Mama
987 elementdən 461-480 arası göstərilir.
Sual № 461
Uşaqlıq yolunun olmamasına nə deyilir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 68
Uşaqlıq yolunun aplaziyası bətndaxili mezodermal axarların inkişafının pozulması zamanı əmələ gəlir. Cinsi həyatın mumkun olmaması müşahidə olunur.
Sual № 462
Amenoreya nədir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 85
Aybaşı tsikli qadının bütün orqanizmində baş verən periodik təkrar olunan dəyişiklik olsa da, o özünü cinsiyyət sistemində daha kəskin göstərir. Aybaşının olmaması bir çox iltihabi xəstəliklərlə əlaqədar ola bilər.
Sual № 463
Menorragiya nədir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 84
Menorragiya -müntəzəm intervallarla təkrar olunan intensiv uşaqlıq qanaxması nəzərdə tutulur. Aybaşı zamanı qan itkisi normadan artıq olur (7gündən artıq davam edir).
Sual № 464
Metrorragiya nədir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 90
Hər hansı bir səbəbdən normal aybaşı tsikli ilə əlaqəli olmayan qanaxmalar , anovulyator və ya disfunksional uşaqlıq qanaxmaları, bəzən isə şiş xəstəliklərinin simptomu ola bilər.
Sual № 465
Ginekoloji xəstələrin əlavə müayinə üsullarına hansı aiddir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 52
Sağlam qadınlarda profilaktik məqsədlə şişönü xəstəliklərin erkən diaqnostikasını aparmaq məqsədilə yaxma götürülür. Atipik hüceyrələr tapılarsa, həmin qadınlarda biopsiya və uşaqlığın diaqnostik qaşınması aparılır.
Sual № 466
Uşaqlığın uzunluğu neçə sm - dir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 12
Uşaqlıq armudşəkilli, boşluqlu üzvdür, kiçik çanağın mərkəzində yerləşir və onun uzunluğu zondla 7-8 sm-dir.
Sual № 467
Aşağıda göstərilənlərdən hansı süzənəyin provokasiya üsuluna aid deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 117
Dəri-zöhrəvi xəstəliklərə şübhə olduqda qanın seroloji reaksiyası aparılır (Vasserman reaksiyası).
Sual № 468
Daha çox süzənəyə qadın cinsiyyət sisteminin hansı şöbələri məruz qalır?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 119
Spesifik infeksion törədici cinsi yolla keçəcək qadının sidik-cinsiyyət sisteminin selikli qışasını zədələyir. Ən çox isə sidik kanalı və uşaqlıq boynunun selikli qişası zədələnir. Uretra və servikal kanal daha çox süzənəyə məruz qalır.
Sual № 469
Aşağıdakılardan hansı adətən süzənək mənşəli qadın sonsuzluğuna səbəb olur?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 123
Süzənəkli salpingit zamanı iki tərəfli boruların selikli qişası zədələnir, onların keçiriciliyi pozulur və sonsuzluğa səbəb olur.
Sual № 470
Yuvenil qanaxmalar adətən hansı səbəblərdən baş verə bilər?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 232
Qızlarda baş verən qanaxmalar onların fiziki və zehni işlə məşğul olduqları zaman əsəb sistemi ilə əlaqədar olur.
Sual № 471
Postkastrasion sindrom hansı əməliyyatdan sonra əmələ gəlir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 94
Bəzi patoloji hallardan asılı olaraq yumurtalıqlar cərrahiyyə əməliyyatı ilə orqanizmdən xaric edilir və bu zaman qadınlarda baş ağrısı, ürək bulanma, qusma, istilik hissi, yorğunluq, yaddaşın zəifləməsi, depressiya və s.qeyd olunur.
Sual № 472
Alqodismenoreya nədir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 92
Bəzi qız uşaqlarında və qadınlarda aybaşı zamanı qarının aşağı hissəsində bir çox səbəblərdən asılı olan ağrılar olur.
Sual № 473
Xorionepitelioma nədən sonra əmələ gəlir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 197
Hamiləlik zamanı – xorion liflərinin nizamsız düzülüşü nəticəsində içərisi maye ilə dolu qovuqcuqlar əmələ gəlir və desidual qişaya yayılır. Üzüm salxımını xatırladır.
Sual № 474
Aspermiya nədir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 146
Toxum çıxaran axacağın və spermanın xaric olmasına mane olan xayaların artımlarının çapıqlı dəyişiklikləri aspermiyaya səbəb olur.
Sual № 475
Yumurtalığın eni nə qədərdir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 16
Yumurtalıqlar qoşa üzvdür, hər ay bir follikul yetişərək mayalanmağa qabil hüceyrə əmələ gətirir.
Sual № 476
Uşaqlıqdan kənar hamiləliyin daha çox lokalizasiya yeri haradır?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 15
Mayalanmış döl yumurtası bir çox səbəblərdən uşaqlığa düşə bilmir və ən çox uşaqlıq borusunun müxtəlif nahiyələrində implantasiya olaraq qalır (98,5%) və boru hamiləliyi baş verir.
Sual № 477
Aşağıdakı səbəblərdən hansı xarici cinsiyyət üzvlərinin zədələnməsinə səbəb ola bilər?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh 205
Doğuş uşaqlıq boşluğundan dölün və sonun qovulmasından ibarət fizioloji prosesdir. Fizioloji doğuş orta hesabla 10 mamalıq ayından sonra baş verir. Yetişmiş döl ana bətnindən xaricdə yaşamağa qadir olur.Çox vaxt aralığın tamlığı pozulur.
Sual № 478
Birincili sonsuzluq nəyə deyilir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 144
60-70% qadın sonsuzluğu müxtəlif səbəblərdən baş verir. 1 il ərzində cinsi əlaqədə olan qadında hamiləlik baş vermirsə, birincili sonsuzluqdan danışmaq olar.
Sual № 479
İkincili sonsuzluq dedikdə nə nəzərdə tutulur?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 144
Doğmuş qadının orqanizminin hər hansı bir səbəbdən zəifləməsi, immunitetinin aşağı düşməsi, mikrobun virulentliyindən asılı olaraq, iltihabi proses baş verərsə bu bəzən ikincili sonsuzluğa səbəb ola bilər.
Sual № 480
Yumurtalığın uzunluğu nə qədərdir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 16
Badam şəkillidir, epitel, ağlı qişa, beyin və qabıq qatdan ibarətdir. Funksiyası cinsi hormon ifraz etməkdir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?