987 elementdən 81-100 arası göstərilir.

Sual № 81

Doğuşdan sonra uşaqlıq boynu neçə günə tam formalaşır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 121; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 156
Doğuşdan sonra uşaqlıq boynunun tam formalaşması 3 həftədən sonra baş verir, loxi azalır, selikli olur, 5-6-cı həftədə isə tamamilə kəsilir.Kanalın tam formalaşması isə 13-cü həftənin sonunda başa çatır.

Sual № 82

Normal doğuşdan sonra uşaqlığın yığılması üçün nə etmək lazımdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 120; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 156
Normal doğmuş qadın 2 saatdan sonra zahılar palatasına keçirilir.

Sual № 83

Çanaqla döl başı arasındakı münasibəti təyin etmək üçün daxili müayinədə nəyə fikir vermək lazımdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 96; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
Daxili müayinədə ənsə gəlişi ön görkəmdə oxabənzər tikiş və əmgəyin doğuş zamanı kiçik çanağın hansı hissəsində olmasının böyük əhəmiyyəti var.

Sual № 84

Maşanı qoymaq üçün dölün başı çanağın hansı hissəsində olmalıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 322
Doğuş mexanizmi tam axıra çatmadıqda ananın və dölün vəziyyətindən asılı olaraq doğuşun II dövrünü tezləşdirmək məqsədi ilə boşluq və çıxacaq maşasından istifadə edilir.

Sual № 85

Mamalıq maşaları qoyduqda döldə hansı zədələr ola bilər?

  Ədəbiyyat: H.FBağırova. Mamalıq.Bakı-2007 səh 322-280
Doğuşun II dövrünü tezləşdirmək məqsədi ilə maşadan istifadə etdikdə bəzən döldə kəllə sümüklərinin travması baş verə bilər.

Sual № 86

Aşağıdakı halların hansında Keysəriyyə kəsiyi aparılmalıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh225
Hamilə qadınlarda dölün normal olmayan vəziyyətlərində diri uşaq vermək məqsədi ilə keysəriyyə əməliyyatı aparılır.

Sual № 87

Sidik – cinsiyyət və bağırsaq – cinsiyyət svişləri (fistula) nə vaxt baş verir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 242
Doğum fəaliyyətinin anomaliyalarında gələcək hissə uzun müddət bir nöqtədə qaldıqda toxumalar döl başı və çanaq arasında sıxılır, həmin nahiyənin qidalanması pozulur və svişlər əmələ gəlir.

Sual № 88

Doğuşdan əvvəl əllər hansı antiseptik məhlulla işlənilir?

  Ədəbiyyat: Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 6
Doğuş zamanı əllər bir neçə dəfə dezinfeksiyaedici məhlulla- xlorheksedinlə yuyulmalı və steril olmalıdır.

Sual № 89

Alfeld üsulunda əllər necə yuyulur?

  Ədəbiyyat: Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 6
Aseptika və antiseptika qaydalarına riayət etməklə doğuşu idarə etmək üçün əllər bir neçə üsulla işlənir. Bunlardan biri iki şotka və sabunlu su ilə yumaqdır.

Sual № 90

Aybaşı vaxtı uşaqlığın hansı qatı qopub düşür?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 35; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 42
Aybaşı zamanı uşaqlıqda da dəyişiklik gedir, belə ki, endometriumun funksional qatı aybaşının sonunda aybaşı qanı ilə birlikdə xaric olunur.

Sual № 91

28 günlük aybaşı siklində ovulyasiya neçənci günə təsadüf edir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 35; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 42
28 günlük aybaşı tsiklində ovulyasiya 14 -cü günə düşür. Yəni yetişmiş follikul partlayır, yumurta hüceyrə mayalanmaya qadir olur.

Sual № 92

Yetişmiş dölün başının kiçik çəp ölçüsü neçə sm - dir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 59; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 85
Ənsə gəlişi ön görkəmdə -kiçik çəp ölçü 9,5 sm olub, böyük əmgəyin ön tini ilə ənsəaltı çuxur arasında olan məsafədir .

Sual № 93

Normal hamiləliyin müddəti nə qədər olmalıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 89; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 115
Axırıncı aybaşıdan hesablanır -280 gün, 10 mamalıq (qəməri) ayı, normal doğuşun baş vermə müddəti 37-41 həftə arasında ola bilər.

Sual № 94

Təkrar doğan qadın dölün tərpənməsini nə vaxt hiss edir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 83; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 107
Təkrar doğan qadınlar dölün tərpənməsini 18-19 həftəlik hamiləlik müddətində hiss edirlər.

Sual № 95

Dölün ürək döyüntüsü 1 dəqiqədə neçə vurğu olur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 83; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 107
Normalda dölün ürək döyüntüsü 1 dəqiqədə 120-160 vurğu olur. Bundan az və ya çox olarsa bu ana bətnində döldə O2 çatışmazlığını göstərir.

Sual № 96

Hamiləliyin 1-ci rübündə qadının qidalanmasında nə üstünlük təşkil etməlidir?

  Ədəbiyyat: Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 71
Hamiləliyin 1-ci rübündə döl orqanlarının təməli qoyulduöuna görə orqanizmə zülalların, vitaminlərin və mineral maddələrin optimal miqdarda və nisbətdə daxil olması təmin edilməlidir.Hamilə təmiz havada çox olmalıdır.

Sual № 97

Dölün kürəyinin uşaqlığın soluna və sağına münasibəti necə adlanır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh76; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009səh100
I mövqedə dölün kürəyi uşaqlığın soluna , II mövqedə uşaqlığın sağına baxır. Xarici müayinənin II üsulu ilə təyin edilir.

Sual № 98

Dölün boylama oxunun uşaqlığın boylama oxuna münasibəti necə adlanır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76. M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
Dölün ana bətnində yerləşməsi boylama, köndələn və çəp vəziyyətlərdə olur. Xarici müayinə üsulu ilə təyin edilir.

Sual № 99

Xarici müayinənin III üsulunda nə təyin olunur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76. M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
Xarici müayinənin III üsulunda qasıq üzərində gələcək hissə (baş,sağrı) əllənir (gələcək hissə və onun kiçik çanaq girəcəyinə olan münasibəti təyin edilir).

Sual № 100

Çanağın 3 xarici ölçüsünü təyin etmək üçün hamiləyə hansı vəziyyət verilir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 22
Hamilə qadının böyük çanağının ölçüləri çanaqölçənlə təyin edilir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×