Psixiatriya
883 elementdən 661-680 arası göstərilir.
Sual № 661
Aşağıdakı kimyəvi siniflərdən tipik neyroleptiklərə aid olmayanı hansıdır?
Машковский М.Д, Лекарственные средства издание 15, Изд-Новая волна, 2005
Sual № 662
Aşağıdakı preparatlardan tritsiklik antidepressantlara hansı aid deyil?
Машковский М.Д, Лекарственные средства издание 15, Изд-Новая волна, 2005
Sual № 663
Bu preparatlardan hansını MAO inhibitorlarla birgə qəbul etmək olmaz?
Машковский М.Д, Лекарственные средства издание 15, Изд-Новая волна, 2005
Sual № 664
Sadalanan neyroleptiklərdən hansı orqanizmdən ən gec xaric olunur?
Машковский М.Д, Лекарственные средства издание 15, Изд-Новая волна, 2005
Sual № 665
İlk neyroleptik neçənci ildə təcrübəyə tətbiq edilib?
Машковский М.Д, Лекарственные средства издание 15, Изд-Новая волна, 2005
Sual № 666
Neyroleptiklərdən istifadəni ilk dəfə kim təklif edib?
Филипп Дж. Яничак, Джон М. Дэвис, Шелдон Х. Прексорн, Фрэнк Дж. Айд Принципы и практика психофармакологии (пер с англ) Киев Ника-Центр 1999
Sual № 667
Öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən, stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində hansı növ məcburi müalicə təyin edilir?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 668
Barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxs bu tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədi ilə hansı müddətdən gec olmayaraqa həkim-psixiatr komissiyasında baxışdan keçirilməlidir?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 669
Ekspert hansı hallarda məhkəmə-psixitarik ekspertizasının aparılmasından imtina edə bilər?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 670
Hansı hallarda qiyabi məhkəmə-psixiatrik ekspertizası təyin edilir?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 671
24 yaşlı qadın əhvali-ruhiyyənin dayanıqlı enməsi, həyata marağının itməsi, tez yorulma, yuxusuzluq, iştahsızlıq şikayətləri ilə əlaqədar ambulator qaydada psixiatra müraciət etmişdir. Dediyinə görə artiq 1 aya yaxındır ki, belə vəziyyətdədir. Əvvəllər hər hansı psixi pozuntu keçirməyib. Pasiyentə orta dərəcəli depressiv epizod diaqnozu qoyulmuş və sertralin 100 mq/sut. təyin edilmişdir. 4 həftədən sonra təkrar müayinə zamanı pasient dərman qəbuluna başlayandan az müddət sonra əhvali-ruhiyyəsinin yaxşılaşdığını qeyd edir. O, həmçinin bildirir ki, ruh yüksəkliyi duyur, ona sanki güc gəlib, sutkada 12-14 saat işləyə bilir və yorğunluq hiss etmir. Gecələr cəmi 3 saata yatsa da, günortalar yuxulu olmur. Verbal kontaktda nitqi sürətlənmişdir, tez-tez söhbətin mövzusunu dəyişir. Gələcək müalicə taktikasında daha məqbul olan yanaşmanı qeyd edin.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Bipolyar affektiv pozuntunun diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
Sual № 672
19 yaşlı gənc “ağır dərəcəli depressiv epizod psixotik epizodlarla” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Sertralin (sutkada 150 mq) və risperidon (sutkada 4mq) qəbul etmişdir. Müalicənin gedişində 8 həftə ərzində psixi vəziyyəti normallaşmış, həm psixotik, həm də depressiv əlamətlərə görə vəziyyəti remissiya kimi qiymətləndirilmişdir. Pasiyentin anamnezində əvvəllər hər hansı psixi pozuntular qeyd olunmayıb. Yaxın 3 ay müddəti üçün daha münasib olan müalicə taktikasını göstərin.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
Sual № 673
28 yaşlı qadın orta dərəcəli depressiv epizod diaqnozu ilə ambulator müalicədədir. Depressiyanın qiymətləndirilməsi üçün Hamilton cədvəli üzrə 18 bal qeydə alınmışdır. Anamnezindən məlumdur ki, əvvəllər hər hansı psixi pozuntu müşahidə edilməmişdir. Sutkada 50 mq dozasında fluvoksamin təyin edilmişdir. 8 həftə ərzində fluvoksaminin dozası tədricən artırılaraq 300 mq-a çatdırılmışdır. Psixi vəziyyətində nəzərə çarpan dinamika qeyd olunmamışdır. Hamilton cədvəli üzrə təkrari qiymətləndirmədə göstəricisi 17 bal olmuşdur. Fluvoksaminin qəbulu ilə əlaqədar ciddi kənar təsir müşahidə edilməyib. Gələcək medikamentoz müalicə taktikasında daha məqbul olan yanaşmanı qeyd edin:
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
Sual № 674
Orta dərəcəli depressiv epizod diaqnozu ilə ambulator müalicədə olan 24 yaşlı qadın sutkada 100 mq dozada sertralinlə müalicə qəbul etmişdir. Suisidal cəhd etməsi ilə (bir dəfəyə 20 tablet sertralin qəbul etmişdir) əlaqədar psixiatriya stasionarına yerləşdirilmişdir. Stasionara qəbul edildikdən sonra xəstədə aşağıdakı simptomlar müşahidə edilmişdir: qarında ağrılar, meteorizm, ishal, bədən temperaturu 38,2º C, nəbz – 110 vurğu/dəq., arterial təzyiq 160/110 mm civ. süt., əzələ hipertonusu, mioklonik dartınmalar, bəbəklərin genişlənməsi və işığa reaksiyanın zəifləməsi, vətər reflekslərinin yüksəlməsi. Təsvir olunmuş vəziyyətin müalicə sxemini seçin.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
Sual № 675
38 yaşlı pasiyent əhval-ruhiyyəsinin aşağı olması, həyata marağının itməsi, tez yorulma, yuxusuzluq, iştahasızlıq şikayətləri ilə ambulator yardım üçün həkimə müraciət etmişdir. Pasiyentin dediyinə görə 3 ay belə vəziyyətdə olmuşdur. Ambulator müalicədə sertralin (sutkada 100 mq) təyin edilmişdir. 6 həftə müddətində aparılmış müalicədən sonra pasiyent qeyd edir ki, onun əhvali-ruhiyyəsi yaxşılaşmış, iş qabiliyyəti, yuxusu və iştahası bərpa olunmuş, yenidən həyata marağı yaranmışdır. Bunlarla yanaşı pasient qeyd edir ki, preparatı ilk dəfə qəbul etdiyi günlərdə dövri olaraq başağrısı və ürəkbulanma baş verib. Müalicə başlandıqdan 6 həftə sonra təkrari müayinə zamanı ürəkbulanma qeyd edilmir, başağrılarının tezliyi və intensivliyi azalıb. Gələcək müalicə taktikasına daha uyğun yanaşmanı göstərin.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
Sual № 676
65 yaşlı kişi son 6 həftə ərzində daimi olaraq ruh düşkünlüyü şikayəti ilə tibbi kömək üçün müraciət etmişdir. Bu hal 42 il birgə ömür sürdüyü həyat yoldaşının qəfil vəfatından sonra yaranmışdır. Pasiyentdə yuxu pozğunluğu, iştaha pozğunluğu, bədən çəkisinin 8 kq azalması qeyd olunur. Pasiyent qeyd edir ki, həyatda qaldığı üçün özünü günahkar hiss edir. Pasiyent həmçinin son bir neçə gündə bədənin daxilən çürüdüyünü hiss etdiyini qeyd edir. Pasiyentdə hallüsinasiyalar qeyd edilmir: mərhum həyat yoldaşının o biri dünyada qovuşmaq üçün onu sui-qəsdə çağırdığını deyir. Anamnezində əvvəllər keçirmiş olduğu psixi xəstəliklər barədə məlumat yoxdur. Ehtimalı yüksək olan diaqnozu göstərin.
Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
Sual № 677
Gecə kəskin baş ağrıları, ürəkbulanma, qusma, yüksək arterial təzyiq (210/160 mm.c.st.) səbəbindən 32 yaşlı kişi təcili yardım şöbəsinə yerləşdirilmişdir. Anamnezə görə əvvəl heç bir somatik patologiyadan əziyyət çəkməyib. Depressiv pozuntu ilə əlaqədar müalicə alır. Pasiyent qeyd edir ki, simptomların meydana çıxmasından 3 saat əvvəl şam yeməyi zamanı 2 qədəh şərab içmişdir. Qəbul edilmiş qida ilə hansı preparatın qarşılıqlı təsiri pasiyentin klinik vəziyyətə düşməsinə yüksək ehtimalla səbəb olub?
Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
Sual № 678
32 yaşlı pasiyent ağır dərəcəli depressiv epizod diaqnozu ilə stasionar müalicə alır. Xəstəxanada 12 həftə müddətində dərman müalicəsinin müxtəlif sxemləri tətbiq edilmişdir. Müalicəyə baxmayaraq pasiyentin vəziyyətində yaxşılaşma qeyd olunmayıb. Pasiyentə elektrokonvulsiv terapiya təyin etmək planlaşdırılır. Elektrokonvulsiv terapiya təyin olunan zaman pasiyent sertalin(sutkada 200mq), və lamotrijin (sutkada 300 mq) ilə müalicə alır. Elektrokonvulsiv terapiyanın tətbiqi zamanı medikamentoz müalicə taktikası necə olmalıdır?
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
Sual № 679
Depressiv pozuntudan əziyyət çəkən 29 yaşlı pasiyent ambulator psixiatrik yardıma müraciət etmişdir. Anamnezə görə, əvvəllər psixi pozuntuya görə müalicə almayıb. Anamnezdən məlumdur ki,14 ay əvvəl pasiyent hepatit A keçirib. Psixiatrik köməyə müraciət edən zaman pasiyentdə qaraciyər fermentlərinin müayinə nəticələri aşağıdakı kimi olmuşdur: ALT – 180 v/l, AST –85v/l. Depressiyanın müalicəsi üçün ilk seçim preparatını göstərin.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
Sual № 680
34 yaşlı qadın depressiv pozuntu diaqnozu ilə əlaqədar müalicə alır. Depressiyanın tipik simptomları (əhval-ruhiyyənin aşağı enməsi) ilə yanaşı, pasiyentdə emosional reaktivlik, hipersomniya, iştahanın artması və bədən çəkisinin artması müşahidə edilir. Sertralinlə 4 həftəlik müalicə zamanı (sutkalıq doza tədricən 50 mq-dan 200 mq-a qaldırılıb) pasiyentin klinik vəziyyətində əhəmiyyətli dəyişiklik qeydə alınmayıb. Gələcək müalicə taktikası üçün ən uyğun yanaşma hansıdır?
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?