987 elementdən 541-560 arası göstərilir.

Sual № 541

Uşaqlıq və uşaqlıq yolu anomaliyalarına nə aid deyil?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 73
Daxili cinsiyyət üzvləri bəzi səbəblərdən öz anatomik vəziyyətini üfüqi və şaquli vəziyyətdə dəyişir. Eyni zamanda üzvün qat və şöbələri də bir-birinə nisbətən dəyişikliyə məruz qala bilər.

Sual № 542

Uşaqlıq yolunun arxa divarının düşməsi və sallanmasının klinik simptomuna nə aid deyil?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 76
Uşaqlığın (sallanmasında) boynunda surtunmə nəticəsində yara əmələ gəlir. Çox zaman yaşlı qadınlarda müşahidə olunur.

Sual № 543

Cərrahi əməliyyatdan sonra yara nahiyəsində hansı ağırlaşma ola bilməz ?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh291
Cərrahi əməliyyatdan sonra yara nahiyəsinə ciddi nəzarət edilir və orada ağırlaşmaların olmaması üçün sağrı materialının təmizliyinə ciddi riayət edilməlidir. Temperatur səhər, axşam ölçülüb xəstəlik vərəqinə qeyd edilir.

Sual № 544

Əməliyyatdan sonra ağırlaşmaların profilaktikasına nə aid deyil?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.291
Ginekoloji şöbəyə daxil olan hər bir xəstə ilə həkim sorğu-sual aparır. Əldə etdiyi məlumatları xəstəlik vərəqinə qeyd edir, müayinə və müalicə taktikası seçilir.

Sual № 545

Ginekoloji əməliyyatdan sonra tibb bacısı nəyə fikir verməlidir?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.291
Cərrahi əməliyyatdan sonra xəstə intensiv-reanimasiya şöbəsinə köçdükdə onun vəziyyətinə nəzarət olunur.

Sual № 546

Məcburi muayinə üsullarına nə aid deyil?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.42
Şöbəyə daxil olan ginekoloji xəstələrlə həkim sorğu-sual aparır, lazım olan müayinələr aparılırr, diaqnoz qoyulur və müalicə taktikası seçilir.

Sual № 547

Cərrahi blokda işləyən tibb bacısının işinə nə daxil deyil?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh291.
Cərrahi blokda işləyən tibb bacısı aseptika və antiseptika qaydalarına riayət etməklə özunu, həkimi və cərrahi əməliyyata uyğun alətləri hazırlayır və bütün qeyd edilənlərə nəzarət edir. Əməliyyat sahəsini isə həkim işləyir.

Sual № 548

Müalicəvi gimnastika və masaj üçün aşağıdakılardan hansı göstərişdir?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 72
Qidalanmanın pozulması, hipovitaminoz, xroniki infeksion xəstəliklər, intoksikasiyalar ,uşaq və yeniyetmə vaxtı keçirilmiş xəstəliklər və s. zamanı genital infantilizm baş verir. Bunun üçün ümumi möhkəmləndirici, hormonoterapiya, fizioterapiya ilə yanaşı ginekoloji müalicə(masaj) üsulundan istifadə edilir ki, üzvün qan təhcizatı yaxşılaşsın və o inkişaf etsin. Aybaşı pozğunluğu və sonsuzluq aradan qaldırıla bilər.

Sual № 549

Palcıq müalicəsinə əks göstəriş nədir?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 278
Doğuşdan sonrakı dövrdə qadının orqanizmi hələ çox zəif olur. Cinsiyyət üzvlərinin öz əvvəlki vəziyyətinə qayıtması halı baş verir. Ona görə də bəzi yerli müalicə zahılıq dövründə əks göstəriş sayılır. Çünki qadının digər üzvlərinə mənfi təsir göstərir.

Sual № 550

Kurort müalicəsinə əks göstəriş hansıdır?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 276
Bəzi aybaşı siklinin pozğunluqlarında, klimaks dövründə menorragiya, metrorragiya ola bilər. Ona görə də lazım gəldikdə uşaqlıq boşluğunun selikli qişası qaşınır və hormonoterapiya, vitaminoterapiya, uşaqlığı yığan preparatlar, qankəsici, anemiya əleyhinə dərmanlar təyin edilir. Kurort müalicəsi əks göstərişdir.

Sual № 551

Trixomonadalı kolpitin müalicəsində hansı preparatdan istifadə olunur?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh245.
Uşaqlıq yolu trixomonadaları sidik-cinsiyyət sisteminə qalxan yolla daxil olub selikli qişanı zədələyir, orada parazitar xəstəliyin əmələ gəlməsinə səbəb olur. Yaxmada trixomonadaların tapılması ümumi və yerli müalicə tələb edir. Qadının cinsi partnyoru mütləq müalicə almalıdır.

Sual № 552

Sulfanilamid preparatlara nə aid deyil?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 271
Sidik cinsiyyət orqanlarının trixomonozu kontagioz xəstəlik olub cinsi yolla xəstədən sağlam orqanizmə keçir və oranın selikli qişasını zədələyərək parazitar xəstəlik əmələ gətirir. Xəstəliyin klinikasından asılı olaraq yerli müalicə təyin edilir. Effekt yüksək olur.

Sual № 553

Narkotik analgetiklərə hansı preparat aid deyil?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 268
Analgin- ağrı kəsici, iltihab əleyhinə , istiliksalıcı təsir göstərir. Narkotik analgetik deyil.

Sual № 554

Uşaqlıq əzələsinin yığılmasını stimulə edən preparat hansıdır?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh245.
Uşaqlıq qanaxmalarında qanı dayandırmaq məqsədilə qan kəsici, uşaqlığın tonusunu qaldıran dərmanlardan istifadə edilir. Mütləq səbəb aradan qaldırılmalı və lazım gələrsə uşaqlığın selikli qişasını qaşımaq lazımdır.

Sual № 555

Qan köçürmə üçün əks göstəriş hansı xəstəlikdir?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 259
Hipertoniya xəstəliyinin ağır forması, ürək-damar xəstəliklərinin bəzi hallarında arterial təzyiq yüksəlir. Bu isə qan köçürmə üçün əks göstəriş sayılır.

Sual № 556

Uşaqlıq yolunun tamponla müalicəsinə əks göstəriş nə ola bilər?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.245
Uşaqlıq qanaxmaları zamanı səbəbi aradan qaldırmaq üçün uşaqlıq boşluğu qaşınır və histoloji müayinəyə göndərilir. Uşaqlığı yığan, qankəsici müalicə təyin olunur.

Sual № 557

Aşağıdakılardan hansı qadın sonsuzluğuna səbəb ola bilməz ?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991
Qeyd olunanlardan uşaqlığın normal ölçüdə olmasından başqa digər qeyd olunanların hamısı qadın sonsuzluğuna səbəb ola bilər

Sual № 558

Hormonal kontrasepsiya əsasən aybaşının neçənci günündən başlayaraq qəbul edilir?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.245
Hamiləlikdən qorunmaq məqsədi ilə təyin edilən hormonal kontraseptivlərr aybaşının 1 - 5ci günündən təyin edilir . Lazım gələrsə başqa üsullardan da istifadə etmək mümkündür.

Sual № 559

Aşağıdakı hansı ağırlaşma uşaqlıq daxili kontrasepsiyaya aid deyil?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh241.
Sağlam qadınların hamiləlikdən qorunma üsullarından biri də uşaqlığın daxilinə stasionar şəraitində spiralın yeridilməsidir. Uşaqlıq daxili kontrasepsiya zamanı aybaşı ağrısız və normal keçməlidir.

Sual № 560

Kontrasepsiya üsullarına aid tələblərdən biri düzgün deyil?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.241
Hamiləlikdən qorunmaq üçün istifadə edilən kontrasepsiya üsullarını seçmək qadın üçün sərbəst olsa da müəyyən olunmuş qaydalara ciddi əməl etmək lazımdır. Arzu olunmayan hamiləlikdən qorunmaq üçün istifadə edilən kontrasepsiya üsullarını yumaq onun tələblərinə uyğun deyil .
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×