Mama
987 elementdən 101-120 arası göstərilir.
Sual № 101
I mövqedə dölün kürəyi hara baxmalıdır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76. M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
Boylama vəziyyətdə dölün kürəyi uşaqlığın sol tərəfinə, köndələn vəziyyətində isə baş sola baxır,doğuş I mövqe qeyd olunur.
Sual № 102
Ultrasəs müayinəsində dölün ürək döyünməsi neçənci həftədə təyin olunur?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76. M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
Dölün ürək döyüntüsü USM müayinəsi ilə 6- cı həftədə təyin olunur.
Sual № 103
Doğuş mexanizminin hansı anından sonra baş açılmalıdır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 96; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
Doğuş mexanizmində baş özünə istinad və ya dayaq nöqtəsi tapdıqdan sonra açılır. Bu doğuş mexanizminin III momenti adlanır.
Sual № 104
Normada dölyanı maye nə vaxt axmalıdır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 89; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 115
Doğuşun I dövrünün sonuna yaxın dölyani maye axmalıdır. Bəzən vaxtından əvvəl , erkən axır. Bu zaman doğum fəaliyyətinin zəifliyi əmələ gəlir.
Sual № 105
Uşaq doğulduqdan sonra mama nə etməlidir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 89; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 115-138
Uşaq doğulduqdan sonra mama onu ananın qarnının üzərinə qoyur (dəri-dəriyə təması üçün) .
Sual № 106
Təbii yolla olan doğuşlarda son dövrünü idarə etmək üçün mama nə etməlidir?
Ədəbiyyat: Zahılıq dövrünün qanaxmaları üzrə klinik protokol.Bakı -2008
Son dövrünü idarə etmək üçün mama qarnı palpasiya edib digər uşağın olmamasına əmin olduqdan sonra doğuşun 3-cü dövrünü aktiv aparmalı (vena daxilinə oksitosin yeridilir, göbək ciyəsindən tutub çəkilir ,cift xaric olduqdan sonra (onun tamlığına əmin olunur), uşaqlıq yığılana qədər onun xarici masajı edilir.Bu halda doğuşdan sonra qanaxma riski 60 %-ə qədər azalır.
Sual № 107
İlk doğan qadınlarda fizioloji doğuşun ümümi müddəti nə qədər olmalıdır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 93
İlk doğan qadınlarda fizioloji doğuşun ümümi müddəti 12-14 (16) saat ( açılma, qovulma, son dövrü) olub, təkrar doğanlara nisbətən uzun çəkir.
Sual № 108
Doğuşdan sonra gecikmiş zahılıq dövrü neçə saatdan sonra başlayır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 159
2 saatdan sonra başlayır və doğan qadın zahılar palatasına keçirilir.
Sual № 109
Dölün doğum yollarını keçərkən etmiş olduğu hərəkətlərin cəmi necə adlanır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 96; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
Dölün başı doğuş yollarını keçərkən bükülür, irəliləyərək fırlanır, sonra açılır, nəhayət baş xaricdə, gövdə daxildə fırlanır.
Sual № 110
Normal doğuşda göbək ciyəsi nə vaxt kəsilir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 134
Normal doğuşda göbək ciyəsində pulsasiya kəsildikdən sonra göbək ciyəsi kəsilir. 2 sıxıcı qoyulur. Biri ana tərəfdən,o biri döl tərəfdən,ara nahiyə spirtlə,yodla silindikdən sonra kəsilir, ciftdən ayrılır.
Sual № 111
Sağlam yeni doğulmuşun vəziyyəti 1dəqiqə sonra Apqar şkalası ilə neçə balla qiymətləndirilməlidir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 165; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 355
Sağlam yeni doğulmuşun vəziyyəti 1-dəq. sonra Apqar şkalası ilə 8-10 balla (5 üzvə görə- tənəffüs,dərinin rəngi, reflektor oyanıqlıq, ürək döyüntüləri, əzələ tonusu (0,1,2 bal.) qiymətləndirilir.
Sual № 112
Asfiksiyada doğulmuş uşağa ilk yardım nədən başlanılır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 134
Asfiksiyada doğulmuş uşağa ilk yardım tənəffüs yollarından seliyin xaric edilməsindən başlanılır.
Sual № 113
Nə zaman dölün bətndaxili profilaktikasının aparılması effektsiz sayılır ?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 354; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 177
Müasir dövrdə döldə hipoksiya təsdiqlənirsə profilaktikanın aparılması effektsiz sayılır,bu zaman hamiləlik mümkün qədər tez başa çatdırılmalıdır.
Sual № 114
Arterial təzyiqi ölçərkən mama nəyə fikir verməlidir?
Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2008 səh 14
Arterial təzyiqi ölçərkən mama qeyd olunanların hamısına fikir verməlidir.
Sual № 115
İlk psixoprofilaktika harada və kimlərlə aparılmalıdır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 109
Bütün hamilə qadınlara qadın məsləhətxanasında ilk psixoprofilaktika aparılmalıdır. Qadın məsləhətxanasında psixoprofilaktik dərslər keçirilir. Doğuş haqqında, doğuşun fizioloji proses olduğu , ağrının aradan götürülməsi haqqında söhbət aparılır.
Sual № 116
Yeni doğulmuş neçə saatdan bir əmizdirilməlidir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 350; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 168
Yenidoğulmuş nə qədər tələb edərsə o qədər əmizdirilməlidir. Əvvəllər 3 saatdan bir əmizdirilirdi Son zamanlar Unisefin məsləhəti ilə tələb olunan qədər əmizdirilir. Hər əmizdirmə 20-25 dəqiqə olmalıdır.
Sual № 117
Sağlam zahı qadınlarda uşaqlıq nə vaxt qasıq nahiyyəsi üzərində əllənmir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 157
Sağlam zahı qadınlarda uşaqlıq 10-cu gün qasıq bitişməsindən 5-6sm yuxarı olur,ancaq 11-ci gundən sonra qasıq nahiyyəsi üzərindən əllənmir.
Sual № 118
Mama aşağıdakı hallardan hansını etməməlidir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100-138; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 134
Uşaqlıq boşluğunu qaşımaq hüququ həkimə məxsusdur.
Sual № 119
Hansı hallarda həkim olmadığı şəraitdə mama qadına təcili yardım göstərə bilər?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 217
Mama həkim olmayan hallarda doğuşu sağrı gəlişində idarə etmək imkanına malikdir.
Sual № 120
Zahılıq şöbəsində işləyən mamanın əsas işi nədən ibarətdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 20-120; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 4-9
Mamanın əsas işi zahının ümumi vəziyyətinə nəzarət və həkimin təyinatlarını yerinə yetirməkdir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?