987 elementdən 881-900 arası göstərilir.

Sual № 881

Hipertonik imalə üçün natrium - xloridin neçə faizli məhlulu tətbiq edilir?

  Ədəbiyyat: Tibb bacısının məlumat kitabı. (səh 47) N.P.Paleyev Bakı-1991
Hipertonik imalə peristaltikanı birdən-birə artırmadan bağırsaqları yumşaldır. Natrium-xlorun 10-li hipertonik məhlulundan ilıq halda 100-200ml imalə üçün işlədilir.

Sual № 882

İmalə üçün istifadə olunan ucluqlar neçə faizli xloramin məhlulunda dezinfeksiya olunur?

  Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 47) N.P.Paleyev Bakı-1991
İmalədən sonra istifadə olunan ucluqlar 3%-li xloramin məhlulunda 60 dəqiqə dezinfeksiya edilir sonra axar su altında yuyularaq qurudulur.

Sual № 883

Qanköçürmədən sonra flakonda müayinə üçün saxlanılan qanın saxlanılma müddəti nə qədərdir?

  Ədəbiyyat: : Ümumi cərrahlıq. (səh 175) B.X.Abasov Bakı-1987
Xəstədə heç bir reaksiya olmadıqda belə 24 saat ərzində köçürülən qandan 5-10ml flakonun dibində saxlanılır ki, gecikmiş reaksiyalar olarsa, reaksiyaların səbəbləri aydınlaşdırılsın.

Sual № 884

Mastit nəyin iltihabıdır?

  Ədəbiyyat: Cərrahiyyə (səh 206) H.A.Sultanov.Bakı-1997
Mastitlər kəskin və xroniki olurlar.Kəskin mastit ən çox doğuşdan sonra baş verir.Xəstəliyi törədən mikroblar stafilokokklar və streptokokklardır.Mikroblar ən çox süd vəzisinin giləsinin çatlarından daxil olur.Süd axarlarında durğunluğun olması bu prosesi sürətləndirir.

Sual № 885

Əməliyyat tibb bacısı planlı əməliyyatlara hazırlıq məqsədilə neçə saat əvvəl əməliyyat otağında olmalıdır?

  Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 75)M.M.Abakumov.Moskva-1985
Əməliyyat tibb bacısı əməliyyat otağına əməliyyatdan 1.5 saat tez gələrək, əməliyyat planına uyğun alətlər dəstini, steril sarğı materiallarını, alət- avadanlıqları və s. işə hazırlayır.

Sual № 886

Biksi doldurmazdan əvvəl nə ilə silmək lazımdır?

  Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 45) M.M.Abakumov.Moskva-1985
Biksi doldurmazdan əvvəl içərisi və bayırı 0.5%-li naşatır spirti ilə silinir.

Sual № 887

Hansı əməliyyatlarda xəstəyə Trendelenburq vəziyyəti verilir?

  Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 19) M.M.Abakumov.Moskva-1985
Bu vəziyyətdə xəstənin başı aşağı, çanaq və ayaqları isə yuxarda olmalıdır. Trendelenburq vəziyyəti düz bağırsaq və cinsiyyət orqanlarında aparılan əməliyyatlarda istifadə edilir.

Sual № 888

Təzə yaranın xarakterizə edən kliniki simptomlar hansılardır?

  Ədəbiyyat: Tibb bacısının məlumat kitabı(səh 342) N.P.Paleyev Bakı-1991
Kliniki olaraq yaraların 3 xassəsi vardır: ağrı, yara ağzının açıq olması və qanaxma

Sual № 889

Planlı əməliyyata xəstə bilavasitə nə vaxt hazırlanır?

  Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 317) N.P.Paleyev Bakı-1991
Əməliyyatdan bir gün əvvəl xəstə tam sanitar işlənir, yataq ağları və alt paltarları dəyişdirilir. Əməliyyat günü əməliyyat sahəsi tüklərdən təmizlənir,və xəstə ac- qarına əməliyyat otağına gətirilir.

Sual № 890

Zimnitski sınağı üçün xəstəyə neçə qab verilir?

  Ədəbiyyat Tibb bacısının məlumat kitabı.(səh 316) N.P.Paleyev Bakı-1991
Zimnitski üsulu ilə böyrəklərin funksiyasını öyrəndikdə xəstə adi pəhrizdə olur və o, sutka ərzində hər 3 saatdan bir çıxan sidiyi ayrıca qaba yığır. 8 qabdakı sidiyin hərəsinin miqdarını və xüsusi çəkisini ayrıca təyin edirlər.

Sual № 891

Drenaj və tamponları kim dəyişməlidir?

  Ədəbiyyat: Tibb bacısının məlumat kitabı.(səh 324) N.P.Paleyev Bakı-1991
Drenajlar və tamponların işlədilməsi sırf həkim manipulyasiyası olduğu üçün, onların dəyişdirilməsi həkim tərəfindən yerinə yetirilməlidir.

Sual № 892

Sağlam insan hansı yaş həddində qan donoru ola bilər?

  Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2006-cı il 112 saylı qərarı
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2006-cı il 112 saylı qərarına əsasən 18-65 yaş arasında hər bir sağlam insan donor ola bilər. 65 yaşdan yuxarı ilkin donorluğa cəlb olunma qərarı cavabdeh həkimin rəyi əsasında verilə bilər.Hər donor 8 həftədən bir (ildə 5-6 dəfə) qan verə bilər.

Sual № 893

Əməliyyatda işlədilən sarğı materialı irinlə çirklənibsə nə etmək lazımdır?

  Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 99) M.M.Abakumov.Moskva-1985
Sarğı materialı irinlə çirklənibsə xüsusi konteynera yığılıb məhv edilməsi üçün xüsusi ayrılmış məntəqələrə təhvil verilməlidir, infeksiyanın yayılmasının qarşısını almaq üçün ancaq bu üsuldan istifadə olunur.

Sual № 894

Sorulan sintetik saplara hansı saplar aid edilir?

  Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 69) M.M.Abakumov.Moskva-1985
Vikril saplar toxumalar tərəfindən inkapsulyasiya edilərək tədricən sorulur.Müasir cərrahlıqda geniş istifadə olunur.

Sual № 895

Əməliyyat blokunda neçə qoruyucu zona var?

  Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 4) M.M.Abakumov.Moskva-1985
Əməlyyat blokunda üç qoruyucu zona ayırd edilir.Əməliyyat otağı,əməliyyat önü otaq, avtoklaf-sterilizasiya otağı(material otağı)

Sual № 896

Əməliyyat tibb bacısı əməliyyat zamanı iri salfetləri neçə dəfə saymalıdır?

  Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı (səh 234) M.M.Abakumov.Moskva-1985
Əməliyyatda iri salfetlər 3dəfə: əməliyyatdan əvvəl, əməliyyat vaxtı və əməliyyatdan sonra sayılır. İri əməliyyatlarda adətən 10 ədəd iri salfet işlədilir.

Sual № 897

Toxumalar arasına qanın toplanması necə adlanır?

  Ədəbiyyat: N.R.Paleyev “Tibb bacısının məlumat kitabı”. Bakı 1991. Səh 306.
Yumşaq toxumaların qapalı zədələnməsi-əzilmə adlanır. Bu vaxt kapilyarlar partlayır və toxuma arasına qan yığılır ki, bu da hematoma adlanır.

Sual № 898

Flakonda qanın infeksiyalaşmasını göstərən əlamət hansıdır?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 164
Qan infeksiyalaşdıqda təbəqələr arasında sərhəd itmir. Plazma bulanır, sapa və çöpəbənzər liflər topalarla və qan laxtaları ilə rast gəlinir.

Sual № 899

Resus amili qanın hansı elementində yerləşir?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 165
İnsanların 85%-nin eritrositlərində xüsusi antigen vardır. Belə şəxslərin qanı (Rh+) sayılır antigen olmayanlar isə (Rh-) hesab olunur.

Sual № 900

Narkozdan əvvəl xəstəyə premedikasiyanı kim təyin edir?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 189
Premedikasiya xəstənin dərmanlarla əməliyyata hazırlanmasıdır. (Əməliyatdan 40 dəqiqə əvvəl) həkim anestezioloq dərmanları təyin edir.1 ml 1%-li promedol 0.1%-li 1 ml atropin və 1 ml 1%-li dimedrol.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×