Qastroentrologiya

1.391 elementdən 1.341-1.360 arası göstərilir.

Sual № 1341

24 yaşlı qadın xəstə xroniki diareya şikayəti ilə müraciət etmişdir. Son 8 həftə ərzində sutkada 2-5 dəfə yumşaq,qanlı defekasiya qeyd edir. Xəstə səyahət, xəstə şəxslərlə kontakt və QSİƏD qəbulu anamnezi yoxdur. Nəcis kulturası neqativdir. Kolonoskopiya zamanı kor bağırsaqda(periappendikulyar) iltihab, normal qalxan, köndələn və çənbər bağırsaq, siqmoid və rektumda mülayim iltihab əlamətləri göstərir. İltihabi hissələrdən biopsiyanın nəticəsi mülayim aktiv xroniki koliti qeyd edir. Xəstədə p-ANCA pozitiv, ASCA neqativdir. Ehtimal olunan diaqnoz nədir?

  Ədəbiyyat verilməyib

Sual № 1342

30 yaşlı Kron xəstəliyi diaqnozu qoyulmuş xəstə yeni simptomlar ilə müraciət etmişdir. 2 həftə əvvəl perianal ağrı yaranıb və xəstə bunun hemorroidlə əlaqəli olduğunu düşünüb. 1 həftə əvvəl anus ətrafında toxunduqda ağrılı olan kiçik sızanaq inkişaf etmiş və 2 gün əvvəl buradan bulanıq ifrazat axmağa başlayıb. Xəstə, həmçinin, keçən ay ərzində sidikdə hava qabarcıqlarının olmasını da qeyd edir. Perianal müayinədə çoxsaylı hər hansı fluktuasiya, ağrılı və ya nəzərəçarpan fistul açılması əlamətləri olmadan eksternal dəri dəyişiklikləri müəyyən edilmişdir. Aşağıdakı müayinələrdən hansı diaqnozu dəqiqləşdirmək üçün aparılmalıdır?

  Ədəbiyyat verilməyib

Sual № 1343

35 yaşlı terminal leum və sağ kolonun Kron xəstəliyi diaqnozu qoyulmuş kişi xəstə başqa şəhərə səyahətdən sonra təkrari müayinə üçün müraciət etmişdir. Hal-hazırda xəstə gündəlik 15mg prednizolon qəbul edir və bu doza onun simptomlarını kontrolda saxlayır. Xəstə qeyd edir ki, gündəlik doza 5mg-dan aşağı salındıqda onda abdominal ağrılar, diareya və artralgiyalar baş verir. Diareya ilə müqayisədə yanaşı şikayətlər onun iş qabiliyyətini daha çox aşağı salır. Xəstə üçün müvafiq terapevtik yanaşma necə olmalıdır?

  Ədəbiyyat verilməyib

Sual № 1344

42 yaşlı kişi xəstədə steroid asılı Kron xəstəliyi qeyd edilir. Xəstə 3 ildir ki infliksimab terapiyası qəbul edir. Xəstə hal-hazırda hər 6 həftədən bir 10mg/kq dozada qəbul edir. Xəstə
qeyd edir ki infuziyanı qəbul etdikdən 5 həftə sonra simptomlar yenidən qayıtmışdır. Növbəti ən uyğun addım nədən ibarətdir?

  Ədəbiyyat verilməyib

Sual № 1345

Xoralı kolit barədə deyilənlərdən hansı yanlışdır:

  Xoralı kolit və Kron xəstəliyi: müasir diaqnostika və konservativ terapiyanın əsasları (Babayeva G.H., Mustafayev İ.İ.) Səh.15-16

Sual № 1346

Xoralı kolitdə remissiya anlayışına hansılar daxildir:
1.Nəcisdə qan qatqılarının olmaması
2.Defekasiya aktlarının gündə 6 dəfədən artıq olmaması
3.İmperativ (yalançı) çağırışların olmaması
4.Yoğun bağırsağın endoskopik tədqiqi zamanı iltihabın makroskopik əlamətlərinin olmaması
5.İltihabın mikroskopik görüntülərinin olması

  Xoralı kolit və Kron xəstəliyi: müasir diaqnostika və konservativ terapiyanın əsasları (Babayeva G.H., Mustafayev İ.İ.) Səh.16

Sual № 1347

Xoralı kolitin təsnifatına hansı göstərici daxil deyil:

  Ədəbiyyat verilməyib

Sual № 1348

Xoralı kolit residivinin ağırlıq dərəcəsini dəqiqləşdirmək üçün gündəlik klinik praktikada istifadə edilən meyar hansıdır:

  Xoralı kolit və Kron xəstəliyi: müasir diaqnostika və konservativ terapiyanın əsasları (Babayeva G.H., Mustafayev İ.İ.) Səh.17

Sual № 1349

Monreal təsnifatına nə daxil deyil:

  Xoralı kolit və Kron xəstəliyi: müasir diaqnostika və konservativ terapiyanın əsasları (Babayeva G.H., Mustafayev İ.İ.) Səh.17

Sual № 1350

35 yaşlı xəstə ümumi halsızlıq, qan ilə defekasiya aktlarının sayının gün ərzində 4-5 dəfə olması şikayətləri ilə xəstəxanaya daxil olmuşdur. Fizikal müayinədə hərarəti 37 C, nəbz vurğularının sayı dəq-də 78-dir. Qanın ümumi analizində hemoqlobin 110 q/l, EÇS 25 mm/s. Endoskopik müayinə zamanı yoğun bağırsağın soltərəfli aşkar hiperemiyası, damar şəklinin itməsi, eroziyalar və alətlə selikli qişanın kontakt zədələnməsi aşkar edilir. Anamnezində xoralı kolit xəstəliyi olmasını nəzərə alsaq, xəstəyə xəstəliyin residivləşməsinin hansı dərəcəsini qoymaq olar:

  Xoralı kolit və Kron xəstəliyi: müasir diaqnostika və konservativ terapiyanın əsasları (Babayeva G.H., Mustafayev İ.İ.) Səh.18

Sual № 1351

Truelove-Witts meyarlarına hansı göstəricilər daxildir:
1. Qan ilə defekasiya aktlarının sayı
2. Hemoqlobin, EÇS
3. Nəbz, Hərarət
4. Leykositlər,
5. Yoğun bağırsağın selikli qişasının kontakt zədələnməsi
6. C-reaktiv zülal

  Xoralı kolit və Kron xəstəliyi: müasir diaqnostika və konservativ terapiyanın əsasları (Babayeva G.H., Mustafayev İ.İ.) Səh.18

Sual № 1352

Xoralı kolitin Schroeder şkalasına daxil olan endoskopik aktivliyinə görə 3 bal nəyi xarakterizə edir:

  Xoralı kolit və Kron xəstəliyi: müasir diaqnostika və konservativ terapiyanın əsasları (Babayeva G.H., Mustafayev İ.İ.) Səh.19

Sual № 1353

BİX-də hormonal rezistentlik nə deməkdir:

  Xoralı kolit və Kron xəstəliyi: müasir diaqnostika və konservativ terapiyanın əsasları (Babayeva G.H., Mustafayev İ.İ.) Səh.20

Sual № 1354

BİX-də hormonal asılılıq nə deməkdir:

  Xoralı kolit və Kron xəstəliyi: müasir diaqnostika və konservativ terapiyanın əsasları (Babayeva G.H., Mustafayev İ.İ.) Səh.20

Sual № 1355

Xoralı kolitin klinik diaqnostik meyarlarına daxil deyil:

  Xoralı kolit və Kron xəstəliyi: müasir diaqnostika və konservativ terapiyanın əsasları (Babayeva G.H., Mustafayev İ.İ.) Səh.21

Sual № 1356

Tenezmlər və qəbizlik və ya normal formalaşmış nəcis ifrazı xoralı kolitin hansı zədələnmə lokalizasiyası üçün xarakterikdir:

  Xoralı kolit və Kron xəstəliyi: müasir diaqnostika və konservativ terapiyanın əsasları (Babayeva G.H., Mustafayev İ.İ.) Səh.22

Sual № 1357

BİX-nin aktivliyi ilə əlaqəli autoimmun təzahürləri hansılardır:

  Xoralı kolit və Kron xəstəliyi: müasir diaqnostika və konservativ terapiyanın əsasları (Babayeva G.H., Mustafayev İ.İ.) Səh.22

Sual № 1358

BİX-nin aktivliyi ilə əlaqəli olmayan autoimmun təzahürləri hansılardır:

  Xoralı kolit və Kron xəstəliyi: müasir diaqnostika və konservativ terapiyanın əsasları (Babayeva G.H., Mustafayev İ.İ.) Səh.22

Sual № 1359

BİX-nin uzunmüddətli iltihab və metabolik pozuntularla əlaqədar təzahürlərinə aid deyil:

  Xoralı kolit və Kron xəstəliyi: müasir diaqnostika və konservativ terapiyanın əsasları (Babayeva G.H., Mustafayev İ.İ.) Səh.23

Sual № 1360

Xoralı kolitin bağırsaq ağırlaşmalarına daxildir:
1.Anal çat
2.Bağırsaq qanaxması
3.Toksiki dilatasiya
4.Perforasiya
5.Paraproktit
6.Kolorektal xərçəng

  Xoralı kolit və Kron xəstəliyi: müasir diaqnostika və konservativ terapiyanın əsasları (Babayeva G.H., Mustafayev İ.İ.) Səh.23
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×