Mama
987 elementdən 501-520 arası göstərilir.
Sual № 501
Azospermiya nədir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 146
Kişinin generativ funksiyasının dəqiq təyin edilməsi üçün təzə spermanın mikroskopik müayinəsi zamanı yetkin spermatozoidlərin olmaması aşkar edilir.
Sual № 502
Normada eyakulyatda ən azı nə qədər spermatozoid olmalıdır?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 146
Spermanın 1 damcısı qızdırılmış əşya şüşəsi üzərinə damızdırılır və mikroskop altında baxılır və spermatozoidin miqdarı təyin edilir. Kişi sonsuzluğunun səbəbi aşkar edilir.
Sual № 503
Oliqospermiya nədir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 146
Kimyəvi və termiki faktorlardan ,alkoqolizmdən, neyroendokrin pozğunluqlardan və s. asılı olaraq spermatogenez prosesi pozulur və onların sayı azalır.
Sual № 504
Nekrospermiya nədir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 146
Kişi sonsuzluğunun əsas səbəblərindən biri hərəkətli spermatozoidlərin olmamasıdır.
Sual № 505
Aşağıdakı təriflərdən hansı kistaya uyğun gəlir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 153
Patoloji proses nəticəsində sekresiya məhsulunun artıq hissəsi boşluqlara dolur və buna cinsiyyət sisteminin müxtəlif nahiyyələrində rast gəlinir.
Sual № 506
Endometrioz nədir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 157
Mioma kimi hormondan asılı xəstəlik sırasına daxildir. Uşaqlıqdan kənarda da əmələ gəlir. Yuvalardan ibarətdir. İçərisində tünd rəngli maye olur. Uşaqlıq divarının qalınlaşması hesabına böyük ölçüdə olur.Uşaqlıq boynunda da endometrioza rast gəlinir.
Sual № 507
Hansı preparat hiperprolaktinemiya zamanı istifadə olunur?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh 245; E.Ф.Кира, В.В.Корхов «Практический справочник акушера-гинеколога»1995 səh 24
Prolaktinin ifrazının çoxalması zamanı hipotalamus-hipofiz-yumurtalıqlar sistemində tənzimləmə pozulur. Bu müvazinəti tənzimləmək üçün parlodeldan istifadə edilir.
Sual № 508
Hansı xəstəlik virus mənşəlidir ?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
Genital herpes virus mənşəlidir.
Sual № 509
Hansı xəstəlik virus mənşəli deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
Ureaplazmoz virus mənşəli deyil.
Sual № 510
Qadın cinsiyyət sisteminin vərəmi üçün hansı lokalizasiya ən xarakterikdir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 134
Uşaqlıq boruları əsasən vərəmə ikincili yoluxurlar. Bu isə sonsuzluğa gətirib çıxarır.
Sual № 511
Süzənəyin inkubasion dövrü neçə gün çəkə bilər?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 117
Spesifik qonokoklar tərəfindən törənir, cinsi yolla yayılaraq cinsiyyət sisteminin selikli qişasın zədələyir. İnkubasion dövr cəmi 1 həftə çəkə bilər.
Sual № 512
Adneksitin başqa adı nədir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 104
Spesifik-qonokokk, vərəm mikobakteriyaları, qeyri spesifik -stafilokokk, streptokokk, bağırsaq çöpləri tərəfindən törədilən borular və yumurtalıqlara qalxan infeksiya uşaqlıqdan, limfogen yolla bağırsaqlardan, hemotogen yolla orqanizmin başqa ocaqlarından daxil olur və onlarda iltihabi prosesin ( uşaqlıq borusunun və yumurtalıqların iltihabının ) baş verməsinə səbəb olur. Bu isə orqanizmin ümumi vəziyyətindən və mikrobun formasından asılı olur.
Sual № 513
Endometriozlu xəstələrin əsas şikayəti nədir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 157
Uşaqlığın endometriyasının heterotopiyası ilə əlaqədar olaraq genital və ekstragenital lokalizasiyalı olub, uşaqlığın selikli qişasının funksiyasını xatırlatdığı üçün qadında aybaşıdan əvvəl və sonra qanlı ifrazat qeyd olunur.
Sual № 514
Yumurtalığın apopleksiyası üçün hansı simptom xarakterik deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 222
Yetişmiş follikul ovulyasiyaya uğradığı vaxt yumurtalıq toxuması cırıldıqda bəzən qasıq nahiyəsində qəfildən kəskin ağrı qeyd olunur və daxili qanaxma baş verir.
Sual № 515
Uşaqlığı yığan preparatlar qrupuna nə aid deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.245 H.M.Şəmsəddinskaya.A.J.Hüseyinov «Mamalıq və ginekologiyada dərman müalicəsi»səh 272
Disfunksional uşaqlıq qanaxmalarında hemostaz məqsədilə dyufaston təyin edilə bilər.
Sual № 516
Uşaqlığı yığan preparatlar qrupuna nə aiddir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.245 H.M.Şəmsəddinskaya.A.J.Hüseyinov «Mamalıq və ginekologiyada dərman müalicəsi»səh92-93
Bir çox xarici qanaxmalarda hipofizin arxa payının preparatlarından uşaqlıq əzələsinin yığılmasını stimulə etmək və qanaxmanı dayandırmaq məqsədi ilə istifadə edilir.
Sual № 517
Hansı estrogenlərə aid deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.245 H.M.Şəmsəddinskaya.A.J.Hüseyinov «Mamalıq və ginekologiyada dərman müalicəsi»səh278
Aybaşı siklinin II yarısında sarı cismin hipofunksiyası zamanı, disfunksional uşaqlıq qanaxmalarında təyin edilə bilər.
Sual № 518
Hansı preparat ilə hestogen hemostozı aparmaq mümkündür?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh H.M.Şəmsəddinskaya.A.J.Hüseyinov «Mamalıq və ginekologiyada dərman müalicəsi»səh.278
Hestogen hemostozı dyufastonla aparılır.
Sual № 519
Aşağıdakı xəstəliklərdən hansı təxirəsalınmaz yardım tələb etmir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 154
Aybaşı sikli ilə əlaqədar olaraq bəzən aybaşı tsiklinin fazalarına uyğun şişə bənzər, içərisi maye ilə dolu divarı nazik kistalar əmələ gəlir ki, bunlar ya öz-özünə partlayır, ya da müalicə ilə sorulurlar. Bəzi kistalar isə çox böyük olmadığı üçün xəstəni narahat etmir.
Sual № 520
Aşağıda göstərilənlərdən hansı uşaqlıq yolunun şırınqalanması üçün əks-göstərişdir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 96
Cinsiyyət üzvlərinin xəstəliklərində əsasən qalxan infeksiya cinsi yolla yayılır. Xəstəliyin gedişi xəstənin ümumi vəziyyətindən, mikrobun virulentliyindən asılı olduğu üçün klinik gedişi fərqlənir.Yerli və ümumi ginekoloji müalicə aparılır. Bəzi hallarda ( kəskin ) -yerli müalicə əks göstəriş sayılır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?