Mama
987 elementdən 681-700 arası göstərilir.
Sual № 681
Doğum evində qonoblennoreyanın profilaktikası nə vaxt aparılır?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. 2007, Səh 198. ”Sağlam yenidoğulmuşa qulluq üzrə klinik protokol”
Qonoblennoreyanın profilaktikası doğuşdan sonra ilk 1 saat ərzində aparılır. Əsas məqsəd gələcəkdə gözün qonokok infeksiyasından zədələnməsinin qarşısını almaqdır
Sual № 682
Hamiləliyin antenatal risk faktoruna nə aid deyil?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007.səh.71
Uşaq orqanizminin əsas morfoloji və funksional xüsusiyyətləri , uşağın sağlam doğulması hamiləliyin düzgün gedişindən asılıdır. Narkoz isə doğuş vaxtı verildiyindən hamiləliyin antinatal risk qrupuna doğuş vaxtı narkoz vermə aid deyil .
Sual № 683
Yenidoğulmuşların asfiksiyası zamanı orta ağır asfiksiya Apqar şkalasına görə neçə balla qiymətləndirilir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 145.
Yenidoğulmuşların vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir. Bu şkalaya görə 5 əlamət- ürək döyünməsi, şərtsiz reflekslər, tənəffüs, əzələ tonusu , dərinin rəngi müayinədən keçirilərək müvafiq balla (0- 1- 2 ) balla qiymətləndirilir.Asfiksiya xəstəlik deyil, müxtəlif səbəblər nəticəsində yaranan simptom kompleksidir.Asfiksiya zamanı ürək,qan-damar sistemi və həyat üçün vacib orqanların (beyin,ürək) qan təchizatı pozulur. Apqar şkalasına görə 8-10 bal yaxşı qiymətləndirilir .Yenidoğulmuşun asfiksiyası 3 dərəcəyə bölünür. yüngül,orta ,ağır: 6-7 bal yüngül , 4-5 bal orta ağır asfiksiya,1-3 bal ağır asfiksiya sayılır.
Sual № 684
Yenidoğulmuşların asfiksiyası zamanı ürək vurğularının sayını artırmaq üçün hansı preparat istifadə edilir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 146.
Dölün asfiksiyası zamanı cift qan dövranı pozulur,dölün bədəninə oksigen az daxil olur və nisbi oksigen aclığı əmələ gəlir. Bu da boğulmaya səbəb olur, ürək döyüntülərinin sayı və ritmi dəyişir. Ürək vurğularının sayını artırmaq məqsədi ilə adrenalin preparatından istifadə edilir.
Sual № 685
Yenidoğulmuşlarda dərinin yoluxucu xəstəliklərinə nə aiddir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 183.
Yeni doğulmuşlarda dəri və selikli qışalar zərif və tez zədələnən olur. Bu səbəbdən də onlara qulluq ehtiyatla aparılmalıdır. Əgər dəriyə düzgün qulluq edilməzsə, dərinin tamlığı pozularsa, dəridən infeksiya keçərək dərinin infeksion xəstəliyini : yenidoğulmuşun qovuqcuqlu xəstəliyi-vezikulopustulyoz əmələ gətirir:
Sual № 686
Tənəffüs çatışmazlığı sindromu hansı uşaqlar üçün xarakterikdir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 128.
Çəkisi 2500 qramdan az ,boyu 35-45 sm doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır. Mərkəzi sinir sistemi, bir sıra orqan və sistemlər tam inkişaf etmədiyindən belə uşaqlarda bir sıra funksional pozğunluqlar meydana çıxır. Belə uşaqlarda tənəffüs çatışmazlığı sindromu tez inkişaf edir.
Sual № 687
Hepatit B əleyhinə vaksin hansı nahiyyəyə vurulur?
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” (metodik göstərişlər) Modul 2.2010səh.10
“B” virus hepatiti əleyhinə vaksin budun ön divar nahiyyəsinə vurulir.
Sual № 688
Yarımçıq doğulmuşların palatasında hərarət nə qədər olmalıdır?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007Səh 125.
Yarımçıq doğulmuş uşaqlara qulluğun təşkili böyük diqqət, səbr tələb edir. 24-260 otaq temperaturunda yarımçıq doğulmuş uşaqlar steril,isidilmiş əskilərlə bələnir, ilk tualet isidilmiş döşək üzərində tez bir zamanda aparılır ki, uşaq soyuqlamasın
Sual № 689
Tənəffüsün dayanması necə adlanır?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. 2007. Səh 146.
Apnoe tənəffüsün dayanması deməkdir. Ən çox yarımçıq doğulmuşlarda və ağır asfiksiyalar zamanı təsadüf edilir.
Sual № 690
Apqar şkalasına görə uşağın vəziyyəti neçə balla qiymətləndirildikdə uşaq döşə qoyulur?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007Səh 147.
Yeni doğulmuşların vəziyyəti Apqar şkalasına görə 8-10 bal sağlam uşaq sayılır. Belə uşağı döşlə əmizdirmək əks göstəriş deyil.
Sual № 691
Vaxtından əvvəl doğulmuş uşaq öz çəkisini ilk günlər neçə qram itirə bilər?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 46.
Vaxtından əvvəl doğulmuş uşaq öz çəkisini ilk günlər 150-300 qram itirə bilər ki, bu da onun zəif qidalanmasına, ana südünün az olması və sidiklə maye itirməsi nəticəsində baş verir.
Sual № 692
Aşağıda sadalanan vaksinlərdən hansı cansız vaksinlərə aiddir?
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 2 (Metodik göstərişlər)səh 5
Vaksinlər 2 qrupa bölünür. : Canlı və cansız. Difteriya, göy öskürək və tetanusa qarşı kombinə olunmuş vaksin (AGDT) cansız vaksindir.Vaksinasiya 2-3-4 aylıqda aparılır revaksinasiya isə 18-aylıqda aparılır.
Sual № 693
Aşağıda sadalanan vaksinlərdən hansı canlı vaksinlərə aiddir?
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010(Modul 2) (Metodik göstərişlər)səh5
Vaksinlər 2 qrupa bölünür: canlı və cansız. Qızılca, parotit və məxmərəyə qarşı vaksin (QPM) canlı vaksinlərə aiddir.Vaksinasiya 1və 6 yaşda aparılır.
Sual № 694
Cansız vaksinlərin əksəriyyəti hansı üsulla orqanizmə yeridilir?
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul (Metodik göstərişlər) səh7-8
Cansız vaksinlər təhlükəsizlik qaydalarına riayət etməklə əzələ daxili yeridilir.
Sual № 695
Cansız vaksinlərin yeridilməsindən sonra daha çox hansı reaksiyalar müşahidə olunur?
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 2 (Metodik göstərişlər)səh8-9
Adətən cansız vaksinlər yeridildikdən sonra yüngül postvaksinal reaksiya müşahidə olunur: 2 gün ərzində hərarət yüksəlir. inyeksiya yerində ağrı və şişkinlik ola bilər.
Sual № 696
Vaksinlər GEM-də (gigiyena və epidemiologiya mərkəzində ) və tibb müəssisələrində hansı temperaturda saxlanılır?
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 3 (Metodik göstərişlər)səh8.
İnyeksiyaların təhlükəsizliyini təmin etmək üçün bütün vaksinlər gigiyena və epidemiologiya mərkəzində və tibb müəssisələrində +2 C - +8 C-də saxlanılmalıdır.
Sual № 697
Uşaqda raxitin profilaktikası üçün vitamin D-nin sutkalıq dozası nə qədərdir?
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 15
Raxit ümumi orqanizmin xəstəliyi olub vitamin D-nin çatmaması və Ca F mübadi-ləsinin pozulması nəticəsində əmələ gəlir. Onun profilaktikası üçün uşağa sutkalıq spirtli və yağlı məhlul şəklində 400 mq vitamin D verilməlidilir.
Sual № 698
Yenidoğulmuşun ağzında selikli qışada ərp: süd yarası aşkar edilir. Bu bilavasitə nəyə səbəb olur?
Ədəbiyyat: N.Tağıyev Neonatologiya Bakı 2007 səh 32
Süd yarası zamanı göbələklər ağızın selikli qişasında, dilin üzərində ağ ərp əmələ gətirir.Uşağın əmməsi çətinləşir. Uşaq narahat olur, pis yatır, çəkisi az artır.
Sual № 699
Uşağın ilk qidası olan ağız südünün (molozivo) yetişmiş südə nisbətən üstünlüyü nədir?
Ədəbiyyat: N.Tağıyev Neonatologiya Bakı 2007 səh 33
Molozivo və ya ağız sudu – qati , yuksək kalloriyli , yapişgana bənzər sari rənqli mayedir ki , yetişmiş ana sudundən fərgli olarag immunoglobulinlərlə zənqindir ki, bu da yşaği infeksiyalardan goruyur.
Sual № 700
Südəmər uşaqnecə qidalanmalıdır?
Ədəbiyyat: N.Tağıyev Neonatologiya Bakı 2007 səh 34
Sudəmər uşag təbii bəslənərkən sərbəst qidalandırılmalıdır , yəni uşaq tələbatına görə qida almalıdr. Bu da prolaktin hormonunun ifrazını stimulə edir və sud ifrazı çoxalır .
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?