987 elementdən 641-660 arası göstərilir.

Sual № 641

Rektal temperaturu ölçmək üçün mama qadına nə məsləhətgörməlidir?

  Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh63
Düz bağırsaqdan (Rt) bazal temperatur yuxudan sonra səhər, sakit vəzıyyətdə ölçülür. Normal aybaşı siklində temperatur bütün sikl boyu dəyişir.

Sual № 642

Mama onkoloji muayinə üçün yaxmanı haradan götürməlidir?

  Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh 52
Sitoloji müayinədə məqsəd -uşaqlığın və boruların bəd xassəli şişlərinin erkən diaqnostikasıdır.

Sual № 643

Mama süzənəyi aşkar etmək ücün yaxmanı haradan götürməlidir?

  Ədəbiyyat: B.И. Дуда. «Гинекология», 2002. В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh 54
Bakterioskopik müayinə üçün yaxma uşaqlıq boynu kanalından, uretradan götürülür. Yaxmadan əvvəl uşaqlıq yolunu şırınqalamaq və dərmanlarla müalicə aparmaq olmaz.Yaxmanı sidik buraxılmamış göturmək lazımdır.

Sual № 644

Kontrasepsiyanın təqvim üsulunun çatışmayan cəhəti hansıdır?

  Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh 73
Müntəzəm aybaşı dövrünə malik olan qadınlarda tətbiq oluna bilər. Təbii yolla qorunmağa imkan yaradır ,ancaq, cinsi yolla yoluxan xəstəliklərdən qorumur.

Sual № 645

Ana südü ılə qidalandıran qadınlarda aybaşının olmamasının səbəbı nə ola bilər?

  Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh 75
Laktasion (fizioloji) amenoreya doğuşdan sonra 6 ay ərzində yalnız ana südü ilə qidalandıran qadınlara tövsiyə oluna bilər.

Sual № 646

Normada hamiləliklər arası fasilə ən azı neçə il olmalıdır?

  Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh 75
Yeni doğmuş qadının orqanizmi çox zəifləyir, onun bərpası muəyyən vaxt aparır, hamiləlik arası fasilə 2 ildən az olduqda gələcək hamiləlik və doğuş ana və döl üçün bəzi ağırlaşmaya səbəb ola bilər.

Sual № 647

Kombinə edilmiş oral kontraseptivlərdən (həblərdən) istifadə edilməsininüstünlüklərinənəaiddir?

  Ədəbiyyat: Reproduktiv sağlamlığa dair mamalar üçün vəsait.Az.Res.Səh.Nazirliyi. Bakı 1999 Sərhədsiz həkimlər. səh 88
Həb şəklində, qəbul olunan kontraseptivlərin təsir mexanizmi eynidir. 21 və 28 həbdən ibarət hormon tərkibli olur.

Sual № 648

QM -yə 26. 08. 11 – cu ildə 28 yaşlı qadın qarnının aşağısında ağrı ,yüksək temperatur (38, 5 t) və qanlı ifrazatın olması şikayəti ilə müraciət edir. Axırıncı aybaşı 10. 06. 11 - ci ildə olub. D - 1, A - 2 Axırıncı abort 7 gün əvvəl olub (7 - 8 həftəlik). Daxili müayinədə xarici dəlik barmağın ucunu buraxır, ifrazat azacıq qanlı, ancaq iylidir, uşaqlıq 6 həftəlik hamiləliyə uyğundur, ağrılıdır. Abortdan sonra hansı ağırlaşmadan söhbət gedir?

  Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»
Axırıncı abort 7 gün əvvəl olubsa (7-8 həftəlik), daxili müayinədə xarici dəlik barmağın ucunu buraxır,ifrazat azacıq qanlı ancaq iylidir, uşaqlıq 6 həftəlik hamiləliyə uyğun ,ağrılıdırsa və qadında 38,5 t. varsa deməli abort zamanı aseptika və antiseptikaya düzgün rəayət olunmayıb,ya da abortdan sonra qadın soyuqlayıb ,immuniteti aşağı düşüb və abortdan sonrakı dövr ağırlaşaraq qadının daxili cinsiyyət üzvlərinin iltihabına səbəb olub (metroendometritə) və mütləq antibakterial müalicə lazım gəlir.

Sual № 649

QM-yə 25. 03. 09 – cu ildə 36 yaşlı qadın qarnının aşağı hissəsində ağırlıq və qarnının böyüməsi şikayəti ilə müraciət edir.Terapevt qadının qarnının palpasiyası zamanı şiş əllədiyi üçün ginekoloqa müraciət etməyi məsləhət görub. D - 2, A - 2 A/T 140/90, nəbz 70 v. Daxili müayinədə uşaqlıq normaldır, bərk konsistensiyaya malikdir, hərəkətli və ağrısızdır. Ancaq kicik çanaq şişəbənzər törəmə ilə tutulb, şişin yuxarı kənarı göbəyə çatıb. Hansı ginekoloji xəstəlikdən söhbət gedi?

  Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»
Terapevt qadının qarnının palpasiyası zamanı şiş əllədiyi üçün ginekoloqa müraciət etməyi məsləhət görubsə və daxili müayinədə şiş əllənirsə söhbət yumurtalığın kistasından ( xoş xassəli şişlərindən) gedir.Bu halda ginekoloji əməliyyat tələb olunur.

Sual № 650

FMM - inə 06. 10. 09 - cu ildə 25 yaşlı qadın aybaşısının 9 həftə olmaması, qarnın aşağısında ağrı və azacıq qanlı ifrazatın gəlməsi şikayəti ilə müraciət edir. Axırıncı aybaşı iyulun axırında olub (dəqiq tarix bilmir). D - 1 (qanaxma olub, cift əllə ayrılıb və xaric edilib, antibiotik və uşaqlığı yığan dərmanlar təyin olunub) Daxili müayinədə uşaqlıq 6 həftəlik hamiləliyə uyğun olub, bərkdir. Arxa tağ gərgin, ağrılıdır. Söhbət nədən gedir?

  Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»
Daxili müayinədə uşaqlıq 6 həftəlik hamiləliyə uyğun olub, bərk, hərəkətli və arxa tağ gərgin, ağrılıdırsa mama həkimin göstərişi əsasında punksiya üçün lazımi alətləri hazırlayır, arxa tağdan alınan tünd qan uşaqlıqdan kənar hamiləlik olduğunu göstərir.

Sual № 651

Ginekologiya şöbəsinə 25 yaşlı qadın vulvanın qaşınması, iyli ifrazat, uşaqlıq yolunda cinsi əlaqə zamanı ağrı, sidik ifrazının ağrılı olması şikayəti ilə müraciət edir. D - 1,A - 2 (axırıncı abort 1ay əvvəl olunub). Özunu 1 həftədir xəstə hesab edir. Mama baxış zamanı vulvada və budun içəri səthində qaşınma izləri, uşaqlıq yolunun hiperemiyalı və ifrazatın ağ rəngli, kəsmiyə bənzər olduğunu görur. Belə qadınlar vaxtında müalicə olunmazsa hansı hallar baş verə bilməz?

  Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»
Mama baxış zamanı vulvada və budun içəri səthində qaşınma izləri,uşaqlıq yolunun hiperemiyalı və ifrazatın ağ rəngli ,kəsmiyə bənzər olduğunu görursə deməli qadında kandidoz xəstəliyinin olmasını dəqiqləşdirmək üçün mütləq yaxma götürülməli ,müalicə müddətində cinsi əlaqədən çəkinməyi qadına başa salmalıdır.

Sual № 652

Ginekologiya şöbəsinə 43 yaşlı qadın 8 gün davam edən uşaqlıq yolu qanaxması (növbəti aybaşı), baş gicəllənmə, zəiflik, qulaqlarda küyün olması şikayəti ilə müraciət edir. D - 3, A - 2. 10 ildir hamilə qalmır. 3 iləvvəl 8 həftəlik mioma diaqnozu ilə dispanser müayinəsinə götürülüb. Daxili müayinədə uşaqlıq 10 - 11 həftəyə uyğun, bərk , kənarları hamar, ifrazat çox, qanlıdır. Mama ilk növbədə nəyi hazırlamalıdır?

  Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»
Daxili müayinədə uşaqlıq 10-11 həftəyə uyğun ,bərk konsistensiyalı ,kənarları hamar ,ifrazat çox qanlıdır və xəstənin vəziyyəti orta ağırlıqdadırsa, söhbət submukoz miomadan getdiyi üçün , mama həkim gələnə qədər ilk novbədə uşaqlığ boşluğunu qaşımaq üçün alətləri və xəstəni hazırlamalıdır.

Sual № 653

Ginekoloji şöbəyə 27 yaşlı qadın qarnının aşağı hissəsində sancı şəkilli ağrı, azacıq qanlı ifrazat və 5 həftə aybaşının gecikməsi şikayəti ilə müraciət edir. A/T 100/60 nəbz - 100 v. Qarnı köplu, aşağı nahiyədə Şetkin - Blyumberq simptomu (+) dir. Uşaqlıqdan kənar hamiləliyi (boru abortu) təsdiqləmək üçün arxa tağın punksiyasında istifadə edilən alətlər dəstinə hansı alət aid deyil?

  Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»
Uşaqlıqdan kənar hamiləliyi (boru abortu) punksiya edərək alınan tünd, laxtalanmayan qana əsasən təsdiqləmək mümkündür , çünki, boru abortu zamanı qan Duqlas cibinə toplanır. Kyuretkalar (qaşıqlar) isə özbaşına duşuklərdə və başqa qanaxmalarda uşaqlıq boşluğunu qaşımaq üçün istifadə edilir

Sual № 654

27 yaşlı qadını qarnının aşağı hissəsində sancı şəkilli ağrılar, azacıq qanlı ifrazat və 5 həftə aybaşının gecikməsi narahat edir. A/T 100/60 nəbz -100 v. Qarnı köplu, aşağı nahiyədə Şetkin - Blyumberq simptomu (+) dir.Bu zaman mamanın taktikasına nə aid deyil?

  Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»
Bu zaman mamanın taktikasına arxa tağdan punksiya etmək aid olmasa da, stasionar şəraitində punksiya üçün alətlər dəstinin hazırlanması aiddir.

Sual № 655

Qadin iş yerində iti əşya uzərinə yıxılıb.Vəziyyəti orta ağırlıqdadır, A/T 100/60, nəbzi - 90 v.Obyektiv olaraq qasıq , böyuk cinsiyyət dodaqlarında hematoma və cırılmış yara var. Mamanın taktikasına nə aid deyil?

  Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»
Ginekologiya şöbəsinə xaici cinsiyyət üzvlərinin travması ilə qəbul olunan qadınlarda travmanın xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq yaranın 2-cili işlənməsi və tetanus əleyhinə vaksinasiya aparılmalidır (xususi orqanlara xəbərdarlıq edilmək şərti ilə.)

Sual № 656

Feldşer-mama məntəqəsinə 65 yaşlı qadın son 2 həftə ərzində defekasiya zamanı və güc verdikdə cinsiyyət yarığından yumşaq,yumru törəmənin xaric olması şikayəti ilə müraciət edib. Qadının narahatlığına nə səbəb ola bilər?

  Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»
Yaşlı qadınlarda uşaqlığın natamam duşməsi yaşla əlaqədar olaraq cinsiyyət üzvlərinin toxumalarında baş verən dəyişiklikdən, vaxtı ilə keçirmiş doğuşların sayından (patoloji doğuşlardan), requlyar fiziki işlə məşğul olmasından asılı olaraq baş verir

Sual № 657

Qadın məsləhətxanasına 25 yaşlı qadın sidik ifrazının ağrılı, yandırıcı olması və iyli ifrazatın olması şikayəti ilə müraciət edir (yoldaşında da eyni şikayət var). Obyektiv olaraq uretra nahiyəsində ödem və hiperemiya, uşaqlıq yolu tərəfdən palpasiya etdikdə ağrılı olub sarımtıl irinli ifrazat xaric olur. Mama hansı xəstəlikdən şübhələnməlidir və ilk növbədə nə etməlidir?

  Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»
Xəstənin şikayətinə və obyektiv müayinəyə əsasən suzənəkli uretritdən şübhələnməyə əsas olduğu üçün mama ilk növbədə sidik kanalından ,uşaqlıq boynu kanalından və düz bağırsaqdan yaxma göturməlidir.

Sual № 658

Ginekoloji şöbəyə 24 yaşlı qadın doğuşdan 2 ay sonra uşaqlıq yolundan çoxlu ifrazatın gəlməsi şikayəti ilə muraciət edir. Güzgülərlə müayinədə uşaqlıq boynu böyümüş, toxunduqda qanayır. Daha böyük ehtimalla ilkin diaqnoz aşağıdakılardan hansı ola bilər?

  Ədəbiyyat: Фельдшер и акушерка. Ежемесячный научно-практический журнал. Москва «Медицина»
Doğuşdan 2 ay sonra uşaqlıq yolundan çoxlu ifrazatın gəlməsi, güzgulərlə muayinədə uşaqlıq boynunun böyümüş olması ,toxunduqda qanaması,cox guman ki, uşaqlıq boynunda cox böyük olmayan cırıq,yaxud tikiş yerinin tam sağalmaması onun deformasiyasına (eroziyalı ektropion) və ya uşaqlıq boynunun çevrilməsinə səbəb ola bilər

Sual № 659

İlk qışqırıq mexanizmi nə ilə bağlıdır?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 30.
Uşaq doğulan andan cift qan dövranı kəsilərkən ağ ciyər tənəffüsü başlayır. Cıft qan dövranı kəsildikdən sonra qanda O2 azalır və karbon qazının artıq miqdarda toplanması nəticəsində tənəffüs mərkəzi qıcıqlanır və uşaq ilk dəfə nəfəs alır. Beləliklə, uşağın ilk qışqırıq mexanizmi hipoksiya ilə əlaqədar olur.

Sual № 660

Anadan gəlmə ürək qüsuru verən bətndaxili infeksiya hansıdır?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 380
Anadangəlmə ürək qüsuru verən bətndaxili infeksiyalardan biri də məxmərəkdir. Məxmərəklə xəstə olan hamilə qadından virus plasentaya daxil olub orada çoxalır və dölü yoluxdurur. Anadangəlmə məxmərək uşaqda anadangəlmə ürək qüsurunun əmələ gəlməsinə səbəb olur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×