987 elementdən 921-940 arası göstərilir.

Sual № 921

Planlı əməliyyatdan əvvəl sanitar işlənmənin hansı növündən istifadə olunur?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Planlı əməliyyatdan əvvəl xəstə cərrahi şöbədə bir neçə gün müayinə olunduğu və əməliyyata hazırlandığı üçün aseptika qaydalarına tamamilə riayət olunur və tam sanitar işlənmə apaılır.

Sual № 922

Fövqəladə əməliyyatdan əvvəl sanitar işlənmənin hansı növündən istifadə olunur?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Fövqəladə(təcili təxirəsalınmaz) əməliyyat o deməkdir ki, əməliyyatın bir neçə dəqiqə gecikməsi belə ölümə səbəb olur. Bunu nəzərə alıb heç bir sanitar işlənmə aparılmır.

Sual № 923

Planlı əməliyyatdan əvvəl dərinin tüklərdən təmizlənməsi nə vaxt aparılır?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Tüklərin uzana biləcəyini nəzə alıb ancaq əməliyyat günü səhər dəri tüklərdən təmizlənir. Tüklər əvvəl təmizlənərsə yenidən uzanır və bu da dəridə qıcıqlanma yaradır.

Sual № 924

Əməliyyatönü dövrün əsas məqsədi nədir?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Əməliyyatönü dövrün əsas məqsədi əməliyyatın yaxşı keçirilməsi və əməliyyatdan sonrakı ağrılaşmaların qarşısının alınmasıdır. Bu dövrdə yanaşı gedən xəstəliklər aşkarlanır, orqan və sistemlərin fəaliyyəti yoxlanılır və xəstə əməliyyata hazırlanır.

Sual № 925

Əməliyyatönü dövr nə vaxt qurtarır?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Əməliyyata hazırlıq qurtardıqdan sonra əməliyyat başlanır və bu andan əməliyyat dövrü adlanır. Əməliyyat başlandıqdan sonra əməliyyatönü dövr bitir.

Sual № 926

Növbəti gün saat 9:00 - a planlaşdırılmış əməliyyat olunacaq xəstənin axırıncı qida qəbulu nə vaxt olmalıdır?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Planlı əməliyyat zamanı növbəti gün saat 9.00- a planlaşdırılmış əməliyyat olunacaq xəstə nahar yeməyindən sonra saat 20.00- ə qədər yüngül yemək (kəmşirin çay suxarı ilə,mannı sıyığı və s)yeməlidir.

Sual № 927

Toxumaların tikilməsi əməliyyatın hansı dövrü sayılır?

  Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 101
Patoloji proses aradan qaldırıldıqdan sonra toxumalar qat-qat tikilir. Bu da əməliyyatın sonu və ya tamamlanması adlanır.

Sual № 928

Toxumaları aralayan alət hansıdır?

  Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 244
Toxumalar skalpellə kəsildikdən sonra Farabef qarmağı vasitəsi ilə aralanır ki, cərrahi yol bir qədər genişlənsin və patoloji proses yaxşı görünsün.

Sual № 929

Əməliyyatdan sonrakı dövrdə sidik ləngiməsinə qarşı aparılan tədbir hansıdır?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 280
Əməliyyatdan sonra xəstədə operasion travmanın təsirindən sidik ləngiməsi ola bilir, bunu aradan qaldırmaq üçün tibb bacısı sidik kisəsinə kateter salmalıdır.

Sual № 930

Hemorraidal qanaxma zamanı ilk yardım hansıdır?

  Ədəbiyyat: H.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh 226
Hər hansı bir müvəqqəti üsulla hemorraidal qanaxmanı saxlamaq mümkün olmadığı üçün xəstə təcili hospitalizə olunmalıdır.

Sual № 931

Əllərin pervomurla işlənməsi zamanı 5 lt hazır işçi məhlulundan neçə nəfər istifadə edə bilər?

  Ədəbiyyat: В.И.Маслов «Малая хирургия» Москва «Медицина» 1988.səh.27.
5 lt işçi məhlulda 15 nəfərdən artıq şəxsin əlləri dezinfeksiya olunarsa məhlulun dezinfeksiya edici xüsusiyyəti azaldığı üçün keyfiyyətsiz hesab olunur və əllər steril olmur.

Sual № 932

Donmalar zamanı hansı ilk tibbi yardım göstərilir?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287
Zədələnmiş nahiyəni sürtmək və ona təzyiq göstərmək olmaz . Zədələnmiş nahiyəni heç vaxt əllə ovuşdurmaq olmaz. Dəri daxilində iti su kristalları olduğu üçün dərində yerləşən toxumalar zədələnir. Don vurmuş hissənin donunun açılması üçün başqa imkan yoxdursa və görülən tədbirlər nəticəsində donmuş nahiyə normal rəng almırsa, zədələnmiş yeri ehmalca temperaturu 200C olan suya salmaq lazımdır. Təxminən 10 dəqiqə müddətində suyun temperaturunu 38-410C-ə qədər qaldırılır. Çalışmaq lazımdır ki, suyun istiliyi 410C artıq olmasın və bu temperaturda qalsın.

Sual № 933

I, II dərəcəli termiki yanıqlar zamanı ilk tibbi yardım nədən ibarətdir?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 282
I, II dərəcəli termiki yanıqlar səthi yanıqlara aiddir. Zərərçəkmişin vəziyyəti imkan verərsə 20-30 dəqiqə soyuq su altında saxlamaq, ağrını azaltmaq sonra isə aseptik sarğı qoymaq lazımdır. Yanan hissəni soyutmaq lazımdır. Ən azı 20 dəqiqə ərzində yanan nahiyəni soyuq (8-150C) su axını ilə soyutmaq,yanan yerə aseptik sarğı qoymaq lazımdır.

Sual № 934

Uzunmüddətli sıxılma sindromu zamanı göstərilən ilk tibbi yardım tədbirlərindən biri səhvdir?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 346
Zərərçəkənin ətrafı dağıntı altından ehtiyatla azad edilməmişdən qabaq və ya etdikdə dərhal sonra zədələnmiş ətraflara turna qoyulur. Turnanın qoyulması zədələnmiş nahiyədən zəhərli maddələrin geri qayıtmasının qarşısını alır. Düzgün qoyulan turna zədələnmiş ətrafda şişkinliyin azalmasına səbəb olur. Eyni zamanda qoyulan turna qanaxma təhlükəsini aradan qaldırır. Hadisə yerində zərərçəkmişə mütləq ağrıkısicilər yeridilməlidir.İmkan varsa ətrafın əsasından novokain anesteziyası(naqil tipli) aparılmalıdır. Əsasən bərk əzilmiş ətrafa amputasiyanı gecikdirmək məqsədilə əzilmiş yerdən yuxarı, venaları sıxan (çox sıxmaq olmaz) turna qoyulur. Digər halllarda hadisə yerində ilk yardım aşağıdakı ardıcıllıqla göstərilməlidir.Turnanın qoyulması , ətrafı dağıntı altından ehtiyatla azad edilməsi,sıxılmış ətrafa sıxıcı bint sarğısının qoyulması ,soyuğun tətbiqi ,immobilizasiya,turnanın açılması ,çoxsaylı zədələnmələr olduqda yaraların mexaniki təmizlənməsi,antiseptik,fermentativ,dehidratasion bint sarğılarının qoyulması.İmkan olduqda ətrafın zədələnmiş seqmentinin üzəri buz qovuğu ilə örtülməsi və nəqliyyat immobilizasiyası həyata keçirilir.

Sual № 935

Vena daxili infuziya zamanı hava emboliyasının qarşısını almaq üçün hansı profilaktik tədbir görülür?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008.Səh. 62
Birdəfəlik damcıladıcı sistemin icərisində hava olduqda hava emboliyası qorxusu olur, ona görədə sistemdən əvvəlcə hava qabarcıqları çıxarılır ki,belə ağırlaşma yaranmasın.

Sual № 936

Təmizləyici imalə zamanı xəstə hansı vəziyyətdə olmalıdır?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.41
Düz bağırsaq sol qalça çuxuru nahiyyəsində yerləşdiyi üçün mayenin daha asan bağırsağa qovulması məqsədilə xəstə sol böyrü üstə sol ətraf qarına yığılmış vəziyyətdə olmalıdır.

Sual № 937

Köçürülən qan hansı dərəcəyə qədər qızdırılmalıdır?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 315
Bədən temperaturuna uyğun olması üçün köçürülən qan 37-38 o C -yə qədər qızdırılmalıdır.

Sual № 938

Buz qovuğu əməliyyat sahəsində nə qədər saxlanmalıdır?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 287
Buz əriyənə qədər buz qovuğu əməliyyat sahəsində saxlanılır. Buzun əriməsi isə temperaturdan asılı olaraq müxtəlif ola bilər.

Sual № 939

Venadan qan götürərkən turna nə vaxt açılır?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 28
Iynə venadan turna açılmamış çıxarılarsa venadan qan xaric olar. Bunu nəzərə alıb iynəni çıxarmamış turnanı açmaq lazımdır.

Sual № 940

Əməliyyatdan sonrakı gün cərrahi yaranın ilkin sarğısı necə aparılır?

  Ədəbiyyat: B.X.Abasov. “Ümumi cərrahlıq”. Bakı 1985. Səh. 196
Əməliyyatdan sonrakı gün aseptik yara olduğu üçün üzəri yenidən yodonatla işlənir və quru aseptik sarğı qoyulur ki, yaraya infeksiya düşməsin.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×