməsi zəif eşidilir. Daxili müayinədə uşaqlıq boynu 1 barmağı buraxır, ifrazat qanlıdır. Nədən şübhələnmək olar?
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»
Çanaq girəcəyi uzərində gələcək hissə təyin edilmir, baş soldadır. Dölun urək döyunməsi zəif eşidilir Daxili müayinədə uşaqlıq boynu 1 barmağı buraxır, ifrazat qanlıdırsa,söhbət 36 həftəlik hamiləlik ,dölün köndələn vəziyyəti, normal yerləşmiş ciftin vaxtından qabaq ayrılması, dölün bətndaxili hipoksiyası təhlükəsindən getdiyi üçün ana və dölün həyatını qurtarmaq üçün keysəriyyə əməliyyatı aparılır.
Sual № 449
Doğum evinə 29 yaşlı qadın içərisində qovucuqlar olan tünd rəngli qanlı ifrazatın olması şikayəti ilə daxil olub. Axırıncı aybaşısına görə 20 həftəlik hamilədir. QM - da qeydiyyatdadır. Ümumi vəziyyəti kafidir. Uşaqlığın dibi göbək bərabərindədir, əllədikdə konsistensiyası çox yumşaqdır ( xamırvari), dölün hissələri əllənmir,ürək döyünməsi eşidilmir, ana tərpənməyini hiss etmir. Söhbət hansı patologiyadan gedir?
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»
Uşaqlığın dibi göbək bərabərindədir,əllədikdə konsistensiyası çox yumşaq, (dölün hissələri əllənmir,ürək döyünməsi eşidilmir,ana tərpənməyini hiss etmirsə) bunlar göstərir ki,uşaqlıq 24 həftəlik hamiləliyə uyğun gəlir, yəni hamiləliyin muddətinə uyğun deyil (böyükdür) və ifrazat qanlı, içərisində qovucuqlar da varsa deməli söhbət beçəxordan gedir .Qadının uşaqlığı beçəxordan azad edilməli və o, QM -da dispanser müşahidəsinə götürülməlidir.
Sual № 450
Doğum evinə 32 yaşlı qadın 33 həftəlik hamiləliklə qarnının aşağı hissəsində və belində sancı şəkilli ağrılarla daxil olub (ağır əşya qaldırıb). UDH - 30 - sm, QD - 80 - sm. Dölün vəziyyəti boylamadır, gələcək hissə baş çanaq girəcəyi üzərində hərəkətlidir, dölün ürək döyunməsi 1 dəq 130 v. Uşaqlıq tonusdadır. Obyektiv müayinədə şəffaf ,kifayət qədər döl yanı maye axır. Daxili müayinədə uşaqlıq boynu 2 - sm açıqdır. Söhbət nədən gedir? Dölün təxmini çəkisi neçə qr?
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»
Uşaqlıq tonusdadır.Obyektiv müayinədə şəffaf ,kifayət qədər döl yanı maye axır.Daxili müayinədə uşaqlıq boynu 2-sm açıqdır və UDH-30-sm, QD-80-sm deməli, qadında vaxtından qabaq doğuş başlayıb, dölün təxmini çəkisi 2400qr (30х80=2400qr) . Dölyanı maye axırsa, dölün hipoksiyasina qarşı profilaktika aparmalı və doğuşu adi qaydada idarə etməli.
Sual № 451
Evdə 22 yaşlı hamilə qadında tezləşmiş doğum fəaliyyəti başladığı üçün təcili yardıma müraciət edir. (QM - da çoxdöllü hamiləliklə qeydiyyatdadır) TY gələnə kimi 1 - ci döl baş gəlişində, diri doğulur, qan axma başlayır. 2 - ci döl sağrı gəlişindədir, ürək döyünməsi 1dəq. 100 v, bu zaman hansı ağırlaşmadan söhbət gedə bilər?
Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»
Təcili yardımdakı mama mutləq qadının ümumi vəziyyətinə nəzarət etməli, 2-ci döl sağrı gəlişində, ürək döyünməsi 1dəq.100v.-sa, qan axma da başlayıbsa , onda 2-ci dölun ciftinin vaxtından qabaq ayrılması bətn daxilindəki döldə hipoksiya təhlükəsi yaradır , mama Sovyanov üsulundan istifadə edərək 2-ci dölü azad etməli , bundan sonra qanaxmanın qarşısını almaq üçün tədbirlər görməli , sonra 2-ci döllə məşğul oimalıdır.Uşaqlığı yığan preparatlardan istifadə etməli .Doğmuş qadını və əkizləri doğum evinə gətirib II mamalıq şöbəsinə qəbulunu təmin etməlidir.
Sual № 452
Hansı preparatı hamilə qadınlara təyin etmək olmaz?
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 480
Противопоказания к применению: Стрептомицин (проникает через плацентарный барьер и может оказывать нефротоксическое действие на плод), пефлоксацин(В экспериментальных исследованиях установлено токсическое воздействие монофторхинолонов на хрящевую ткань),
Sual № 453
Dimedrolun əlavə təsiri nədir?
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 433
Sual № 454
Əsas ginekoloji müayinə üsullarına hansı aiddir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 47
Güzgülərlə müayinə uşaqlıq yolu müayinəsindən əvvəl aparılır, çünki bu zaman patoloji prosesin mənzərəsinin dəyişməsi mümkündür (şişin dağılması, polipin qanaması). Güzgülərlə müayinə zamanı bakterioskopik və sitoloji müayinə üçün yaxmalar götürülür. Uşaqlıq boynu nəzərdən keçirilir, çapıqların forması, yaralar, svişlər, poliplər aşkar edilir. İfrazatın xarakteri (irinli, qanlı) müəyyən edilir.
Sual № 455
Uşaqlığın əzələsi neçə qatdan ibarətdir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торгинов, «Гинекология», 1991 səh. 12
Uşaqlığın ən möhkəm qatı olub, qan damarları ilə zəngindir. I xarici – boylama, II çəp və dairəvi, III daxili- boylama liflərdən təşkil olunub.
Sual № 456
Normada yumurtalığın qalınlığı neçə sm olmalıdır?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торгинов, «Гинекология», 1991 səh. 16
Normada yumurtalığın qalınlığı 1,0-1,5sm olur
Sual № 457
Rentgenoloji müayinə üsullarına hansı aiddir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 59
Uşaqlıq borularının keçiriciliyini təyin etmək üçün aparılır və çox vaxt sonsuzluğun müayinəsində istifadə edilir. Uşaqlıq boşluğuna 25 ml kontrast maddə (yodolipol, veroqrafin, kardiotrast və s.) daxil edilir, rentgen şəkli çəkilir və patoloji ocaq aşkar edilir. (submukoz mioma, inkişaf qüsuru, sinexiya və s.)
Sual № 458
Uşaqlığın artımlarına nə aiddir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 15
Enli bağın arxa vərəqində yumurtalıqlar yerləşir, yuxarı hissəsindən isə borular keçir. Bu üzvlərin qadın orqanizmində rolu böyükdür.
Sual № 459
Yumurtalıq dövrünün III fazasında hansı hormon ifraz olunur?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 82
Aybaşının yumurtalıq siklində 1) follikul yetişir, 2)ovulyasiya fazası olur, 3)sarı cisim əmələ gəlir. Aybaşı siklinin II yarısında progesteronun səviyyəsi qalxır. Bunun hesabına uşaqlığın selikli qişası sekresiya fazasında olduğu üçün hamilə qalma şansı qadınlarda çox olur. Hamiləlik zamanı progesteron uşaqlığın tonusunu aşağı salır, estrogenlərlə birlikdə döş vəzisini süd ifrazına hazırlayır.
Sual № 460
Aşağıdakı xəstəliklərin hansında uşaqlıq yolu şırınqa edilir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 98
Orqanizmin hormonal pozğunluqlarında, yumurtalıqların hipofunksiyası zamanı, postmenopauza dövründə, şəxsi gigiyena qaydalarına riayət etmədikdə uşaqlıq yolu möhtəviyyatının təmizliyi pozulur və nəticədə iltihabi xəstəlik əmələ gəlir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?