987 elementdən 141-160 arası göstərilir.

Sual № 141

Furasemidin sinonimi hansıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 139
Sidikqovucu məqsədi ilə ödemi aradan götürmək üçün laziksdən istifadə edilir.

Sual № 142

Fəsadlaşmış mamalıq anamnezi olan hamilə qadınlar harada doğmalıdırlar?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 20; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 4
Belə hamilələr ixtisaslaşmış doğum evlərində doğmalıdır.

Sual № 143

Şəkərli diabeti olan anadan doğulan uşaqda ilk növbədə nəyi yoxlamaq lazımdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 16
Belə uşaqlarda ilk növbədə şəkəri yoxlamaq lazımdır.

Sual № 144

Rh (–) faktoru olan qadının təkrar doğuşlarında yeni doğulmuş nə vaxt döşə verilir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 302
Rh (–) faktoru olan qadının təkrar doğuşlarında yeni doğulmuş uşağın Rh statusından asılı olmayaraq döşə qoyulur .

Sual № 145

Dölün bətndaxili anomaliyalarına əsasən hansı xəstəlikdə rast gəlinir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 280-94
Dölün bətn daxili anomaliyalarına səbəb olan xəstəliklərdən biri ananın məxmərək keçirməsidir.

Sual № 146

Beçəxorda uşaqlığın ölçüsü necə olur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 291
Uşaqlığın ölçüsü hamiləliyin müddətindən böyük olur, dölün inkişafına mane olur, mərci toxumundan albalı giləsi böyüklüyünə qədər açıq rəngli maye ilə dolu qovuqcuqlar əmələ gəlir və üzüm giləsini xatırladırlar.

Sual № 147

Doğuş zamanı baş verən qıcolma tutmaları aşağıdakıların hansında baş verir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 139
Doğuş zamanı baş verən qıc olma tutmaları eklampsiya üçün xarakterikdir.

Sual № 148

Hipoproteinemiyanı aradan götürmək üçün nədən istifadə olunur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 139
Hipoproteinemiyanı aradan götürmək üçün albumin təyin edilir.

Sual № 149

Beçəxordan müalicə almış qadın harada dispanser müşahidəsində olmalıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 291
Beçəxordan müalicə almış xəstə qadın məsləhətxanasında 2-3 il dispanser müşahidəsində olmalıdır.

Sual № 150

Dölyanı mayenin az və çox olmasının səbəbi nə ilə əlaqədardır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 41; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 54
Dölyani mayenin az və çox olmasının xroniki və kəskin formaları var. Dölyani mayenin əmələ gəlməsi amnion qişanın epitelinin ifrazatının az və çox olmasından asılıdır.

Sual № 151

Doğuş vaxtı döl qişası nə vaxt süni açılır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100-317; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 134
Uşaqlıq boynu tam açıq olanda dölyani maye axmazsa, onda su kisəsinin süni açılması və ehtiyatla dölyani mayenin buraxılması məsləhətdir. Çünki gələcək hissənin yavaş-yavaş enməsinə şərait yaranır.

Sual № 152

Spina – bifida nə deməkdir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 280-294
Doğuş vaxtı dölün anadangəlmə anomaliyalarına təsadüf edilir. Belə hallardan biri onurğa sütununun yırtığıdır. Ona görə bütün hamilə qadınlar hamiləlik müddətində USM müayinəsindən keçməlidirlər ki, vaxtında anadangəlmə anomaliyalar təyin edilsin və hamiləliyi pozmaq mümkün olsun.

Sual № 153

Bətndaxilində dölün inkişafı üçün təhlükə yaradan vəziyyətə nə səbəb ola bilər?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 354; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 177
Bəzən hamiləlik və doğuş vaxtı dölün inkişafı üçün təhlükə yaradan vəziyyətə dölyanı mayenin yaşıl rəngdə olması səbəb ola bilər .Dölyani mayenin xarakteri haqqında məlumat əldə etmək üçün amniosentez, amnioskopiya üsulundan istifadə edilir.

Sual № 154

Düşük təhlükəsi üçün xarakterik əlamət nə ola bilər?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 168
Hamiləliyin hər hansı bir səbəbdən pozulması halı baş verə bilər. Düşük təhlükəsi olarsa qarının aşağı hissəsində ağrılar olur. Ancaq uşaqlıq boynu bağlı olduğu üçün hamiləliyi saxlamaq mümkündür.

Sual № 155

Vaxtı ötmüş hamiləlikdə döldə nə baş verə bilər?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 180
Döl uşaqlıqda 42 həftədən artıq qalarsa dəri örtükləri üzərindəki xüsusi maddə itməyə başlayır (pendirvari maddə). Bu müdafiəedici qatın itirilməsi ilə əlaqədar olaraq dərinin dölyani sularla bilavasitə kontaktı olur və dəri büzüşür. Dərialtı piy toxuması azalmağa başlayır.

Sual № 156

Vaxtı keçmiş hamiləlik əsasən necə sona çatdırılır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 180-343
Çox hallarda vaxtı ötmüş hamiləlikdə ciftdəki qocalma ilə əlaqədar olaraq dölün bətndaxili hipoksiyası başlayır. Dölün KTQ-də dəyişiklik olur. Doğum fəaliyyətinin stimulyasiyası effektsiz olarsa ,vaxtı keçmiş hamiləlik əsasən keysəriyyə kəsiyi ilə başa çatdırılır .

Sual № 157

Dölyanı maye vaxtından qabaq axarsa doğuşu nə vaxt stimulə etmək olar?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100-202
Birincili doğum zəifliyi sancıların tezliyindən və xarakterindən, uşaqlığın tonusundan, uşaqlıq boynunun açılmasının dinamikasından asılıdır. Doğum zəifliyində doğuşda latent faza 6 saata qədər uzanır. Uşaqlıq boynunun açılması aktiv fazada 1,2 sm/saat (birincili doğanlarda), 1,5 sm/saat təkrar doğanlarda azdır. Dölyani maye vaxtından qabaq axarsa doğuşun aparılma taktikası hamiləliyin müddətindən asılı olaraq həll edilir.

Sual № 158

Mama doğuşu stimulə etmək üçün fizioloji məhlulda nəyi həll etməlidir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100-202
Uşaqlığın oksitosinə qarşı reaksiyası dölün qovulma mərhələsində daha güclü olur. Ona görə də bu mərhələdə oksitosin təyin edilir.

Sual № 159

Hamilənin qadın məsləhətxanasına VI gəlişi (38-ci həftədə) zamanı nə etmək lazımdır?

  Ədəbiyyat: Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokol.Bakı-2008 səh 9
Hamilənin qadın məsləhətxanasına VI gəlişi (38-ci həftədə) zamanı qeyd olunanların hamısı yoxlanılmalıdır.

Sual № 160

Doğuşu stimulyasiya etmək üçün hansı dərmandan istifadə edilir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100-202
Enzoprost prostoqlandinlərin ifrazını, uşaqlığın tonusunu artırır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×