987 elementdən 841-860 arası göstərilir.

Sual № 841

İnyeksiya yerini işləmək üçün neçə dərəcəli spirtdən istifadə edilir?

  Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 48. “Çıraq” 2008
İnyeksiya vurulacaq yeri 70 dərəcəli spirtdə isladılmış steril tamponla silirlər, belə etməkdə başlıca məqsəd aseptika qaydalarına əməl olunmasıdır.

Sual № 842

Venadaxili inyeksiyanın ani ölümlə nəticələnən ağırlaşması hansıdır?

  Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
Şpris, yaxud qanköçürmə sistemindən havanın qan damarlarına keçməsi nəticəsində hava emboliyası baş verir ki, bu da ani olaraq xəstənin ölümünə səbəb olur.

Sual № 843

Mədə - bağırsağı qıcıqlandıran dərman maddələrini nə vaxt qəbul etmək lazımdır?

  Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
Həzm traktını qıcıqlandıran dərmanlar ( məs. indometasin, dəmir preparatları və s.) yeməkdən 20-30 dəq sonra həkimin göstərişindən asılı olaraq su ilə qəbul edilir.

Sual № 844

İnyeksiya (dərialtı, əzələdaxili) yerində infiltrat əmələ gələrsə nə etmək vacibdir?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil” Bakı 1998
İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı,bərk törəmə əllənir, bu yeridilən dərmanın yaxşı sorulmaması nəticəsində baş verir. İnfiltrat zamanı müalicəyə tez başladıqda müsbət nəticə alınır. Əsas müalicə infiltratın sorulmasını sürətləndirən isidici proseduralar – yerli isidici kompreslər,ultrabənövşəyi şüalarla şüalanma, ultrayüksək cərəyanın tətbiqi olmalıdır.

Sual № 845

Dərman maddələrinin parenteral yeridilməsinə aşağıdakılardan hansı aiddir?

  Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 137. “ Təhsil” Bakı 1998
Parenteral ,yəni həzm traktından kənar yolla dərmanlar inyeksiya yolu ilə yeridilir. Yuxarıda sadalananlardan əzələdaxili və venadaxilinə dərmanların yeridilməsi inyeksiya yolu iə baş verdiyindən bunlar parenteral yeridilmə sayılır.

Sual № 846

Havanın damar mənfəzinə keçməsi hansı ağırlaşmaya səbəb olur?

  Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
Şpris, yaxud qanköçürmə sistemindən havanın qan damarlarına keçməsi nəticəsində hava emboliyası baş verir, bu da xəstənin qəfləti ölümünə səbəb olur.

Sual № 847

Təmizləyici imalənin aparılması üçün nədən istifadə olunur?

  Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 203. “ Təhsil” Bakı 1998
Təmizləyici imalə zamanı istifadə olunan ləvazimatlar bunlardır : tutumu 1-2 litr olan Esmarx parçı, şüşə,plastmas və ya ebonit ucluq, vazelin, müşəmbə və nəcis qabı.

Sual № 848

Təmizləyici imalə qoyulan zaman xəstə hansı vəziyyətdə olmalıdır?

  Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 41. “Çıraq “ 2008
Təmizləyici imalə aparmaq üçün xəstəni sol böyrü üstə kuşetkaya və ya çarpayıyının kənarına yaxın uzadırlar, o ayaqlqrını qarnına sıxıb dizdən qatlayır.

Sual № 849

Soyuq kompres neçə dəqiqədən bir dəyişilməlidir?

  Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 56. “Çıraq “ 2008
Soyuq kompresləri əzilmə ,travma və qanaxmalar zamanı qoyurlar.Bu cür kompreslər yerli soyuma əmələ gətirir və həmin yerdəki qan damarlarının daralmasına və bura az qan gəlməsinə səbəb olur, ağrını azaldır. Soyuq kompres zamanı tənzifi soyuq suda isladıb sıxır və lazım olan yerə qoyurlar, 2-3 dəqiqədən sonra tənzif isinir, ona görə onu təzədən isladıb qoyurlar.

Sual № 850

İsti kompresi neçə dəqiqədən bir dəyişilməlidir?

  Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 56. “Çıraq “ 2008
İsti kompresləri qoymaq üçün qalın parçanı isti suda isladıb sıxır və bədənə qoyurlar, üstündən müşəmbə və qalın yun parça qoyulur. Bu prosedura iltihab ocaqlarının tez sorulmasına kömək edir və ağrını kəsir. İsti kompres hər 10-15 dəqəqədən bir, soyuduqca dəyişilir.

Sual № 851

Gün ərzində bədən temperaturu hansı həddə dəyişir (C°)?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 82. “Çıraq “ 2008
Sağlam adamda bədənin temperaturu sabit olub səhər və axşam temperaturları arasındakı fərq az olur. Səhərlər temperatur 0,3- 0,8 dərəcə aşağı, axşam isə bir o qədər yuxarı olur, temperaturlar arasındakı bu fərq istiliyin əmələ gəlməsi və verilməsindən asılı olub , normada bu həddi aşmamalıdır.

Sual № 852

Febril bədən temperaturu hansı həddə dəyişir (C°)?

  Ədəbiyyat: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 103. “ Təhsil” Bakı 1998
Yüksəlmə dərəcəsinə görə zəif qızdırma, yəni febril temperatur 38,1- 39,0 həddində dəyişilir.Bu həddən yuxarı qızdırma piretik,aşağı isə subfebril qızdırma adlanır.

Sual № 853

Dərman maddələrinin hansı üsulla yeridilməsi enteral qəbul adlanır?

  Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
Dərmanlar enteral olraq 3 yolla yeridilir : dilin altına qoymaqla , ağızdan mədə-bağırsağa ötürülməklə, yəni peroral və düz bağırsaqdan yeritməklə.

Sual № 854

Bir xörək qaşığının tutumu nə qədərdir (ml-lə)?

  Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Xörək qaşığının tutumu 15 ml – dir.

Sual № 855

Bir desert qaşığının tutumu nə qədərdir (ml-lə)?

  Ədəbiyyat : C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Desert qaşığının tutumu 10 ml – dir.

Sual № 856

Bir çay qaşığının tutumu nə qədərdir (ml-lə)?

  Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil”Bakı 1998
Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Bir çay qaşığının tutumu 5 ml – dir.

Sual № 857

Həzmi asanlaşdıran ferment preparatlarını nə vaxt qəbul etmək lazımdır?

  Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil “ Bakı 1998
Həzmi yaxşılaşdıran dərmanları, məsələn panzinorm, festal, mədə şirəsi yemək zamanı qəbul edilməlidir.

Sual № 858

Yuxugətirici dərman maddələrini yatmazdan neçə dəqiqə əvvəl qəbul etmək lazımdır?

  Ədəbiyyat: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
Yuxugətici dərmanlar yatmazdan 30 dəqiqə əvvəl, yaxşı olar ki, südlə qəbul edilsin, çünki süd özü də yuxugətirici təsirə malik olub, dərmanın effektini daha da artırır.

Sual № 859

Sidikdə zülalın olması necə adlanır?

  Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 224. “ Təhsil” Bakı 1998
Sidikdə zülalın olması proteinuriya adlanır. “Protein”- zülal , “ uriya “ isə sidik deməkdir. Normada bir sutka ərzində insan 50 mq zülal ifraz edir.

Sual № 860

Böyrək sancısı zamanı bağırsağın peristaltikası necə dəyişir?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 220. “ Təhsil”Bakı 1998
Böyrək sancısı adətən böyrək daşı xəstəliyi, sidik axarlarının daşı, irinli xəstəliklər, sidikdə olan duzlar, axarların kəskin iltihabı, ödemi zamanı rast gəlinir. Böyrək sancısı zamanı bağırsaqlarda da ağrıdan spazm olur və nəticədə peristaltika zəifləyir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×