987 elementdən 901-920 arası göstərilir.

Sual № 901

Cərrahi əməliyyatlar zamanı drenajlar nə üçün qoyulur?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 322
İrinli yaraların müalicəsində yerli müalicə vasitəsi kimi işlədilir. Yarada drenaj qoymaqla qramullyasiya əmələ gəlməsi prosesini sürətləndirməkdir.

Sual № 902

Məhdud irinlik necə adlanır?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 339
İrinləmə deməkdir. Abses məhdudlaşmış iltihblı irinlik olub toxumaların əriyərək əmələ gətirdiyi boşluğun içərisinə irinin dolmasıdır.

Sual № 903

Sınığı təsdiq edən əsas müayinə üsulu hansıdır?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 266
Sınığın diaqnostikası üçün rentgen müayinəsinin(qrafiyanın )2 proyeksiyada olması vacibdir.

Sual № 904

Qanın laxtalanma müddəti normada neçə dəqiqədir?

  Ədəbiyyat: H.A.Sultanov,Cərrahiyyə Bakı-1997.Səh.75
Xəstənin qanı laxtalanmadıqda və ya laxtalanma qabiliyyəti aşağı olduqda qanaxma öz-özünə dayanmır.Bu hemofiliya xəstəliyi olub,yalnız kişilərə məxsus olan xəstəlikdir.qanın laxtalanma qabiliyyətinin aşağı düçməsi virus hepatitinə yoluxmuş xəstələrdə müşahidə edilir.Laxtalanmanın normaya salınması üçün dərmanlardan istifadə edilir.

Sual № 905

Çanaq sümüklərinin sınığı zamanı ən təhlükəli sınıq hansı hesab olunur?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 299
Çanaq həlqəsinin tamlığının pozulması ilə nəticələnməyən izolyasiya olunmuş(təcrid edilmiş) sınıqlara əzələlərin birləşdiyi yerdə sümük fraqmentlərinin qopması,qalça sümüyünün qanadının və omanın sınıqları aiddir. Büzdüm fəqərələri hərəkətli olduğundan büzdüm fəqərələrinin sınıqlarına demək olar ki, rast gəlinmir.Çıxıqlarına və burxulmalarına rast gəlinir. Çanaq həlqəsinin tamlığının pozulması ilə nəticələnən sınıqlar üçün “Həlqə şəklində qoğal “(правило бублика)qaydası səciyyəvidir. “Həlqə şəklində qoğal” ən az 2 yerdən qırılır.Bir tərəfdə qasıq və oturaq sümüklərindən birinin və ya hər ikisinin sınığı varsa onda digər tərəfdə də mütləq çanaq həlqəsinin başqa lokalizasiyalı zədələnməsini(əks tərəfdə ön yarımhəlqənin sümüklərinin zədələnməsi,simfizin və ya oma-qalça bağının cırılması) axtarmaq lazımdır.

Sual № 906

Qanın maksimal saxlanma müddəti neçə gündür?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163
Konservləşmiş qan 21 günə qədər +4-6º temperaturda saxlandıqda yararlığını itirmir.

Sual № 907

Donor qanı soyuducuda hansı temperaturda saxlanmalıdır?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163
Donor qanı, qan əvəzedicilər, zərdab və vaksinlər+ 4-60C-də saxlanılır.

Sual № 908

Aralıq nahiyyəsində hansı sarğı növündən istifadə olunur?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.307
Aralıq nahiyəsində aparılan əməliyyatlardan sonra, aralıq nahiyəsinin travmalarında və irinli yaraların müalicəsində habelə digər məqsədlərlə T-şəkilli sarğı qoyulur.

Sual № 909

Donor kimə deyilir?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 347
Donor dünyada qəbul edilmiş termindir. Qanını və orqanını verən şəxs donor adlanır.

Sual № 910

Resipient kimə deyilir?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.346
Resipiyent qan köçürülən insana (şəxsə) deyilir.

Sual № 911

Reinfuziya nədir?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.353
Ən çoxu bir neçə saat əvvəl xəstənin döş və qarın boşluğuna dolmuş qanın təzədən xəstənin özünə köçürülməsinə reinfuziya deyilir. Heç bir sınaq və müayinəyə ehtiyac yoxdur. Stabilləşdirmək üçün 1:10 nisbətində 4%-li natrium sitrat əlavə edilir. 8 qat tənzifdən süzülür.

Sual № 912

Aşağıdakı preparatlardan hansı narkozdan əvvəl premidikasiya məqsədilə mütləq işlədilməlidir?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.314
Atropin şirə ifrazını azaldır. Əməliyyatdan əvvəl premedikasiya məqsədilə 0,1%- li atropin məhlulu 0,5-1 ml işlədilir.

Sual № 913

Filtirli bikslərdə olan sarğı materiallarını sterilizasiyadan sonra maksimum nə qədər saxlamaq olar?

  Ədəbiyyat: S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 (səh.89)
İkiqat baktreosid filtirləri olan bikslərdə alətlər 20 gün steril qalır.

Sual № 914

Kraft - paketlərdən neçə dəfə istifadə etmək olar?

  Ədəbiyyat: S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 (səh.89)
Kraft paketlərdən müasir cərrahlıqda alətlərin çeşidlənərək buxarla sterilizasiyasında geniş istifadə olunur.Bunun üçün klinikalarda müasir kraft paket hazırlayan avtomatlaşdırılmış dəzgahlar mövcuddur.Sterilizasiyadan əvvəl indikator lentlər açıq çəhrayı,sterilizasiyadan sonra isə bənövşəyi rəng alır.Kraft paket dəzgahla dört tərəfdən yapışdırılmış halda alətlər 20 gün sterilliyini itirmir.Sterilizasiyaya nəzarət üçün kraft paketlərin kınarlarına indikator lentlər yapışdırılır. Kraft paketləri 5 dəfə istifadə etmək olar.

Sual № 915

Alətlərdə sterilizasiyadan əvvəl gizlin qanın olmasını hansı sınaqla yoxlamaq mümkündür?

  Ədəbiyyat: M.M.Abakumov.Moskva-1985(səh.60)
Benzidin sınağını qoymaq üçün 0.5-1%-li benzidin hidroxlorid eyni miqdarda 3%-li hidrogen peroksidlə qarışdırılır.

Sual № 916

Jane şprisi hansı məqsədlər üçün işlədilir?

  Ədəbiyyat: M.M.Abakumov.Moskva-1985(səh.31)
Tutumu 50-200 ml olan Jane şprisləri mövcuddur.Şprisin bəzilərinin konusu ortada,bəzilərininki isə bir qədər kənarda yerləşir.Konusu kənarda olan şprisləri işlətmək daha rahatdır.Şprislərdən boşluqları yumaq üçün istifadə edilir.

Sual № 917

Endocərrahlıqda işlədilən endoskopik alətlər necə sterilizasiya olunur?

  Ədəbiyyat: M.M.Abakumov.Moskva-1985(səh.67)
Soyuq qazla optik sistemli endoskopik alətlər onların yardımçı vasitələri 2 saat müddətində xüsusi hermetik kameralarda sterilizasiya edilir.

Sual № 918

Yağ tərkibli dərmanlar neçə dərəcəyə qədər qızdırılır?

  Ədəbiyyat: S.A.Aqkatseva.Orta tibb təhsilində praktik vərdişlərin öyrədilməsi-1997 (səh.156)
Yağ tərkibli dərmanlar nisbətən iri diametrli iynələrlə yeridilir.Dərman şprisə yığılmazdan əvvəl su hamamında və ya sınaq şüşəsinin içərisinə qoyularaq qaynar su olan qabda saxlanılır.Dərman 37º-38º-yə qədər qızdırılmalıdır.İneksiyadan sonra iynənin yerinə isitqaç qoyulur və ya yod xətləri çəkilir.

Sual № 919

Planlı əməliyyatdan əvvəl təmizləyici imalə nə vaxt aparılır?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Planlı əməliyyatda xəstə əməliyyatdan əvvəl tam sanitar işlənmədən keçirilir,əməliyyatdan əvəlki gün axşam yüngül yemək verilir (kəmşirin çay, suxari, mannı sıyığı və s) sonra bağırsaqlar təmizləyici imalə olunur həmçinin əməliyyat günü səhər yenidən təmizləyici imalə olunur.

Sual № 920

Təxirəsalınmaz əməliyyatdan əvvəl təmizləyici imalə nə vaxt aparılır?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Təxirəsalınmaz əməliyyat zamanı aparılan hər bir prosedura vaxtın uzanmasına, bu da xəstənin hər an vəziyyətinin pisləşməsinə və ölümünə səbəb olduğu üçün heç bir prosedura aparılmır. Həmçinin təmizləyici imalə.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×