987 elementdən 61-80 arası göstərilir.

Sual № 61

Doğuşa yaxın uşaqlıq boynunun yetişməsini göstərən əlamət hansıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 89; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 115
Hamiləliyin axırında uşaqlığın dibi gələcək hissənin enməsi hesabına aşağı düşür. Doğuşa yaxın uşaqlıq boynunun ifrazatı dartıcı xarakter daşıyır, qadının qarının aşağı nahiyəsində ağrı hiss edilir, uşaqlıq boynu 1 sm-ə qədər qısalmış olur.

Sual № 62

Doğuşun baş verəcəyini ( doğuşönü) göstərən əlamət hansıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 91; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 118
Doğuşun baş verəcəyini ( doğuşönü) göstərən əlamətlərdən biri uşaqlıq yolundan “selikli tıxac” adlanan selikli ifrazatın xaric olmasıdır.Bu uşaqlıq boynundakı vəzilərin sekretidir.

Sual № 63

Normal hamiləliyin hansı həftəsində uşaqlıq boynunun yetişməsi baş verir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 91; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 118
Doğuşa 2-3 həftə qalmış, doğuşun başlanmasını göstərən əlamətlər meydana çıxır.

Sual № 64

Doğum fəaliyyətinin başlanmasını hansı əlamət göstərir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 93; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 120
Uşaqlıq əzələlərinin yığılması, qarının aşağı hissəsində ağrıların əmələ gəlməsinə, uşaqlıq boynunun hamarlaşmasına səbəb olur.

Sual № 65

Doğuşun ikinci dövrü necə adlanır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 93; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 120
Uşaqlıq boynu tam açıldıqdan sonra uşaqlıq əzələlərinin yığılmasına qarındaxili təzyiq və çanaq dibi əzələləri də qoşularaq dölün qovulmasına səbəb olur. Bu güc dövrü də adlanır.

Sual № 66

Ənsə gəlişi ön görkəmdə aparıcı nöqtə hansıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 96; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
Daxili müayinə yolu ilə təyin edilir, kiçik əmgək aparıcı və ya bələdçi nöqtə sayılır, doğuş vaxtı öndə gəlir, gələcək hissənin üzərində yerləşir.

Sual № 67

Ənsə gəlişi ön görkəmdə dölün başı hansı ölçü ilə doğulur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 96; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
Dölün başı kiçik çəp ölçü -9,5 sm, dairəsi 32 sm - lə doğulur (ənsə altı çuxurdan böyük əmgəyin ön kənarına qədər olan məsafədir).

Sual № 68

Ənsə gəlişi arxa görkəmdə döl başı hansı ölçü ilə doğulur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 98; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 130
Döl başı orta çəp ölçü- 10 sm, dairəsi 33 sm ilə doğulur (ənsə altı çuxurdan başın tüklü hissəsinə qədər olan məsafədir).

Sual № 69

Ənsə gəlişi ön görkəmdə doğuş mexanizmində döl başının açılmasından sonra hansı moment gəlir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 96; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
Doğuş zamanı dölün etdiyi hərəkətlərin cəmi doğuş mexanizmi adlanır. Baş doğulduqdan sonra mövqedən asılı olaraq ananın buduna doğru çevrilir (fırlanır).

Sual № 70

Doğuşun ikinci dövrü nə vaxt başlayır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 93; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 120
Daxili müayinə yolu ilə təyin edilir, uşaqlıq boynunun tam açılmasından sonra dölün doğularaq xaric olmasına qədər olan müddətdir. Qovulma dövrü də adlanır.

Sual № 71

Doğan qadın nə vaxt güc verməməlidir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 100; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 134
Doğuşun II dövrünü mama azca da olsa idarə edir. Ənsəaltı çuxur simfizin altında dayaq nöqtəsi əmələ gətirir, təpə qabarları görünərkən qadına güc verməmək məsləhət görülür. Məqsəd dölün asfiksiyada doğulmasının qarşısının alınmasıdır.

Sual № 72

Göbək ciyəsinin xarici ucunun təqribən 10 sm uzanması əlaməti kimin adı ilə bağlıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 100; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 134
Son dövrünü idarə edərkən ciftin ayrılıb - ayrılmamasını yoxlamaq üçün bir neçə əlamət mövcuddur. Belə ki, Alfeld üsulunda göbək ciyəsinin xarici ucu 10 sm-ə qədər uzanmış olur.

Sual № 73

Şreder üsulu ilə ciftin ayrılma əlamətini yoxlamaq üçün nə etmək lazımdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 100; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 138
Döl doğulduqdan sonra uşaqlıq yumru formada olur, uşaqlığın dibi göbək bərabərliyinə çatır, cift ayrıldıqdan sonra uşaqlıq dibi ciftin ayrılmasından asılı olaraq göbəkdən yuxarı sol qabırğaaltı nahiyədə əllənir.

Sual № 74

Sancıların ağrısını azaltmaq üçün nədən istifadə edilir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 109
Bəzən qadınlarda sancılar tez-tez və güclü olur. Lazım gələrsə spazmolitiklərdən istifadə edilir.

Sual № 75

Ana südünün az olması zamanı hansı dərman istifadə edilir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 350; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 168
Hamiləlik zamanı döş vəzisi doğulan dölü südlə təchiz etmək üçün hazırlanır. Əgər zahı qadının süd ifrazatı az olarsa, onda onu apilakla tənzimləyirlər.

Sual № 76

Doğuşdan sonra al – qırmızı loxi normada neçə gün olmalıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 120; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 156
Doğuşdan 2 saat sonra doğan qadın doğuşdan sonrakı palataya keçirilir. 2-3 gün müddətində ifrazat loxi adlanır və al-qırmızı rəngdə olur. Getdikcə uşaqlığın yığılması nəticəsində ifrazatın rəngi dəyişir.

Sual № 77

Doğuşdan sonra ciftin ayrıldığı yer hansı müddətə sağalır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 122
Zahılıq dövründə ciftin ayrıldığı yerin sağalması bir qədər ləng gedir, 8 həftə, yəni 2 aya qədər çəkir.

Sual № 78

Keysəriyyə əməliyyatları hansı halda təcili aparılır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 343
Əgər hamilə qadının və dölün həyatı üçün təhlükə olarsa, onda ana və dölün həyatını təhlükədən qurtarmaq üçün mamalıq əməliyyatı aparılır.

Sual № 79

Doğuşdan sonra uşaqlıq boynunun daxili dəliyi nə vaxt formalaşır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 121; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 156
Doğuşdan 2 saat sonra doğan qadın doğuşdan sonrakı palataya köçürülür. Normal doğmuş qadınlarda uşaqlıq boynunun daxili dəliyi 3 gün müddətində formalaşır. Ancaq hələ barmağın ucunu buraxır. 7-10 gündə tam bağlanır.

Sual № 80

Doğuşdan sonra qadına cinsi əlaqədə olmaq neçə müddət məsləhət görülmür?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 120; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 156
Doğmuş qadının orqanizmi doğuşun gedişatından asılı olaraq zəifləyir, immuniteti aşağı düşür və zahılıq dövrünün xəstəlikləri üçün şərait yarana bilər. Ona görə infeksiyanın orqanizmə düşməsinin qarşısını almaq məqsədi ilə cinsi əlaqəyə doğuşdan 2 ay sonra icazə verilir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×