987 elementdən 801-820 arası göstərilir.

Sual № 801

10 saatda 5 litr mayeni damara yeritmək üçün tibb bacısı 1 saatda damara neçə litr maye yeritməlidir?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y. Əliyev. Xəstələrə qulliuq. Səh. 156 “ Təhsil” Bakı 1980.
Tibb bacısı yeridiləcək mayenin miqdarını tənasüb yolu ilə hesablayıb tapa bilər.        10 saatda- 5 litr 1 saatda-  X litr          X = 5 l  x  1saat : 10saat =  0,5 l , yəni 500 ml

Sual № 802

Aşağıda göstərilən temperaturlardan hansı subfebril temperaturdur?

  Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 103. “ Təhsil ” Bakı 1998.
Yüksəlmə dərəcəsinə görə temperaturun bu növləri var: subfebril temperatur – 37 -38 dərəcə; febril temperatur – 38-39 dərəcə; yüksək qızdırma- 39-41 dərəcə; çox yüksək qızdırma – 41 dərəcədən yüksək.

Sual № 803

Venepunksiya apararkən tibb bacısı aşağıda göstərilənlərdən nəyi düz etmir?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 25 “ Çıraq”2008.
Venepunksiya apararkən turnanın qoyulmasının başlıca şərti turnanın arterial axına mane olmamasıdır.Tibb bacısı bazunun ortasından turnanı elə bağlamalıdır ki, ancaq venalar sıxılsın, arteriyalar isə sıxılmasın. Arteriyalarda qan axınına mil arteriyasındakı nəbzə görə nəzarət edirlər, nəbz zəifdirsə və ya heç hiss olunmursa deməli turna çox sıxılmışdır.

Sual № 804

Aşağıdakı hansı dərman forması orqanizmə enteral yolla qəbul edilmir?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil ” Bakı 1998.
Dərmanların mədə-bağırsaq traktından orqanizmə yeridilməsi enteral yolla yeridilmə adlanır. Dərmanlar enteral olaraq üç yolla yeridilir: dilin altına qoymaqla, ağızdan(peros) və düz bağırsaqdan yeritməklə. Məlhəmlər isə dərmanların xaricə tətbiqinə aiddir.

Sual № 805

Stasionarda A və B siyahısına daxil olan, xüsusi seyflərdə saxlanılan dərmanlar hansılardır?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq.Səh. 127. “ Təhsil ” Bakı 1998.
Stasionarda A (narkotik analgetik preparatlar) və B (yuxu dərmanları, kodein və s.) siyahısına daxil olan dərmanlar xüsusi seyflərdə saxlanılır. Seyfin qapısının daxili tərəfində saxlanılan dərmanların siyahısı asılır və bu dərmanların maksimal birdəfəlik və sutkalıq dozaları göstərilir. Şöbədə narkotik dərmanlar 5 günlük, digər güclü təsirli dərmanlar isə 10 günlük tələbatı ödəyəcək miqdarda saxlanılır.

Sual № 806

Hansı üsul dərmanların xaricə tətbiq edilməsinə aid deyil?

1. Kompress
2. Toz şəklində səpmək
3. Damcı şəklində damızdırmaq
4. Dilin altına qoymaq
5. Sürtmək
6. Dəri içinə yeritmək

  Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 131. “ Təhsil ” Bakı 1998.
Dərmanların xarici tətbiqi dedikdə həmin maddələrin, selikli qişalar və yara səthində işlədilməsi nəzərdə tutulur. Dərmanın dilaltı qəbulu və dəriiçinə yeridilməsi dərmanların daxilə tətbiq üsuluna aiddir.

Sual № 807

Stasionarda müalicə alan xəstəyə narkotik maddə tətbiq etdikdə tibb bacısının səhvi hansıdır?

  Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 128. “ Təhsil ” Bakı 1998.
Bütün istifadə edilən narkotiklərin boş ampulaları şöbənin baş tibb bacısına verilir, əvəzində yenisi alınır. Narkotik maddələrin boş ampulaları yalnız xəstəxananın baş həkiminin yaratdığı xüsusi komissiyanın iştirakı ilə məhv edilir.

Sual № 808

Bədən temperaturu 1 dərəcə artdıqda ürək döyüntüsü necə dəyişir?

  Ədəbiyyat: Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” Səh. 29 “ Çıraq ” 2008.
Bədən temperaturu 1 dərəcə qalxanda ürək döyüntüsü 10 vurğu artır . Qızdırma zamanı ürək yığılmalarının artması və bədənin temperaturunun qalxması ilə yanaşı tənəffüs də tezləşir.

Sual № 809

Spastik qəbizlik zamanı xəstəyə hansı imalə edilir?

  Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.50“Azərnəşr” Bakı 1984
İmalə üçün istifadə olunan yağlar qızdırılır və axşamdan düz bağırsağa yeridilir.Qızdırılmış yağ məhlulu həm spazmı aradan qaldırır, eyni zamanda bərkimiş nəcisin yumşalıb xaric olmasını təmin edir.

Sual № 810

Sifon imaləsini aparmaq üçün hansı məhlulu hazırlamaq lazımdır?

  Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.49-50 “Azərnəşr” Bakı 1984
Adi təmizləyici imalələr kömək etmədikdə zəhərlənmələrdə bağırsaqları yumaq üçün ən yaxşı üsül sifon imaləsidir. Sifon imaləsi üçün 10-12 litr 380 C-yə qədər isidilmiş qaynanmış su götürülür. Bu miqdarda maye bağırsaqların zəhərli maddələrdən təmizlənməsini təmin edir.

Sual № 811

Yoğun bağırsaqda iltihabi proses olduqda yerli müalicə kimi hansı imalədən istifadə olunur?

  Ədəbiyyat: N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 43 “ Çıraq ” 2008.
Yoğun bağırsaqda iltihabi proses olduqda yerli iltihabəleyhinə və dezinfeksiya edici vasitə kimi dərman imalələri istifadə olunmalıdır.Digər növ imalələr adətən yoğun bağırsağın təmizlənməsi üçün istifadə olunur.

Sual № 812

Dərialtı inyeksiya zamanı ən çox nə qədər maye yeritmək olar?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə“ Tibb bacısının məlumat kitabı ”. Səh.63 “ Çıraq ” 2008
Dərialtı inyeksiyalar zamanı dərman maddələri orqanizmin dərialtı piy təbəqəsi ilə zəngin, lakin magistral arteriya və venalar olmayan nahiyələrinə yeridilir. Məs, budun ön xarici səthinə, qarının ön yan səthinə və s. Bu nahiyələrdə qan damarları dərində olduğu üçün məhlul gec sorulur ,ona görə dərialtına maksimum 2 ml maye yeritmək olar.

Sual № 813

Damcı üsulu ilə venaya məhlul yeridilən zaman iynənin ucu trombla tutularsa tibb bacısı nə etməlidir?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 60 “ Çıraq ” 2008.
İynənin ucundakı trombun venanın mənfəzinə düşməməsi üçün tibb bacısı iynəni dəyişməlidir.

Sual № 814

Enteral yolla dərmanların qəbuluna aşağıdakılardan hansı aiddir?

  Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.130. “ Təhsil ” Bakı 1998.
Dərmanlar orqanizmə 3 yolla daxil edilir: xaricə, enteral, parenteral. Enteral yolla dərmanlar dilin altına qoymaqla, ağızdan və düz bağırsaqdan yeridilir. Ağızdan dərmanlar həb, draje, mikstura şəklində yeridilir.Vena daxili və dəriicinə yeritmə dərmanların parenteral, yəni həzm traktından kənar,gözə damızdırmaq və dəriyə sürtmək isə xaricə işlədilməsidir.

Sual № 815

Əzələ daxili inyeksiya sağrının hansı nahiyəsində(kvadrantında) aparılır?

  Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 152. “ Təhsil ” Bakı 1998.
Sağrı nahiyəsi gözəyarı 4 kvadranta bölünür və inyeksiya yalnız üst xarici kvadrantda aparılır. Bu kvadrantı tapmaq üçün xəyali olaraq V bel fəqərəsinin tinli çıxıntısını bud sümüyünün böyük burması ilə birləşdirən xətt çəkilir , bu xəyali xəttin yuxarısında sağrının üst xarici kvadrantı yerləşir və inyeksiya da həmin nahiyəyə edilir. Digər nahiyələrdən sinir-damar dəstələri keçdiyi üçün bu nahiyələrə inyeksiya edilmir.

Sual № 816

İnyeksiyadan dərhal sonra xəstədə təngnəfəslik, taxikardiya, huşun itməsi baş verərsə bu hansı ağırlaşmanın baş verdiyini göstərir?

  Ədəbiyyat: C.N.Hacıyev : R.Y.Əliyev. Xəstələrə qulluq.Səh. 162. “ Təhsil ” Bakı 1998.
Anafilaktik şok inyeksion ağırlaşmaların ən ağır formasıdır.Əsas əlamətləri: təngnəfəslik, arterial təzyiqin enməsi, taxikardiya, huşun itməsidir. Bu əlamətlər bir neçə saniyədən tutmuş 30-40 dəqiqə ərzində baş verir, əsasən antibiotiklər, zərdablar vurduqda yaranır Bu zaman dərhal dərmanın yeridilməsi dayandırılmalıdır və şok əleyhinə tədbirlərə başlanılmalıdır.

Sual № 817

Lipodistrofiya (inyeksiya yerində piy toxumasının itməsi ) əsasən hansı dərmanın yeridilməsindən sonra müşahidə olunur?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.160. “ Təhsil ” Bakı 1998
Lipodistrofiya inyeksiya ağırlaşması olub, əsasən insulin vurulan xəstələrdə rast gəlinir və inyeksiya yerində piy toxumasının itməsi ilə xarakterizə olunur, səbəbi məlum deyil. Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan yerlər tez-tez dəyişilməlidir. İnsulin inyeksiya olunan nahiyə spirtlə deyil su ilə silinməlidir.

Sual № 818

Nəbzi hansı arteriyalarda saymaq mümkündür?

  Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.64 Bakı 2008.
Nəbzi səthi arteriyalarda və bilavasitə əllə tutmaq mümkün olan yerlərdə sayırlar. Nəbzi adətən mil arteriyasında tuturlar, əgər bu nahiyədə nəbzi tutmaq mümkün olmasa gicgah, yuxu və bud arteriyalarında da saymaq olar.

Sual № 819

Yetkin şəxslərdə sakit halda tənəffüs hərəkətlərinin sayı 1 dəqiqədə neçədir?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 83 “ Çıraq ” 2008.
Böyük adam sakit halda dəqiqədə orta hesbla 16-20 dəqiqəyə qədər nəfəs alır. İş zamanı, hərəkət etdikdə, qızdırma zamanı mübadilə yüksək olduğu üçün 1 dəqiqədə tənəffüsün sayı artır.

Sual № 820

Palata tibb bacısı müayinə üçün xəstədən hansı materialı götürə bilməz?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 87 “ Çıraq ” 2008.
Palata tibb bacısı həkimin təyinatı ilə xəstədən analiz üçün material yığır ( sidik, nəcis, bəlğəm, selik və s.), bunları laboratoriyaya göndərir, analizin cavablarını vaxtında alıb, xəstəlik tarixinə yapışdırır. Plevral maye isə yalnız plevranın punksiyası zamanı həkim tərəfindən götürülür.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×