987 elementdən 781-800 arası göstərilir.

Sual № 781

Anafilaktik şok dərman preparatlarının ən çox hansı yolla yeridilməsi zamanı baş verir?

  Ədəbiyyat: Г.П.Матвейков «Справочник терапевта». Минск «Беларусь». Səh. 735
Dərman maddələri parenteral yolla-vena daxilinə və ya əzələ daxilinə yeridildikdə qana daha tez daxil olur. Buna görə də anafilaktik şok dərman preparatlarını ən çox bu yolla yeridilməsi zamanı baş verir.

Sual № 782

Yağ imaləsini nə vaxt aparılır?

  Ədəbiyyat: Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq. Səh.205 “Təhsil” Bakı 1998.
Yağlı imalələr aparıldıqda xəstədə defekasiya  10-12 saatdan sonra baş verir. İsidilmiş 50- 100 ml yağ bağırsağa yeridilir, yağ bağırsağın divarı ilə axıb, nəcisi bürüyür, bağırsaq əzələlərini boşaldır və nəcisin çıxmasına kömək edir, ona görə nəcis kütlələrinin yaxşı yumşalması üçün yağ imaləsini axşam aparmaq lazımdır. Göstərilən digər hallarda isə təmizləyici və dərman imaləsindən istifadə edilir.

Sual № 783

İnhalyasiya dərman maddələrinin hansı yolla orqanizmə daxil edilmə üsuludur?

  Ədəbiyyat: Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 50“ Çıraq” 2008.
İnhalyasiya aparmaq üçün xüsusi aparatdan istifadə edilir. Bu aparatda dərman məhlulları xüsusi toz halına salınır və xəstə bu tozla nəfəs alır, bəzən dərman maddələri buxar halında da udulur, bunun üçün xüsusi buxar inhalyatorundan istifadə edilir.

Sual № 784

Hansı vitamin suda həll olur?

  Ədəbiyyat: Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.113. “ Çıraq ” 2008
Vitaminlər 2 qrupa bölünür: suda həll olanlar və yağda həll olanlar. A,D,E,K vitaminləri yağda,  C, B qrup vitaminləri, PP vtamini isə suda həll olan vitaminlərə aiddir.

Sual № 785

Hansı vitamin çatışmadıqda xəstədə gecə və ya toyuq korluğu yaranır?

  Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh. 116 “ Çıraq ” 2008
A vitamini süddə, qaymaqda, xamada, kərə yağında, yumurtanın sarısında, qaraciyərdə və s. olur. A hipovitaminozunun erkən əlaməti gecə korluğu, selikli qişanın və dərinin quruluğudur.

Sual № 786

Sümüklərin normal inkişafı üçün əsas əhəmiyyəti hansı duz daşıyır?

  Ədəbiyyat: Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.117. “ Çıraq ” 2008
Kalsium duzları orqanizmə sümüklərin normal böyüməsi üçün, bundan başqa qanın laxtalanması üçün, damar keçiriciliyini azaltmaq üçün lazımdır. Kalsiumun əsas mənbəyi süd, kəsmik, soya və göyərtidir. Kalsiuma gündəlik tələbat 1qr-dır.

Sual № 787

Nikturiya nədir?

  Ədəbiyyat:C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.224. “Təhsil”.Bakı 1998.
Nikturiya sidiyin miqdar pozğunluqlarına aid olub, sutkalıq sidiyin miqdarının yarısının və ya daha çox  hissəsinin gecələr ifraz olunmasına deyilir, əsasən ürək –damar çatışmazlığınin gizli formasında və böyrəklərin xroniki çatışmazlığı zamanı müşahidə olunur.

Sual № 788

Sidik kisəsinin kateterizasiyası nə zaman aparılmır?

  Ədəbiyyat: Ədəbiyyat : C.N. Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səhə 229. “Təhsil ” Bakı 1998
Sidik kisəsindən sidiyi boşaltmaq, ona müxtəlif dərmanlar yeritmək, sidik kisəsini rivanol, kalium - permanqanat və s. məhlullarla yumaq üçün kateterizasiyadan- sidik kisəsinə uretral kateterin salınmasından istifadə edirlər. Sidik kisəsinə yeridilmiş kateterdən rentgenokontrast maddə yeritməklə, onun rentgen şəklini də çəkmək mümkündür.

Sual № 789

Göstərilənlərdən hansı stasionar tipli müalicə müəssisəsidir?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 19. “ Təhsil ” Bakı 1998.
Stasionar tipli müalicə müəssisələrində müalicə xəstə bu müəssisədə yatdıqda aparılır,  bu baxımdan xəstəxana stasionar tipli müalicə müəssisəsi hesab edılır.

Sual № 790

Xəstəlik tarixçəsində olan temperatur vərəqində aşağıda göstərilənlərdən hansıları qeyd olunmalıdır?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 52. “ Təhsil ” Bakı 1998.
Xəstəlik tarixçəsi tibb bacısının postunda saxlanılır, onu xəstəyə vermək olmaz. Tibb bacısı xəstənin hərarətinin dəyişməsini, nəbz və tənəffüsün sayını, arterial təzyiqi, diurezin miqdarını qrafik şəkildə xəstəlik tarixçəsində olan temperatur vərəqində qeyd edir.

Sual № 791

Qızdırmanın üçüncü dövründə aşağıdakılardan hansının tətbiq edilməsi vacibdir?

  Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983. Səh. 47
Temperatur yüksək olduqda orqanizm çoxlu maye itirdiyindən xəstə çoxlu miqdarda maye qəbul etməlidir. Qızdırmanın üçüncü dövründə temperatur endiyinə görə xəstədə arterial təzyiqin enməsi müşahidə edilir.Tünd şirin çayın və kofenin istifadəsi tərkibində kofeinin olmasına görə məqsədəuyğundur.

Sual № 792

Qızdırmanın inkişafında neçə dövr ayırd edilir?

  Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 123. “Maarif” 1974
\Qızdırmanın inkişafında 3 dövr ayırd edilir. I dövr-qızdırmanın qalxan dövrü, II dövr-qızdırmanın maksimal yüksəliş dövrü, III dövr-qızdırmanın enmə dövrü. Hər dövrün öz klinik mənzərəsi vardır və xəstələrə qulluq, hər dövrdə öz xüsusiyyətləri ilə xarakterizə edilir.

Sual № 793

Hansı maddə dəri içinə yeridilir?

  Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. “Azərnəşr” Bakı 1984. Səh.56-57.
Dəri daxili inyeksiyalardan diaqnostika, yerli keyitmə, sınaq və peyvənd məqsədi ilə istifadə olunur. Tuberkulinlə peyvənd aparılır. Ona görə də tuberculin dəri daxili inyeksiya edilir.

Sual № 794

Dərialtı inyeksiya hansı bucaq altında aparılır?

  Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.57“Azərnəşr” Bakı 1984
Dəri altı inyeksiya 45 dərəcəli bucaq altında aparılır,çünki bu bucaq altında yeridilən iynə bilavasitə dəri altı nahiyyəyə düşür.

Sual № 795

Vena daxili inyeksiyadan əvvəl turnanın düzgün qoyulmasının göstəricisi nədir?

  Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983. Səh. 86
Vena daxili inyeksiyadan əvvəl turna düzgün qoyulmalıdır. Yalnız səthi venalar sıxılmalı, arteriyada qan axını pozulmamalı, nəbz hiss olunmalıdır. Turna düzgün qoyulduqda turnadan aşağı hissədə qanın venoz axını ləngidiyinə görə dəri göyərir.

Sual № 796

Meteorizm zamanı qaz çıxarıcı borunun yeridilmə dərinliyi nə qədər olmalıdır (sm-lə)?

  Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983. Səh. 114
Meteorizm zamanı əgər digər tədbirlər effekt vermirsə qaz çıxarıcı borudan istifadə olunur. Bu rezin boru olub, 50-sm uzunluğunda və diametri 1 sm-dir. Bir ucu vazelin sürtüldükdən sonra 20-30 dərinlikdə düz bağırsağa yeridilir.

Sual № 797

Yağ imaləsini aparmaq üçün bitki yağının miqdarı (ml-lə) nə qədər olmalıdır?

  Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.50“Azərnəşr” Bakı 1984
Yağ imaləsini qəbizlik zamanı qoyurlar. Bunun üçün bitki yağları: günəbaxan, zeytun, vazilin yağları istifadə olunur. Bir imalə üçün 37-38 dərəcəyə qədər qızdırılmış 100 ml yağ götürülür.

Sual № 798

Tibb bacısı göstərilən inyeksiyalardan hansını icra etməməlidir?

  Ədəbiyyat : C.N. Hacıyev ; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh. 137. “ Təhsil ” Bakı 1998.
Bir sıra inyeksiyaları mürəkkəb olduğuna görə həkim aparır. Məsələn: arteriya daxilinə , ürək daxilinə, limfa damarlarına, onurğa kanalına və s. Lakin tibb bacısı bu əməliyyatlarda iştirak edir ,lazımi alətləri hazırlayır , ona görə də tibb bacısı bu sahədə minimum biliyə malik olmalıdır.

Sual № 799

Xəstəyə oksigen verilməsi üçün ən çox hansı üsul istifadə olunur?

  Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974.
Burun xarici tənəffüs orqanı olduğundan oksigen verilməsi xəstəyə burun kateteri vasitəsilə yerinə yetirilir. Bu proses xəstədə sərbəst tənəffüs aktı zamanı mümkündür. Əks hallarda (uzunsov beyin zədələnmələri, Kvinke ödemi (qırtlaq əzələlərinin spazmı), endotraxeal anesteziya və s.) həkim tərəfindən köməkçi tənəffüs tətbiq olunur. Bu üsul xəstədə narahatlıq yaratmır.

Sual № 800

Xəstənin hərarəti yüksək olduqda( qızdırmanın II dövründə ) tibb bacısı ona aşağıda sadalanan yardımlardan hansını göstərməlidir?

  Ədəbiyyat : C.N. Hacıyev ;.R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 105. “ Təhsil ” Bakı 1998.
Xəstənin hərarəti çox yüksək olduqda ağzı quruyur, dodaqları çatlayır, halsız olur ona görə də verilən maye xəstəyə müsbət təsir göstərir,soyuq kompres isə genəlmiş damarlara büzücü təsir göstərərək istilik verməni azaldır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×