Terapiya

1.870 elementdən 741-760 arası göstərilir.

Sual № 741

AŞ zamanı ilk seçim preparatı aşağıdakılardan hansıdır?

  Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 157

Sual № 742

Aşağıdakılardan hansı formoterolun farmakoloji xüsusiyyətlərinə aid deyil?

  Ədəbiyyat: Р.М.Xаитов, Н.И.Ильин национальное руководство ―Аллергология и иммунология‖ 2009, səh.112

Sual № 743

AŞ zamanı uşaqlar və böyüklər üçün adrenalinin birdəfəlik ə/d yeridilmə dozası?

  Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 198
Анафилактический шок: в/в медленно 0.1—0.25 мг, разведенных в 10 мл 0,9 % раствора NaCl, при необходимости продолжают в/в капельное введение в концентрации 0.1 мг/мл. Когда состояние пациента допускает медленное действие (3—5 мин), предпочтительнее введение в/м (или п/к) 0.3—0.5 мг в разбавленном или неразбавленном виде, при необходимости повторное введение — через 10—20 мин (до 3 раз).

Sual № 744

AŞ zamanı inkişaf edən bronxoobstruktiv sindromu əsas seçim preparatı aradan götürməyibsə, aşağıdakılarlardan hansı istifadə edilə bilər?

  Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 159 15:44:24
AŞ əleyhinə tədbirlər:
Adrenalin seçim preparatı olaraq şokun ilkin əlamətləri aşkar edilən kimi yeridilməlidir (AT-yə nəzarətlə). Adrenalin inyeksiyası hətta şokun diaqnozuna şübhə olduqda belə həyati göstərişlə aparılmalıdır.
Adrenalinin uzun iynə ilə, bud nahiyəsinin ön-yan səthinə, əzələdaxili yeridilməsi daha yaxşıdır. Preparatın əzələdaxili yeridilməsi digər daxil edilmə yolları (dərialtı, inhalyasion, sublinqval) ilə müqayisədə daha üstündür, çünki bu yol preparatın maksimal dərəcədə tez və tam absorbsiyasına nail olmağa imkanverir.
Adrenalin 0,3-0,5 ml (0,3-0,5 mq) dozada ə/d yeridilir. Yaxşı olar ki, preparatın 0,1-0,2 ml-i allergenin təsir etdiyi tərəfə və 0,3 ml-i isə əks tərəfin bud nahiyəsinə yeridilsin. Zərurət olduqda preparat təkrarən hər 5 dəqiqədən bir, maksimum 1,2 mq dozaya qədər yeridilə bilər. Davamlı hipotoniya zamanı vena daxilinə adrenalinin 1:10 000 nisbətində olan məhlulunun yeridilməsi göstərişdir (1:1000 nisbətində həll olunmuş məhlulu bu şəkildə v/d tətbiq etmək olmaz!). Bu məqsədlə 1:1000 nisbətində olan 1 ml adrenalin məhlulu 10 ml fizioloji məhlulda həll edilir. Alınmış məhlul (1:10 000) 5-10 dəqiqə ərzində AT-yə nəzarətlə v/d yeridilir.
Böhranlı vəziyyətlərdə adrenalin məhlulunun v/d infuziyasına başlanılır. Bunun üçün 1:1000 nisbətində olan 1 ml adrenalin məhlulu 250 ml 5%-li qlükoza məhlulunda və ya 0,9%-li natriumxlorid və ya Ringer məhlulunda qarışdırılır (alınmış adrenalin məhlulunun qatılığı 4 mkq/ml təşkil edir). İlk daxil etmə sürəti – 1 mkq/dəq təşkil edir. Effektiv nəticə əldə edilmədikdə və əks-təsirlər olmazsa, dozanı 4 mkq/dəq qədər artırmaq olar. AŞ zamanı hətta nisbi əks-göstərişlər olduqda belə adrenalin həyati göstərişlə tətbiq edilir, çünki potensial fayda mümkün risklərdən əhəmiyyətli dərəcədə yüksəkdir.
Adrenalinə kifayət kədər müsbət cavab reaksiyası olmadıqda, noradrenalin (ilkin doza 0,05-0,1 mkq/kq/dəq), yaxud vazopressin (2-10 BV v/d – cavab alana qədər), yaxud qlükaqon (1-2 mq v/d – cavab alana qədər) tətbiq edilməsi tövsiyə olunur. Qlükaqonun tətbiqi anamnezində beta-blokatorların qəbulunu qeyd edən pasiyentlərə xüsusilə göstərişdir. Adrenomimetiklərin istifadəsi ilə yanaşı orta dozalarda qlükokortikosteroidlər tətbiq edilir. QKS seçimi prinsipial deyil, aşağıdakı preparatlardan biri göstərilən ekvivalent dozalarda istifadə olunur:
1 Deksametazon 8-32 mq;
2 Hidrokortizon 250 mq;
3 Prednizolon 90-120 mq;
4 Betametazon 8-32 mq.
QKS-lər anafilaksiya, müxtəlif lokalizasiyalı ödemlər, bronxoobstruktiv sindromun tezliklə aradan qaldırılması və anafilaktik reaksiya dalğalarının profilaktikası üçün əhəmiyyətlidir. Müalicəyə cavab verməyən və ya vəziyyəti qeyri-sabit olan xəstələrdə qanın həcminin kolloid və kristalloid mayelərlə adekvat tənzimlənməsi və pasiyentlərin xəstəxanaya təcili çatdırılması zəruridir.
Kolloid və kristalloid məhlullar dövr edən qanın maye həcmini bərpa etmək, hemokonsentrasiyanı normallaşdırmaq və AT-ni effektiv şəkildə sabitləşdirmək məqsədi ilə infuziya edilir. Venadaxili yol mövcud olduqda, venadaxili infuzion terapiya təxirə salınmadan həyata keçirilir. 1000 ml fizioloji məhlulun yeridilməsi tövsiyə olunur, bu zaman məhlulun ilk 500 ml-i sürətlə infuziya edilir. Kiçik molekullu dekstran və ya Ringer məhlulunun yeridilməsi də mümkündür. İnfuziya edilən mayenin miqdarı AT və mərkəzi venoz təzyiqin (MVT) göstəriciləri, həmçinin xəstənin ümumi vəziyyətinə əsasən müəyyən edilməlidir.
Antihistamin preparatlar AŞ-nin müalicəsində ikinci sıra vasitələrə aiddir. Antihistamin preparatlar ilə terapiya AT-nin tam sabitləşməsi və AT-ni artıran preparatların yeridilməsinin dayandırılması fonunda aparılır. 1%-li dimedrol məhlulu, yaxud tavegil və ya 2%-li suprastin məhlulu ə/d və ya v/d üsulla yeridilir. Fenotiazin törəmələrinin (pipolfen, diprazin) qabarıq hipotonik effekti, mərkəzi sinir sisteminə göstərdiyi ləngidici təsir və sensibilizasiyaedici qabiliyyəti ilə əlaqədar olaraq, onların anafilaktik reaksiyaların müalicəsində parenteral tətbiqi məqsədəuyğun sayılmır.
Adrenalin yeridilməsinə baxmayaraq bronxoobstruktiv sindrom davam edərsə, bu zaman 2,5-5 mq dozada (zərurət olduqda təkrar edilir) salbutamol, yaxud albuterol ilə (inhalyasion və ya v/d) bronxolitik terapiyanın aparılması göstərişdir. Bu zaman 20 dəqiqə ərzində v/d 5-6 mq/kq dozada aminofillin yeridilməsi də mümkündür. Ürək ritminin pozğunluqları ehtimalı ilə əlaqədar olaraq onu ehtiyatla tətbiq etmək lazımdır.
AŞ-nin penisillin istifadəsi nəticəsində inkişafı zamanı 1 000 000TV dozada penisillinazanın ə/d yolla yeridilməsi göstərişdir.

Sual № 745

Aşağıda göstərilən preparatlardan hansılarını qəbul edən şəxslərdə AŞ-un gedişatı daha ağır olur?

  Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.163
Anafilaktik şok (AŞ) – həyat üçün təhlükə yaradan kəskin böhranlı vəziyyətdir, sürətlə inkişaf edərək ağır hemodinamik pozğunluqlar törədir, orqanizmdə dərin hipoksiya yaradır, həyati vacib orqanların zədələnməsi ilə müşayiət edilir. AŞ sürətli immunoloji reaksiya kimi, sensibilizasiya olmuş orqanizmə allergenin təkrar daxil olması zamanı tosqun hüceyrələrdən və bazofillərdən mediatorların xaric olması nəticəsində əmələ gəlir. Göründüyü kimi AŞ-u sensibilizasiya olmuş orqanizm yaradır və ağırlıq sensibilizasiyanın dərəcəsindən asılıdı.

Sual № 746

49-yaşlı qadın xəstə xəstəxanaya aşağıdakı şikayətlər ilə müraciət edib: subfebril hərarət, dəri üzərində bütün bədən boyu qızılcayabənzər səpkilər, hər iki diz oynaqlarındakı ağrılar. Aparılan müayinə zamanı generalizəolunmuş limfoadenopatiya və splenomeqaliya aşkarlandı. Anamnezindən məlum oldu ki, xəstəyə 10 gün öncə it dişləməsinə görə antirabik vaksinasiya aparılıb. Düşündüyünüz ilkin diaqnoz:

  Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.532

Sual № 747

Aşağıda göstərilən hansı preparatlar AŞ-un müalicəsində istifadə olunmur?

  Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.158

Sual № 748

Layella sindromu üçün nə xarakterikdir?

  Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531

Sual № 749

Stivens-Conson sindromu üçün nə xarakterikdir?

  Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531

Sual № 750

AŞ zamanı hamilə qadınlarda kaval kompressiyanın qarşısını almaq üçün aşağıdakı tədbirlərdən hansının keçirilməsi zəruridir?

  Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.156 15:44:26

Sual № 751

Atopik dermatit üçün nə xarakter deyil?

  Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 442 15:44:26

Sual № 752

Layella sindromu hansı xəstəliyin ağır formasıdır:

  Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531 15:44:26

Sual № 753

Hansı xəstəlikdə Nikolski simptomu müsbətdir?

  Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531 15:44:26

Sual № 754

Cell və Kumbsa görə allergik reaksiyaların neçə tipi ayırd edilir?

  Ədəbiyyat: Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh.9

Sual № 755

Xəstə qadın, 51 yaşında 2 gündür ki davam edən, bədən hərarətinin artması, təngnəfəslik, öskürək, başağrıları, əzələ və oynaqlarında olan ağrılardan şikayət edir. Dediyinə görə bu əlamətlər onda evə saxlamaq üçün tutuquşu gətirəndən yarım gün sonra yaranıb. Quşu evdən kənarlaşdırdıqdan sonra xəstənin vəziyyəti bir qədər yaxşılaşıb. Sizin ehtimalınız :

  Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 585

Sual № 756

Aşağıda qeyd edilmiş hansı qrup preparatlar anafilaktoid reaksiyalar törədə bilər?

  Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 530

Sual № 757

Uzuntəsirli dərman preparatlarından yaranmış anafilaktik şok üçün əsasən hansı klinik gedişat səciyyəvidir?

  Ədəbiyyat: «Аллергология и иммунология», национальное руководство. Р.М. Хаитов, 2009, ст. 484

Sual № 758

Atopik dermatitin kəskinləşməsinə səbəb ola bilən faktorlara nə aid deyil?

  Ədəbiyyat: ―Allerji hastalıklarda yeni ufuklar‖, Fuat Kalyonçu, 2007, səh.231 15:44:28

Sual № 759

Hamilələrdə BA müalicəsində hansı inhalyasion qlükokortikoid daha etibarlı hesab edilir?

  Ədəbiyyat: ―Allerji hastalıklarda yeni ufuklar‖, Fuat Kalyonçu, 2007, səh.136

Sual № 760

Hansı variant övrə qeyri immunoloji mexanizmə malikdir?

  Ədəbiyyat: ―Allerji hastalıklarda yeni ufuklar‖, Fuat Kalyonçu, 2007, səh.250 15:44:29
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×