Mama
987 elementdən 601-620 arası göstərilir.
Sual № 601
Hansıhalda uşaqlığın zondlanması məsləhət deyil?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 102
İltihab zərərli agentlərin təsiri nəticəsində orqanizmin mürəkkəb reflektor reaksiyasıdır. Kəskin dövrdə infeksiya limfa və qan vasitəsi ilə yayılaraq peritonit, salpingit və s. səbəb olur.
Sual № 602
Qızlarda aybaşı pozğunluğunda yumurtalığın funksiyasını yoxlamaq məqsədilə ilk növbədə hansı müayinə aparılmalıdır?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 60
Aybaşı pozğunluğunda, sonsuzluqda yumurtalıqların funksiyasını yoxlamaq üçün funksional diaqnostik testlər aparılır. Bunun üçün qanda hormonlar yoxlanılır.
Sual № 603
Uşaqlıq boşluğunu qaşımaq hansı halda göstərişdir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 90
Anovulyator, disfunksional uşaqlıq qanaxması, o cümlədən postmenopauza dövründə baş verən qanaxmalar zamanı diaqnostik qaşınmadan istifadə edilir.
Sual № 604
Uşaqlıq boynu eroziyasının effektli müalicəsində mama nə edə bilməz ?
Ədəbiyyat: В.А.Загребиnа, А.М. Торчинов, «Гинекология», 1991 səh. 182
Diatermokoaqulyasiya zamanı həqiqi eroziya-psevdoeroziyaya keçir ki, bu da eroziyanın sağalmasını göstərir. Silindrik epitel yastı epitellə əvəz olunur.
Sual № 605
Nəyə şübhə olduqda mama uşaqlıq yolunun arxa tağının punksiyası üçün alətləri hazırlayır?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 211
Mayalanmış döl yumurtasının boruda implantasiyası zamanı boru abortu, yaxud borunun cırılması halları zamanı daxili qanaxma olduğu üçün diaqnozu təsdiqləmək məqsədi ilə arxa tağ punksiya edilir.
Sual № 606
Klimaks zamanı xarici qanaxmaya nə səbəb ola bilər?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 189
50 yaşından yuxarı qadınların cinsiyyət üzvlərinin xəstəliklərində şikayətlərindən biri uşaqlıq qanaxmasıdır (asiklik, kontakt qanlı ifrazat). Bu əsasən endometriumun hiperplaziyası, atrofiyası zamanı, həm də uşaqlıq boynu eroziyasının «gül kələmini» xatırlatması zamanı baş verir.
Sual № 607
Sidik kisəsinin müayinə üsulu hansıdır?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 65
Sistoskopiya sidik kisəsinin selikli qişasının vəziyyətini və onun patologiyasını, şişin yayılmasını müəyyən etməyə imkan verən müayinə üsuludur.
Sual № 608
Hansı xəstəlik qadının təcili hospitalizasiyasna səbəb ola bilər?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 225
Yumurtalıqların şişlərinin bəziləri və uşaqlığın subseroz düyünləri ayaqcıq üzərində olarsa, bir çox səbəblərdən onlar burula bilər və onların qan təchizatı pozulduğu üçün qarnın aşağı hissəsində kəskin ağrı əmələ gəlir, xəstənin vəziyyəti pisləşir.
Sual № 609
Beçəxor üçün hansı şikayət xasdır?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 199
Hamiləlik zamanı xorionun liflərinin nizamsız düzülüşü, döl yumurtasının içərisi maye ilə dolu qovuqcuqlara çevrilməsi və selikli qişaya yayılması nəticəsində hamilədə uşaqlıq həddən artıq yumşaq olur və hamiləliyin müddətinə uyğun gəlmir və sürətlə böyüyür. Qanaxma və qovuqcuqların xaric olmasına da rast gəlinir.
Sual № 610
Beçəxorun müalicəsində mamaalətləri nə ücün hazırlayır ?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 197
Uşaqlıq boşluğunu qaşımaq, qadını dispanser nəzarətə götürmək lazımdır.
Sual № 611
Endometriozda güzgülərlə uşaqlıq boynuna baxan mama nə müşahidə edir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 153
Güzgülərlə müayinə zamanı uşaqlıq boynunda uşaqlığın selikli qişasının quruluş və funksiyasını xatırladan gözcüklərə bənzər qovuqcuqlar görünür. Aybaşıya 10 gün qalmış uşaqlıq yolundan qanlı ifrazat qeyd olunur
Sual № 612
Aşağıdakı simptomlardan hansı aybaşı pozğunluğu üçün xarakterikdir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 85
Bəzi qadınlarda aybaşının olmaması birincili, bəzən isə hər hansı səbəbdən asılı olarsa ikincili olaraq baş verir. Bu hipotalamus – hipofiz – yumurtalıq- uşaqlıqla əlaqədar baş verə bilər. Fizioloji amenoreya isə cinsi yetkinlik dövrünə gədər, hamiləlik, zahılıq və klimakterik dövrdə qeyd olunur.Bəzən isə aybaşı qanaxması çox intensiv ola bilər .
Sual № 613
Uşaqlığın çevrilməsinə nə vaxt rast gəlinir?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 73
Ağır işdə işləyən, çox zaman isə təkrar doğan qadınlarda doğuş zamanı uşaqlığın çevrilməsinə rast gəlinir.
Sual № 614
Hansı xəstəlikdə donorqanı köçürmək göstəriş sayıla bilər?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 259
Bəzi ginekoloji xəstəliklərlə əlaqədar olaraq qadın çoxlu qan itirir (daxilə ya xaricə). İtirilmiş qanın miqdarından, xəstənin ümumi vəziyyətindən asılı olaraq xəstəyə həyati göstəriş olaraq donor qanı köçürmək lazımdır.
Sual № 615
Vaksinoterapiya hansı xəstə qadınlara aparılır ?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 256
Spesifik qonokoklar cinsi yolla qadın sidik- cinsiyyət üzvlərinin selikli qişasına düşür və oranı zədələyir. Antibakterial terapiya ilə yanaşı vaksinoterapiya təyin edilir ki, antibiotikin təsirini gücləndirsin və orqanizmin müdafiə qabiliyyətini artırsın.
Sual № 616
Kiçik çanaq üzvlərinin patologiyasındahansı şikayətlər ola bilər?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 225
Ginekolojı xəstəliklər zamanı qeyd olunan bütün əlamətlər qeyd oluna bilər.
Sual № 617
Postmenopauza zamanı qadının sağlamlığı ücün ən qorxulu hal aşağıdakılardan hansıdır?
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh 93
Orqanizmdə kalsium catmadıqda sümüklərdə yumşalma gedır.Bu isə cox zaman uzun sümüklərın sınmasına səbəb olur.
Sual № 618
Uşaqlıq daxili spirallar (UDS) hansı məqsədlə yeridilir ?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait. Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh 82
Hamiləlikdən qorunmaq üçün qadınlar bir çox kontrasepsiya üsullarından istifadə edirlər. UDS uşaqlıq daxilinə yerləşdirilən, hamiləliyin qarşısını alan yad cismdir.
Sual № 619
Aşağıdakılardan hansı UDS -ın (uşaqlıq daxili spiralın) çatışmayancəhətinə aiddır?
Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh 82
Bəzən sadalanan əlamətlər qeyd oluna bilər.
Sual № 620
Kiçik çanaq üzvlərinin abdominal USM (ultrasəs müayinəsi)–dən əvvəlqadınlara nə məsləhət görülür?
Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991səh 52
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?