987 elementdən 721-740 arası göstərilir.

Sual № 721

Süd yarasının törədicisi nədir ?

  Ədəbiyyat: A.A.Əyyubova.” Uşaq xəstəlikləri.“Bakı.2008,səh 90
Süd yarasını törədicisi kandida tipindən olan maya göbələklərdir.

Sual № 722

Yenidoğulmuş uşağın əmizdirilmə müddəti maksimum neçə dəqiqə olmalıdır?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 səh.72
Yenidoğulmuşlarda əmmə anadangəlmə refleksdir.Ona görə sağlam uşaq döşü yaxşı tutur.İlkvaxtlar əmizdirmə müddəti 20-30 dəqiqə davam edir ki ,uşaq doysun.

Sual № 723

Yenidoğulmuşlarda böyük əmgək hansı formada olur?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтр 35
Yenidoğulmuşlarda böyük əmgək alın və təpə sümükləri arasında yerləşir, romb şəklində olur, 12-15 aylığında bağlanır.

Sual № 724

Peyvənd otağında vaksinlər saxlanan soyuducularda temperatur neçə dəfə yoxlanılır?

  Ədəbiyyat: “Təcrübədə immumlaşdırma”Modul 2,.Metodik göstərişlər. Bakı, 2010,səh 15
Uşaq poliklinikasında vaksinasiya aparmaq üçün xüsusi peyvənd otağı olur. Otaqda vaksinləri saxlamaq üçün soyuducular var.Burada tələb olunan temperatur gözlənilməlidir(+2 +8) Ona görə gün ərzində 2 dəfə soyuducunun temperaturu yoxlanılır.

Sual № 725

Həll edilmiş AGDT ( göy öskürək, difteriya, tetanus əleyhinə) vaksinin istifadə müddəti nə qədərdir?

  Ədəbiyyat: “ Təcrübədə İmmunlaşdırma” Modul 2, Metodik göstərişlər. Bakı, 2010,səh 7
Difteriya göyöskürək və tetanus əleyhinə kombinə olunmuş vaksin (AGDT) duru vaksindir. Sakit halda qaldıqda flakonda çöküntü əmələ gəlir.İstifadə etməkdən əvvəl silkələmək həll etdikdən sonra isə 5 gün müddətinə istifadə etmək lazımdır.

Sual № 726

Yeni doğulmuşlarda təmizləyici imalə nə vaxt aparılır?

  Ədəbiyyat: Л.А.Исаева.K.А.Баженова.”Детские Болезни” Mockвa1986 səh 369
Dispeptik əlamətlər ( qusma ishal) həzm pozğunluğu sayılır.Bəzən analar uşağı düzgün qidalandırmır onu çox yedizdirməyə çalışır çox vaxt maye vermir və ya az verirlər.Nəticədə sadə dispepsiya deyilən xəstəlik baş verir.Belə halda uşağa təmizləyici imalə aparılır.

Sual № 727

Yenidoğulmuşların göbək güdülü necə işlənməlidir?

  Ədəbiyyat: Л.А.Исаева.K.А.Баженова.”Детские Болезни” Mockвa1986 səh 369, стр 61
Yenidoğulmuşların göbək qalığı hal-hazırda işlənilmir.Aseptika-antiseptika qaydalarına riayət edilir.

Sual № 728

Yeni doğulmuş uşaqlar döşə ilk dəfə nə vaxt qoyulur?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 ,стр 28
Yenidoğulmuş uşağın vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir.Bu zaman uşağın və ananın vəziyyəti yaxşıdırsa uşaq doğulduqdan dərhal döşə qoyulur.

Sual № 729

Tibb bacısı yenidoğulmuşlara neçə dəfə patronaja getməlidir?

  Ədəbiyyat: Организация лечебно – профилактической помощи детям Mockвa1987,стр88
Qəbul olunan qaydalara əsasən tibb bacısı yenidoğulmuşları həftədə 1 dəfə patronaj etməlidir. Burada məqsəd: tibb bacısı anaya məsləhət verir, uşağın necə qidalandırıldığını görür, dərisinə, selikli qişasına baxır, uşağın inkişafına fikir verir və bu barədə sahə pediatrına xəbər verir

Sual № 730

Uşaqlarda böyük əmgək neçə ayında bağlanır ?

  Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 66
Uşaq doğularkən kəllə sümüklərinin birləşmə yerlərində olan kiçik əmgəklər bağlanlr.Alın və təpə sümükləri arasında olan böyük əmgək isə uşagın 12-15 ayında bağlanlr

Sual № 731

Uşağı döşdən ayırmaq məsləhətdir?

  Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 75
Uşağın düzgün inkişafı ücün onu tələb olunan miqdarda qidalandırmaq lazımdır.Bunun ücün ən əlverişli üsul ana südüdür.Buna baxmayaraq ana südü keyfiyyətcə dəyişir,1,5-2 yaşında uşağı döşdən ayırmaq lazım gəlir.Uşağı döşdən soyuq vaxtı ayırmaq olar.

Sual № 732

Anada hipoqalaktiya olarsa nə etməlidir?

  Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 76
Ana kefiyyətli qidqlandıqda onun südündə uşaq orqanizminə tələb olunan miqdarda vitaminlər olur.Anada süd az olduqda (hipoqalaktiya) isə uşaq ac qalır,çəkisi az artır.Bu zaman anada laktasiyanı artırmaq üçün ona müxtəlif vitaminlər verilir.Ana üşağı yedizdirmədən 20 dəqiqə əvvəl maye qəbul edir.

Sual № 733

Neçə həftəliyində doğulmuş uşaq vaxtında doğulmuş hesab edilir?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни. Москва 1986 стр 37.
Vaxtında doğulmuş uşaq ana bətnindəki inkişafın 38-42 həftəsini keçirmiş, funksional cəhətcə yetişmiş uşaqdır.Bu uşaqların çəkisi 3500-2400 qram arasında,boyları isə 48-52 sm arasında olur.

Sual № 734

Südəmər uşaqlarda bir dəqiqədə tənəffüsün sayı necədir?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни. Москва 1986 стр 59.
Südəmər uşaqlarda tənəffüsü uşaq yatdıqda və ya sakit vəziyyətdə olduqda sayırlar.Uşaqlarda tənəffüs qarışıq tipli olur.Südəmər uşağın tənəffüsünün sayı bir dəqiqədə 30-35 olur.

Sual № 735

Yenidoğulmuşlarda ilk günlər nəbzin tezliyi bir dəqiqədə necə olur?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни. Москва 1986 стр67.
Uşaqlarda yaxşı olar ki,nəbz tənəffüslə yanaşı sayılsın. Nəbzin tezliyini saymaq ücün uşaq sakit vəziyyətdə olmalı və ya yatmalıdır.Yenidoğulmuşlarda sutkadan asılı olaraq nəbzin tezliyi dəyişir.Nəbzin tezliyi bir dəqiqədə 140-150 vurğu olur.

Sual № 736

Yarımçıq doğulmuş uşaqlarda hansı əmgək açıq olur?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни. 1986 стр 113.
28 həftə ilə 38 həftə arasında doğulan,çəkisi 2500 qr-dan az ,boyu isə 45 sm-dən az olan uşaq yarımçıqdoğulmuş hesab edilir.Vəziyyəti Apqar şkalasına görə 3-cü dərəcə ilə qiymətləndirilən,çəkisi 1500 qr-dan az,boyu isə 35 sm-dən az olan yarımçıqdoğulmuş uşaqda böyük,kiçik və yan əmgəklər açıq olur.

Sual № 737

Yenidoğulmuşlarda ağır asfiksiya Apqar şkalasına görə necə balla qiymətləndirilir?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни.1986 стр 119..
Yenidoğulmuşlarda asfiksiyanı 3 dərəcəyə ayrılır-yüngül,orta ağır və ağır.Apqar şkalasına görə uşağın vəziyyəti 1-3 balla qiymətləndirilərsə, bu ağır asfiksiya sayılır.

Sual № 738

Boyunun uzunluğu neçə santimetr olan uşaq yarımçıqdoğulmuş sayılır?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни. 1986 стр 113.
28-38 həftəliyində doğulmuş çəkisi 2500 qr-dan ,boyu 45 sm-dən kiçik olan uşaq yarımçıqdoğulmuş sayılır.

Sual № 739

Yenidoğulmuş sağlam uşağa BCJ vaksini neçənci gün vurulur?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни.1 986 стр 257.
Vərəm xəstəliyinin spesifik profilaktikası məqsədilə yenidoğulmuş uşaqlara 3-5 gün ərzində BCJ vaksini vurulur.

Sual № 740

Yenidoğulmuşlarda kefalohematoma zamanı qansızma harada olur?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни.1 986 стр125
Kefalohematoma doğuş zədələtinə aiddir.Yenidoğulmuş uşaqda kefalohematoma, yəni qansızma sümüklə sümüküstlüyü arasında olur,alın-ənsə-gicgah nahiyəsində yerləşir, 2-3 həftədən sonra tamailə sorulur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×