Mama
987 elementdən 561-580 arası göstərilir.
Sual № 561
Hamilənin ümumi rejiminin əsasını nə təşkil edir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.24
Rejimə riayət etmək ,işləyən qadınlara çox vacibdir. Uşaqdoğma yaşında hamiləliyin normal keçməsi, sağlam uşağın dünyaya gəlməsi və zahılıq dövrünün normal olması üçün bu vacibdir.Gələcəkdə baş verəcək xəstəliklərin profilaktikasında böyük rol oynayır.
Sual № 562
Cinsi yetişkənlik dövrü nə ilə xarakterizə olunur?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 227
Orqanizmin inkişafını və gələcək uşaqdoğma funksiyasını yerinə yetirən üzvlərin mürəkkəb inkişaf sisteminin mühüm mərhələsidir.
Sual № 563
Keçid (klimaks) dövrü nə ilə xarakterizə olunur?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.93
Qadınlarda 45-47 yaşdan başlayaraq orqanizmdə ciddi dəyişikliklər baş verir. Aybaşı sikli pozulur, tam kəsilir, tərləmə, istilik halı, arterial təzyiqin qalxması, enməsi, endokrin-sinir pozğunluqları, yorğunluq, yuxunun pozulması baş verir. Sağlam qadınlarda bu dövr normal keçir. Bütün bunlar yumurtalığın atrofiyası ilə əlaqədar baş verir.
Sual № 564
Xarici cinsiyyət dodaqlarının bir – birinə möhkəm yaxınlaşması uşaqlıq yolunu nədən qoruyur?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.7
Xarici mühitdən infeksiyanın cinsiyyət üzvlərinin yuxarı şöbəsinə keçməməsi üçün gigiyenik qaydalara ciddi riayət etmək lazımdır.
Sual № 565
Klimaks dövründə və eləcə də ağır ümumi ginekoloji xəstəliklərdə yumurtalıqların fəaliyyəti necə olur?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.93
Menopauza dövründə yumurtalıqların atrofiyası başladığı üçün o öz funksiyasını yerinə yetirməyə çətinlik çəkir. Uşaqlıq yolunun çöpləri getdikcə azalır, reaksiya qələviləşir və bu da qadınlarda ginekoloji problemlərə səbəb ola bilər. Aybaşı kəsilir, hər bir qadın bu dövrü müxtəlif cür keçirir.
Sual № 566
Uşaqlıq və uşaqlıq borusunun əsas funksiyasına nə aid deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.12-15
Bəzi iltihabi xəstəliklərdə, uşaqlıq daxili poliplərdə, bitişmələrdə, borunun keçiriciliyinin pozulmasında, ektropionda, aybaşı pozğunluğunda hamiləlik üçün əlverişli şərait olmadıqda sonsuzluq baş verir.
Sual № 567
Aybaşı siklində ritmiki təkrar olunan fizioloji dəyişikliyə nə aid deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh80.
Hər hansı bir səbəbdən boşluq üzvlərində baş verən patoloji proseslər aybaşı tsiklinin ritmiki təkrar olunmasına və normal keçməsinə heç bir mənfi təsir göstərmir.
Sual № 568
Aybaşı qanının tərkibini nə təşkil edir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.80
Aybaşı siklində yumurtalıqda olduğu kimi, uşaqlıqda da dəyişiklik gedir. Onun selikli qişası hamiləlik olmadığı üçün deskvamasiyaya uğrayır. Yəni funksional qat dağılır,. uşaqlıq vəzilərinin sekresiyası və axan tünd qanla xaric olur. Bu isə yumurtalıqların sarı cism fazası ilə eyni vaxta düşür.
Sual № 569
Follikul stimuləedici hormon nəyə səbəb olur?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh16.
Hipofizin ön payında qonodotrop hormonlar (FSH, LH, LTH) ifraz olunur ki, bunlar da yumurtalıq siklinin fazalarına təsir edirlər. FSH əsasən birinci fazada rol oynayır. Bu zaman əmələ gələn estrogenlər xarici və daxili cinsiyyət üzvlərinin inkişafına, ikincili cinsi əlamətlərin əmələ gəlməsinə, uşaqlığın selikli qişasının proliferasiyasına, onun tonusunun artmasına, döş vəzisinin inkişafına gətirir.
Sual № 570
Estrogenlərin bioloji xüsusiyyətlərinə nə aid deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh16.
FSH təsiri ilə əmələ gələn estrogenlərin miqdarı yumurtalığın birinci fazasında ovulyasiyaya qədər öz fəaliyyətini göstərir. Ondan sonra isə sarı cism hormonu olan progesteron fəaliyyətə başlayır. Bu proses hamiləlik baş verənə kimi hər ay təkrarlanır. Ümumiyyətlə hormonlar qanda həmişə olurlar. Ancaq onların səviyyəsi aybaşı tsiklinin fazalardan asılı olaraq tənzimlənir.
Sual № 571
Uşaqdoğma funksiyasının xarakterini aydınlaşdırmaq üçün aşağıdakılardan hansı əhəmiyyətə malik deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 33
Bir çox səbəblərdən yumurtalıqların funksiyası pozulur, yəni follikul ya atreziyaya uğrayır, ya da persistensiyaya . Bu hallar anadangəlmə və ya qazanılmış ola bilər. Hər iki halda aybaşının pozulması, sonsuzluq, amenoreya baş verə bilər. Yumurtalıqların funksiyasını yoxlamaq üçün funksional diaqnostika testləri aparılır.
Sual № 572
Qadın sonsuzluğunun baş verməsinə aşağıdakılardan hansı aid deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 144
Cinsi əlaqədə olan sağlam qadınların 1 il müddətində hamilə qalması normal sayılır. Bu vaxt qadının orqanizmində bir çox fizioloji dəyişikliklər baş verir.
Sual № 573
Sidiyin tez – tez ifrazı cinsiyyət orqanlarının hansı xəstəliyi ilə əlaqədar ola bilər?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 76
Ginekoloji səbəblərdən asılı olaraq qadınlarda sidik ifrazında problemlərin olması, onlarda sistoselenin (yırtıq) əmələ gəlməsini göstərir. Bu isə çox doğan, ağır işdə çalışan qadınlarda daha çox müşahidə olur. Ona görə də güzgülərlə uşaqlıq yolu müayinəsi və bimanual müayinə aparılır ki, səbəb araşdırılsın. Lazım gələrsə ön kolporafiya əməliyyatı edilir.
Sual № 574
Qonşu üzv olan bağırsağın funksiyasının pozulmasında hansı hal müşahidə obyekti sayılmır?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh40.
Həzm sistemində patoloji problem olmayanda defekasiya aktı normal olur.
Sual № 575
Aşağıdakılardan hansı ginekoloji əməliyyata aid deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.291
Soxulcanabənzər çıxıntının iltihabı zamanı cərrahi əməliyyat aparılır.
Sual № 576
Aşağıdakılardan hansı uşaqlıq yolu əməliyyatına aid deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 67
Yumurtalıqların sklerokistozu-enzim sistemlə əlaqədar olaraq cinsi hormonların sintezi pozulur və qadınlarda hipomenstrual sindrom, amenoreya, sonsuzluq baş verir. Hər iki yumurtalıqlar böyüyür. Ona görə də rezeksiya əməliyyatı aparılır.
Sual № 577
Ginekoloji xəstəliklərin hansında təcili əməliyyata ehtiyac duyulur?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 211
Ginekologiyada mayalanmış döl yumurtasının boruda ləngiməsi daxili qanaxma ilə nəticələndiyi üçün həyati göstərişlə təcili əməliyyat aparılır.
Sual № 578
Aşağıdakı simptomlardan hansı uşaqlıq artımlarının iltihabi xəstəliyinə aiddir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 104
Orqanizmin reaktivliyindən, xəstənin ümumi vəziyyətindən, mikrobun növündən, xəstəliyin dərəcəsindən və etapından asılı olaraq artımların iltihabi xəstəliklərində qarının aşağı hissəsində ağrı hissiyyatı daimi xarakter daşıyır.
Sual № 579
Uşaqlıqdan kənar hamiləliyə aid olmayan simptom hansıdır?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 211
Boru hamiləliyinin pozulması kəskin ağrı və daxili qanaxma ilə getdiyi üçün temperaturun qalxması mümkün deyil. Temperatur yalnız iltihabi xəstəliklərin kəskin dövründə baş verir. Bəzən isə subfebril olur.
Sual № 580
Aşağıdakılardan hansı ultrasəs (USM) müayinəsi vasitəsilə təyin edilmir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 179
Daxili müayinədən əvvəl diaqnostika məqsədi ilə güzgülərlə müayinə aparılır və uşaqlıq boynunda olan patoloji hallar fon xəstəlikləri aşkara çıxarılır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?