Qastroentrologiya
1.391 elementdən 1.321-1.340 arası göstərilir.
Sual № 1321
Aşağıdakılardan biri bilirubin metabolizminin izolə olunmuş pozğunluqlarına aiddir:
İ.İ.Mustafayev, G.H.Babayeva, Hepatologiyanın əsasları, səh 80.
Sual № 1322
Qaraciyərdə sitoliz prosesi üçün xarakterikdir:
İ.İ.Mustafayev, G.H.Babayeva, Hepatologiyanın əsasları, səh 95.
Sual № 1323
Qaraciyərdə xolestaz prosesi üçün xarakterikdir:
İ.İ.Mustafayev, G.H.Babayeva, Hepatologiyanın əsasları, səh 95.
Sual № 1324
Qaraciyərin kombinəolunmuş(sitoliz və xolestatik) zədələnməsinə aiddir:
İ.İ.Mustafayev, G.H.Babayeva, Hepatologiyanın əsasları, səh 95.
Sual № 1325
Aşağıda qeyd olunanlardan hansı qaraciyərin medikamentoz zədələnməlirinin hepatosellyular formasına aiddir?
İ.İ.Mustafayev, G.H.Babayeva, Hepatologiyanın əsasları, səh 124.
Sual № 1326
Aşağıda qeyd olunanlardan hansı qaraciyərin medikamentoz zədələnmələrinin xolestatik formasına aiddir?
İ.İ.Mustafayev, G.H.Babayeva, Hepatologiyanın əsasları, səh 124.
Sual № 1327
Aşağıda qeyd olunanlardan hansı qaraciyərin medikamentoz zədələnmələrinin qarışıq formasına aiddir?
İ.İ.Mustafayev, G.H.Babayeva, Hepatologiyanın əsasları, səh 124.
Sual № 1328
Aşağıda qeyd olunanlardan hansı xroniki alkohol intoksikasiyasını təsdiqləyir?
İ.İ.Mustafayev, G.H.Babayeva, Hepatologiyanın əsasları, səh 133.
Sual № 1329
Qaraciyərin qeyri-alkohol piy xəstəliyində steatoz üçün səciyyəvidir:
İ.İ.Mustafayev, G.H.Babayeva, Hepatologiyanın əsasları, səh 133.
Sual № 1330
60 yaşlı qadın xəstə bərk qida qəbulu zamanı təkrarlanan disfagiya anamnezi ilə müaricət etmişdir. Endoskopiya şiddətli refluks ezofagit(Los Angeles C dərəcə) və gastroezofageal birləşmədə 10mm-lik striktura göstərir. Son 3 il ərzində xəstə 3 dəfə dilatasiya olunub. Qadın antasid və reseptsiz özbaşına arabir gecə sinəarxası yanğıları aradan götürmək üçün PPİ qəbul edir. Disfagiya əlamətlərinin qarşısının alınması üçün ən uyğun hansı uzunmüddətli müalicə təyin olunmalıdır?
Ədəbiyyat verilməyib
Sual № 1331
35 yaşlı kişi xəstə 6 aydır başlayan, həftədə 3 və ya 4 dəfə gec axşam yeməyindən sonra yaranan sinəarxası yanğı, həftədə 1-2 gecə baş verən turşu requrgitasiyası şikayətlərinə malikdir. Xəstədə disfagiya, çəki itkisi, ürəkbulanma və abdominal ağrı yoxdur. Başlanğıc olaraq xəstənin müalicə taktikasına aşağıdakılardan biri daxil deyil:
Ədəbiyyat verilməyib
Sual № 1332
45 yaşlı kişi xəstə uzunmüddətli allergik rinit anamnezinə malikdir və bərk qida disfagiyası şikayəti ilə müraciət edib. Endoskopiya zamanı ezofaqusun yuxarı və orta hissəsində konsentrik həlqə aşkarlanmışdır. Disfagiyanın aradan götürülməsi üçün ən effektiv başlanğıc müalicə taktikası?
Ədəbiyyat verilməyib
Sual № 1333
76 yaşlı qadın xəstə şəkərli diabet və hipotiroidizm anamnezinə və orta dərəcə anemiyaya malikdir. Onun periferik yayma analizində makrositik qırmızı qan hüceyrələri aşkarlanmışdır. Acqarına qanda gastrinin səviyyəsi 920pg/ml-dir. 5 il əvvəl xəstədə duodenal xora olub. Növbəti addım olaraq aşağıdakılardan hansı yerinə yetirilməlidir?
Ədəbiyyat verilməyib
Sual № 1334
32 yaşlı qadın xəstə 1 həftədir yaranmış şiddətli ürəkbulanma, epiqastral diskomfort və yumşaq stul şikayətləri ilə xəstəxanaya müraciət etmişdir. Xəstə yaxın günlərdə qastroskopiya və kolonoskopiya müayinəsi olunmuşdur. Mədə biopsiyasının cavabında diffuz qastrit yetişmiş limfositlərlə epitelial infiltrasiyası qeyd olunur. Aşağıdakılardan hansı diaqnozu təsdiqləmək üçün yerinə yetirilməlidir?
Ədəbiyyat verilməyib
Sual № 1335
22 yaşlı qadın xəstə 1 aydır davam edən şiddətli diareya, postprandial ürəkbulanma və qusma, qeyri-müəyyən orta abdominal diskomfort şikayətləri ilə müraciət etmişdir. Xəstə 5 kq çəki itirib, qanın ümumi analizində qeyri-spesifik orta dərəcə anemiya və mülayim eozinofiliya aşkarlanıb. Qaraciyər funksional testləri, immunoglobulin səviyyəsi və toxuma transqlutaminaza səviyyəsi normaldır. Xəstədə arabir sinəarxası yanğı simptomları, lakin disfagiya olmadan müşahidə olunur. Uşaqlıqdan astma xəstəliyinə malikdir. Aşağıdakılardan hansı daha çox ehtimal olunur?
Ədəbiyyat verilməyib
Sual № 1336
40 yaşlı qıcıqlanmış bağırsaq sindromu anamnezinə malik xəstə yeni yaranmış, bağırsaq hərəkəti ilə azalmayan üst abdominal ağrı simptomu ilə müraciət etmişdir. Onun çəkisi sabitdir. Xəstə qida qəbulundan sonra dolğunluq hissi və sinəarxası yanğı simptomunu qeyd edir. Xəstə üçün ən uyğun tövsiyə nədən ibarətdir:
Ədəbiyyat verilməyib
Sual № 1337
54 yaşlı I tip diabeti olan kişi xəstə qusma şikayətləri ilə xəstəxanaya müraciət etmişdir. Xəstə səhərlər axşam qəbul etdiyi qidanı qaytarır. Xəstədə çəki itkisi qeyd olunur. Bəzən xəstədə diareya da olur. Endoskopiya müayinəsi zamanı spesifik dəyişiklik yoxdur. Xəstə üçün ən uyğun tövsiyə:
Ədəbiyyat verilməyib
Sual № 1338
6 ay əvvəl diareya və şişkinlik şikayəti olan 45 yaşlı qadın xəstəyə seliakiya diaqnozu qoyulmuşdur. Diaqnostika zamanı laborator göstəricilər: AST 156U/L(norma 8-43 U/L), ALT 171U/L(norma 7-45 U/L) və ALP 115U/L(norma 37-98U/L), ümumi və birləşmiş bilirubin norma həddində. Vitamin D səviyyəsi aşağı olduğuna görə xəstə Vit D əlavəsi qəbul etməyə başlamışdır. Dietoloqun tövsiyəsinə əsasən xəstə qlütensiz pəhrizə başlamışdır. Xəstə 6 ay fasilə ilə izlənməyə qaytarıldı. Hal-hazırda laborator göstəricilər: AST 132U/L, ALT 147U/L və ALP 72U/L, başlanğıcda yüksəlmiş olan toxuma transqlutaminazası normallaşıb. Sağ yuxarı kvadrant ultrasonoqrafiyasında əlamətlər normaldır. Qlütensiz pəhrizə riayət etdiyini iddia edir. Aşağıdakılardan hansı növbəti addın üçün ən uyğunudur?
Ədəbiyyat verilməyib
Sual № 1339
64 yaşlı kişi xəstə nazik bağırsaqda kəskin mezenterik işemiya səbəbindən 350sm rezeksiya olunub. Xəstə əməliyyatdan sonra tez-tez irihəcmli diareyanı qeyd edir. Xəstə total parenteral qidalanmada saxlanılır və buna əlavə olaraq oral qida qəbuluna başlamyıb. O, yüksək dozada loperamid və gündə 4 dəfə atropinlə birgə difeniloksilat qəbul edir. Xəstə üçün uyğun növbəti addım nədən ibarət olmalıdır?
Ədəbiyyat verilməyib
Sual № 1340
72 yaşlı qadın xəstə 3 gün öncə təkrarlanan biliar sancı səbəbindən açıq xolesistektomiya olunub. Əməliyyatdan öncə xəstədə bağırsaq şikayətləri olmayıb və gün ərzində 1 dəfə formalaşmış defekasiya olurdu. Əməliyyatdan bəri gün ərzində 4-6 dəfə şişkinlik ilə assosiasiya olunmuş defekasiya olur. Xəstənin deməsinə görə gecə defekasiyaları qeyd olunmur. Anamnezdə yalnız qastroezofageal refluksə görə gündəlik PPİ qəbulunu qeyd edir. Xəstəxanaya daxil olandan sonra sinəarxası yanğı şikayəti olub və buna görə gün ərzində bir neçə dəfə müxtəlif antasid qəbul edib. Xəstəxanada nəcis kulturası Clostridium difficile görə neqativdir. Plazmada qastrin səviyyəsi 317pg/mL(norma <100pg/mL) olmuşdur. Nəcisdə Na 45mmol/l; nəcisdə K 25mmol/L olmuşdur. Xəstədə baş verən diareyanın səbəbi hansıdır?
Ədəbiyyat verilməyib
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?