987 elementdən 861-880 arası göstərilir.

Sual № 861

Sistit hansı orqanın iltihabıdır?

  Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 232. “ Təhsil” Bakı 1998
Sistit sidik kisəsinin iltihabı deməkdir. “ Sistis” latınca sidik kisəsi, “ it” isə iltihabı bildirən şəkilçidir.

Sual № 862

Hansı bağırsağın qanaxması zamanı nəcisin rəngi qara olur?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 148. “Çıraq “ 2008
12 barmaq bağırsağın xorası zamanı qanaxma nəticəsində nəcisin rəngi qara olur . Qan bağırsağın aşağı şöbələrinə gələnədək fermentlərinin təsirindən parçalanır və tündləşir.Bağırsağın yuxarıda sadalanan digər şöbələrindən qanaxma oldiqda isə qan öz rəngini dəyişmir.

Sual № 863

Nəcisdə gizli qanın müayinəsinə xəstəni hazırlayarkən hansı preparatların qəbulu dayandırılmalıdır?

  Ədəbiyyat: В.М.Боголюбов. Внутренние болезни. Стр.195.Москва. «Медицина « 1983.
Nəcisdə gizli qanın müayinəsinə xəstəni hazırlayarkən nəcisin rəngini dəyişən preparatların qəbulu dayandırılır. Məs. dəmir preparatları , barium və s. ,əks halda bu analizin göstəricisini dəyişə bilər.

Sual № 864

Sutkalıq diurezin 350 ml-ə qədər azalması necə adlanır?

  Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 223. “ Təhsil” Bakı 1998
Sidiyin kəmiyyət pozğunluqları 4 yerə bölünür : poliuriya, oliquriya, opsouriya, anuriya. Oliquriya sutkalıq sidiyin miqdarının 500 ml-dən az olmasına deyilir.

Sual № 865

Sutkalıq diurezin 2000 ml - dən çox olması necə adlanır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 223. “ Təhsil “ Bakı 1998
Sidiyin kəmiyyət pozğunluqları 4 yerə bölünür : poliuriya, oliquriya, opsouriya, anuriya. Poliuriya sutkalıq sidiyin miqdarının 2000 ml-dən çox olmasına deyilir.

Sual № 866

Dəri içi inyeksiyanı aparmaq üçün iynə hansı dərinlikdə yeridilir?

  Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 150. “ Təhsil “ Bakı 1998
Dəriiçi inyeksiya aparmaq üçün diametri 0,4 mm, uzunluğu isə 15 mm olan 1 ml-lik şpris götürülür, iynənin kəsiyi 40-45 dərəcə olur. İnyeksiya zamanı yalnız iynənin ucu- kəsik hissəsi dəriiçinə yeridilir.Əks halda iynə dəri altına düşür.

Sual № 867

Steril yağlı məhlulu bədənə yeritmək üçün necə dərəcəyə qədər qızdırmaq lazımdır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 152. “ Təhsil “ Bakı 1998
Steril yağlı məhlulu bədənə yeritmək üçün onu 38 dərəcəyədək, yəni bədən temperaturuna uyğıun qızdırmaq lazımdır, çünki isidilmiş məhlul yaxşı sorulur, infiltrat, abses əmələ gəlmə riski azalır.

Sual № 868

Dəri içi inyeksiyanı aparmaq üçün hansı uzunluqda iynədən istifadə olunur (mm-lə)?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 150. “ Təhsil “ Bakı 1998
Dəriiçi inyeksiya aparmaq üçün diametri 0,4 mm, uzunluğu isə 15 mm olan 1 ml-lik şpris götürülür, iynənin kəsiyi 40-45 dərəcə olur. İnyeksiya zamanı yalnız iynənin ucu- kəsik hissəsi dəriiçinə yeridilir.

Sual № 869

Dərialtına nə qədər yağlı məhlul yeritmək olar (ml-lə)?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 151. “ Təhsil “ Bakı 1998
Yağlı məhlullar adətən dəri altına yeridilir. Məs. kamfora, retobolil, E vitamini və s., lakin dərialtına yeridilən yağlı məhlulun miqdarı 2 ml – dən çox olmamalıdır.Əks halda məhlulun sorulması cətinləşir.

Sual № 870

Dərman maddələrinin yeridilməsi zamanı baş verən allergik reaksiyanın ən ağır forması hansıdır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
Dərman maddələrinin yeridilməsi zamanı baş verən allergik reaksiyanın ən ağır forması anafilaktik şokdur. Anafilaktik şokun əlamətləri: dəri qızarır, qaşınır, öskürək tutmaları, təngnəfəslik,qusma, arterial təzyiqin enməsi, taxikardiya, aritmiya, huşun itməsi.

Sual № 871

Parenteral yeritmək üçün dərman maddələrinin hansı formasından istifadə olunur?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 137. “ Təhsil” Bakı 1998
Parenteral ,yəni həzm traktından kənar yolla dərmanlar orqanizmə inyeksiya vasitəsilə ,steril məhlul şəklində yeridilir.Əks halda orqanizmə infeksiya kecmə təhlükəsi yarana bilər.

Sual № 872

Hipertonik krizə şübhə olduqda tibb bacısı ilk növbədə nə etməlidir?

  Ədəbiyyat; В. М.Боголюбов, Внутренние болезни, стр.303. Москва,’’Медицина ‘’ 1983
Hipertonik kriz arterial təzyiqin kəskin qalxması deməkdir.Buna görə də yalnız arterial təzyiqi ölcməklə hipertonik krizin olub-olmamasını təsdiq etmək olar.

Sual № 873

Süni qidalanma üçün lazım olan qulluq aləti hansıdır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 74. “ Təhsil” Bakı 1998
Sərbəst qida qəbul edə bilməyən,yaxud qida qəbulundan qəti imtina edən xəstələri süni yolla qidalandırırlar. Bunun üçün ən cox istifadə olunan qidalanma üsulu burun boşluğundan salınmış nazik zondun köməyi ilə qidalanmadır.

Sual № 874

Qanburaxma zamanı turna nə zaman açılır?

  Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 156 “ Təhsil”
Qanburaxma zamanı venepunksiyadan istifadə edirlər. Bu əməliyyat zamanı turna qan alınıb qurtardıqdan sonra açılır.İynə sonra çıxarılaraq dərhal yerinə tampon qoyulur və sıxılır.

Sual № 875

Qanın laxtaıanmasında hansı vitamin iştirak edir?

  Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.49

Sual № 876

Yağların tərkibinə hansı vitaminlər daxildir?

  Ədəbiyyat: A.И.Горшков. О.В.Липатова. Гигиена питания. «Медицина» Москва. 1987 səh.34 Bölmə 5. Cərrahiyyə

Sual № 877

Əməliyyatdan sonra alətləri yuyucu məhlulda neçə dəqiqə saxlamaq lazımdır?

  Ədəbiyyat: Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 284) N.P.Paleyev Bakı-1991
Əməliyyatdan sonra bütün alətlər yuyucu məhlulda 15 dəq saxlanılır sonra mexaniki üsulla təmizlənərək sterilizasiyaya verilir.

Sual № 878

Qanköçürmədən sonra tibb bacısı hansı göstəricilərə fikir verməlidir?

  Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 352)N.P.Paleyev Bakı-1991
Qan köçürmə qurtardıqdan sonra xəstə 2 saat uzanmalı,A/T, nəbz, diurezə və tempratura nəzarət ilk 4 saatda ciddi aparılmalıdır.

Sual № 879

Bağ gərilməsi, cırılması ( burxulmalarda ) və dərin qançırlarda hansı müddət ərzində soyuq qoymaq lazımdır?

  Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 351)N.P.Paleyev Bakı-1991
Bağ gərilməsi, cırılması (burxulma) və dərin qançırlarda (hematomada) ilk tibbi yardım ingilis dilli ölkələrdə RİSE alqoritmi ilə aparılır: R Rest the injured part.
I Apply Ice or a cold compress.
C Compress the injury.
E Elevate the injured part.
Məqsəd zədələnmiş nahiyənin şişməsini və ağrını azaltmaqdır.

Sual № 880

Diz oynağının zədələnmələrində göstərilən ilk yardım tədbirlərindən biri düzgün deyil?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 301
Diz oynağının əzilmələrində,bağ gərilməsi, cırılması (burxulma) və dərin qançırlarda (hematomada) ilk tibbi yardım ingilis dilli ölkələrdə RİSE alqoritmi ilə aparılır: R Rest the injured part.
I Apply Ice or a cold compress.
C Compress the injury.
E Elevate the injured part.
Məqsəd zədələnmiş nahiyənin şişməsini və ağrını azaltmaqdır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×