Mama
987 elementdən 481-500 arası göstərilir.
Sual № 481
Uşaqlıq miomasına hansı aiddir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 160
Uşaqlığın əzələ qatının hiperplaziyası ilə əlaqədar hormonal mənşəli dəyişiklik gedir. Xoşxassəli şiş- mioma əmələ gəlir və inkişafından asılı olaraq qarın boşluğuna doğru böyüyə bilər. Bəzən isə düyünlü- forması olur.
Sual № 482
Uşaqlıq boynunun müayinəsi üçün hansı üsul istifadə olunur?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 53
Uşaqlıq boynunun xəstəliklərinə şübhə olan hallarda ona kolposkopla baxmaq ( 10-30 dəfə böyüdülməsi) və lazım gələrsə biopsiya materialının götürülməsi üçün əlavə müayinə üsuludur.
Sual № 483
Aşağıdakı simptomlardan hansı uşaqlıq miomasının obyektiv simptomlarına aid deyildir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 85
Amenoreya – 6 ay və ya uzun müddət menstruasiyanın olmamasıdır. Yalançı və həqiqi amenoreya fərqləndirilir. Həqiqi amenoreyada yumurtalıqda və bütün orqanizmdə tsiklik dəyişikliklər baş vermir. Yalançı amenoreyada isə dəyişiklik baş verir, lakin mensturasiya qanı mexaniki maneə olduğu üçün xaricə çıxa bilmir.
Sual № 484
Qızlarda disfunksional uşaqlıq qanaxmalarına nə deyilir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 232
Stres, fiziki gərginlik, xroniki iltihabi xəstəliklər qız uşaqlarında aybaşının pozulmasına- qanaxmalara səbəb olur ki, buna “Yuvenil” qanaxma deyilir. Belə qanaxma follikulun atreziyası, persistensiyası zamanı baş verir. Bu qanaxma 1,5-2 ay çəkə bilər və qan azlığına səbəb olar.
Sual № 485
Nə rentgenoloji üsula aid deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 60
Diaqnozu dəqiqləşdirmək, uşaqlığın selikli qişasının qalınlaşmasına nəzarət, polipləri aşkar etmək üçün aparılan müayinə üsuludur.
Sual № 486
Oliqomenoreya nədir?
1. Aybaşı günlərinin azalması
2. Aybaşı vaxtı ayrılan qanın miqdarının azalması
3. Aybaşı vaxtı ayrılan qanın miqdarının çoxalması
4. Aybaşı günlərinin çoxalması
5. Nadir baş verən aybaşılar
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 84
Kliniki gedişinə görə aybaşı funksiyasının pozulmalarından biri onun müddətinin (günlərinin) və aybaşı vaxtı ayrılan qanın miqdarının azalmasıdır (XBT-10 üzrə).
Sual № 487
Hipomenoreya nədir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 84
Kliniki gedişinə görə aybaşı funksiyasının pozulmalarından biri ayrılan qanın miqdarının az olmasıdır.
Sual № 488
Opsomenoreya nədir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 84
Kliniki gedişinə görə aybaşı funksiyasının pozulmalarından biri aybaşının gec-gec (nadir) olmasıdır.
Sual № 489
Hipomenstrual sindroma hansılar aiddir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 84
Kliniki gedişinə görə aybaşı zamanı itirilən qanın miqdarının az, müddətinin qısa və nadir olması sindromu ilə müşahidə edilir. (hipo,oliqo,opso menoreya)
Sual № 490
Hipermenstrual sindroma hansılar aiddir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 84
Klinik gedişinə görə aybaşı uzun, itirilən qanın miqdarı çox və tez-tez baş verməsi sindromu ilə müşahidə edilir.(poli,hiper,proyomenoreya)
Sual № 491
Uşaqlıq yolunun əzələsi neçə qatdan ibarətdir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 9
Uzununa və dairəvi əzələ qatından ibarətdir. Əzələ qatı isə selikli qişaya söykənir. Uşaqlıq yolunda büküşlər var.
Sual № 492
Aşağıdakılardan hansı uşaqlıqdan kənar hamiləliyin baş verməsi üçün risk amillərinə aiddir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 211
Qonşu üzvlərin- sidik kisəsi və düz bağırsaqda patoloji proses zamanı operativ müdaxilə uşaqlıqdan kənar hamiləlik üçün risk amilinə aiddir.
Sual № 493
Yuvenil qanaxmalarda nə tətbiq edilir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 212
Qız uşaqlarında follikulun atreziyası və ya persistensiyası ilə əlaqədar baş verən uşaqlıq qanaxmalarında aybaşı funksiyasını bərpa etmək üçün hormonal hemostaz, qankəsici, uşaqlığı yığan preperatlar təyin edilir.
Sual № 494
Uşaqlıq yolunun funksiyasına aşağıdakılardan hansı aiddir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 16
Uşaqlıq yolu mayalanmada iştirak edir , cinsi əlaqə zamanı ifraz edilın toxum mayesi bura tökülür və spermanın əksəriyyəti arxa tağda toplanır.
Sual № 495
Ginekoloji xəstələrin əlavə müayinə üsullarına hansı aid deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 49
Ginekoloji xəstəliklərin diaqnozunu qoymaq üçün xüsusi müayinə üsulu olan 2 əlli(bimanual) müayinədən istifadə edilir.
Sual № 496
Hipermenoreya nədir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 89
Klinik gedişinə görə bəzi qadınlarda müxtəlif səbəblərdən itirilən aybaşı qanının miqdarı çox olur və qadının vəziyyətinə təsir edir. Qan azlığına səbəb olur.
Sual № 497
Proyomenoreya nədir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 84
Müəyyən səbəbdən asılı olaraq klinik gedişinə görə aybaşı funksiyası pozulduğu üçün,aybaşı tez-tez olur.
Sual № 498
Polimenoreya nədir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 84
Müəyyən səbəblərdən asılı olaraq aybaşı funksiyası pozulduğu üçün aybaşı uzun davam edir.
Sual № 499
Uşaqlıq yolunun bitişməsinə nə deyirlər?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 68
Bir çox səbəblərdən, əsasən də uşaq vaxtı difteriya xəstəliyi keçirərsə uşaqlıq yolunun bitişmələrinə rast gəlinir. Bu isə özünü cinsi yetişkənlik dövründə aybaşı qanının xaric ola bilməməsi ilə göstərir, qan maneədən yuxarı yığılır, həm də cinsi əlaqə mümkünsüz olur.
Sual № 500
Uşaqlıq borularının uzunluğu neçə sm olur?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 15
Daxili cinsiyyət üzvləri olan borular uşaqlığın yuxarı tərəfindən başlayır, enli bağın üzəri ilə yanlara doğru gedir, kəndir şəklində olub, 10-12 sm uzunluğundadır. Ampulyar hissə ilə quratrır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?