Mama
987 elementdən 161-180 arası göstərilir.
Sual № 161
Klinik dar çanaq diaqnozu nə vaxt qoyulur?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh209
Dölyani mayenin axması, doğum fəaliyyətinin zəifliyi ,döl başı ilə çanaq girəcəyi arasında uyğunsuzluğa səbəb olur. Klinik dar çanaq diaqnozu yalnız doğuş vaxtı qoyulur.
Sual № 162
Çanağın daralma dərəcəsi nəyə əsaslanır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 209
Xarici konyuqatadan 9 sm çıxılır və çanaq girəcəyinin düz ölçüsü (həqiqi konyuqata) təyin edilir (11 sm). 4 daralma dərəcəsi var.
Sual № 163
II dərəcəli dar çanağın həqiqi konyuqatası neçə sm - dir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 209
Həqiqi konyuqata bir az daralır. 9 – 7 sm
Sual № 164
III və IV dərəcəli dar çanaqlarda doğuş necə qurtarır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 209
Baş doğum yollarından keçə bilmir və doğuşu təbii doğum yolları ilə başa çatdırmaq mümkün deyil. Ona görə də əməliyyat aparılır.
Sual № 165
Baş nə vaxt şaquli ölçü ilə xaric olur?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 228
Üz gəlişində baş şaquli ölçüsü ilə doğulur (sifəti ilə). Dilaltı sümükdən böyük əmgəyin ortasına kimi 9,5-10 sm-dir.
Sual № 166
Üz gəlişində dayaq nöqtə hansıdır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 228
Sifətin kiçik çanaqda hərəkəti zamanı dilaltı sümük simfizin altına fiksasiya olunur.
Sual № 167
Üz gəlişində doğum yollarından ilk görünən nə olur?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 228
Dilaltı sümük fiksasiya olunduqdan sonra cinsiyyət yarığından ağız görünur.
Sual № 168
Xarici qanaxmaya nə səbəb ola bilər?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 234
Bir çox səbəblərdən normal yerləşmiş ciftin vaxtından qabaq ayrılması xarici qanaxmaya səbəb olur. Mama doğuşu idarə etmək üçün düzgün taktika seçməlidir (su kisəsinin açılması).
Sual № 169
Uşaqlığın cırılmasına əsas səbəb nə ola bilər?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 247
Əgər 1–ci doğuş keysəriyyə kəsiyi ilə nəticələnibsə, onda II hamiləliyi 3 ildən sonra planlaşdırmaq lazımdır. Əks halda uşaqlığın cırılması təhlükəsi yaranar.
Sual № 170
Vasten əlaməti nəyi göstərir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 209
Vasten əlaməti klinik uyğunsuzluğu- kiçik çanaq ilə döl başının ölçülərinin uyğun olmamasını göstərir.
Sual № 171
Uşaqlıq nə vaxt qum saatı formasını alır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 248
Uşaqlığın cırılma təhlükəsi olduqda uşaqlığın aşağı seqmenti gərilir,nazikləşir,palpasiya zamanı kəskin ağrılı olur, eyni zamanda uşaqlığın girdə bağları da gərgin və ağrılı olur .Uşaqlıq boynu tam açıq olduğu zaman kontraksion həlqə göbək səviyyəsinə qədər qalxır ,bəzən çəp vəziyətdə olur. Uşaqlıq qum saatı formasını alır
Sual № 172
Çoxdöllü hamiləlikdə I döl doğulduqdan sonra əsas hansı patologiya baş verə bilər?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 115
I döl doğulduqdan sonra təkrari xarici və daxili müayinə aparılır. Əgər qanaxma olarsa, mütləq doğuşu necə qurtarmaq məsələsi həll edilməlidir.
Sual № 173
Uşaqlığın tam cırılmasında nə baş verir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 247
Qarında əvvəl güclü ağrılar əmələ gəlir,sonra doğum fəaliyyəti kəsilir. Qanaxma ilə əlaqədar qadının vəziyyəti ağırlaşır, şoka düşür.
Sual № 174
Uşaqlıq boynu 2 sm – dən çox cırılarsa neçənci dərəcə sayılır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 246
Uşaqlıq boynu 2 sm-dən çox cırılarsa, müəyyən intensivlikdə qanaxma ilə müşayiət olunur. Ona görə də doğan qadının uşaqlıq boynu yoxlanılmalı və tikiş qoyulmalıdır.
Sual № 175
Uşaqlıq boynunun cırığı hansı sapla tikilir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 246
Sökməyə ehtiyac olmur, çünki öz-özünə sorulur.
Sual № 176
Aralığın II dərəcəli cırığında tikişlər nə vaxt sökülür?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 246
Aralığın II –ci dərəcəli cırığında tikişi 5 – ci gün sökülür.
Sual № 177
Perineotomiya nə vaxt icra edilir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 319
Aralığın hündür və cırılmağa meyilli olan hallarında doğuşun II dövründə döl başının çıxması üçün mərkəzdən kəsik aparılır.
Sual № 178
Keysəriyyə əməliyyatından 30 dəqiqə qabaq hamiləyə nə vurulur?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 343
Əməliyyatdan əvvəl uşaqlıqda olan spazmaları götürmək üçün atropin və dimedrol istifadə edilir.
Sual № 179
Keysəriyyə əməliyyatından sonra tikiş nə vaxt sökülür?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 343
Əməliyyatdan sonra regenerasiya tez getdiyi üçün xaricdən tikişlər sökülmür (kosmetik tikiş qoyulur).
Sual № 180
Ciftin uşaqlıq divarına həqiqi bitişməsi olarsa nə etmək lazımdır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 237
Ciftin həqiqi bitişməsinə az rast gəlinir. Bu zaman ciftin lifləri uşaqlığın içərisinə daxil olduğu üçün ayrıla bilmir. Uşaqlığın ekstirpasiyası əməliyyatı aparılır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?