987 elementdən 741-760 arası göstərilir.

Sual № 741

Hipertermik sindrom zamanı uşağa göstərilən təcili tibbi yardıma əks göstəriş nədir?

  Ədəbiyyat: Н.B.Ежова, E.M. Русакова “Педиатрия” 2002 стр. 45
Hipertermik sindrom hərarətin yüksəlməsidir.(39-42) Bu uşaq orqanizminə mənfi təsir edir. Qıcolma verə bilər. Hərarəti salmaq üçün bədəni isitmək yox, soyutmaq məqsədə uyğundur.

Sual № 742

Uşaqda hərarəti salmaq məqsədi ilə mələfəni islatmaq üçün istifadə edilən suyun soyuqluq dərəcəsi neçə olmalıdır?

  Ədəbiyyat: Н.B.Ежова, E.M. Русакова “Педиатрия” 2002 стр.50
Hərarəti salmaq üçün əvvəl köməkçi vasitələrindən istifadə edilir. Bədəni sirkəli su ilə silinməsi, iri damarlar üzərinə soyuq kompreslər qoymaq və soyuq suda (12-14) islanmış mələfəyə bükmək və s

Sual № 743

Tibb bacısı tərəfindən hamilə qadına doğuşa qədər ən azı neçə patronaj olmalıdır?

  Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 30
Dölün ana bətnində normal inkişaf etməsi və sağlam böyüməsi üçün və bətn daxili dövrdə hamilə qadına lazımi məsləhətlər vermək üçün tibb bacısı doğuşa qədər bir-neçə dəfə patronaj etməlidir.

Sual № 744

Ana südü ilə qidalanmada əmmə müddətini kim təyin edir?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986səh 104
Ana südü ilə qidalanmada əmmə müddətini uşaq təyin edir :uşaq doyandan sonra özü ana südündən imtina edir.

Sual № 745

Yeni doğulmuşda fizioloji çəki itkisi neçənci gün müşahidə edilir?

  Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 38
İlk günlər uşaq çox az süd əmir. Sutkada 20-25 dəfə sidik ifraz edir, doğuş şişi ardan qalxır, bunun nəticəsi olaraq 3-4-cü gün uşaqda fizioloji çəki itkisi əmələ gəlir.

Sual № 746

Yeni doğulmuşlarda çəki itkisi neçə faiz (%) təşkil edir?

  Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 36
Yeni doğulmuş uşaq ilk günlər az süd əmir,az maye qəbul edir, çox sidik ifraz edir.onunla əlaqədar olaraq ilk çəkinin 8-10% itir.

Sual № 747

Yeni doğulmuşlarda fizioloji eritema neçə gün davam edir?

  Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 37
Uşaq bətndaxili mühitdən xaric mühütə düşdükdə işığın, havanın təsirindən fizioloji eritema (dərinin səpgi xarakterli qızarması ) olur və 1-2 günə keçir.

Sual № 748

Yeni doğulmuşlarda fizioloji sarılıq neçə günə itir?

  Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 40
Yeni doğulmuşlarda ilk günlər qara ciyərin funksiyası , fizioloji olaraq bir qədər zəif olduğu üçün qana artıq biluribin keçir və fizioloji sarılıq əmələ gəlir. Bu uşağın ümumi əhvalına heç bir təsir etmir,Fizioloji sarılıq 8-10 günə itir.

Sual № 749

Yeni doğulmuşun burun boşluğu nə ilə təmizlənir?

  Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 42
Yeni doğulmuşlarda burun boşluğu kiçik və dar olur Selikli qişası zərif olur. Burun tutulduqda, selik olduqda tənəffüs tez pozulur. Yeni doğulmuşun burun boşluğu vaxtaşırı steril bitki yağında islanmış pambıq çöplə təmizlənməlidir.

Sual № 750

Südəmər uşaqlarda kəskin rinit zamanı əmizdirmədən əvvəl buruna damargenəldici damcının tökülməsində məqsəd nədir?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986стр 100
Südəmər uşaqda burun boşluğu kiçik və dar olduğuna görə yuxarı tənəffüs yollarının katarında,rinitdə burun selikli qişası ödemləşir, burun tənəffüsü çətinləşir.Uşaq əmə bilmir. Ona görə də uşağı əmizdirmədən qabaq selikli qişanın ödemini azaltmaq üçün buruna damargenəldici damcı tökülməlidir.

Sual № 751

Vaxtından əvvəl doğulmuş uşaq üçün ən ideal dəyərli qida nədir?

  Ədəbiyyat: N.Tağıyev “Neanatologiya ”Bakı 2007 səh 124
Ana südü uşaq üçün dəyərli və əvəz edilməz bir qidadır, tərkibinə görə orqanizm tərəfindən asan mənimsənilir. Bağırsağın normal mikroflorasını qoruyur.

Sual № 752

Yeni doğulma dövründə sepsisə səbəb olan giriş qapısı hansıdır?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ” Bakı 2007 səh 126
Yeni doğulmuşlarda sepsis :hər hansı bir mənbədən mikrobun qan və limfa axınına daxil olmasındır. Yenidoğulmuşda giriş qapısınının əsasını göbək yarası təşkil edir. Aseptika, antiseptikaya qaydalarına əməl etmədikdə yenidoğulmuşun göbək güdülü infeksiyalaşır.

Sual № 753

Aşağıdakılardan hansı yeni doğulmuşun hemolitik xəstəliyində orqanizmə toksiki təsir edir?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ” Bakı-2007 səh 305
Yeni doğulmuşların hemolitik xəstəliyində qanda qeyri- düz billubinin miqdarı çoxalır. O da orqanizmə toksik təsir edir.

Sual № 754

Aşağıdakılardan hansı xromosom xəstəliyidir?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986səh 352
Daun autosom tipli irsi xromosom xəstəliyidir. Xəstəlik 15,21,22-ci xromosomlarda olan patologiya ilə əlaqədar olaraq əmələ gəlir. Bu xəstəliyin xarakterik simptomları olur. Belə uşaqların boyu qısa, gözləri xırda, qulaqları qeyri simmetrik, ağızı yarım açıq, başı böyük olur. Ağıl zəifliyi xəstəliyin xarakterik əlamətidir.

Sual № 755

Südəmər uşaqda rinitin ağırlaşması nədir?

  Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəliklər” “Bakı”2008 səh 180
Südəmər yaş dövründə burunla orta qulaq arasında olan Efstax borusu qısa və enli olduğuna görə rinit (burunun selikli qişasının iltihabı ) zamanı infeksiya asanlıqla orta qulağa keçərək otit əmələ gətirir.

Sual № 756

Uşaqda kəskin otitin əsas əlaməti nədir?

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 191
Otit orta qulağın iltihabıdır, uşaqlarda infeksiya ən çox yuxarı tənəffüs yollarının iltihabı zamanı orta qulağa keçir. Əsas əlaməti qulaqda ağrıdır.

Sual № 757

Yenidoğulmuşlarda normada boyun orta uzunluğu neçə sm təşkil edir?

  Ədəbiyyat: N. Tağıyev” Neonatologiya “Bakı”2007 səh 39
Vaxtında yeni doğulan uşaqda boyun uzunluğu 45 sm-dən yuxarı 48-50-52 sm təşkil edir ki, bu yeni doğulmuşa məxsus normal boy hesab edilir.

Sual № 758

Yeni doğulmuşlarda dəri bişməcələrinin səbəbi nədir?

  Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 178
Yeni doğulmuşun dərisi yumşaq və yağlı olur,ona görə uşağın dərisini təmiz və quru saxlamaq lazımdır.Yeni doğulmuşun dərisinə pis qulluq etdikdə dəri bişməcəsi əmələ gəlir.

Sual № 759

Yeni doğulmuşlarda tərliliyin səbəbi nədir?

  Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 52
Yeni doğulmuşa pis qulluq etdikdə çox isti saxladıqda dəridə tərlilik (dəridə səpgili qızartı) əmələ gəlir

Sual № 760

Yeni doğulmuşa hansı hepatitə qarşı peyvənd vurulur?

  Ədəbiyyat: Təcrübədə immunlaşdırma Modul 2 Bakı 2008
Yeni doğulmuşlara doğuşdan sonrakı ilk 12 saat ərzində pepatit B-yə qarşı peyvənd budun ön səthinə dəri altına vurulur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×