Mama
987 elementdən 121-140 arası göstərilir.
Sual № 121
İki yumurta əkizləri üçün nə xarakterik deyil?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 115
Mayalanmış iki yumurta hüceyrə uşaqlığa düşdükdən sonra hər ikisinin sərbəst olaraq öz ciftləri,qan dövranı,ayrı-ayrı qişaları əmələ gəlir.Hər bir cift öz dölünün qidalanmasını və inkişafını təmin edir.Ciftlər uşaqlıq daxilində yanaşı və ayrı yerləşə bilər.Bir yumurta əkizlərində isə eyni qan qrupu, bir - birinə oxşar , eyni cinsli olurlar. Bir ciftlə qidalanırlar.
Sual № 122
Çox döllü hamiləlik üçün əsas nə xarakterikdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 115
Belə hamiləliklər çox vaxt vaxtından əvvəl doğuşla nəticələnir.
Sual № 123
Çoxdöllü hamiləlikdə hansı hala az rast gəlinir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 115
Belə hallarda vaxtı ötmüş hamiləliyə çox az rast gəlinir.
Sual № 124
Çoxdöllü hamilə qadın stasionara nə vaxt göndərilməlidir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 115
Belə hamiləliklər çox vaxt vaxtından əvvəl doğuşla nəticələndiyi üçün vaxtından qabaq patologiya şöbəsinə göndərilir.
Sual № 125
Çoxdöllü hamiləlikdə I döl doğulduqdan sonra ilk növbədə nə etməli?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 115
I döl doğulduqdan sonra ilk növbədə xarici müayinə ilə II dölün vəziyyyətini ,gələcək hissəni, ürək döyünməsini və sancıların xarakterini təyin etmək lazımdır.
Sual № 126
Təmiz sağrı gəlişində doğuş hansı üsulla idarə edilir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 217
Uşaqlıq boynu tam açıq olduqda dölün təmiz sağrı gəlişində doğuş Sovyanov üsulu ilə idarə edilir.
Sual № 127
Sovyanov üsuli ilə doğuşun idarə edilməsində məqsəd nədən ibarətdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 217
Sovyanov üsulu ilə doğuşu idarə etdikdə baş verən ağırlaşmalardan biri dölün başının açılmasıdır. Ona görə doğuşu düzgün idarə etmək lazımdır.
Sual № 128
Çanaq gəlişində baş hansı ölçü ilə xaric olur?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 217
Çanaq gəlişində başda konfiqurasiya getmədiyi üçün kiçik çəp ölçü – 9,5 sm (diametri 32 sm) ilə doğulur.
Sual № 129
Sağrı və ayaq gəlişlərində açılmış baş hansı üsulla azad edilir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh217
Sağrı və ayaq gəlişində açılmış baş Moriso-Levro üsulu ilə azad edilir.
Sual № 130
Göbək ciyəsinin düşməsi hansı halda mümkündür?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 225
Dölün köndələn vəziyyətində gələcək hissə olmadığı üçün dölyanı maye axarkən xırda hissələrin düşməsi mümkündür.
Sual № 131
Hamiləliyin erkən toksikozu zamanı hansı əlamət qeyd oluna bilər ?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 135
Hamiləliyin ilk aylarında qadının həddindən artıq qusması getdikcə qadının çəkisinin azalmasına səbəb olur və bətn daxilində inkişaf edən döl üçün təhlükə yaranır.
Sual № 132
Həddindən artıq qusmada hamilədə nə baş verir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 135
Hamiləlik zamanı həddindən artıq qusmada nəbzin tezləşməsi, çəkinin azalması, ana və döl üçün təhlükə yaranır.
Sual № 133
Hamiləliyin nadir forma ağırlaşmasına nə aiddir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 139
Sarılıq bəzən virus hepatitinin simptomu, öddaşı xəstəliyində ola bilər. Ancaq hamiləlik zamanı qaraciyər hüceyrələrində zülal və piy mübadiləsinin dəyişməsi nəticəsində onun həcmi kiçilir, sarılıq inkişaf edir,sonra kəskin sinir pozulması ilə baş verə bilən nadir ağırlaşmaya təsadüf olunur. Ağır xəstəlikdir. Çox vaxt ölümə səbəb olur. Sağalma ehtimalı çox azdır.
Sual № 134
Qusma əleyhinə hansı dərman istifadə edilir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 135
Qusma əleyhinə serukaldan istifadə edilir.
Sual № 135
Orta dərəcəli preeklampsiya üçün xarakterik əlamət hansıdır?
Ədəbiyyat: Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası üzrə klinik protokol.Bakı-2009.
Hamiləliyin gec müddətinin ağırlaşmaları üçün proteinuriya xarakterik əlamətdir. Əgər vaxtında müalicə aparılmasa, ana və döl üçün təhlükə yaranır.
Sual № 136
Sidikdə zülalı təyin etmək üçün nədən istifadə edilir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 67; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 88
Doğmağa gələn qadınlarda qəbul şöbəsində sidikdə zülalın müayinəsi sulfasil turşusu ilə aparılır.
Sual № 137
Ağır preeklampsiyanın bazis mıalicəsində nədən istifadə edilir?
Ədəbiyyat: Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası üzrə klinik protokol.Bakı-2009.
Ağır preeklampsiyanın bazis mıalicəsində huşu aydın olduqda təcili olaraq maqnezium-sulfat fizioloji məhlulla vena daxili yeridilir və eklampsiyanın profilaktikası məqsədilə təyin edilir.
Sual № 138
Hamiləliyin gecikmiş ağırlaşmalarının bütün formalarının ümumi cəhətləri hansılardır?
1. Hamiləliklə əlaqədardır
2. Mərkəzi sinir sistemində dəyişiklik müşahidə olunur
3. Böyrəklərin funksiysı zəifləyir
4. Arteral təzyiq artır
5. Sadalananların hamısı
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 149
Hamiləliyin gecikmiş ağırlaşmalarının hər bir forması özünə məxsus tipik klinik əlamətlərlə keçir.Lakin sadalananların hamısı onların bütün formalarının ümumi cəhətləri sayılır.
Sual № 139
Vena daxilinə neçə faizli eufillin yeridilir?
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985 səh. 194
Vena daxilinə vurulan eufillin 2,4%-dir.
Sual № 140
Maqnezium- sulfat necə vurulur?
Ədəbiyyat: Ağır preeklampsiya və eklampsiyanın reanimasiyası üzrə klinik protokol.Bakı-2009.
Preeklampsiya və eklampsiyanın müalicəsində maqnezium-sulfat vena daxilinə fizioloji məhlulla yeridilir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?