Terapiya

1.870 elementdən 1.341-1.360 arası göstərilir.

Sual № 1341

Stenokardiya diaqnozunu qoyduqda aşağıda göstərilənlərdən hansına böyük əhəmiyyət verilir?

  Ədəbiyyat: Ağayev M.M. ―Daxili xəstəliklər‖I cild, Bakı, 2006 s.160 08.12.2015 16:37:33

Sual № 1342

Molsidominin tətbiqinə bunlardan hansı əks göstərişdir?

  Ədəbiyyat: Ализаде И.Г., Караева Н.Г. Ишемическая болезнь сердца: Стенокардия- 234 вопроса и ответа. Баку, Мутарджил 2010, ст.64-65 08.12.2015 16:37:34

Sual № 1343

Koraksanın tətbiqi üçün göstəriş nədir?

  Ədəbiyyat: Ализаде И.Г., Караева Н.Г. Ишемическая болезнь сердца: Стенокардия - 234 вопроса и ответа Баку, Мутарджил 2010, ст.85 08.12.2015 16:37:34

Sual № 1344

Miokard infaktı zamanı hansı halda β-adrenoblokatorların təyini əks göstərişdir?

  Ədəbiyyat: Ağayev M.M. ―Daxili xəstəliklər‖I cild, Bakı, 2006 s.179 08.12.2015 16:37:34

Sual № 1345

Aşağıda miokard infarktı zamanı qəfləti ölüm törədə bilən səbəblər göstərilib. Hansı hal bu səbəblərə aid deyil?

  Ədəbiyyat: Ağayev M.M. ―Daxili xəstəliklər‖I cild, Bakı, 2006 s.231

Sual № 1346

Cavan kişidə daban mahmızı, ikitərəfli sakroileit, baldır-pəncə və diz oynaqlarının asimmetrik artriti aşkar edilib. Ehtimal edilən diaqnoz hansıdır?

  Ədəbiyyat: В.А.Насонова, М.Г.Астапенко «Клиническая ревматология». Москва, 1989, ст.318-338.

Sual № 1347

Aşağıda qeyd olunanlardan hansı dermatomiozit üçün patoqnomonik (mütləq) xarakter daşıyır?

  Ədəbiyyat: В.А.Насонова, М.Г.Астапенко ―Клиническая ревматология‖, Москва, 1989

Sual № 1348

Əllərin kontrakturası, Reyno sindromu, ayrı-ayrı falanqaların osteolizi, ezofaqoskleroz, dərinin atrofiyası hansı xəstəliyin əlamətləridir?

  Ədəbiyyat: В.А.Насонова, М.Г.Астапенко ―Клиническая ревматология‖, Москва, 1989, ст.175-193 08.12.2015 16:37:35

Sual № 1349

Ahıl və qoca yaşlarda hansı xəstəliyin təsadüf edilməsi xarakterik haldır?

  Ədəbiyyat: В.А.Насонова, М.Г.Астапенко «Клиническая ревматология». Москва, 1989, ст.234-236

Sual № 1350

10 il ərzində revmatoidli artritdən əziyyət çəkən xəstədə inkişaf edən proteinuriyanın (sutkada 2q qədər) ən çox ehtimal olunan səbəbi aşağıdakılardan hansıdır?

  Ədəbiyyat: В.А.Насонова, М.Г.Астапенко «Клиническая ревматология». Москва, 1989, ст.318-338

Sual № 1351

Nazik bağırsağın selikli qişasının biopsiyası aşağıda qeyd olunan xəstəliklər üçün qiymətli diaqnostik metoddur, birindən başqa. Bu xəstəlik hansıdır?

  Ədəbiyyat: А.В.Тополянский, В.И.Бородин. «Внутренние болезни». Москва, 2012, стр.548-564

Sual № 1352

Uzun müddət mədə xorası xəstəliyindən əziyyət çəkən 35 yaşlı xəstədə birdən epiqastral nahiyyəsində kəskin ağrılar əmələ gəldi, taxikardiya qeydə alındı və A/T aşağı düşdü. Rentgenoloji tədqiqat xəstənin qarın boşluğunda qazın olduğunu aşkar etdi. Hansı patoloji hal barədə düşünmək lazımdır?

  Ədəbiyyat: В.Т.Ивашкин «Гастроэнтерология. Национальное руководство». Москва, 2008,стр.144

Sual № 1353

Hepatomeqaliya, hiperqlikemiya, dərinin hiperpiqmentasiyası, qan zərdabında dəmirin miqdarının artması aşağıdakı halın hansı üçün xarakterikdir?

  Ədəbiyyat: В.Т.Ивашкин «Гастроэнтерология. Национальное руководство». Москва, 2008

Sual № 1354

Ezofaqoqastroduodenal qanaxma üçün aşağıda qeyd olunan hansı hal xarakterik deyil?

  Ədəbiyyat: В.Т.Ивашкин «Гастроэнтерология. Национальное руководство». Москва, 2008

Sual № 1355

Mədənin rentgenоqrafiyası zamanı antral hissədə taxça simptomu qeyd edilmişdir. Taxçanın diametri 2,5 sm, kənarları girintili-çıxıntılıdır, xora ətrafı selikli qişanın relyefi atipik görünür, lokal peristaltika itib. Bu hansı hal üçün xarakterikdir?

  Ədəbiyyat: S.N.Alimetov, X.İ.Qurbanova Mədə-bağırsaq sistemi xəstəlikləri. I hissə Bakı -2011, s.162

Sual № 1356

Kəskin ürək çatışmazlığı zamanı istifadə edilən və müsbət inotrop təsirə malik olan dərman vasitələrinin hansı biri fosfodiesteraza III inhibitorlarına aiddir?

  Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə protokol. Bakı, 2010

Sual № 1357

Aşağıda qeyd olunanlardan hansı biri kəskin ürək çatışmazlığı zamanı istifadə olunan müsbət inotrop təsirli dərman vasitələrinə aid deyil?

  Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə protokol. Bakı, 2010

Sual № 1358

Aşağıda qeyd olunan dərman vasitələrindən hansı birini kəskin ürək çatışmazlığı zamanı istifadə etmək məsləhət görülmür?

  Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə protokol. Bakı, 2010

Sual № 1359

Dar QRS kompleksli mədəciküstü taxikardiya paroksizminin aradan qaldırmaq üçün seçim dərman preparatı hansıdır?

  Ədəbiyyat: Ağayev M.M. ―Daxili xəstəliklər‖ I cild, Bakı, 2006 s.585-590

Sual № 1360

Xəstədə anoreksiya, ürək bulanması, təkrar-təkrar davamlı qusma, hıçqırma, qarında ağrılar, sidik ifrazının yubanması və ishal halları var. Nəbzi 1 dəqiqədə - 48, çoxsaylı ekstrasistolalar qeyd olunur. EKQ-də PQ uzanıb, QT qısalıb, ST seqmenti çalova bənzər tipdə aşağı düşüb. Zəhərlənmə hansı dərman preparatının qəbulu nəticəsində baş verir?

  Ədəbiyyat: Ağayev M.M. ―Daxili xəstəliklər‖ I cild, Bakı, 2006 s.515
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×