Mama
987 elementdən 661-680 arası göstərilir.
Sual № 661
Yarımçıq doğulmuş uşağın zondla qidalanmasına göstəriş nədir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”.”Bakı” 2007 Səh 136
Uşağın ana südü ilə qidalana bilməsi üçün onda əmmə və udma refleksi olmalıdır. Yarımçıq doğulmuşlarda bu reflekslər zəif olduğu üçün bir neçə gün onlar döşə qoyulmur, refleks əmələ gələnə qədər zondla yedizdirilir.
Sual № 662
Vaxtından əvvəl doğulmuş uşaqlarda fizioloji sarılıq hansı əlamətlə səciyyələnir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 124.
37-38 həftədən əvvəl doğulan, çəkisi 2500 qramdan az, boyu isə 45 sm-dən qısa olan uşaq vaxtından əvvəl doğulmuş sayılır və anatomik-fizioloji xüsusiyyətlərinə görə vaxtında doğulan uşaqdan fərqlənir. Belə doğulmuş uşaqlarda fizioloji sarılığın gedişi uzun müddətli olur.
Sual № 663
Yenidoğulmuşun gözünün təmizlənməsində nədən istifadə edilir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 54.
Spirt,yod, 3% -li hidrogen peroksid məhlulu yağ və s. mayelərlə yumaq olmaz, əks halda gözün selikli qişası qıcıqlanaraq zədələnər.Ona görə də yenidoğulmuşun gözünün təmizlənməsində qaynanmış sudan və 1%-li tetrasiklin məlhəmindən istifadə edilir.
Sual № 664
Sepsis nədir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234.
Sepsis orqanizmdə hər hansı bir infeksiya ocağından bakteriyanın qan və limfa sisteminə düşərək orqanizmdə dövr etməsi nəticəsində baş verən xəstəlik olub, immunodefist fonunda inkişaf edir. Xəstəlik ümum əlamətlərlə yanaşı xəstədə yüksək qızdırma ilə də xarakterizə olunur.
Sual № 665
BCJ vaksinasiyasından sonra immunitet nə vaxt yaranır?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 50.
BCJ vaksini yeni doğulmuşlara doğulduqdan sonrakı 3-5-ci gün vurulur. Məqsəd vərəmlə yoluxmanın qarşısını almaqdır. İmmunitet 8 həftəyə yaranır .
Sual № 666
Qarışıq qidalanma nə vaxt tətbiq edilir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 145.
Qarışıq qidalanma uşağı doyuzdurma üçün tətbiq edilir. Qarışıq qidalanmaya keçməyə səbəb ana südünün çatmamasıdır.
Sual № 667
Bətndaxili infeksiyalara hansı aid deyil?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 192.
Sitomeqalovirus,məxmərək,herpes virusu ,toksoplazmoz bətndaxili infeksiyaların törədiciləridir. Cift vasitəsilə və ana südündən uşağa ötürülə bilər.
Sual № 668
Yenidoğulmuşlarda cinsi krizin əlamətləri hansı müddətdən sonra yox olur?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 70.
Cinsi kriz cinsindən asılı olmayaraq yeni doğulmuş uşaqlarda:həm qızlarda,həm də oğlanlarda ola bilər. Ana bətnində hamiləliyin 4-cü ayında anadan dölə estrogen hormonu keçdiyindən, onun təsiri nəticəsində doğulandan sonra uşaqlar da ilk günlərdə cinsi kriz əmələ gəlir,2-3 həftə davam edir.
Sual № 669
Omfolit nəyin iltihabıdır?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234.
Yeni doğulmuş uşağın göbəyi xüsusi qulluq tələb edir. Bu qulluq düzgün aparılmazsa göbək yarası infeksiyalaşır, nəticədə göbək və ətraf toxumada iltihab baş verir. Bu omfolit adlanır.
Sual № 670
Hipoqalaktiya nədir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 132.
Hipoqalaktiya ana südünün çatışmazlığı deməkdir. Bu zaman süd ifrazı azalır. Səbəbləri isə müxtəlifdir. Əsas səbəblərdən biri ananın və uşağın düzgün qidalanmamasıdır.
Sual № 671
Yenidoğulmuşlarda tranzitor hipertermiyanın səbəbi hansıdır?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 səh.72.
Yeni doğulmuşlarda mərkəzi sinir sisteminin də digər üzvlər kimi funksional cəhətdə hələ tam inkişaf etməməsi, istilik əmələ gəlməsi ilə istilik vermə arasında müvazinət olmaması nəticəsində tranzistor hipertermiya baş verir.
Sual № 672
Yenidoğulmuşlarda ilkin çəkinin itməsinin səbəbi nədir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 35.
Yeni doğulmuş uşaqda ilkin çəkinin itməsi baş verir.Bu çəki itkisi 200- 300 qrama qədər olur. Bunun səbəbi ilkin olaraq maye itkisi (çox sidik ifrazı) və ana südünün ilk günlər az ifraz olunması, eyni zamanda uşağın zəif əmməsidir.
Sual № 673
Yenidoğulmuşlarda hormonal krizə nə aiddir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 70.
Hormonal krizə cinsiyyət yolundan qanlı ifrazat və fizioloji mastit aiddir. Cinsiyyət yolundan qanlı ifrazat xüsusi müalicə tələb etmir. Fizioloji mastit uşağın cinsindən asılı olmayaraq 2-3 həftə ərzində tədricən yox olur.
Sual № 674
Yenidoğulmuşlarda dəri örtüklərinin tranzitor dəyişkənliyinə nə aiddir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 72.
Uşaqlarda mərkəzi sinir sisteminin istilik tənzimi funksiyası kifayət qədər inkişaf etmədiyi üçün dərinin istilik vermə funksiyası zəif olur. Bu xüsusiyyət uşağın tez soyumasına və tez isinməsinə səbəb olur. Bu isə dəridə sadə və toksiki eritemanın əmələ gəlməsinə səbəb olur.
Sual № 675
Uşaq doğulan kimi hansı infeksiyanın profilaktikası aparılır?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 33.
Qonoblenoreyanın profilaktikası aparılır Bu zaman 1%-li tetrasiklin, 0,5%-li eritromisin məlhəmindən istifadə edilir.
Sual № 676
Aşağıdakılardan hansı yenidoğulmuş üçün xarakterikdir?
Ədəbiyyat: Y.P.Bisyarina.Uşaqların anatom-fizioloji xüsisiyyətləri.səh.119
Yenidoğulmuşda bükücü əzələlərin hipertoniyası özünü əzələ gərginliyi ilə göstərir, ayağı çətinliklə bükülür.
Sual № 677
Yenidoğulmuşun vəziyyəti doğularkən hansı şkala ilə qiymətləndirilir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 34.
Yenidoğulmuşların vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir. Bu şkalaya görə 5 əlamət- ürək döyünməsi, şərtsiz reflekslər, tənəffüs, əzələ tonusu , dərinin rəngi müayinədən keçirilərək müvafiq balla qiymətləndirilir.
Sual № 678
Yenidoğulmuşlarda əmələ gələn doğuş şişi nədir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 163.
Doğuş şişi doğum zədələri arasında birinci yeri tutur. Başda dərialtı toxumada, limfa və qan damarlarında olan durğunluq nəticəsində nöqtəvari qansızmalar və ödem əmələ gəlir. Adətən müalicə tələb etmir. Şiş 24-36 saatdan sonra , bəzi hallarda 2-3 gündən sonra sorulur.
Sual № 679
Yenidoğulmuşlarda baş beyin zədələnməsinin əsas əlaməti nədir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 163.
Baş beynin zədələnməsi yenidoğulma dövrünün ağır patologiyası sayılır.Bu zaman baş beynin ödemi və kəllədaxili qansızmalar olur. Qansızmanın lokalizasıyasından asılı olaraq uşaqda müxtəlif əlamətlər baş verir. Vacib diaqnostik əlamət qıcolmadır.
Sual № 680
Hemolitik xəstəlik hansı hallarda baş verə bilər?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 207 Səh 306.
Hemolitik xəstəlik anada rezus mənfi –Rh(-), uşaqda isə Rh(+) qan olduqda baş verir. Dölün rezus amili ana qanına keçdikdə anti – rezus əks cisimlər əmələ gəlir. Bunlar ciftdən keçərək dölün qanına düşür, döldə antigen-anti cism reaksiyası baş verir. Eritrositlər hemolizə uğrayır ki, nəticədə hemolitik xəstəlik əmələ gəlir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?