987 elementdən 581-600 arası göstərilir.

Sual № 581

Ginekologiyada hansı müayinə üsulundan nadir hallarda istifadə edilir?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.52
Ginekoloji xəstəliklərdə nadir hallarda tibbi -genetik müayinədən istifadə edilir.

Sual № 582

Fizioloji həqiqi amenoreyaya nə daxil deyil?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 85
İlk aybaşı qanının xaric ola bilməməsi qızlıq pərdəsinin anadangəlmə patologiyası ilə əlaqədardır. Bu zaman qan uşaqlıq yoluna yığılaraq onun divarını dartır (hematokolpos), problemi aradan qaldırmadıqda uşaqlığa (hematometra) və borulara (hematosalpinksə) keçər və peritonitə gətirib çıxarar. Bu isə cərrahi əməliyyat tələb edir.

Sual № 583

Aşağıdakılardan hansı patoloji amenoreyaya aid deyil?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 85
Yumurtalıqların atrofiyası və funksiyasının sönməsi ilə əlaqədar olaraq qadınlarda aybaşı siklinin pozulması və aybaşının olmaması normal hal sayılır.

Sual № 584

Uşaqlıq qanaxmasının hansı forması qadının həyatı üçün çox təhlükəlidir?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 211
Mayalanmış döl yumurtası uşaqlıq boynu kanalında implantasiya olunması qadının həyatı üçün çox təhlükəlidir.

Sual № 585

Uşaqlara xüsusi ginekoloji yardım işini aparmaq üçün hansı müəssisədən istifadə edilmir?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 235
Qadın məsləhətxanaları profilaktik müalicə müəssisəsi olub, qadınlara ambulator mama-ginekoloji yardım göstərir.

Sual № 586

Ginekoloji xəstələrin əsas müalicə prosedurlarına nə daxil deyil?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 245
Cinsiyyət üzvlərinin iltihabi xəstəliklərinin klinikasından asılı olaraq ümumi və yerli müalicə üsullarından istifadə edilir. Dərmanla mikroimalədən istifadə edilmir.

Sual № 587

Ginekoloji baxış otağında hansı alətlərdən istifadə edilmir?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология»,1991səh291
Cərrahi blokda əməliyyat zamanı kəsici alət kimi istifadə edilir.

Sual № 588

Xarici cinsiyyət üzvləri əsasən nə vaxt zədələnə bilməz?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология»,1991səh205
Hamiləliyin süni pozulması qadının öz razılığı əsasında ambulator və ya stasionar şəraitində aseptika və antiseptikaya qaydalarına riayət etməklə aparılır.

Sual № 589

Iti uclu kondiloma əsasən cinsiyyət üzvlərinin hansı hissəsində müşahidə edilmir?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология»,1991səh140
Dərinin infeksion mənşəli xoşxassəli törəməsi cinsiyyət üzvlərinin görünən yerlərində, ayaqcıq üzərində, bir-biri ilə birləşmiş, düyüncük şəklində yerləşir. Bəzən bunlara septiki infeksiyanın qoşulması, düyüncüyün nekrozuna, kəskin xoşa gəlməyən iyə, çoxlu irinli ifrazatın olmasına səbəb olur.

Sual № 590

Uşaqlıq boynunun xərçəngi diaqnozunu təsdiqləyən üsul hansıdır?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 57
Uşaqlıq boynunun müayinəsi zamanı şübhə yaranarsa, kolposkopiyadan istifadə etməklə biopsiya üçün material götürülür və histoloji müayinə aparılır.

Sual № 591

Kişi sonsuzluğu diaqnozunun qoyulması üçün ilk növbədə hansı müayinə aparılmalıdır?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 146
Sonsuzluq zamanı cinsi cütlük yoxlanılarkən ilk növbədə eyakulyatın (spermanın) mikroskopik müayinəsi aparılır ki, generativ funksiyanın vəziyyəti təyin olunsun. Material cinsi əlaqə olmadan götürülür və 30-40 dəqiqə ərzində (bədən temperaturunda) laborotoriyaya müayinə üçün çatdırılır.

Sual № 592

Süni tibbi abort zamanı baş verən ağırlaşma nə ola bilər?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh206.
Hamiləliyin pozulması əməliyyatı zamanı alətlərlə uşaqlığın zədələnməsi, deşilməsi mümkündür.

Sual № 593

Vulvovaqinal kandidozun müalicəsində hansı preparatdan istifadə edilir?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 134
Maya göbələyi tərəfindən törədilmiş kandidozlarda orqanizmin müqaviməti aşağı düşdükdə kəsmiyə bənzər ifrazat olur. Çox vaxt antibiotiklərlə müalicə də buna səbəb ola bilər. Ona görə də göbələk əleyhinə preparat flukonazol təyin edilir.

Sual № 594

Başlanğıc abortun klinik əlaməti hansıdır?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991; В.И.Бодяжина «Акушерства»1985 səh 221.
Daxili müayinədə uşaqlıq boynunun xarici dəliyi bağlı olur, uşaqlıq hamiləliyin müddətinə uyğun gəlir, azacıq qanlı ifrazat olsa da hamiləliyi saxlamaq mümkün olur.

Sual № 595

Hormonal kontraseptivlərin qəbulu nə zaman əks göstərişdir?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh241.
Qadınlarda aşağı ətrafların damarlarının varikoz genəlmələrində ağırlaşmalar ola bilər. Kontraseptivləri seçərkən bu cəhətə fikir vermək lazımdır.

Sual № 596

Yolda olan abort üçün xarakterik olan hansıdır?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991; В.И.Бодяжина «Акушерства»1985 səh 221.
Uşaqlıq divarından ayrılmış döl yumurtası uşaqlıq boşluğundan açılmış uşaqlıq boynuna, ordan isə uşaqlıq yoluna doğru irəliləyir. Bəzən güclü qanaxma olur, ona görə də alət vasitəsilə döl yumurtası xaric edilir. Qanaxma dayandırılır. Uşaqlığı yığan preparatlardan istifadə edilir.

Sual № 597

Təcili hospitalizasiyaya aşağıdakılardan hansı göstərişdir?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991; В.И.Бодяжина «Акушерства»1985 səh 221.
Döl yumurtasının bir hissəsi xaric olduğu üçün qanaxma davam edir və qanaxmanı dayandırmaq məqsədi ilə uşaqlıq boşluğundan qalan hissələr alətlə (abortsanqla) xaric edilir, uşaqlıq boşluğu (kyüretkayla) qaşınır. Uşaqlıq yığılır, qanaxma dayanır.

Sual № 598

Uşaqlığın inkişaf qüsurlarında ən çox nə baş verə bilər?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 144
İlk cinsi əlaqədən sonra bir il müddətində hamiləlik baş verməzsə birincili, bəzi hallarda hamiləlikdən sonra hər hansı bir səbəbdən hamiləlik olmazsa ikincili sonsuzluq diaqnozu qoyulur. Bəzən cinsiyyət üzvlərinin anomaliyaları da buna səbəb ola bilər.

Sual № 599

Trixomoniaz üçün xarakterik ifrazat necə olur?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 140
Sidik-cinsiyyət üzvlərinin trixomonadalarla zədələnməsi nəticəsində pis qoxulu, köpüklü, sarı, yaşıla çalan ifrazat olur. Xarici cinsiyyət üzvlərində ödem, hiperemiya, dermatit müşahidə edilir.

Sual № 600

Qızları müayinə etmək üçün hansı ginekoloji müayinə üsullarından istifadə edilir?

  Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 51
Əvvəlcədən imalə etməklə qızlarda ginekoloji problemləri təyin etmək mümkündür. Hal-hazırda USM - dən istifadə edilir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×