Psixiatriya
883 elementdən 801-820 arası göstərilir.
Sual № 801
Kiçik sahəli, bağlı məkan (lift, tünel) qorxusu nəyə aiddir?
Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
Sual № 802
Obsessiv-kompulsiv pozuntu diaqnozunun qoyulması üçün simptomların müşahidəsinin minimal dövrünü qeyd edin.
Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
Sual № 803
Psixoloji müdafiənin qeyri-yetkin mexanizmlərinə aşağıdakılardan hansı aiddir?1. Rasionalizasiya2. Yerdəyişmə3. Yumor4. Əks-reaksiyanın formalaşması5. Altruzim
İsmayılov N. V., İsmayılov F. N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
Sual № 804
38 yaşlı qadın daimi ruh düşkünlüyü, həyata olan marağının itməsi, tez yorulma, yuxusuzluq, iştaha pozğunluğu şikayətləri ilə ambulator psixiatrik kömək üçün müraciət etmişdir. Pasiyentin sözlərinə görə son 2 ildir, bu vəziyyətdədir. Anamnezə görə əvvəl medikamentoz müalicə almayıb. Pasiyent bildirir ki, bir ildən artıq psixoterapevtik müalicə almasına baxmayaraq, vəziyyətində köklü dəyişiklik olmayıb. Son keçdiyi psixoterapiyanı təsvir edərkən bildirir ki, psixoterapevtik sessiyalar həftədə 3 dəfə keçirilirdi. Psixoterapiya vaxtı əsasən onun uşaq vaxtı keçirdiyi hisslər, valideynləri ilə münasibətləri, və keçmişdə həyatda onun üçün əhəmiyyət daşıyan insanlarla ünsiyyəti müzakirə edilirdi. Pasiyent yüksək ehtimalla hansı psixoterapevtik müalicə alıb?
İsmayılov N.V., İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
Sual № 805
Psixoterapevtik müalicə alan və həftədə 1dəfə psixoterapevtik sessiyaya gələn 32 yaşlı qadın psixoterapevtin ona 10 günlük məzuniyyətə gedəcəyini və getdiyi yeri demədikdə çox əsəbləşdi. Qəzəblənərək bildirdi ki, terapevt də elə pasiyentinin atası kimidir, onu “yalnız öz istəkləri maraqlandırıb, o heç vaxt öz ailəsini düşünməyib”. Aşağıdakılardan hansı pasiyentin reaksiyasını daha dəqiq əks etdirir?
İsmayılov N. V., İsmayılov F. N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
Sual № 806
Psixoterapevtik müalicə alan 42 yaşlı pasiyent terapevtə qarşı təkəbbürlü davranır. Sessiyalarda müzakirələr zamanı pasiyent daimi olaraq özünə bəraət qazandırmağa, bütün məsələlərdə haqlı olduğunu sübut etməyə çalışır. Pasiyentin bu cür davranışı terapevtin öz böyük qardaşı ilə münasibətini xatırladır və bu səbəbdən terapevt psixoterapevtik sessiyalar zamanı özünü gərgin hiss edir və qıcıqlanır. Aşağıdakılardan hansı terapevtin reaksiyasını daha dəqiq əks etdirir?
İsmayılov N. V., İsmayılov F. N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
Sual № 807
31 yaşlı kişi ailə münasibətlərindəki problemləri həll etmək üçün psixoterapevtik müalicə alır. Pasiyentin həyat yoldaşına xəyanət etməsi səbəbindən ailəsində problemlər yaranmışdır. Törətdiyi əmələ görə pasiyent dərin peşmançılıq hissi keçirir, özünü daim günahlandırır. Pasiyent həmçinin əmindir ki, terapevt ona qarşı kəskin mənfi münasibət göstərir. Pasiyentin terapevtin ona qarşı münasibəti barədə fikirləri həqiqətə uyğun deyil. Aşağıdakılardan hansı pasiyentin terapevt barədə fikirlərini daha dəqiq əks etdirir?
İsmayılov N. V., İsmayılov F. N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
Sual № 808
29 yaşlı qadın boşanmadan sonra yaranmış depressiv pozuntu ilə bağlı psixoterapevtik müalicə alır. Pozulmuş ailə münasibətlərini təsvir edərkən pasiyent keçmiş ərinin ona qarşı qəddar və zalım olduğunu qeyd edir. Bununla yanaşı, pasiyent söyləyir ki, “mən gərək bütün bunlara dözüb ailəmi qoruyub saxlamağı bacaraydım”. Pasiyent ailəsinin dağılmasında yalnız özünü günahlandırır. Pasiyentin keçirdiyi hisslər və boşanmaya aid fikirləri hansı psixoloji müdafiə mexanizmi ilə şərtləndirilmişdir?
İsmayılov N. V., İsmayılov F. N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
Sual № 809
27 yaşlı qadın həyat yoldaşı ilə yaşadığı problemləri həll etmək üçün psixoterapevtik müalicə alır. Pasiyent qeyd edir ki, ərinə qəzəbləndiyi zaman əksər hallarda 5 yaşı oğlu ilə kobud davranır, ona səbəbsiz acıqlanır və tez-tez cəzalandırır. Pasiyentin oğluna qarşı davranışını hansı psixoloji müdafiə mexanizmi ilə şərtləndirilmişdir?
İsmayılov N. V., İsmayılov F. N. Tibbi psixologiya və psixoterapiya, 2-ci nəşr, Bakı, 2008
Sual № 810
İnterpersonal psixoterapiyada tətbiq olunan psixoterapevtik texnikaları göstərin.1. Aydınlaşdırma2. Sərbəst assosialiyaların stimullarşıdılası3. Qeyri-direktiv aşkarlama4. Erkən uşaqlıq dövrünün münasibətlərinin öyrənilməsi5. Bilavasitə aşkarlama
G. Gəraybəyli, M. Sultanov, R. Qəmərlinski İnterpersonal psixoterapiya (dərs vəsaiti), Bakı 2010 il.
Sual № 811
İnterpersonal psixoterapiyada tətbiq olunan psixoterapevtik texnikaları göstərin.1. Rol oyunu2. Transferin və əks-transferin interpretasiyası3. Aydınlaşdırma4. Ünsiyyət təhlili5. Psixoterapevtik prosesin sərbəst gedişi
G. Gəraybəyli, M. Sultanov, R. Qəmərlinski İnterpersonal psixoterapiya (dərs vəsaiti), Bakı 2010 il.
Sual № 812
Aşağıda göstərilən təşviş pozuntuların hansının müalicəsində interpersonal psixoterapiya daha effektivdir?
G. Gəraybəyli, M. Sultanov, R. Qəmərlinski. İnterpersonal Psixoterapiya (dərs vəsaiti), Bakı 2010
Sual № 813
Həyat yoldaşının vəfatından sonra yaranan depressiv pozuntu ilə əlaqədar interpersonal psixoterapiya kursu keçən pasiyentə psixoterapevt deyir: “Siz kədərlə deyirdiniz ki, mərhum həyat yoldaşınıza açıq şəkildə öz hisslərinizi bildirməmisiniz. Gəlin, təsəvvür edək ki, o bu otaqdadır... Siz ona nə deyərdiniz?” Psixoterapevt hansı psixoterapevtik texnikadan istifadə edir?
G. Gəraybəyli, M. Sultanov, R. Qəmərlinski İnterpersonal psixoterapiya, Bakı 2010 il.
Sual № 814
Post-travmatik stress pozuntusunun müalicəsi üçün ilkin seçim preparatları hansılardır?
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi Psixi pozuntularin ilkin tibbi yardım səviyyəsində diaqnostikası və müalicəsi üzrə tədris-metodiki vəsait. Bakı 2011
Sual № 815
XBT-10-nun nevrotik pozuntular fəslinə hansı aiddir?
Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
Sual № 816
Bu pozuntulardan hansı yaşanmış fəlakətdən sonra müşahidə edilən şəxsiyyətin xroniki dəyişməsindən öncə baş verir?
Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
Sual № 817
28 yaşlı kişi neft sahəsində çalışır. 7 ay bundan öncə neft platformasında yanğın baş verib, işçi personalı dərhal evakuasiya edilib. 2 həftə bundan öncə yuxusuzluq, qorxulu yuxular və oyaq olan zaman daim göz önünə evakuasiya səhnələrinin gəlməsi şikayətləri ilə müraciət etmişdir. Platformada işə qayıda bilməməsi səbəbindən ofisədə daha az məvacibli işə keçməyə məcbur olmuşdur. Ehtimalı yüksək olan diaqnozu göstərin.
Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
Sual № 818
Hansı diaqnoz zamanı pasiyent qeyri-könüllü olaraq hospitallaşdırıla bilər?
Psixiatriya yardımı haqqinda Azərbaycan Respublikasınin Qanunu Bakı, 2011
Sual № 819
Pasiyent tərəfindən ərizə verildikdən sonra hansı müddət ərzində ona epikrizi təqdim etmək lazımdır?
Psixiatriya yardımı haqqinda Azərbaycan Respublikasınin Qanunu Bakı, 2011
Sual № 820
İlkin səhiyyə sisteminin həkimi tərəfindən təyin edilən psixi pozuntunun ilkin diaqnozunun hansı məhdudiyyətləri var?1. məcburi xəstəxanada yerləşdirilmək üçün əsasa malik deyil.2. müalicənin təyini üçün əsasa malik deyil.3. psixiatrik qeydiyat üçün əsasa malik deyil4. ixtisaslaşdırılmış yardım sisteminə yönləndirmək üçün əsasa malik deyil.5. sosial-hüquqi məsələlərin həlli üçün əsasa malik deyil.6. psixoterapiya üçün əsasa malik deyil
Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu Bakı, 2011.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?