Mama
987 elementdən 961-980 arası göstərilir.
Sual № 961
Əllərin işlənməsində hansı antiseptik maddədən istifadə edilir?
Ədəbiyyat: В.Г.Стецюк «Сестринское дело в хирургии». Səh. 46
Əllərin müasir işlənməsində pervomur məhlulundan istifadə olunur. Məhlul 33%-li hidrogen-peroksidlə, 100%-li qarışqa turşusunun qarışığıdır. Əllər mexaniki işləmədən sonra 2,4%-li pervomur məhlulunda bir dəqiqə müddətində saxlanılır. Üsul tezliyinə görə çox əlverişlidir. Pervomur məhlulu C-4 qarışığı da adlanır.
Sual № 962
Tikiş materialını yağsızlaşdırmaq üçün hansı məhlulda saxlayırlar?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 32
Tikiş sapları sterilizasiyadan əvvəl yağsızlaşdırmaq üçün efirdə saxlanılır.
Sual № 963
Quruducu şkafda sterilizasiyaya nəzarət üçün nədən istifadə olunur?
Ədəbiyyat: Y.A.Nesterenko “Cərrahi xəstəliklər”. Moskva 1983. Səh. 42
Quruducu şkafda 180-220 0C-də alətlər sterilizasiya olunur. Sterilizasiyaya nəzarət üsulu tiomoçevinın yüksək temperaturda rənginin dəyişməsinə əaslanır.
Sual № 964
Halloidlər qrupuna hansı aiddir?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 21
Yod halloid qrupuna aid olan kimyəvi element olduğuna görə, yod birləşməli antiseptiklər halloidlər qrupuna aid edilir.
Sual № 965
Daxili qanaxmanın xarakter əlaməti hansıdır?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 73
Daxili qanaxma zamanı qan boşluqlara-yəni, qarın boşluğu, döş boşluğu və s. həmçinin, borulu orqanların mənfəzinə axır. Bu zaman dövriyyədə olan qanın ümumi həcmi azaldığına görə dəri örtüyü avazıyır.
Sual № 966
Arterial qanaxmanın müvəqqəti dayandırılması üsullarından biri düzgün deyil?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 76
Arterial qanaxmalar zamanı qan gur və sürətlə axdığına görə zərərçəkmiş tez bir zamanda çoxlu qan itirə bilər ki, bu da onun ölümü ilə nəticələnə bilər. Həyati təhlükənin qarşısını almaq və zərərçəkmişi tibb müəssisəsinə çatdırana qədər vaxt itirməmək məqsədilə qanaxmanı müvəqqəti dayandırılmaq üçün damarları sklet sümüklərinə birbaşa sıxmaq ,ətrafları yuxarı qaldırmaq,ətrafları maksimal büküb qanaxmanı saxlamaq, yaraya sıxıcı sarğı qoymaq,ətrafa tarım sarğı turna qoymaq ,ətrafı immobilizasiya sınası ilə hərəkətsizləşdirmək lazımdır.
Sual № 967
Mexaniki antiseptikaya aşağıdakılardan hansı aiddir?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 343
Bütün təsadüfi yaralar mikrobla çirkləndiyinə görə 12 saatdan gec olmayaraq I-li cərrahi işlənməlidir (üz, boyun və əldən başqa). İşlənmə əl və alətlərlə aparıldığına görə bu üsul mexaniki işlənmə adlanır.
Sual № 968
Kəskin qarın simptomuna şübhə varsa tibb bacısı nə etməlidir?
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh.209
Kəskin qarın simptomuna şübhə varsa tibb bacısı dərhal soyuq qoymalı və xəstəni stasionara göndərməlidir.
Sual № 969
Yumşaq toxumaların zədələnməsində göstərilən ilk yardım tədbirlərindən biri səhvdir?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.366
Yumşaq toxumaların zədələnmələrində, bağ gərilməsi, cırılması (burxulma) və dərin qançırlarda (hematomada) ilk tibbi yardım ingilis dilli ölkələrdə RİSE alqoritmi ilə aparılır: R Rest the injured part.
I Apply Ice or a cold compress.
C Compress the injury.
E Elevate the injured part.
Məqsəd zədələnmiş nahiyənin şişməsini və ağrını azaltmaqdır. Yumşaq toxumaların zədələnməsində hematoma yaranmasın deyə həmin nahiyyəyə soyuq (buz qovuğu,soyuq kompres) və zədələnmiş dəri örtüyündən daxilə infeksiya keçməməsi üçün sarğı qoymaq lazımdır.
I Apply Ice or a cold compress.
C Compress the injury.
E Elevate the injured part.
Məqsəd zədələnmiş nahiyənin şişməsini və ağrını azaltmaqdır. Yumşaq toxumaların zədələnməsində hematoma yaranmasın deyə həmin nahiyyəyə soyuq (buz qovuğu,soyuq kompres) və zədələnmiş dəri örtüyündən daxilə infeksiya keçməməsi üçün sarğı qoymaq lazımdır.
Sual № 970
Sınıqlar zamanı şokun profilaktikası üçün həkimə qədər ilk yardım zamanı nə etmək olmaz?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 289
Əzələ-sümük zədələnmələrində zərərçəkəni kömək gələnə qədər sakitləşdirmək, ruhlandırmaq, xаrici qаnахmаnı dаyаndırmaq lazımdır. Yаrаyа steril sаrğı qoyub ağır zədələnmələrdə zədələnmiş nahiyənin hərəkətsizliyini (immobilizasiyasını) təmin etmək lazımdır. İmmobilizasiya təmin olunmayana qədər zərərçəkəni tərpətmək olmaz . Ağır deformasiyaya uğramış ətraf təcili yardım briqadası gələnə qədər həmin vəziyyətdə qalmalıdır.Sınıqlar zamanı şokun profilaktikası üçün ilk yardımda xəstəni hərəkət etdirmək olmaz.
Sual № 971
Əməliyyat zamanı qanaxmanı müvəqqəti saxlamaq məqsədilə tibb bacısı hansı aləti verməlidir?
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”.Səh. 42
Əməliyyat zamanı qanaxmanı müvəqqəti saxlamaq məqsədilə zədələnmiş damara sıxıcı qoymaq lazım gəldiyinə görə tibb bacısı “damar sıxıcısı” verməlidir.
Sual № 972
Bioloji antiseptikaya hansı aiddir?
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh. 19
Zərdablar canlı orqanizmdən alındığına görə onlardan istifadə bioloji antiseptikaya aiddir.
Sual № 973
Fiziki antiseptikaya hansı aiddir?
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh. 19
Yaraların drenajlanması fiziki antiseptikaya aiddir. Drenajlar vasitəsilə yara möhtəviyyatı xaric edilir.
Sual № 974
Təxirəsalınmaz əməliyyatdan əvvəl sanitar işlənmə harada aparılır?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.
Təxirəsalınmaz əməliyyatda əməliyyat sahəsinin təmizlənməsi əməliyyat stolununda aparılır.
Sual № 975
Bint sarğısı qoymazdan əvvəl tibb bacısı nəyə nəzər yetirməlidir?
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”.1997 Səh. 97
Bint sarğısı qoymamışdan əvəl tibb bacısı patoloji prosesin xarakterinə fikir verməlidir.
Sual № 976
Inhalyasion anesteziyada dərman maddələri hara yeridilir?
Ədəbiyyat: Н.В.Барыкина «Травматология для медицинских колледжей», Феникс, 2007 стр-207
İnhalyasion anesteziyada dərman maddələri tənəffüs yollarına narkoz aparatı vasitəsilə yeridilir.Bu zaman qaz və ya maye halında olan anestetik maddələrdən istifadə olunur.Ümumi anesteziyada dərman maddələri tənəffüs yolları ilə yeridilərək xəstənin mərkəzi sinir sisteminin funksiyası müvəqqəti tormozlandırılır.
Sual № 977
Əməliyyat sahəsi nə ilə işlənilir?
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.97
Əməliyyat sahəsi cərrahın işlədiyi nahiyə olduğu üçün steril olmalıdır. .Əməliyyat sahəsi tükdən təmizləndikdən sonra antiseptik məhlullarla-xlorheksidin biqlyukonat,yodonat və yodopironla işlənilir.Xlorheksidin biqlyukonat 20%-li sulu məhlul şəklində buraxılır.Əməliyyat sahəsinin işlənməsi üçün preparat 1:40 nisbətində 70%-li spirtdə həll olunaraq 0.5%-li spirtli məhllu hazırlanır.
Sual № 978
Immobilizasiya nədir?
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.179
İmmmobilizasiya-müxtəlif əşyaların köməyi ilə bədənin zədələnmiş hissəsini hərəkətsizləşdirməkdir.İmmobilizasiyadan sümük sınıqlarında,çıxıqlarda, oynaqların zədələnməsində, sinirlərin, damarların və yumşaq toxumaların geniş yaralanmalarında, ətraflarda gedən iltihabı prosseslərdə istifadə olunur.
Sual № 979
Sorulmayan sintetik tikiş materialı hansıdır?
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.118
Sorulmayan tikiş materialları təbii və sintetik mənşəli olur.Təbii mənşəli sorulmayan tikiş materiallarına ipək,pambıq saplar aiddir.Sintetik mənşəli tikiş materialına lavsan,neylon,dakron,poliester,poliamid aiddir.Bu tikiş materialları əməliyyatdan 5-8 gün sonra sökülür.
Sual № 980
Sorulan təbii tikiş materialı hansıdır?
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.118
Sorulan tikiş materialları təbii və sintetik mənşəli olur.Təbii mənşəli tikiş materialına sadə və xromlaşmış ketqut;sintetik mənşəli tikiş materialına poliqlekapron,polidiaksananon,turş poliqlikol aiddir.Bu tikiş materiallarını sökmək lazım deyil.Onlar orqanizmdə 40-90 gün müddətinə fermentativ təsirə məruz qalaraq sorulur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?