Mama
987 elementdən 761-780 arası göstərilir.
Sual № 761
Profilkatik peyvənd hansı otaqda vurula bilər?
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma “Modul 1 Bakı 2008,səh 15
Profilaktik peyvəndlər infeksion xəstəliklərin qarşısını almaq üçün,infeksiyanın yayılmaması üçün peyvənd ancaq peyvənd otağında vurulur.
Sual № 762
Yenidoğulmuşlarda Apqar şkalası ilə nə qiymətləndirilir?
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı”2007 səh 48
Uşaq doğularkən onun vəziyyətini qiymətləndirmək üçün Apqar şkalasından istifadə olunur.Bu zaman uşaqda ürəyin fəaliyyətinə, tənəffüsün tezliyinə ,dərinin rənginə, əzələ tonusu və reflekslərə fikir verilir .Hər əlamətə 2 bal verilərək uşağın vəziyyəti qiymətləndirilir.
Sual № 763
Yenidoğulmuşda bişməcə bədənin hansı hissələrində müşahidə edilir?
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 175
Yeni doğulmuşun dərisi zərif və incə olub,piy vəziləri də yaxşı inkişaf etmiş olur. Dəri bişməcələri uşağı gec-gec çımizdirdikdə, isti saxladıqda əmələ gəlir .Ona görə də uşağa düzgün gigiyenik qulluq edilməlidir.
Sual № 764
Təmizləyici imaləyə əks - göstəriş hansıdır?
Ədəbiyyat: Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.203 “Təhsil” Bakı 1998
İmalə zamanı 8-10 sm uzunluğunda ucluq düz bağırsağa yeridilir, qanayan babasil olduqda bu ucluq travmatik təsir göstərib, qanaxmanı daha artıra bilər, ona görə bu zaman təmizləyici imalə əks-göstəriş sayılır.
Sual № 765
Sidik ifrazının azalması necə adlanır ?
Ədəbiyyat: Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq.Səh.223 “Təhsil”Bakı1998
Sutkalıq sidik miqdarının 500ml-dən az olması oliquriya, 2l və daha cox olması poliuriya, hec olmaması anuriya, gecikmiş sidiyin xaric olması opsouriya, gecə sidiyin çox ifraz edilməsi isə nikturiya adlanır.
Sual № 766
Sidikdə qanın olması necə adlanır?
Ədəbiyyat: Ədəbiyyat: C.N. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 224 “Təhsil” Bakı1998
Sidikdə qanın olması hematuriya adlanır və 3 növü olur: qan sidik aktının əvvəlində olur, sonunda olur və total hematuriya, yəni sidik başdan-başa qana boyanır.
Sual № 767
Qazçıxarıcı borunu bağırsaqda maksimum nə qədər saxlamaq olar?
Ədəbiyyat: Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.27” “Çıraq” 2008.
Qazçıxarıcı borudan qarın boşluğu əməliyyatlarından sonra, körpə uşaqlarda isə köp olan zaman istifadə olunur. Qazçıxarıcı borunu bağırsaqda 1 saatdan çox saxlamaq olmaz, çünki bağırsağın divarı zədələnə bilər.
Sual № 768
Sağrı əzələsinə əzələdaxili inyeksiya hansı bucaq altında aparılır?
Ədəbiyyat: Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq.Səh.152 “Təhsil” Bakı 1998.
90°-li bucaq altında inyeksiya aparıldıqda iynə yaxşı inkişaf etmiş dərialtı piy toxumasından keçib dərində yerləşmiş əzələ qatına çatır. Əks halda yeridilən dərman əzələyə çatmaz, sorulması pozular və bu da müxtəlif ağırlaşmalara - absesə, infiltrasiyaya səbəb olar.
Sual № 769
Tibbi bankaları hansı nahiyəyə qoymaq olmaz?
Ədəbiyyat: Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.113. “Təhsil”. Bakı 1998
Bankalar əzələ və dərialtı piy qatı yaxşı inkişaf etmiş, sümük hündürlükləri olmayan nahiyələrə qoyulur. Onurğaya banka qoyulduqda banka onurğa beyni mayesinin hərəkətinə mənfi təsir etdiyindən bu nahiyəyə banka qoymaq məqsədə uyğun deyil.
Sual № 770
Dərman maddələrinin vena daxilinə yeridilməsinin əsas üstünlüyü nədən ibarətdir?
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 182-186. “Maarif” 1974
Orqanizmə yeridilmə yollarından asılı olmayaraq bütün dərman preparatları toxumalara qan vasitəsilə təsir göstərir. Dərman maddəsinin venadaxilinə yeridilməsi birbaşa toxumalara çatdığı üçün daha tez təsir göstərir.
Sual № 771
Tənəffüsün xüsusiyyətlərinə hansılar aiddir?
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 190. “Maarif” 1974
Tənəffüs sərbəst nəfəsalma və nəfəsvermə hərəkətlərinin ritmik növbələşməsidir. Normada bir dəqiqə ərzində böyüklərdə 16-20 tənəffüs hərəkəti qeydə alınır. Bu göstəricinin artıb-azalması tənəffüsün tezliyinin dəyişməsi deməkdir.
Sual № 772
Göstərilənlərdən hansı nəbzin xüsusiyyətlərindən biridir?
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974
Nəbz-(pulsus latın sözü olub, zərbə, təkan deməkdir) qanın sistolik dalğasının təsiri ilə arteriya divarının titrəməsidir. Normada nəbzin ritmi ürəyin fəaliyyətinə müvafiq olaraq düzgün ola bilər, bu zaman bütün nəbz dalğaları eyni olur.
Sual № 773
10 %-li kalsium-xlorid vena daxilinə düzgün vurulmadıqda hansı yerli fəsad baş verir?
Ədəbiyyat: Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.160“Təhsil” Bakı1998
10 %-li kalsium xlorid güclü qıcıqlandırıcıdır, o səhvən dərialtına vurulduqda yumşaq toxumanın yerli ölümü- nekroz baş verir. Bu hal baş verdikdə yeridilən maddənin konsentrasiyasını azaltmaq məqsədilə həmin nahiyəyə fizioloji məhlul yeridərək, soyuq qoyulur.
Sual № 774
Yağlı məhlulun hansı üsulla yeridilməsi yağ emboliyasına səbəb olur?
Ədəbiyyat: Ədəbiyyat: C.N.Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.160 “Təhsil” Bakı1998
Yağlı məhlulun səhvən venaya yeridilməsi zamanı yağ emboliyası baş verir. Bu zaman qəflətən ürək nahiyəsində ağrı, boğulma, dərinin göyərməsi olur.
Sual № 775
Havanın məhlulla birgə hara yeridilməsi hava emboliyasına səbəb ola bilər?
Ədəbiyyat: Ədəbiyyat: C.N.Hacıyev. R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 160 “Təhsil” Bakı 1998
Şprisdən və ya qanköçürmə sistemindən havanın venaya keçməsi nəticəsində hava emboliyası baş verir.
Sual № 776
Əzələdaxili inyeksiya üçün iynənin uzunluğu necə mm olmalıdır?
Ədəbiyyat: Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 49 “Çıraq” 2008
Əzələ daxilinə inyeksiya edilən zaman iynə yaxşı inkişaf etmiş dərialtı piy qatından keçib əzələyə çatmalıdır, ona görə də bu inyeksiya zamanı uzunluğu böyük olan iynə götürülür. Əgər dərman bundan qısa iynə ilə yeridilərsə sorulması çətinləşər, bu da infiltrasiya, absess kimi yerli ağırlaşmalara səbəb olar.
Sual № 777
Anafilaktik şok zamanı təxirəsalınmaz yardım harada göstərilməlidir?
Ədəbiyyat: Г.П.Матвейков «Справочник терапевта». Минск «Беларусь». Səh. 736
Anafilaktik şok sürətlə baş verən allergik reaksiyadır.Bu zaman təxirəsalınmaz yardım dərhal hadisə baş verən yerdə başlanmalıdır. Dərhal allergenin orqanizmə daxil olma yolları kəsilməlidir. (Əgər arı sancıbsa onun iynəsi pinsetlə çıxarılmalıdır, iynə vurulan yerdən proksimal hissədə turna qoyulmalıdır).
Sual № 778
Sifon imaləsi üçün neçə litr su götürülməlidir?
Ədəbiyyat: Ədəbiyyat: C.N.Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.206. “Təhsil” Bakı 1998.
Sifon imaləsi əsasən ağızdan qəbul edilmiş zəhərli maddələri kənar etmək üçün istifadə edilir, zəhərli maddələri tamamilə kənar etmək üçün bağırsaq yaxşı yuyulmalıdaır, bunun üçün sifon imaləsi zamanı digər imalələrdən fərqli olraq daha çox - 10-12 l su götürülür.
Sual № 779
Spastik qəbizlik zamanı təmizləyici imalənin temperaturu necə dərəcə olmalıdır?
Ədəbiyyat: Ədəbiyyat: C.H. Hacıyev, R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.203“Təhsil”, Bakı 1998
Spasitik qəbizliyə səbəb adından məlum olduğu kimi bağırsaqların spazmıdır, spazmı aradan qaldırmaq üçün temperaturu 40 dərəcədən artıq, 38 dərəcədən aşağı olmayan su götürülür.
Sual № 780
BCJ( Basill Kalmet Jeren ) vaksininin yararlılıq müddəti nə qədərdir?
Ədəbiyyat: Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısınn məlumat kitabı”. Səh. 167 “ Çıraq” 2008.
Vaksinin yararlılıq müddəti control nömrə vurulan gündən başlayaraq 2 ildir. Vaksini işıq düşməyən yerdə +8 dərəcə Selsi temperaturda saxlamaq lazımdır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?