987 öğenin 41-60 arası gösteriliyor.

Sual № 41

Uşaqlıq yolunun ən dərin tağı hansıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
Uşaqlıq boynu uşaqlıq yolunun yuxarı 1/3 hissəsinə birləşir və ətrafında 4 tağ əmələ gəlir. Arxada olan tağ əsas rol oynayır.

Sual № 42

Normada uşaqlıq yolu möhtəviyyatının reaksiyası necə olur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
Uşaqlıq yolu möhtəviyyatının 4 təmizlik dərəcəsi olur. I təmizlik dərəcəsində reaksiya turş olur. Buna səbəb süd turşusudur.

Sual № 43

Doğmamış qadının uşaqlıq boynunun forması necədir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
Konus formalı.

Sual № 44

Doğmamış qadının uşaqlıq boynunun xarici dəliyi hansı formadadır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
Nöqtəvari forma.

Sual № 45

Uşaqlıq boşluğu möhtəviyyatının reaksiyası hansıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
Qələvi.

Sual № 46

Sarı cisim hansı hormonu ifraz edir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 35; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 42
Yumurtalıq tsiklinin 3-cü fazasında progesteron hormonu ifraz olunur. Hamiləlik vaxtı isə sarı cisim hamiləlik sarı cismi adlanır.

Sual № 47

Hipofizin arxa payında hansı hormon ifraz olunur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 35; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 42
Oksitosin arxa payın hormonu sayılır.

Sual № 48

Progesteron haradan ifraz olunur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 35; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 42
Yumurtalıq tsiklinin III fazasında sarı cisim əmələ gəlir və progesteron ifraz olunur.

Sual № 49

Hipofizdə hansı hormon ifraz olunur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 35; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 42
Adı çəkilən hormonlardan yalnız prolaktin hipofizdən ifraz olunur.

Sual № 50

Uşaqlıq borusunun ən enli hissəsi hansıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 11
Uşaqlıq boruları uşaqlığın yuxarı yan hissəsindən başlayır ,enli bağın üstü ilə yanlara doğru gedir, enli hissə və saçaqlarla qurtarır.

Sual № 51

Həqiqi konyuqatanı necə hesablamaq lazımdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32
Daxili müayinə zamanı simfizin alt kənarından oma qabarına qədər olan məsafədən diaqonal konyuqatadan 1,5-2 sm çıxılır.

Sual № 52

Xarici konyuqatanı ölçdükdə qadın hansı vəziyyətdə olmalıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32
Xarici konyuqata-simfizin yuxarı kənarından Mixaelis rombunun mərkəzinə qədər olan məsafə çanaqölçənlə təyin edilir və qadına xüsusi vəziyyət verilir.

Sual № 53

Mayalanmış döl yumurtasının uşaqlığın selikli qişasına daxil olması prosesi necə adlanır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh35; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009səh42
Mayalanmış döl yumurtası borunun hərəkəti nəticəsində uşaqlığın selikli qişasına nüfuz edir.

Sual № 54

Hamiləliyin sonuna yaxın dölyani mayenin miqdarı normada nə qədər olmalıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 41; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 59
Dölyani mayenin miqdarı amnion epitelinin ifrazatından asılı olaraq hamiləliyin sonuna yaxın 1000-1500 ml-ə çatır.

Sual № 55

Hamiləlik zamanı progesteron harada ifraz olur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 61; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 64
Hamiləlik zamanı cift daxili sekresiya vəzisi rolunu oynayır və hamiləliyin saxlanması üçün lazım olan progesteron hormonunu ifraz edir.

Sual № 56

Hamiləliyin hansı ayında dölün uzunluğu 16 sm, çəkisi 120 qr olur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 85; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 110
Qaaze sxeminə görə 6(1,2,3,4,5 aylarda) ayına kimi hamiləliyin müddəti öz ayının rəqəminə vurulur, 6 aydan sonra isə 5 rəqəminə vurulur. 4 - cü ayda dölün uzunluğu 16 sm, çəkisi 120 qr-a çatır.

Sual № 57

Hamiləliyin hansı həftəsində dölün uzunluğu 35 sm, çəkisi 1000 qr ola bilər?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 85; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 110
Qaaze sxeminə görə hamiləliyin VII ayını 5 rəqəminə vurmaqla dölün uzunluğu təyin edilir. 28 – ci həftədə dölün uzunluğu 35 sm, çəkisi 1000 qr ola bilər. Bu ayda yarımçıq doğulmuş uşağa yaxşı qulluq edilərsə yaşamaq qabiliyyətinə malik olur.

Sual № 58

Axırıncı aybaşıya görə doğuş vaxtını necə təyin etmək olar?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 85; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 110
Axırıncı aybaşıdan 3 ay geriyə çıxılır, 7 gün əlavə edilir və doğuş vaxtı hesablanır.

Sual № 59

Doğuşun sonunda uşaqlığın çəkisi nə qədər olur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 120; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 156
Doğuşdan sonra uşaqlıq yığılır, göbək səviyyəsində və ya ondan 1 sm aşağıda bərk olur, çəkisi təqribən 1 kq-a yaxın olur.

Sual № 60

Uşaqlığın dibi qasıq simfizi ilə göbək arasında olduqda, hamiləlik hansı müddətə uyğun gəlir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 85; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 88
Hamiləliyin müddətinə uyğun olaraq uşaqlıq dibinin hündürdə durma səviyyəsi 16 həftədə 4 köndələn barmaq qasıqdan yuxarıda olur. Bu dölün ölçüsündən, dolyani mayenin miqdarından asılı olur.
whatsApp/phone: on +994702144544
email: contact@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×