Mama
987 elementdən 701-720 arası göstərilir.
Sual № 701
Uşaq nə vaxta qədər ana südü ilə qidalanmalıdır?
Ədəbiyyat: N. Tağıyev Neonatologiya Bakı 2007 səh 13
Ana südü uşağın 1,5-2 yaşınadək verilməlidir. 6 aya qədər uşaq yalnız ana südü ilə qidalanmalıdır.6 aydan sonra uşaq ana südü ilə yanaşı əlavə qida almalıdır.
Sual № 702
Südəmər uşaq əmizdirdikdən sonra qusursa nə etməli?
Ədəbiyyat: N. Tağıyev Neonatologiya Bakı 2007 səh 135
Südəmər uşaqlarda bəzən əmizdirildikdən sonra şaquli vəziyyətdə tutmaq lazımdır. Belə etdikdə uşağın südlə udduğu hava xaric olur və qusma dayanır.
Sual № 703
6 aylığına kimi uşağın qidalanması üçün ən optimal qidalanma üsulu hansıdır?
Ədəbiyyat: N. Tağıyev Neonatologiya 2007 səh 136
6 ayadək uşaq üçün ən effektli üsul təbii qidalanmadır.Çünki, 6 ayadək ana südü uşağın tam təlabatını ödəyir.,və uşaq bütün lazımı qida maddələrini alır.
Sual № 704
Süni qidalanmaya keçməyin səbəbi ola bilməz?
Ədəbiyyat: N.Tağıyev “Neontologiya” 2007 səh45
Anaın südü heç olmadıqda uşağı süni qidalandırmaq lazım gəlir.Bu zaman uşağa ana südünün tərkibinə uyğunlaşdırılmış sadə süd qarışıqları və adaptirəolunmuş qarışıqlardan istifadə olunur.Ana südünün çox olması süni qidalanmaya keçməyin səbəbi ola bilməz.
Sual № 705
Doğulduqdan sonra yeni doğulma dövrü hansı müddət hesab edilir?
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 30
Yeni doğulma dövrü təsnifata görə uşaq doğulan gündən 28 günədək qədər olan müddətdir.
Sual № 706
Yenidoğulmuşların asfiksiyası zamanı ilk tədbir olaraq nə etmək lazımdır ?
Ədəbiyyat: N.Tağıyev Neonatologiya. Bakı 2007.səh 145
Yenidoğulmuşlarda asfiksiyanın əmələ gəlmə səbəbləri çoxdur.Onlardan biri odur ki,uşaq doğuş yollarından xaric olkarkən dölyanı mayeni udur.Bu dölyanı maye tənəffüs yollarına düşdükdə boğulma-asfiksiya baş verir.İlk yardım olaraq yuxarı tənəffüs yollarının sanasiyası ( təmizlənməsi) aparılmalıdır.
Sual № 707
Yenidoğulmuşların palatasında havanın temperaturu neçə dərəcə olmalıdır.?
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова..»Детские Болезни» Москва 1986. Стр.30
Yenidoğulmuşların otağı təmiz və səliqəli olmalı, havası tez-tez dəyişdirilməlidir. Uşaqlarda termorequlyasiya pis olur, uşaq tez soyuqlayıb tez də isinir. Ona görə də uşaq otağının temperaturu daimi olaraq 220-230 olmalıdır.
Sual № 708
Uşaq praktikasında ən çox istifadə olunan hərarət salıcı dərman hansıdır ?
Ədəbiyyat: Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 422
Əgər uşaqda bədən temperaturu 39 0-ni keçərsə bu hipertermiya adlanır. Uşaq orqanizmində müxtəlif dəyişikliklər baş verir. Uşaq praktikasında hərarəti salmaq üçün ən çox parasitamol istifadə edilir.
Sual № 709
Yenidoğulmuşlar üçün hansı zonddan isitfadə olunur?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. Bakı 2007 Səh 30.
Yenidoğulmuşlarda mədəni udulmuş dölyanı sudan təmizləmək üçün mədə zondundan istifadə olunur. Zondun uzunluğu ağız boşluğunda qulağın sırğalığına qədər və xəncərbənzər çıxıntıdan 1 – 1,5 sm aşağı götürülür. Normativə görə bu zondun ölçüsü yenidoğulmuşlarda 5 f- 8 f götürülür.
Sual № 710
Fimoz nədir?
Ədəbiyyat: Ə.Əlizadə “Uşaq cərrahiyyəsi” 1996.səh 85
Pülük dəliyi o qədər daralır ki, cinsiyyət orqanının oradan çıxması çətinləşir. Bu isə sidik buraxmanı çətinləşdirir. Bu zaman sidikburaxma ağrılı və şətin olur, uşaq narahat olur. Belə vəziyyət fimoz adlanır.
Sual № 711
Yenidoğulmuşlarda sepsisin əmələ gəlmə səbəbi hansıdır?
Ədəbiyyat: Л.A.Исaеvа,Л.К.Бaжenoвa.»Детские Болезни» Мockвa 1986 стр 230
Yenidoğulmuşlarda dəri və selikli qişalar tez zədələnən olur. Dəriyə düzgün qulluq edilmədikdə,dərinin tamlığı pozulduqda dəri infeksiyalaşır,dərinin qovuqcuqlu xəstəliyi,bunun nəticəsində sepsis baş verir.
Sual № 712
Yenidoğulmuşun asfiksiyası zamanı ilk yardım nədən ibarətdir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2008,səh 33
Yenidoğulmuşlarda asfiksiyanın əmələ gəlmə səbəbi müxtəlifdir. Onlardan biri uşağın ağız boşluğuna, burun udlağına yuxarı tənəffüs yollarına dolyanı mayenin sorulmasıdır.Ona görə ilk yardım yuxarı tənəffüs yollarını dolyanı mayedən təmizləməkdir.
Sual № 713
Anadangəlmə ürək qüsuru ilə doğulmuş uşağın görünüşü necə olur?
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008,səh 218
İlk gündən anadangəlmə ürək qüsuru ilə doğulmuş uşaqda yüngül təngnfəslik hiss edilir,getdikcə artır.Ağız ətrafında sianoz olur,uşaq ağlayanda göyərir.
Sual № 714
Yeni doğulmuşlarda böyük əmgək hansı sümüklərin arasında yerləşir ?
Ədəbiyyat: Л.A.Исaeва,,Л.К.Бaжenoвa »Детские Болезни» Moсkвa 1986 ,стр35
Yeni doğulmuşlarda böyük əmgək alın və təpə sümükləri arasında yerləşir.
Sual № 715
Uşaqlarda raxit hansı vitamin çatışmazlığı nəticəsində yaranır ?
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri Bakı, 2008, səh 14.
Vitamin orqanizmə qida vasitəsilə daxil olur, digər tərəfdən isə ultrabənövşəyi şüaların təsirindən dəridə olan vitamin D3 aktivləşərək D2 –yə çevrilir və orqanzmə daxil olur. Bu vitaminin çatışmazlığı nəticəsində raxit xəstəliyi əmələ gəlir.
Sual № 716
Uşaqlarda tərləmə, ənsə nahiyəsində tükün tökülməsi hansı xəstəlik zamanı baş verir?
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 15
Raxit xəstəliyi zamanı vegetativ sinir sisteminin pozğunluğu raxitin başlanğıc dövründə əmələ gəlir. Uşaq narahat olur yuxusu pozulur, çox tərləyir, başını yastığa sürtür, ənsə nahiyyəsinin tükü tökülür uşaqda yüngül oyanıqlıq baş verir.
Sual № 717
Doğulduqdan sonra Hepatit B-yə qarşı ilk peyvənd nə vaxt vurulur?
Ədəbiyyat: “ Təcrübədə immunlaşdırma”.Modul 2. Bakı 2010 ,səh 10
Yeni doğulmuşlar arasında hepatit B-yə yoluxma hallarının qarşısını almaq üçün uşaq doğulduqdan sonra 12 saat ərzində bu xəstəliyə qarşı peyvənd vurulur.
Sual № 718
Yenidoğulmuşa gigiyenik vanna nə vaxt təyin olunur?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 ,səh 34
Gigiyenik vannalar uşaqda dərini təmizləyir və sağlamlaşdırılması üçün aparılır.Güdüllə birlikdə yenidoğulmuş vanna edilə bilər.
Sual № 719
Ilk patronaj nə vaxt aparılır ?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ”Bakı 2007 səh 35
Uşaq doğum evindən evə yazılandan sonra ilk 3 gün ərzində məsləhət üçün sahə tibb bacısı və həkim tərəfindən yoxlanılmalıdır ki, bu ilk patronaj adlanır.
Sual № 720
Hipoksiyanın dölə təsirindən nə baş verə bilər ?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 səh 145
Hipoksiya – yəni O2 aclığı bətndaxili və bətnxarici ola bilər, bu zaman cift qan dövranı pozulur – dölün bədəninə 02 az gəlir və O2 aclığı baş verir- bunun təsirindən dölün ürək döyüntüləri artır yəni taxikardiya əmələ gəlir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?