Mama
987 elementdən 521-540 arası göstərilir.
Sual № 521
Uşaqlıq yolunun şırınqalanmasına aşağıdakılardan hansı əks- göstəriş deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 98
Uşaqlıq yolunun selikli qişasının iltihabı(kolpit)- stafilokokk, streptokokk, trixomonadalar və göbələklər tərəfindən törəndiyi üçün klinik gedişindən asılı olaraq ümumi və yerli müalicə təyin olunur.
Sual № 522
Aşağıda göstrilən xəstəliklərdən hansında tampon müalicəsi məqsədə uyğun deyil?
1. Artımların iltihabı
2. Servisit
3. Kolpit
4. Uşaqlıq boynunun həqiqi eroziyası
5. Parametrit
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 98
Cinsiyyət üzvlərinin xəstəliklərində əsasən də uşaqlıq boynunun eroziyası və parametritdə tampon müalicəsı məqsədə uyğun deyil.
Sual № 523
Göstərilən simptomlardan hansı boru abortu üçün xarakterik deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 211
Ginekologiyada özbaşına abortun bəzi formalarında, submukoz miomada,aybaşı pozğunluğunun bəzi hallarında, klimakterik dövrdə uşaqlıq qanaxması baş verir.Boru abortu üçün daxili qanaxma xarakterikdir.
Sual № 524
Adneksit hansı üzvün iltihabı adlanır?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 104
Orqanizmin müqavimətinin aşağı düşməsi və infeksiyanın virulentliyinin artmasından asılı olaraq iltihabi proses boru və yumurtalığa yayılır. Abortlar, hidrotubasiya, pertubasiya, histerosalpinqoqrafiya, uşaqlığın selikli qişasının qaşınması buna səbəb ola bilər.
Sual № 525
Adenomioz nəyə deyilir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 157
Endometriyanın heterotopiyası zamanı uşaqlıq boşluğundan kənarda selikli qişanın quruluş və funksiyasını xatırladan hal baş verir. Lokalizasiyasına görə genital və ekstragenital endometrioz ayırd edilir.
Sual № 526
Sarı cisim hansı hormonu ifraz edir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 80
Aybaşı pozğunluğunda aybaşı siklinin II yarısında sarı cismin hormonundan(progesteron) istifadə edilir.
Sual № 527
Hansı faza uşaqlığın selikli qişasında baş verən aybaşı siklinin dəyişikliklərinə aid deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 80
Aybaşı siklinin normal olması üçün ayda bir follikul yumurtalıqda inkişaf edir, yetişir və partlamaya məruz qalır. Bu vaxt yumurta hüceyrə xaric olur və döllənmə baş verir. Bu 14-cü günə (10-16-cı gün) təsadüf edir.
Sual № 528
Qadın məsləhətxanasında qadınlara göstərilən ambulator mama – ginekoloji yardımın funksiyasına nə aid deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.24; Н.Е.Кретова.Л.М.Смирнова «Акушерство и гинекология»1985 səh 14-19
Bəzi ginekoloji xəstəliklərdə planlı və təcili əməliyyat tələb edən hallarda qadınlar stasionara cəlb olunur və diaqnozdan asılı olaraq stasionar müalicəsi aparılır.
Sual № 529
Ginekoloji stasionarda hansı şöbə olmur?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.27; Н.Е.Кретова.Л.М.Смирнова «Акушерство и гинекология»1985 səh21
İxtisaslaşmış ginekoloji yardımı yalnız mama ginekoloqlar göstərir.
Sual № 530
Operativ ginekoloji şöbədə hansı xəstəliklər planlı şəkildə əməliyyat oluna bilər?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.76
Cinsiyyət sisteminin bəzi nahiyələri doğuşdan sonra , ağır işlə əlaqədar olaraq öz normal vəziyyətini bərpa edə bilmir. Buna səbəb çanaq dibi əzələlərinin quruluş və funksiyasının pozulması, qarının ön divarının əzələlərinin boşalması, bağ aparatının zəifləməsidir ki,bu da qadında bəzi narahatçılıqlara gətirib çıxarır.
Sual № 531
Konservativ ginekologiya şöbəsində hansı xəstəliklər müalicə oluna bilməz?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 211
Mayalanmış döl yumurtasının uşaqlıqdan kənarda implantasiyası ağrı və daxili qanaxma ilə nəticələnir. Xəstənin vəziyyətindən asılı olaraq cərrahi əməliyyat tələb edir.
Sual № 532
Ginekoloji stasionarda işləyən tibb bacısının vəzifəsinə nə aid deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.298; Н.Е.Кретова.Л.М.Смирнова «Акушерство и гинекология»1985 səh21
Şöbədə işləyən tibb bacısının xəstə ilə təmasda olarkən intim söhbət və müayinələrin nəticələri haqqında müzakirə aparmaq səlahiyyəti yoxdur. Çox hallarda səlahiyyət həkimindir.
Sual № 533
Aşağıdakı hallardan hansı ağrını xarakterizə etmir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh33. E.Ф.Кира ,В.В.Корхов «Практический справочник акушера-гинеколога»1995 səh150
Ginekoloji xəstələrin şikayəti ağrı olsa da ağrının xarakterindən asılı olaraq müayinə və müalicə aparılır.
Sual № 534
Ginekoloji xəstəliklərdə ağrı hansı nahiyələrə yayıla bilməz?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.33; E.Ф.Кира ,В.В.Корхов «Практический справочник акушера-гинеколога»1995 səh150
Döş qəfəsi üzvlərinin bəzi xəstəliklərində ağrı ona yaxın nahiyəyə irradiasiya edir.
Sual № 535
Ginekoloji xəstələrdən anemnez toplayarkən nə əsas götürülmür?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.33
Qadın məsləhətxanasında, ginekoloji şöbəyə müraciət edən qadınlar istədikləri kimi geyinib gələ bilərlər.
Sual № 536
Ümumi müayinə üsullarına nə aid deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 47
Daxili ( uşaqlıq yolu) müayinədən əvvəl, mütləq, uşaqlıq boynunun müayinəsini aparmaq üçün xüsusi müayinə üsulundan ( güzgülərdən) istifadə edilir.
Sual № 537
Aşağıdakılardan hansı əlavə müayinə üsuluna aid deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 47
Ginekologiyada diaqnostika və müalicə məqsədi ilə bəzi alətlərdən(güzgülərdən) istifadə edilir. Bunun üçün aseptika və antiseptika qaydalarına ciddi riayət edilməlidir.
Sual № 538
Uşaqlıq boynunun yumşalması hansı halda baş verir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.49
Yumurta hüceyrəsinin mayalanması aybaşı siklinin 14-cü gününə (10-16-ci gün) təsadüf edir və mayalanmış döl yumurtası uşaqlığın daxili səthinə implantasiya olur. Bu vaxt uşaqlıq boynunda və uşaqlıqda yumşalma baş verir.
Sual № 539
Uşaqlıq yolunun neçə təmizlik dərəcəsi təyin edilir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 10-11
.Uşaqlıq yolu mikro florası onu xarici infeksiyadan qoruyur. Belə ki, onun öz-özünü təmizləmə xüsusiyyəti var. Orqanizmin müqavimətindən ,mikrobun virulentliyindən və uşaqlıq yolunun reaksiyasının dəyişməsindən asılı olaraq iltihabi proses baş verir.4 təmizlik dərəcəsi var.
Sual № 540
Uşaqlığı nə vaxt zondlamaq olmaz?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.52
Mayalanmış döl yumurtası uşaqlığa implantasiya olduqdan sonra qadının orqanizmində bəzi fizioloji dəyişikliklər baş verir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?