Psixiatriya
883 elementdən 861-880 arası göstərilir.
Sual № 861
Aşağıda sadalananlardan hansı amil patoloji yuxulu vəziyyəti yarada bilər?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 862
Hansı şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 maddəsinin təsiri altına düşür?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 863
Adi alkoqol sərxoşluğu vəziyyətində törədilmiş cinayətə görə məsuliyyət necə müəyyən olunur?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 864
Qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində törədilmiş cinayətə görə hansı məsuliyyət nəzərdə tutulur?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 865
On ildən artıq müddətdə «Şizofreniya paranoid forma, tutmaşəkilli gedişli» diaqnozu ilə dispanser qeydiyyatında olan iki dəfə stasionarda müalicə olunmuş şəxs məişət münaqişəsi zəminində qonşusuna ağır bədən xəsarəti yetirmişdir. Ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı hər hansı sayıqlama pozuntuları aşkar etmir. Hallüsinasiyaları qəti inkar edir. Bununla yanaşı özünün xəstə olduğunu dəfələrlə vurğulayır, yaddaşını itirdiyini, o cümlədən hadisəni xatırlamadığını deyir. Elementar suallara səhv cavablar verir. Simulyasiyanın hansı növünü ehtimal etmək olar?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 866
Hansı növ düşüncə pozuntusu zamanı ictimai təhlükəli əməllər törədilməsi ehtimalı daha yüksək olur?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 867
Komisyon məhkəmə psixiatrik ekspertizası zamanı qoyulmuş sual barəsində ekspertlərin arasında fikir ayrılığı yarandığı hal üçün aşağıda göstərilənlərdən hansı doğrudur?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 868
İş üçün əhəmiyyətli olan halların aydınlaşdırılması müxtəlif bilik sahələrəindən istifadə etməklə tədqiqat aparılmasını tələb edərsə hansı ekspertiza təyin olunur?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 869
Stasionar məhkəmə-psixiatrik ekspertizası aparmaq üçün yoxlanınlan şəxs neçə gün müddətinə stasionara yerləşdirilə bilər?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 870
Şəxsiyyət pozuntusu diaqnozu qoyularkən hansı hallarda şəxs anlaqsız hesab edilə bilər?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 871
Məhkəmə-psixiatrik ekspertizası hansı məsəllərin həlli ilə məşğul olmur?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 872
Öz psixi vəziyyətinə görə intensiv müşahidə tələb etməyən, stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində hansı növ məcburi müalicə təyin edilir?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 873
Öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən, stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində hansı növ məcburi müalicə təyin edilir?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 874
Öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən, stasionar müalicəyə və müşahidəyə ehtiyacı olan şəxslər barəsində hansı növ məcburi müalicə təyin edilir?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 875
Aşağıda sadalananlardan hansı anlaqsızlığın tibbi meyarına aid deyil?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 876
Barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxs bu tədbirin ləğv edilməsi və ya dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədi ilə hansı müddətdən gec olmayaraqa həkim-psixiatr komissiyasında baxışdan keçirilməlidir?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 877
Ekspert hansı hallarda məhkəmə-psixitarik ekspertizasının aparılmasından imtina edə bilər?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 878
Hansı hallarda qiyabi məhkəmə-psixiatrik ekspertizası təyin edilir?
B. Əsədov, R. Qəmərlinski. Məhkəmə Psixiatrik Ekspertizasının Əsasları, Bakı 2010
Sual № 879
36 yaşlı pasiyent təcili yardım briqadası ilə stasionara qəbul edilmişdir. Anamnezə görə hospitalizasiyaya qədərki, son 2 gündə pasiyent oyanıq vəziyyətdə olmuş, görmə hallüsinasiyalarının obyektiv əlamətləri qeydə alınmışdır. Anamnezdən məlumdur ki, pasiyent son dövrlərdə alkoqolizm diaqnozu ilə stasionar müalicə almışdır. Qəbul vaxtı pasiyentdə ajitasiya, huşun daralması, səndələyən yeriş, oftalmoplegiya, anizokoriya qeyd olunur. İlk seçim preparatını göstərin.
Kaplan and Sadock's Comprehensive Textbook of Psychiatry 9th edition 2009
Sual № 880
22 yaşlı qadın dövri olaraq həyəcan, emosional qeyri-stabillik, tez qıcıqlanma və diqqətini toplaya bilməmək şikayətləri ilə tibb yardıma müraciət etmişdir. Pasiyentin nitqində cüzi dizartriya qeyd edilir. Pasiyent qarındakı ağrılardan şikayətlənir. Fiziki müayinədə qaraciyərin bərkiyib, palpasiya zamanı qaraciyərin kənarı ağrılıdır. Pasiyent növbəti menstruasiyanın bir neçə gün gecikdiyini qeyd edir. Pasiyentdə həmçinin gözdə buynuz qişanın periferiyasında sarı-yaşıl rəngdə piqmentasiya qeyd edilir. Daha çox ehtimal olunan diaqnozu göstərin.
Kaplan and Sadock's Comprehensive Textbook of Psychiatry 9th edition 2009
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?