987 elementdən 981-987 arası göstərilir.

Sual № 981

Hansı sorulan sintetik saplar oftalmologiyada istifadə olunur?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.118
Oftalmologiyada istifadə olunan sorulan sintetik saplara poliqlekapron,polidiaksanon,turş poliqlikol aiddir.Bu saplar sökülmür,toxumada 10-30 günə qədər saxlanılır;40-90 gün müddətinə orqanizmdə fermentativ təsirə məruz qalaraq sorulur.

Sual № 982

Toxumanı kəsən alətlərə nə aiddir?

1. Skalpel
2. Pinset
3. Qayçı
4. Kornsanq
5. Mişar
6. Payer jomu

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.119
Toxumanı kəsən alətlərə skalpellər(qarıncıqlı və itiuclu),qayçılar(düz,əyri,iti və küt uclu),bıçaqlar(rezeksion və amputasion),mişarlar,kəlbətin,raspator,çəkic,yoğun iynələr,troakar,frezlər,osteotom aiddir.

Sual № 983

Bütün cərrahi alətlər neçə qrupa bölünür?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.119
Bütün cərrahi alətlər ümumi və xüsusi olmaqla iki qrupa bölünürlər.Ümumi alətlərdən bütün əməliyyatlarda istıfadə olunur.Xüsusi alətlərdən isə müxtəlif növ əməliyyatların gedışatında istifadə olunur: oftalmologiyada,otolarinqologiyada,neyrocərrahiyyədə,kardiologiya və pulmonologiyada,ginekologiya və urologiyada.

Sual № 984

İrinli yaraların cərrahi işlənməsində hidrogen peroksidin neçə faizli məhlulundan istifadə olunur?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.23
Hidrogen peroksid kimyəvi antiseptik maddə olub oksidləşdiricilər qrupuna aiddir. Hidrogen peroksidin 3%-li məhlulundan irinli və çirklənmiş yaraların yuyulmasında,səthi qan axmalarda istifadə olunur.6%,10%,30%,33% məhlullarından dezinfeksiyaedici kimi istifadı olunur.

Sual № 985

Cərrahi metal alətlərin sterilizasiyasının daha mükəmməl üsulu hansıdır?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.15
Cərrahi metal alətlərin daha mükəmməl sterilizasiya üsulu qaynar quru hava ilə xüsusi quruducu şkaflarda həyata keçirilir.Sterilizasiya 0,5-1 saat ərzində 180-220 C temperaturda quruducu şkaflarda aparılır.

Sual № 986

Əllərin C-4 (pervomur) məhlulunda işlənməsinə nə qədər vaxt lazımdır?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.16
C-4(pervomur) məhlulunun tərkibi qarışqa turşusu,hidrogen peroksid və suyun qarışığından ibarətdir.Bu qarışıq güclü antiseptik maddə olub dəri üzərində nazik təbəqə əmələ gətirir.2.4%-li məhlulu tökülmüş xüsusi ləyənlərdə əllər 1 dəqiqə müddətində işləndikdən sonra steril dəsmalla qurudulur.

Sual № 987

Əllərin xlorheksidin biqlükonatın spirtli məhlulu ilə işlənməsinə nə qədər vaxt lazımdır?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.16
Əllərin işlənməsində xlorheksidin biqlyukonatın 0.5%-li spirtli məhlulundan istifadə olunur.Əllər sabunla axar ilıq su altında yuyulduqdan sonra steril salfetlə silinir.Sonra xlorheksidin biqlyukonat məhlulunda isladılmış steril salfetlə 3 dəq.ərzində işlənilir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×