Ümumi cərrahiyyə
970 elementdən 701-720 arası göstərilir.
Sual № 701
Xəstə cərraha ümumi zəiflik, bədən hərarətinin 38ºC - yə qədər yüksəlməsi şikayətləri ilə müraciət etmişdir. Anamnezindən məlum olur ki, 3 həftə ərzində sağ tərəfli aşağı pay pnevmоniyasına görə stasionar müalicədə olmuşdur. 6 gün öncə evə yazılıb. Rentgenoloji müayinə zamanı sağ ağ ciyərdə kölgəlik və kürək sümüyü bucağına qədər maye səviyyəsi görünür. Nə etmək lazımdır?
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Sual № 702
Cərrah pnevmоniya keçirmiş xəstəyə baxarkən, döş qəfəsinin sağ yarısının tənəffüsdən qalmasını, bu nahiyyədə səs titrəməsinin olmamasını, Damuazo xətti üzrə tənəffüsün zəifləməsi və kəskin kütləşməsini aşkarlayır. Yazılan klinik əlamətlər hansı ağırlaşmaya dəlalət edir?
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Sual № 703
Alkohol sərxoşluğu vəziyyətində olan 38 yaşlı kişi 6 saat bağda taxt üzərində yatmışdır. 2 gün sonra döş qəfəsinin sağ yarısında ağrı, hərarətinin yüksəldiyini hiss etmişdir. Həkimə müraciət etməmişdir. 2 həftə sonra bədən hərarətinin 37, 5 - 38 ºC yüksəlməsi, ümumi zəiflik hiss etmişdir. Səhər öskürən zaman qəflətən 200 ml kəskin iyli, irinli bəlğəm xaric olmuşdur. Sizdə daha çox hansı xəstəliyə şübhə yaranır?
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Sual № 704
Sağ ağ ciyərin xroniki absesinə görə ambulator müalicə alan xəstədə qəflətən döş qəfəsində ağrı, təngənəfəslik, boyun və sifətində artan göyərmə müşahidə olunur. Xəstəliyin hansı ağırlaşmasının baş verdiyini düşünmək lazımdır?
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Sual № 705
Uzun illər tütün çəkən 58 yaşlı xəstədə ağciyər xərçəngi aşkarlanmışdır. Bəlğəmin hansı növü bu xəstəlik üçün xarakterikdir?
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Sual № 706
Xroniki ağciyər absesi ilə yatan xəstədə aşağıdakı hansı ağırlaşma xarakter deyil?
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Sual № 707
Ürəyin tamponadası zamanı nə etmək lazımdır?
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Sual № 708
Hansı xəstəliklərdə qanhayxırma özünü xəstəliyin simptomu kimi biruzə verir?
1. ağciyər xərçəngi
2. ağciyər vərəmi
3. birincili bronxoektazlarda
4. ağciyər absesi
5. ürək qüsurları
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Sual № 709
Bud arteriyasının emboliyası zamanı IIIB dərəcəli işemiya olarsa hansı müalicə üsulunu seçmək lazımdır?
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Sual № 710
Aşağı ətrafların varikoz genişlənməsində skleroterapiyaya əks - göstəriş nədir?
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Sual № 711
Aşağı ətrafların kommunikant venalarının çatışmazlığında hansı əməliyyat aparılmamаlıdır?
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Sual № 712
Hansı kəsiklə aorta bifurkasiyasından embolektomiya etmək olar?
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Sual № 713
Bud arteriyasının emboliyası nəticəsində inkişaf edən ətrafların kəskin işemiyası üçün hansı xarakterik deyil?
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Sual № 714
63 yaşlı xəstədə aortanın intrarenal hissəsinin anevrizması cırılmışdır. A / T 110 / 70 mm. c. süt. Sidik 400 ml. Müalicə taktikası necə olmalıdır?
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Sual № 715
Pecet - Şretter xəstəliyinin kəskin mərhələsinin əsas klinik əlamətləri hansılardır?
1. sifətin, boyunun, gövdənin yuxarı hissəsinin ödemi
2. sifətin və boyunun sianozlaşması
3. qolda ağrının olması
4. qolun dəri örtüyünün sianozu, venoz şəklin güclənməsi
5. qolda ödem
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Sual № 716
67 yaşlı xəstəyə obliterasiyaedici ateroskleroz, sağ bud arteriyasının okllyuziyası diaqnozu qoyulmuşdur. Bu halda hansı ağırlaşma ola bilməz?
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Sual № 717
Posttrombotik xəstəliyin rekanalizasiyası zamanı residiv trofik xoraların əmələ gəlməsinin qarşını almaq üçün hansı əməliyyat növünü seçərdiniz?
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Sual № 718
33 yaşlı xəstədə 5 il öncə appendektomiya əməliyyatı olunduqdan 4 gün sonra sol aşağı ətrafında ödem və sianoz olmuşdur. Konservativ müalicədən sonra ödem azalmış, vəziyyəti yaxşılaşmışdır. 6 ay sonra səthi venaların varikoz genişlənməsi aşkarlanmışdır. Baxış zamanı baldırın medial səthində dəridə trofiki xora var. Distal fleboqrafiya zamanı sol ayağın dərin venalarının tam rekanalizasiyası, baldır nahiyyəsində qanın dərin venalardan səthi venaya atılması aşkarlanmışdır. Baldırın trofiki xorasının residivinin qarşısını almaq üçün hansı əməliyyatı icra etmək lazımdır?
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Sual № 719
Obrazsov simptomu nə üçün xarakterikdir?
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Sual № 720
Hansı hallarda təcili appendektomiya əks - göstərişdir?
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?