Mama
987 elementdən 821-840 arası göstərilir.
Sual № 821
Xəstəxanada aşağıda göstərilən dərman maddələrindən hansını soyuducuda saxlamağa ehtiyac yoxdur?
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.128. “ Təhsil ” Bakı 1998.
Tez xarab olan dərmanlar, məsələn zərdablar, vaksinlər, məlhəmlər, şamlar söbədə olan soyuducuda 2-10 dərəcə temperaturda saxlanılmalıdır. Narkotik maddələr isə tez xarab olmadığına görə onları soyuducuda saxlamağa ehtiyac yoxdur.
Sual № 822
Əzələ - daxilinə inyeksiya zamanı ən çox nə qədər məhlul yeritmək olar?
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq.Səh.152. “ Təhsil ” Bakı 1998.
Əzələlər daha geniş qan və limfa damarları şəbəkəsinə malikdir ki, bu da dərmanların tez və tam sorulmasına şərait yaradır, bununla belə əzələ daxilinə 10 ml-dən çox məhlul yeritdikdə dərmanın sorulması ləngiyir, bu da infiltrat, absess, fleqmona kimi inyeksiya ağırlaşmalarına səbəb olur.
Sual № 823
Sadalananlardan hansı inyeksiyanın ağırlaşması deyil?
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 160. “ Təhsil ” Bakı 1998.
Dəridə damar ulduzcuqlarının olması inyeksiya ağırlaşması deyil, qara ciyər sirrozu olan xəstələrdə dərinin üzərində kapilyarların genişlənib, ulduz şəklində görünməsidir. Digər variantlarda sadalananlar inyeksiya ağırlaşmaları olub, inyeksiya zamanı qaydalara düzgün riayət olunmaması nəticəsində baş verir.
Sual № 824
Xəstəni nəcisdə gizli qana görə müayinəyə hazırlayarkən qidadan hansı ərzaq çıxarılmalıdır?
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.78“Azərnəşr” Bakı 1984
Nəcisdə gizli qanı aşkar etmək üçün xəstə üç gün əvvəldən hazırlanır. Belə ki, xəstələr bu üç gün ərzində ət, balıq və onlardan hazırlanan qida qəbul etməməlidirlər. Əks halda müayinənin nəticəsi düzgün olmaya bilər.
Sual № 825
Poliuriya nədir?
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.90“Azərnəşr” Bakı 1984 В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983. Səh. 122
Gün ərzində normada insan 1,5 litrə qədər sidik ifraz edir. Poliuriya- bir gün ərzində ifraz olunan sidiyin miqdarının atrmasıdır. Bu ən çox şəkərli diabet xəstələrində müşahidə olunur.Poli-lat.çox,uro-sidik.
Sual № 826
Hipertonik imalə hansı məhlullarla aparılır?
1. 10 % - li natrium - xloridlə
2. 20 - 30 % - li maqnezium sulfat məhlulu ilə
3. Çobanyastığı dəmləməsi ilə
4. Nişasta ilə
5. Xloral - hidrat ilə
6. Bitki yağı ilə
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.206. “ Təhsil ” Bakı 1998.
Hipertonik imalənin təsir mexanizmi : Hipertonik məhlullar bağırsağın selikli qişasını qıcıqlandıraraq qəbizlik zamanı duru nəcis ifrazına səbəb olur. Hipertonik imalə aparmaq üçün 50 – 100 ml 10 % - li natrium – xlorid və ya 20 – 30 % - li maqnezium – sulfat məhlulunu 37 -38 dərəcə qızdırıb, düz bağırsağa yeridirlər. Lakin hipertonik imalə bağırsağın selikli qişasını qıcıqlandırdığı üçün mümkün qədər az istifadə olunur.
Sual № 827
Anuriya nədir?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983. Səh. 122
Anuriya sidik ifrazının tam kəsilmədir. Ən çox XBÇ (xroniki böyrək çatışmazlığı)-da şişlərdə, daş xəstəliklərində rast gəlinir.
Sual № 828
Işuriya nədir?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983. Səh. 123
İşuriya-sidik kisəsinin boşalmasının mümkün olmamasıdır. Bu vəziyyət ən çox sidik çıxarıcı kanalda mexaniki maneə olduqda (daş, şiş, çapıq və s.) baş verir.
Sual № 829
Sidiyin ümumi klinik müayinəsi zamanı tibb bacısı sidiyi laboratoriyaya hansı müddətdə çatdırmalıdır?
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstərə qulluq. Səh. 225. “ Təhsil” Bakı 1998
Adətən sidiyi müayinə üçün səhərlər, xəstə yuxudan duran kimi toplayırlar. Təmiz qaba toplanmış sidik 1 saat ərzində analiz üçün laboratoriyaya göndərilir.
Sual № 830
Dərman maddələrinin sublinqval qəbulu hansı üsuldur?
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998.
Dərman maddələrinin subliqval qəbulu latın dilindən tərcümədə dilaltı deməkdir. “Linqva”- dil, “sub”- alt deməkdir və bu dərmanların enteral yolla qəbuluna aiddir.
Sual № 831
Dərman maddələrinin xaricə işlənmə üsulu hansıdır?
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 131. “ Təhsil”Bakı 1998.
Dərmanların xaricə tətbiqi dedikdə həmin maddələrin dəri , selikli qişalar ( göz, burun, qulaq və s.) və yara səthində işlədilməsi nəzərdə tutulur. Xaricə tətbiq edilən dərmanlar əsasən yerli, qismən isə rezorbtiv və reflektor təsir göstərir.
Sual № 832
Qazçıxarıcı borunu nə üçün bağırsaqda çox saxlamaq olmaz?
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 202. “ Təhsil” Bakı 1998.
Qazçıxarıcı borunu ən çoxu 2 saatdan artıq bağırsaqda saxlamaq olmaz, əks halda düz bağırsağın selikli qişasında uzun müddət qıcıqlanma nəticəsində yara əmələ gələ bilər.
Sual № 833
Kateterizasiyadan əvvəl kateterə nə sürtülür?
Ədəbiyyat : C.N. hac.yev; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 229. “ Təhsil”Bakı 1998.
Sidik kisəsindəki sidiyi boşaltmaq, yaxud ora müxtəlif dərmanlar yeritmək üçün kateterizasiyadan- sidik kisəsinə uretral kateterin salınmasından istifadə edirlər, lakin kateteri yeritməkdən qabaq mütləq onu steril vazelin yağı ilə silirlər, belə etdikdə kateter rahat salınır, onun keçdiyi nahiyələr zədələnmir.
Sual № 834
İnhalyasion üsulla hansı dərman maddələri yeridilir?
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 50 “Çıraq”2008.
İnhalyasiya dərman maddələrinin nəfəslə bədənə daxil edilməsi yoludur.Nəfəs aldıqda qaz halında olan ( oksigen, karbon qazı), tez buxarlanan ( efir, xloroform), habelə narın toz halında olam maddələr ( aerozollar) udulur. İnhalyasiya zamanı çox vaxt dərman maddələrini buxar halında udurlar, bunun üçün xüsusu aparatdan- buxar inhalyatorundan istifadə edilir.
Sual № 835
Kapsul daxilə necə qəbul olunmalıdır?
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.135. “ Təhsil” Bakı 1998.
Bir sıra dərmanlar enteral yolla qəbul edildikdə həzm fermentləri tərəfindən parçalanır, bəzi dərmanlar mədənin selikli qişasını çox qıcıqlandırır və s. Bu kimi halları ardan qaldırmaq üçün bəzi dərmanlar daxilə kapsula şəklində verilir.Kapsula daxilə bütöv şəkildə qəbul olunmalıdır.
Sual № 836
“Acqarnına” təyin olunmuş dərmanlar nə vaxt qəbul edilir?
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998.
“Acqarına “ təyin olunmuş dərmanlar yeməkdən 30 dəqiqə əvvəl qurtum-qurtum su və ya südlə qəbul edilir, əsasən həzm traktını qıcıqlandırmayan dərmanlar belə verilir, həzm traktını qıcıqlqndıran dərmanlar isə ( məs. indometasin, dəmir preparatları və s.) yeməkdən sonra verilməlidir.
Sual № 837
Dərman maddələri hansı yolla yeridilməsi inhalyasiya adlanır?
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 50 “Çıraq “ 2008.
İnhalyasiya dərman maddələrinin nəfəslə (yəni tənəffüs yolu ilə)bədənə daxil edilməsi yoludur.
Sual № 838
Dəriiçi inyeksiya hansı nahiyədə aparılır?
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 150. “ Təhsil”Bakı 1998.
Dəriiçi inyeksiya əsasən diaqnostik məqsədlə,antibiotiklərə orqanizmin həssaslığını təyin etmək məqsədilə aparılır. Diaqnostik məqsədlə dəriiçi inyeksiya saidin ön səthinin aşağı hissəsində aparılır.
Sual № 839
Əzələ - daxili inyeksiya zamanı baş verə biləcək yerli ağırlaşma hansıdır?
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil” Bakı 1998
Əzələdaxili inyeksiyalar zamanı rast gəlinən əsas ağırlaşma infiltratdır. Bu ağırlaşma əsasən əzələyə dərmanı qısa iynə ilə vurduqda dərmanın əzləyə çatmaması, dərialtına yeriməsi və burada da çətin sorulması nəticəsində əmələ gəlir.İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı ,bərk törəmə əllənir.
Sual № 840
İnsulinlə müalicə zamanı baş verə biləcək ağırlaşma hansıdır?
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil “ Bakı 1998
Lipodistrofiya insulin yeridilməsi zamanı rast gəlinir və inyeksiya yerində piy toxumasının itməsi ilə xarakterizə olunur, səbəbi məlum deyil. Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan yerlər tez-tez dəyişilməlidir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?