Terapiya
1.782 elementdən 1.761-1.780 arası göstərilir.
Sual № 1847
AXOX-un ağırlaşması deyil:
Ədəbiyyat:: - (Aprel 2018 Terapiya kafedrası, ass. Nurməmmədova G. S. ) Пульмонология. Национальное рук-во. Под ред акад. РАМН А. Г. Чучалина, 2009, Москва, «ГЭОТАР-Медиа», 960 с.
Sual № 1848
Bronxial astmanın diaqnostikasında ən informativ müayinə üsulu:
Ədəbiyyat:: - Пульмонология. Национальное рук-во. Под ред акад. РАМН А. Г. Чучалина, 2009, Москва, «ГЭОТАР-Медиа», 960 с.
Sual № 1849
AXOX-un diaqnostikasında ən informativ müayinə üsulu:
Ədəbiyyat:: - Пульмонология. Национальное рук-во. Под ред акад. РАМН А. Г. Чучалина, 2009, Москва, «ГЭОТАР-Медиа», 960 с.
Заподозрить ХОБЛ можно при сборе анамнеза, но для подтверждения диагноза необходима спирометрия (исследование функции внешнего дыхания). Основной симптом — прогрессирующая одышка. Обычно ей сопутствуют кашель с мокротой и приступы удушья. Кашель, как правило, либо предшествует одышке, либо появляется одновременно с ней. Мокрота имеет бледно-серый цвет и выделяется по утрам, но может откашливаться и в течение дня.
Sual № 1850
Hansı pnevmokoniozda plevranın zədələnməsi daha xarakterikdir:
Ədəbiyyat:: - Под ред. Н. Р. Палеева ―Болезни органов дыхания‖. 2000 г.
Sual № 1851
AXOX-lu xəstələrdə xarici tənəffüs funksiyası müayinə olunduqda, obstruksiya əlamətidir:
Ədəbiyyat:: - Пульмонология. Национальное рук-во. Под ред акад. РАМН А. Г. Чучалина, 2009, Москва, «ГЭОТАР-Медиа», 960 с.
Sual № 1852
Pnevmoniyanın antibiotiklə müalicəsi kəsilir:
Ədəbiyyat:: - Пульмонология. Национальное рук-во. Под ред акад. РАМН А. Г. Чучалина, 2009, Москва, «ГЭОТАР-Медиа», 960 с.
У госпитализированных пациентов целесообразно начинать терапию с парентеральных антибиотиков. Через 3–4 дня лечения при достижении клинического эффекта
(нормализация температуры, уменьшение выраженности интоксикации и других симптомов заболевания) возможен переход с парентерального на пероральный способ применения антибиотика до завершения полного курса антибактериальной терапии. При лёгком течении пневмонии у госпитализированных больных допускается сразу назначение антибиотиков внутрь
Sual № 1853
AXOXun əlamətləri:
1. produktiv öskürək
2. ekspirator təngənəfəslik
3. döş qəfəsində ağrı
4. hemoptis
5. inspirator təngənəfəslik
Ədəbiyyat:: - Пульмонология. Национальное рук-во. Под ред акад. РАМН А. Г. Чучалина, 2009, Москва, «ГЭОТАР-Медиа», 960 с.
Sual № 1854
AXOX zamanı qeyd edilmir:
1. produktiv öskürək;
2. qanda eozinofiliya;
3. təngənəfəslik;
4. ürək nahiyyəsində ağrı;
5. nəfəs aldıqda döş qəfəsində ağrı;
Ədəbiyyat:: Пульмонология. Национальное рук-во. Под ред акад. РАМН А. Г. Чучалина, 2009, Москва, «ГЭОТАР-Медиа», 960 с.
Sual № 1855
28 yaşlı xəstə qadın həkimə arıqlama, yorulma, ürək döyünmə, tez qıcıqlanma şikayətləri ilə müraciət etmişdir. Qalxanabənzər vəzin palpasiyasında vəzin hər iki payı böyümüşdür, ağrısızdır və vəzin konsistensayası yumşaq-elastikdir. Çöz simptomları: ekzoftalm, konvergensiyanın pozulması, göz yarığının genişlənməsi müsbətdir. Xəstədə A/T-128/85 mm c. süt., Ps - 110 vurğu/1 dəq, USM müayinəsində qalxanvari vəzin həcmi 25 ml-dir. Xəstədə daha çox ehtimal olunan diaqnoz:
Ədəbiyyat:: Дедов И,И., Мельниченко Г.А «Эндокринология», 2010г
Sual № 1856
27 yaşlı qadın arıqlama, yorulma, ürək döyünməsi, tez qıcıqlanma şikayətləri ilə həkimə müraciət etmişdir. Qalxanabənzər vəzin palpasiyasında vəzin hər iki payı böyümüşdür, ağrısızdır və vəzin konsistensayası yumşaqelastikdir. Çöz simptomları: ekzoftalm, konvergensiyanın pozulması, göz yarığının genişlənməsi müsbətdir. Xəstədə - A/T-128/85 mm c. süt., Ps - 110 vurğu/1 dəq, USM müayinəsində qalxanvari vəzin həcmi 25 ml-dir. İlkin diaqnoz qoyulduqdan sonra xəstə üçün hansı müayinə üsulu daha informativdir?
Ədəbiyyat:: Дедов И,И., Мельниченко Г.А «Эндокринология», 2010г
Sual № 1857
27 yaşlı qadın arıqlama, yorulma, ürək döyünməsi, tez qıcıqlanma şikayətləri ilə həkimə müraciət etmişdir. Qalxanabənzər vəzin palpasiyasında vəzin hər iki payı böyümüşdür, ağrısızdır və vəzin konsistensayası yumşaqelastikdir. Çöz simptomları: ekzoftalm, konvergensiyanın pozulması, göz yarığının genişlənməsi müsbətdir. Xəstədə - A/T-128/85 mm c. süt., Ps - 110 vurğu/1 dəq, USM müayinəsində qalxanvari vəzin həcmi 25 ml-dir. Tireotoksik sindromun ən çox səbəbini göstərin:
Ədəbiyyat:: Дедов И,И., Мельниченко Г.А «Эндокринология», 2010г
Sual № 1858
27 yaşlı qadın arıqlama, yorulma, ürək döyünməsi, tez qıcıqlanma şikayətləri ilə həkimə müraciət etmişdir. Qalxanabənzər vəzin palpasiyasında vəzin hər iki payı böyümüşdür, ağrısızdır və vəzin konsistensayası yumşaqelastikdir. Çöz smptomları: ekzoftalm, konvergensiyanın pozulması, göz yarığının genişlənməsi müsbətdir. Xəstədə - A/T-128/85 mm c. süt., Ps - 110 vurğu/1 dəq, USM müayinəsində qalxanvari vəzin həcmi 25 ml-dir. Bu xəstə üçün başlanğıc seçim müalicə:
Ədəbiyyat:: Дедов И,И., Мельниченко Г.А «Эндокринология», 2010г
Sual № 1860
20 yaşlı xəstə baş ağrısı şikayəti ilə həkimə müraciət etmişdir. Müayinə zamanı xəstədə arterial təzyiq (AT) 180/100 mm. c. süt. olduğu müəyyən olunmuşdur. Xəstə əvvəllərdə onda periodik baş ağrıları və yüksək AT olmasını qeyd edir. Xəstənin bədən quruluşü normaldır, gövdənin yuxarı hissəsinin əzələləri yaxşı inkişaf etmişdir və gövdənin yuxarı hissəsində damarların güclü pulsasiyası nəzərə çarpır. Ürək nahiyyəsində və arxada kürək sümükləri arasında sitolik küy eşidilir. Xəstənin ayağında AT 105/60 mm. c. süt., nəbzi (Ps) 95/1 dəq. Qaraciyər və dalaq böyüməmişdir. Ayaqlarda ödem yoxdur. EKQ-də sinus ritmi və sol mədəcik hipertrofiyası əlaməti qeyd olunur. Döş qəfəsi rentgenoqrammasında 3 və 4-cü qabırğaların aşağı kənarında uzurasiya (yeyilmə) görünür. Diaqnozu ehtimal olunan xəstəliyin xarakterik əlamətləri hansılardır: (düzgün kombinasıyanı seçin:)
1. Ayaqlarda təzyiqin azalması
2. Təngənəfəslik
3. Baş ağrıları
4. Ayaqlarda ödem
5. Ürək nahiyyəsində ağrı
Ədəbiyyat:: Кардиология: национальное руководство /под ред. Ю. Н. Беленкова, Р. Г. Оганова. – М. : ГЭОТАР - Медиа, 2010
Sual № 1861
20 yaşlı xəstə baş ağrısı şikayəti ilə həkimə müraciət etmişdir. Müayinə zamanı xəstədə arterial təzyiq (AT) 180/100 mm. c. süt. olduğu müəyyən olunmuşdur. Xəstə əvvəllərdə onda periodik baş ağrıları və yüksək AT olmasını qeyd edir. Xəstənin bədən quruluşü normaldır, gövdənin yuxarı hissəsinin əzələləri yaxşı inkişaf etmişdir və gövdənin yuxarı hissəsində damarların güclü pulsasiyası nəzərə çarpır. Ürək nahiyyəsində və arxada kürək sümükləri arasında sitolik küy eşidilir. Xəstənin ayağında AT 105/60 mm. c. süt., nəbzi (Ps) 95/1 dəq. Qaraciyər və dalaq böyüməmişdir. Ayaqlarda ödem yoxdur. EKQ-də sinus ritmi və sol mədəcik hipertrofiyası əlaməti qeyd olunur. Döş qəfəsi rentgenoqrammasında 3 və 4-cü qabırğaların aşağı kənarında uzurasiya (yeyilmə) görünür. Müalicə taktikasını müəyyən etmək üçün ən informativ müayinə üsulu:
Ədəbiyyat:: Кардиология: национальное руководство /под ред. Ю. Н. Беленкова, Р. Г. Оганова. – М. : ГЭОТАР - Медиа, 2010
Sual № 1862
20 yaşlı xəstə baş ağrısı şikayəti ilə həkimə müraciət etmişdir. Müayinə zamanı xəstədə arterial təzyiq (AT) 180/100 mm. c. süt. olduğu müəyyən olunmuşdur. Xəstə əvvəllərdə onda periodik baş ağrıları və yüksək AT olmasını qeyd edir. Xəstənin bədən quruluşü normaldır, gövdənin yuxarı hissəsinin əzələləri yaxşı inkişaf etmişdir və gövdənin yuxarı hissəsində damarların güclü pulsasiyası nəzərə çarpır. Ürək nahiyyəsində və arxada kürək sümükləri arasında sitolik küy eşidilir. Xəstənin ayağında AT 105/60 mm. c. süt., nəbzi (Ps) 95/1 dəq. Qaraciyər və dalaq böyüməmişdir. Ayaqlarda ödem yoxdur. EKQ-də sinus ritmi və sol mədəcik hipertrofiyası əlaməti qeyd olunur. Döş qəfəsi rentgenoqrammasında 3 və 4-cü qabırğaların aşağı kənarında uzurasiya (yeyilmə) görünür. Bu xəstə üçün başlanğıc müalicə taktikasını qeyedin:
Ədəbiyyat:: Кардиология: национальное руководство /под ред. Ю. Н. Беленкова, Р. Г. Оганова. – М. : ГЭОТАР - Медиа, 2010
Sual № 1863
44 yaşlı kişi xəstə həkimə azacıq fiziki gərginlik zamanı baş verən təngənəfəslik, aşağı ətraflarda ödem və sifətin azacıq şişkinliyi şikayətləri ilə müraciət etmişdir. 10 gün əvvəl xəstələndıyini qeyd edir. Xəstəliyinin yüksək qızdırma ilə başladığını, tədricən təngənəfəsliyinin və ayaqlarda ödemin artmasını qeyd edir. Antibiotiklə müalicədən sonra bədən temperaturu normallaşmış, amma təngənəfəsliyi və ayaqlarda ödemi artmışdır. Müayinədəxəstədə aşağı ətraflarda ödem və assit görünür. Boyun venalarının pulsasiyası qeyd olunur. Ürəyin auskultasiyası zamanı I və II ton zəifləyib. Sidiyin analizində dəyişiklik görünmür. EKQ-də bütün dişciklərin amplitutası azalmışdır və elektrik alternasiyası (amplitutunun artıb azalması) görünür. Döş qəfəsi rentgenoqramında ürəyin kölgəliyi həm sağa, həm də sola böyümüşdür, ürəyin konturu hamarlaşmışdır. Xəstədə daha çox ehtimal olunan diaqnoz:
Ədəbiyyat:: Кардиология: национальное руководство /под ред. Ю. Н. Беленкова, Р. Г. Оганова. – М. : ГЭОТАР - Медиа, 2010
Sual № 1864
44 yaşlı kişi xəstə həkimə azacıq fiziki gərginlik zamanı baş verən təngənəfəslik, aşağı ətraflarda ödem və sifətin azacıq şişkinliyi şikayətləri ilə müraciət etmişdir. 10 gün əvvəl xəstələndıyini qeyd edir. Xəstəliyinin yüksək qızdırma ilə başladığını, tədricən təngənəfəsliyinin və ayaqlarda ödemin artmasını qeyd edir. Antibiotiklə müalicədən sonra bədən temperaturu normallaşmış, amma təngənəfəsliyi və ayaqlarda ödemi artmışdır. Baxdıqda xəstədə aşağı ətraflarda ödem və assit görünür. Boyun venalarının pulsasiyası qeyd olunur. Ürəyin auskultasiyası zamanı I və II ton zəifləyib. Sidiyin analizində dəyişiklik görünmür. EKQ-də bütün dişciklərin amplitutası azalmışdır və elektrik alternasiyası (amplitutunun artıb azalması) görünür. Döş qəfəsi rentgenoqramında ürəyin kölgəliyi həm sağa, həm də sola böyümüşdür, ürəyin konturu hamarlaşmışdır. Diaqnozu ehtimal olunan xəstəliyin xarakterik əlamətləri hansılardır (düzgün kombinasıyanı seçin):
1. Venoz təzyiqin artması
2. Gövdənin yuxarı hissəsinin sianozu
3. Təngənəfəslik
4. Arterial təzyiqin artması
5. Qarında kəskin ağrıların olması
Ədəbiyyat:: Кардиология: национальное руководство /под ред. Ю. Н. Беленкова, Р. Г. Оганова. – М. : ГЭОТАР - Медиа, 2010
Sual № 1865
44 yaşlı kişi xəstə həkimə azacıq fiziki gərginlik zamanı baş verən təngənəfəslik, aşağı ətraflarda ödem və sifətin azacıq şişkinliyi şikayətləri ilə müraciət etmişdir. 10 gün əvvəl xəstələndıyini qeyd edir. Xəstəliyinin yüksək qızdırma ilə başladığını, tədricən təngənəfəsliyinin və ayaqlarda ödemin artmasını qeyd edir. Antibiotiklə müalicədən sonra bədən temperaturu normallaşmış, amma təngənəfəsliyi və ayaqlarda ödemi artmışdır. Baxdıqda xəstədə aşağı ətraflarda ödem və assit görünür. Boyun venalarının pulsasiyası qeyd olunur. Ürəyin auskultasiyası zamanı I və II ton zəifləyib. Sidiyin analizində dəyişiklik görünmür. EKQ-də bütün dişciklərin amplitutası azalmışdır və elektrik alternasiyası (amplitutunun artıb azalması) görünür. Döş qəfəsi rentgenoqramında ürəyin kölgəliyi həm sağa, həm də sola böyümüşdür, ürəyin konturu hamarlaşmışdır. Diaqnozu təsdiqləmək üçün ən informativ müayinə üsulu hansıdır?
Ədəbiyyat:: Кардиология: национальное руководство /под ред. Ю. Н. Беленкова, Р. Г. Оганова. – М. : ГЭОТАР - Медиа, 2010
Sual № 1866
45 yaşlı kişi xəstə həkimə azacıq fiziki gərginlik zamanı baş verən təngənəfəslik, aşağı ətraflarda ödem və sifətin azacıq şişkinliyi şikayətləri ilə müraciət etmişdir. 10 gün əvvəl xəstələndıyini qeyd edir. Xəstəliyinin yüksək qızdırma ilə başladığını, tədricən təngənəfəsliyinin və ayaqlarda ödemin artmasını qeyd edir. Antibiotiklə müalicədən sonra bədən temperaturu normallaşmış, amma təngənəfəsliyi və ayaqlarda ödemi artmışdır. Baxdıqda xəstədə aşağı ətraflarda ödem və assit görünür. Boyun venalarının pulsasiyası qeyd olunur. Ürəyin auskultasiyası zamanı I və II ton zəifləyib. Sidiyin analizində dəyişiklik görünmür. EKQ-də bütün dişciklərin amplitutası azalmışdır və elektrik alternasiyası (amplitutunun artıb azalması) görünür. Döş qəfəsi rentgenoqramında ürəyin kölgəliyi həm sağa, həm də sola böyümüşdür, ürəyin konturu hamarlaşmışdır. Bu xəstə üçün başlanğıc seçim müalicə hansılardır: (düzgün kombinasıyanı seçin)
1. Qeyri-steroid iltihab əlehyinə dərman
2. Antiaritmik dərman
3. Antibiotik
4. Diqoksin
5. Antikaohulyant dərmanlar
Ədəbiyyat:: Кардиология: национальное руководство /под ред. Ю. Н. Беленкова, Р. Г. Оганова. – М. : ГЭОТАР - Медиа, 2010
Sual № 1867
34 yaşlı kişi xəstə xəstəxanaya qida qəbulundan sonra 5-6 saat müddətində epiqastral sahədə ağrı və ağırlıq hissinin olması şikayəti ilə daxil olmuşdur. Xəstədə hər gün qida qəbulundan 10-12 saat sonra mədə möhtəviyyatı və yediyi qida ilə birlikdə qusma olur. Xəstənin anamnezindən məlum olur ki, xəstə 12 ilə yaxın müddətdir ki, 12 barmaq bağırsaq xorası ilə əziyyət çəkir. Son 2 ildə qida qəbulundan 2-3 saat sonra epiqastral nahiyyədə ağırlıq hissinin olmasını qeyd edir. 12 barmaq bağırsaq xorasının son kəskinləşməsinin 6 ay əvvəl olduğunu deyir. Xəstə konservativ müalicə almış ondan sonra vəziyyəti yaxşılaşmışdır. Xəstənin hal-hazır ki, simptomları 3 həftə əvvəl başlamışdır. Xəstədə daha çox ehtimal olunan diaqnoz nədir?
Ədəbiyyat:: И.Комаров, М.А.Осадчук, А.М.Осадчук.Практическая гастроэнтерология. М.,2010
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Həkim
Yardimci
+994702144544

İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?